190
lazımdır. Bunlar köhnə, qeyri -rasional dünyanın (yəni məmurla
idarə edilən dünyanın) prinsipləridir
23.
Dünyada hər bir şey, hər sistem, hər varlıq yalnız
müəyyən hədlər daxilində mövcud ola bilər. İnsanlar yaratdıqları
cəmiyyətə, demokratiyaya, sözə, fikrə, qidalanmağa, adətlərə,
mədəniyyətə hədlər qoymasalar, bu anormal və dayanıqsız olar,
tez məhv olar. Məsələn, kapitalizmə onun nəzəriyyəçiləri hədləri
olmayan cəmiyyət kimi qələmə verirlər və reallıqda bunu həyata
keçirməyə çalışırlar, bu isə krizislərə, zərərlərə gətirir.
24.
Arvad hədlərini bilməsə, onun davranışı səni çox narahat
edər və ailən dağılar. Ailə qurarkən əvvəl arvada hədləri
(elə)göstər ki, yadında qalsın, onu pozmağa ehtimal, şübhəsi
qalmasın. Bu məsləhəti Abbasqulu ağa Bakıxanov da vermişdir.
25.
Arvad ərə gedəndə bilsin ki, kişi evin böyüyü və son söz
- qərar onundur, çünki o məsuliyyət daşıyır, ona inansın, etibar
etsin və hörmət etsin. Əgər inanmırsa, hər hərəkətinə və sözünə
şübhə edirsə, özünü ağıllı sayırsa, ona hörmət etməyə özünü
borclui saymırsa – onda ərə getməsin, otursun evdə. Birlik,
hörmət olmayan yerdə ailə olmaz. Əgər arabaya qoşulan iki at və
ya öküz hərəsi bir tərəfə getsə və ya biri getmək istəməsə, onda
araba getməz.
26.
Qoy hər kəs azad prinsip - azad razılaşma əsasında
ailə qursun. İnsanı digəri qarşısında məcbur edən heç bir
öhdəçilik - paltar, ev, yaşayış şəraiti təminatı, hədiyyə vermək
öhdəçiliyi; geyim, qida, davranış tərzini müstəqil seçmək şərtilə,
hökmən əbədi birgə yaşamaq öhdəçiliyi - qəbul etmədən , ancaq
nəyə ürəyi istəyirsə, razılaşma olursa, həmin müqavilə əsasında
evlənsin. Yəni heç kəs ailə qurandan sonra digərindən ev, paltar,
tabeçilik tələb etməsin. Ailədə yalnız bərabər hüquqlar və yalnız
könüllü münasibət, könüllü qayğı qəbul edilsin. Yəni çətinlik baş
verəndə heç kəs digərindən hərəkət etməyi, pul gətirməyi, onu
saxlamağı tələb etməsin - özü bu çətinliyi birgə dəf etsin.Yalnız
azad prinsipə razı olanlar ailə qursunlar. Ayrılanda da gülə - gülə
razılıqla, hörmət edərək ayrılsınlar.
Uşaqlar . Ailə qurarkən müqavilədə uşaqlar olduğu tərzdə
onların tam mənafeyinin təminatını tam həcmdə, lakin imkanlara
görə proporsional iştirakla təminatını yazsınlar. Onlardan biri ya
hər ikisi öldükdə uşaqlara- tam oxuyub, peşə alıb işləyəcəyi
sərbəst dövrə qədər qəyyum - qadın və kişini də əvvəldən təyin
etsinlər. Bir kiçik şərtə əməl etsinlər - hər kəs yalnız digərini
191
razılaşmadan çıxması haqda məlumat verəndən sonra (bu, yazılı
olmalıdır) sərbəst, istədiyi kimi başqa adamla görüşə və evlənə
bilməsi qəbul edilsin. Bu halda həmin adam tərəfdaşının evində
yaşayırsa, oranı tərk etməlidir - heç bir iddia irəli sürmədən.
Hesab edilir ki, hər kəs digərinə nə hədiyyə etmişsə, könüllü
etmişdir, qaytarıla bilməz, yalnız hədiyyə alan özü istəsə könüllü
qaytara bilər. Xəbər vermədən başqası ilə görüşmək və ya
evlənmək xəyanət hesab edilərək cəzalandırılmağa əsasdır.
Evlənməni dövlət orqanında qeyd etdirilməsi məsləhət deyildir,
çünki dövlət müqaviləsi məcburiyyəti, azadlığın pozulmasını
müdafiə edir. Məcburi şərtlərlə yaşamaq isə cəhənnəmdir.
Tərbiyə. Ər və arvad və uşaqlar heç biri digərinin mülkiyyəti
deyil və bir - birinə tabe deyil. Lakin uşaqları valideynlər tərbiyə
etməli, savad, bilik, davranış qaydalarını, etiket və əxlaq
kodeksini öyrətməlidir, qarşılıqlı münasibətlər tabeçiliyə və
kiminsə üstünlüyünə deyil, yalnız hörmətə və könüllü qayğı
göstərməyə əsaslanmalıdır.
Əmlak. Ayrıldıqda hər kəsə yalnız öz pulu ilə aldığı əmlak
çatır. Ümumi ev, maşın, torpaq, biznes, onu almaq üçün pul
qoyulmamışsa yoxdur. Əmlaka pul qoyulmuşsa, hər tərəf
proporsional müqdarda yeni qiymətlə onun sahibidir. Qadın
kişinin evinə getmişsə və ayrılmaq istəyirsə və yaxud kişini
saymır və hörmət etmirsə, kişi onunla yaşamaq istəmir və ona
getmək təklif edirsə könüllü çıxır, ona kişinin evindən heç nə
düşmür.
27.
Evlənmək və evlilikdə daim yaşamaq üçün gənclikdə
çoxlu qızla tanış olmağa, dostluq etyməyə çalış. Hamısına
yaxşılıq elə və salam ver, bu sənin qız seçməyinə kömək edər,
aldığın pis çıxsa, başqasını seçməyə və ya onlardan kömək
almağa xeyri dəyər. Xüsuysilə yaşın 50-ni keçəndən sonra
arvadın yaşı 45-i keçəndən sonra onda sevgi itəcək, bu zaman
sənə sevmək üçün yeni qadın lazım olacaq. Çünki sevgisiz
yaşamaq çox çətindir. Arvadı boşamadan da sevgi üçün başqa
qadınla dostluq edə bilərsən, başqa rasional yol yoxdur.
28.
Evli olduqda da başqa qadınlardan qaçma, özünü elə
aparma ki, guya onları görmürsən. Daim onlarla salamlaş.
Problemlərini həll etməyə çalış, dərdlərinə şərik çıx, onlara
avtobusda, metroda yer ver. Onların yadlarında qalmağa çalış, bu
sənə sonra çox xeyirli olacaq. Həyatın hamısını əvəldən bilmək
olmaz, öz qadının qəfil ölə bilər, ayrıla bilər, xəstələnə bilər,
192
sonsuz ola bilər- bu zaman tanış qızlar və qadınlar lazım olar,
kömək edər.
29.
İnsanlar arasında haqq- ədalət axtarma, tapmayacaqsan.
İnsanlar arasında da, fiziki cisimlər arasında da eyni qanun
işləyir: Hər adamın və ya canlının, fiziki obyektin vəziyyəti
onların yaşamaq uğrunda qarşılıqlı- əlaqəli çalışmaqları,
mübarizəsi və əməkdaşlıqları nəticəsidir. Hər birinin yaşamaqda
istifadə etdiyi fəaliyyət onun üçün haqq və ədalətdir.
30.
Zərdüşt peyğəmbərin məsləhət gördüyü: “Düz fikir, düz
məqsəd, düz əməl,” qaydasını öyrən və əməl et
31.
Eşitdiyin, gördüyün sözlərə, şeylərə əvvəl şübhə et.
Çünki hər şey nisbidir, hər şey dəyişiləndir, yəni eyni cür qalmır.
Hər şey yalnız həmin baxılan anda elə görünür, başqa anda başqa
cür görünür. Hər şey göründüyü kimi deyil. İnsan ancaq şeylərin
bir hissəsini - gözü qarşısında olan şeyləri və ya görmək istədiyi
şeyi görə bilər. Hər şeyi dəqiq tam görmək üçün o şeyin özü
olmaq gərəkdir. Bu isə həmişə mümkün deyildir.
32.
Uğurlu yaşamaq və düzgün məqsəd seçmək üçün
fasiləsiz özünü, ətraf mühiti - təbiəti, cəmiyyəti, ictimai sistemi
dərk et-öyrən. O dəyişdikcə sən də fikrini ona uyğun dəyişdir.
Güclü və zəyif cəhətlərini; yaxşı və pis cəhətləri; keçmiş və
indini; düz və səhv hərəkətləri; hadisələri, gələcək təhlükələri
araşdır. Və yaddaş üçün yaz, tez - tez yadına sal. Sənin üçün
başqalarını dərk etmək asandır, nəinki özünü. Özün haqda
başqalarının fikrini soruş.
33.
Fəaliyyətini planlaşdır, uzun dövr və yaxın zaman üçün
məqsədlər seç, prioritet məqsədləri–ən vaciblərini ayır və
siyahısını tut. Məqsədlərə necə çatmaq üçün plan qur və izahatla
birlikdə yaz.
34.
Elmləri öyrən. Xüsusilə
fəlsəfəni, sosiologiya,
psixologiya, iqtisadi qanunları və dəqiq elmləri.
35.
Başqa insanlarla( işdə, bazarda, biznesdə, yaradıcılıqda,
şərikli işdə) münasibət qurduqda elə et ki, üstün maddi, hüquqi,
bacarıq şansları, vasitələri, yaxşı kartlar sənin əlində olsun.
Bunlar olmasa asılı olacaqsan, hara sürsələr, ora getməyə məcbur
olacaqsan. Yəni öz üstünlüyün olan məsələni, fəaliyyəti seç,
onunla məşğul ol, ona güvən, onunla yaşa.
36.
Gələcəyini yaxşı qurmaq üçün öz üstünlüklərinin
siyahısını tut və məhz onlardan istifadə et. Bunlar cavanlıq,
evinin olması, yaxşı və əlverişli yerdə torpağının olması,
Dostları ilə paylaş: |