205
GÖRÜNMƏZ DÜNYA, YAXUD RUHİ DÜNYA HAQDA
NEORASİONALİST NƏZƏRİYYƏ
Giriş
Kitabın birinci bölməsində təklif edilən rasional cəmiyyət
sistemini başa düşmək üçün hökmən dünyanın quruluşu və varlığı
nəzəriyyəsini və onun bir bölməsi olan cəmiyyətin ümumi
nəzəriyyəsini bilmək lazımdır. Bu biliklərin hamısı müəllifin irəli
sürdüyü ümumi neorasionalist fəlsəfə nəzəriyyəsində və ayrıca
rasional cəmiyyət nəzəriyyəsində əks olunmuşdur. (Bax: Həqiqətə
Pəncərə kitabı Axundov M.F. kitabxanası, www.anl.az, elektron-
kitabxana bölməsi). Digər tərəfdən, insanları maraqlandıran və
onların dünyabaxışlarına və davranışlarına təsir edən görünməz və
ruhi dünya və Tanrı haqda lazımi izahatın verilməsi ehtiyacı vardır.
Aşağıda bu fəlsəfi nəzəriyyə və ruhi dünya və tanrı haqda qısa
məlumat verilir, hansı ki rasional cəmiyyətin və insanın həyatını necə
qurması və dünyanı dərk etməsi, düzgün seçimlər etməsi üçün
lazımdır
Klassik rasionalizmdən Yeni rasionalizmə
Avropa düşüncəsinin əsasını təşkil edən Rasionalizm fəlsəfi
cərəyanının əsasını 17-ci əsrdə Rene Dekart, Spinoza, Leybniç
qoymnuşdur. Onların ruhu həmişə şad olsun.
Bu məqalədə istifadə edilən Rasionalizm anlayışı 17-18 əsrlərdə
yaranmış eyni fəlsəfi anlayışla tam eyni deyil, habelə onu protestant
ilahiyyatçı cərəyan kimi də başa düşmək lazım deyildir.
Burada rasionalizmin yeni səviyyəsi olan yeni rasionalizm və ya
Neorasionalizm haqda söhbət aparılır. Bu yeni dünya -baxışın əsas
anlayışı olan ağıl keçmişdə hesab edildiyi kimi hisslərə, intuisiyaya,
təcrübəyə, tarixə zidd deyil, əksinə onlardan qidalanır və daim
səmərələşir.
Yeni rasionalizm fəlsəfi baxışları idraka - ağıla əsaslanır və
onun vasitəsilə nəticələr çıxarır. Ağıl isə ilkin hisslər, duyğular və
təsəvvürlər, intuisiya, habelə tarixi məlumatlar nəticəsində
formalaşır.
Yeni rasionalizm- neorasionalizm fəlsəfəsi rasional cəmiyyət
ictimai iqtisadi sisteminin və nəzəriyyəsinin əsas nəzəri fəlsəfi
biliklər bazasıdır.
206
Qeyd etməliyəm ki, insan həyatında ağıl və inituisiyanın qismən
fərqli mənbələri var və fərqli iş prosesinə malikdir. Əgər ağıl hisslər
və sözlərlə (habelə səslə, iylə görməklə, toxunmaqla) ifadə olunmuş
faktlar, məlumatlarla əməliyyat aparırsa və müəyyən bir mülahizə,
qərar yaradırsa, intuisiya üçün hesablamağa, çoxlu məlumatlara
ehtiyac yoxdur. Görmək, eşitmək kifayət edir. İntuisiyanın özü də üç
pilləyə bölünür: 1) adi intuisiya-gündəlik həyatda, yaradıcılıqda
təhlükəli və gərgin momentlərdə özünü göstərir, belə intuisiya
heyvanlara da xasdır; 2)modellər vasitəsilə işləyən intuisiya, hansı ki
oxşarlıq, ahəng və xaos qanunları ilə izah olunur; bu qrup da
müxtəlif qollara ayrılır: münəccimlər- astroloqlar, baxıcılar, falçılar (
kofe, daş atma, kart və s); 3) daha dərin intuisiya -dünyanı dərk
etməkdə yüksək kamilliyə çatmış adamlarda, hansı ki bütün dünya
tarixini bir anda (tarixi) təsəvvür edə bilər və ya yer
kürəsində(ərazini) nə baş verdiyini tam müşahidə edə bilər. Belə
adamlara bəzən prorok; müəllim (Çində); budda, bodhisatva
(Hindistanda) deyirlər (içində hər şeydə olduğu kimi yalançılar da
olur). Belə adamlar daim hər əsrdə doğulurlar. Belə güman etmək
olar ki, intuisiya insanın 6-cı qabiliyyətidir, bütün heyvanlara və
insanlara xasdır. İnsandan danışsaq daim onun özündən asılı
olmayaraq, beyinin gizli işi nəticəsi kimi formalaşır.
Rasional fəlsəfə inituisiya ilə münasibətdə ağılı(idrakı) birinci
yerdə - həlledici qəbul edir. Hesab edir ki, intuisiya müxtəlif
mənbələrdən gələ bilər, habelə görünməz və bu və ya digər dərəcədə
yaxşı və pis ruhlardan, emosiyalardan qaynaqlana bilər. Bu səbəbə
görə istənilən intuisiya- vəhy adlandırılan xəbər alma ağıl vasitəsilə
analiz edilməli, ağıla əsasən davranış seçilməlidir.
Yeni rasionalizm fəlsəfəsi ağıl (idrak), rasional, -ağıllı, ağla
uyğun, məntiqi, səmərəli , kamil, optimal, məqsədəuyğun, sərfəli,
ağıl və məntiq ilə əsaslandırılmış, effektiv mənalarında;
rasionallıq- kamillik, optimallıq , səmərəlilik və oxşar terminləri ilə
işləyir, elmi fəaliyyət sahələrini əhatə edir. Dünyaya, hadisələrə
rasional baxış formalaşdırır, gerçəkliyin necəliyini və fəaliyyətini,
dəyişiliklərini maksimum əks etdirən həqiqi biliklər yaradır.
İnsanların həyatını rasional fəlsəfi baxışlar və izahlarla, elm və onun
tətbiqi olan texnika ; rasionallıq prinsipi, rasional davranışlar
vasitəsilə yaxşılaşdırmaq (rasionallaşdırmaq)məqsədi güdür.
Yeni rasionalizm dünyanı dərk etməyin ağıl vasitəsilə mümkün
olduğunu bildirir, lakin bunun fasiləsiz proses olduğunu hesab edir
və təbiət və cəmiyyətin həyatının hər bir sahəsinə aid xüsusi bilik,
207
rəylər formalaşdırır. Fasiləsiz yeni məlumatlar, hisslər, müşahidələr,
eksperimentlər, müqayisələr, ümumiləşdirmələr, analiz əsasında
bilikləri rəyləri dəyişdirir. Biliklərin reallığa uyğun olmasına çalışır.
İdrakın fəaliyyət nəticəsi elmdir, yaradılmış nəzəriyyələr, layihələr,
qərarlar, planlardır, uyğun davranışlardır.
Dünya haqda elmi, rasional(əqli) baxışlar (yeni rasionalizm
fəlsəfəsi) gerçəkliyi aşağıdakı iki hissədən ibarət hesab edir:
1) ieararxik sistemik quruluşa malik obyektiv real material dünya
2) şüurlu fəaliyyətin nəticəsi olan və onun bədənlə birgə
xassələrini əks etdirən görünməz obrazlar dünyası.
Bu fikirlər kifayət qədər sübutlara malikdir. Burada, habelə belə
fərziyyə söyləmək olar ki, bütün qalan canlıların- bitki və
heyvanların da məhv olduqdan sonra görünməz surətləri qalır, habelə
onlar haqda məlumat qalmaqda davam edən ətraf mühit
obyektlərində- insan, bitki, divarlar, ağaclarda -qalır.
Gerçəklik hər bir şəxsə onun öz şüuru vasitəsilə dərk edib qəbul
etdiyi, yalnız onun şüurunda müəyyən etdiyi spesifik şəxsi maddi
dünya kimi görünür. Ona görə insanların sayına görə hədsiz
miqdarda dünyalar təsəvvür olunur- hər şəxs dünyanın özünəməxsus
olan obrazına malikdir. Bu görüntü -şəxsi dünya gerçək dünyalar ilə
az və çox dərəcədə uyğundur. Və onun hamısının deyil, az bir
hissəsinin təsvirinə - obrazına, həyatı haqda biliklərə malikdir.
Neorasionalizmin həqiqət haqda mövqeyi belədir. Həqiqətlər
nisbidir, bütün mühit elementləri dəyişdiyi üçün onları əks etdirən
biliklər- həqiqətlər də dəyişir. Dəişməyən yalnız bir həqiqətdir-
dünyanın vahidliyi, bütövlüyü, çoxluqdan ibarət olması. Ehkamlar –
dəyişməz biliklər yoxdur və qəbul edilmir. Həqiqətlər fərziyyələr
vasitəsilə öyrənilir. Həqiqət- gerçəkliyin insan fikrində düzgün əksi
və təsfiri yalnız konkret zamana və məkana aid olur, bu zonadan
kənarda həmin bilik həqiqət deyil.
İnsan Yer planetinin canlı sakinləri içərisində ən yüksək ağıla
malik olaraq dünyaya münasibətdə onu dərk etməyə - anlamağa
çalışan varlıqdır. Onun beynində yaranmış şüuru, ağlı, psixikası
konkret dərkedici, qəbuledici, analizedici, idarəedici sistem kimi onu
kompleks mühitdə (material , obrazlar və şəxsi dünyasında) rasional
yaşatmaq funksiyasını icra edir. İnsan material və
obrazlar(görünməyən) dünyasını yalnız şəxsi dünyası (hansı ki öz
beynində onu qurur) vasitəsilə başa düşür və münasibətə girir.
Material dünya haqda yuxarıda qeyd edilən kitabda, habelə böyük
miqdarda müxtəlif elmi kitablarda- fizika, biologiya, astronomiyada
Dostları ilə paylaş: |