202
95.
Kiməsə xahiş edirsən, kiməsə əmr edirsən, kiməsə
dostsan, kiməsə düşmənsən, kiməsə neytralsan; biri səni sayır,
hörmət edir, biri saymır; biri nifrət edir, biri sevir. Bu qanundur.
96.
Ətraf mühitdən – təbiətdən, ictimai sistemdən, insanların
hiylə, tələ , yalan məlumat vermə – xəbərçilik, ayaq altı qazmaq,
xəyanət, sadəcə paxıllardan, gözü götürməyənlərdən qorun və
cavab verməyə hazır ol. Harada yaşadığını yadında saxla.
97.
Qeyri - əxlaqi iş üçün başqalarına vasitə - alət olma. Əgər
olsan, bu iş sənə qarşı olduqda nə edərsən. Yaxşı iş, yəni əxlaqi iş
üçün əməkdaşlıq et.
98.
Cəmiyyətdə rasional əxlaq və qanunlara əməl et. Əgər
rəsmi əxlaq və qanunlar bəşəri və rasional deyilsə, şübhəsiz,
qrup hakimiyyətində bu 30% dərəcədə və daha çox belədir - çalış
uzaq dur, elə fəaliyyət seç ki, onlarla toqquşmayasan; onların
qeyri-əxlaqi tələblərini yerinə yetirməli olmayasan, məsələn.,
rüşvət verməli, baş əyməli olmayasan. Səhv əxlaqı, qanunu,
adətləri, dünyagörüşləri ifşa etməkdən və daha rasional ədalətli
fikri deməkdən çəkinmə. Ən yaxşı fəaliyyət və ya məşquliyyət -
istənilən elm sahəsi, həkim, vəkil, müəllim, məsləhətçi olmaq və
xüsusi beyin qabiliyyətlərin inkişaf etdirib istifadə etməkdir.
99.
Daxil olduğun təbii, sosial mühiti və ictimai sistemi
səmərələşdirənlərlə bir ol.
100.
Vəzifəli və ya daha yaşlı adamlar, qohumlar qarşısında
onların nüfuzuna , statusuna baxıb, utanıb susma, öz fikrini
gizlətmə və mənafeyini qoru. Onlar da adi adamlardır, səhv edə,
allada, yalan danışa bilər, sənin həyatına zərərli, lakin özlərinə
xeyirli olan hərəkət edə bilərlər. Mələklər yoxdur. Sözlərini
diqqətlə seç və çox nəzakətlə, arqumentlə danış, müdriklərə
istinad et.
101.
Çətinlik və uğursuzluq sonrakı yaxşı vəziyyətin
başlanğıcıdır. Onu analiz edib düzgün yol seçməklə xilas
olacaqsan - uğur qazanacaqsan. Yaxşı və pis vəziyyət və belə
emosiyalar həmişə bir -birini əvəz edəcəkdir. İnsanın vəziyyəti
sinus xətti üzrə dəyişəndir; qalxma varsa, sonra düşmə olacaqdır
və cikl təkrar olacaq. Bunu sürətli etmə; çalış yavaş – yavaş,
qabağa qaçmadan və geri qalmadan, mühitə uyğun səlis edəsən.
102.
Özünün ağıllı olduğunu başqalarına nə qədər az
görsətsən, sənə yaxşı olar.
103.
İnsan fəaliyyətinin məhsulu, yazdığı əsər, dediyi söz,
düzəltdiyi əşya və s. iki əks qüvvənin (və ya qüvvələr
203
cəminin)qarşılıqlı təsiri nəticəsidir. Biri etmək, digəri etməmək
istiqamətində təsir edir. Əks qüvvənin olmadığı və ya zəiif
olduğu halda edilən hərəkət, deyilən söz, yazılan əsər də çox zəif,
səhvlərlə və faydasız olur. Ona görə güclü –dəyərli bir iş görəndə
əks qüvvəni də güclü seç. Zəiflər, gücsüzlər, azbiliklilər içində şir
olma; güclülər içində birinci ol, onları ötməyə çalış.
104.
İnsana zərər ən çox öz yaxınlarından, öz icmasından
gələr, çünki onlar səni yaxşı tanıyır, zəyif cəhətlərini, səndən
istifadə imkanlarını yaxşı bilirlər. Bunu nəzərə al. Yadlara isə
dini, ideoloji, siyasi, düşüncələrinə, dəyərlərinə görə qəsdən
pislik etməsən onların sənlə işi yoxdur. Çünki onlar sənin haqda
zəruri məlumata malik deyillər. İnsana qarşı pislik yalnız onun
əlaqədə olduğu adamlar dairəsində olur ki, bu da birinin
digərindən istifadə etməsi və layiqli qarşılığını verməkdən imtina
etməsidir
105.
Hiyləgərlərdən, oğrulardan, soyğunçulardan,
aldatmaqla səndən istifadə edənlərdən, şirin dillə səninlə iş
görmək istəyənlərdən, səni ələ salmağa çalışanlardan, səni
pisləməyə, alçaltmağa çalışanlardan qorun. Həmişə cəmiyyətdə
belə adamlar var. Həmişə onları lazımı qarşılamağa, cavab
verməyə hazır ol. Qeyri - rasional icmalarda həmin həyatın
yaratdığı belə adamlar çoxdur
106.
Gəlin, biz dünyaya nümunə olaq, dünya bizə yox.
Habelə çalış sən özün başqalarına nümunə olasan.
107.
Öz uğursuzluğunda günahı həmişə başqalarında deyil,
özündə axtar,düşmənlərində günah axtarma . Onlar onlara lazım
olanı edirlər, sən isə sənə lazım olanı edirsən, etməlisən, özünü
qorumalısan, əks hərəkətlərin qabağın almalısan.
108.
Özünü qorumayan, yaşatmağa çalışmayan məhvə
məhkumdur. Bu universal qanundur.
109.
Insanların ümidini qırma. Bir iş görmək istəyəni ruhdan
salma, uğur olsun de. Xüsusilə, uşaqların hər bir hərəkətində
yaxşı cəhətləri tap, onu daha güclü həvəsləndir, səhvlərini də
deməyi unutma. Lakin əvvəl özünün düzgün düşündüyünü,
nümunə olduğunu müəyyən elə, daim bu məsələnin üzərində
çalış, özünü ağıllı mülahizə, davranış etalonlarilə müqayisə elə
və öyrən.
110.
Qocalıq günahı yumaqçün deyil, qocalıq əkdiyini
biçməkdir.
204
111.
Ağıllı adamları ağıllılar tez görür. Ağıllı, yeni, orijinal
fikirlər adətən əvvəl etinasız qarşılanır, ona görə ki, adamlar
onlara sırınan mövqelərdə, adətlərdə düşüncə tərzində olurlar və
yeni ağıllı fikri görə, qiymətləndirə bilmirlər. Ağıllı ideyanı
qiymətləndirmək üçün ağıllı olmaq lazımdır.
112.
Yüksək əxlaqi və mədəni insanı yalnız özü kimi əxlaqi
və mədəni insan tez aşkar edə bilər.
113.
Adətən yaxşı işlər, yaxşı davranış gözə görünmür,
insanlar bunun belə olmalı olduğunu düşünürlər, lakin bir kiçik
pis iş olanda və ya səhv ediləndə onu insanlar tez görürlər və
buna görə başqasına qiymət verirlər.
114.
Yüksək əxlaqi və mədəni insanı yalnız özü kimi əxlaqi
və mədəni insan tez aşkar edə bilər.
115.
Adətən yaxşı işlər, yaxşı davranış gözə görünmür,
insanlar bunun belə olmalı olduğunu düşünürlər, lakin bir kiçik
pis iş olanda və ya səhv ediləndə onu insanlar tez görürlər və
buna görə başqasına qiymət verirlər.
116.
55 yaşdan sonra insanın adi maddi fəaliyyəti
zəifləməyə başlayır, fəaliyyətin nəticələrinə, keçmiş həyata
qiymət verilməsi – ruhi fəaliyyət - düşünmək artır. İnsanı
nayrahat edən məqamların psixi kompensasiya edilməsi,
əsaslandırılması ehtiyacı yaranır. Bu zaman hisslərin zəifliyi
meydana çıxır, özünə inam zəifləyir. Əgər keçmişdə ətraf mühitə
münasibətdə insanda güclü özünə inam, qalib gəlmə əhvalı
olursa, bu dövrdən sonra ətraf mühit qarşısında özünə inamsızlıq,
iradə zəifliyi özünü göstərir. Çatışmayan hissləri kompensasiya
etmək zərurəti yaranır. Bəziləri bu zaman məhz bunu dinə
qoşulmaqla əldə etməyə çalışırlar. Daha yaxşı üsul, sağlam,
möhkəm psixi əhvalı saxlamaq üçün meditasiya etmək; söz-fikir
formulasından-dualardan tez - tez istifadə etmək, pirlərə getmək,
səyahət etmək, hekayə, şer yazmaq, rəqs, idman etmək, dəniz və
çaylarda, evdə çimmək, özünə yoldaş tapmaq, daha çox ünsiyyət
saxlamaqdır.
Dostları ilə paylaş: |