Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə69/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   65   66   67   68   69   70   71   72   ...   81

 
205
GÖRÜNMƏZ DÜNYA, YAXUD RUHİ DÜNYA HAQDA 
NEORASİONALİST NƏZƏRİYYƏ 
 
Giriş  
Kitabın birinci bölməsində  təklif edilən rasional cəmiyyət 
sistemini başa düşmək üçün hökmən dünyanın quruluşu və varlığı 
nəzəriyyəsini və onun bir bölməsi olan cəmiyyətin  ümumi 
nəzəriyyəsini  bilmək lazımdır. Bu biliklərin hamısı müəllifin irəli 
sürdüyü ümumi neorasionalist fəlsəfə  nəzəriyyəsində  və ayrıca 
rasional cəmiyyət nəzəriyyəsində  əks  olunmuşdur. (Bax: Həqiqətə 
Pəncərə    kitabı Axundov M.F. kitabxanası, www.anl.az, elektron-
kitabxana bölməsi). Digər tərəfdən, insanları maraqlandıran və 
onların dünyabaxışlarına və davranışlarına  təsir edən görünməz və 
ruhi dünya və Tanrı haqda lazımi izahatın verilməsi ehtiyacı vardır. 
Aşağıda bu fəlsəfi nəzəriyyə  və ruhi dünya  və tanrı haqda qısa 
məlumat verilir, hansı ki rasional cəmiyyətin və insanın həyatını necə 
qurması    və dünyanı  dərk etməsi, düzgün seçimlər etməsi üçün 
lazımdır   
 
Klassik rasionalizmdən Yeni rasionalizmə  
 
Avropa düşüncəsinin  əsasını  təşkil edən Rasionalizm fəlsəfi 
cərəyanının  əsasını 17-ci əsrdə Rene Dekart, Spinoza, Leybniç 
qoymnuşdur. Onların ruhu həmişə şad olsun. 
Bu məqalədə istifadə edilən Rasionalizm anlayışı 17-18 əsrlərdə 
yaranmış eyni fəlsəfi anlayışla tam eyni deyil, habelə onu protestant 
ilahiyyatçı cərəyan kimi də başa düşmək lazım deyildir.  
Burada rasionalizmin yeni səviyyəsi olan  yeni rasionalizm və ya 
Neorasionalizm haqda söhbət aparılır. Bu  yeni dünya -baxışın əsas 
anlayışı olan ağıl  keçmişdə hesab edildiyi kimi hisslərə, intuisiyaya,  
təcrübəyə, tarixə  zidd deyil, əksinə onlardan qidalanır və daim 
səmərələşir.  
Yeni rasionalizm  fəlsəfi baxışları idraka - ağıla  əsaslanır və 
onun vasitəsilə  nəticələr çıxarır. Ağıl isə  ilkin hisslər, duyğular və 
təsəvvürlər, intuisiya, habelə tarixi  məlumatlar nəticəsində 
formalaşır.   
Yeni rasionalizm- neorasionalizm  fəlsəfəsi rasional cəmiyyət 
ictimai iqtisadi sisteminin və  nəzəriyyəsinin  əsas  nəzəri fəlsəfi 
biliklər bazasıdır. 


 
206 
Qeyd etməliyəm ki, insan həyatında ağıl və inituisiyanın qismən 
fərqli mənbələri  var  və fərqli iş prosesinə malikdir. Əgər ağıl hisslər 
və sözlərlə (habelə səslə, iylə görməklə, toxunmaqla) ifadə olunmuş 
faktlar, məlumatlarla  əməliyyat aparırsa və müəyyən bir mülahizə, 
qərar yaradırsa,  intuisiya  üçün hesablamağa, çoxlu məlumatlara 
ehtiyac yoxdur. Görmək, eşitmək kifayət edir. İntuisiyanın özü də üç  
pilləyə bölünür: 1) adi intuisiya-gündəlik həyatda, yaradıcılıqda 
təhlükəli və  gərgin momentlərdə özünü göstərir, belə intuisiya 
heyvanlara da xasdır; 2)modellər vasitəsilə işləyən intuisiya, hansı ki 
oxşarlıq, ahəng və xaos qanunları ilə izah olunur; bu qrup da 
müxtəlif qollara ayrılır: münəccimlər- astroloqlar, baxıcılar, falçılar ( 
kofe, daş atma, kart və s); 3) daha dərin  intuisiya -dünyanı  dərk 
etməkdə yüksək kamilliyə çatmış adamlarda, hansı ki bütün dünya 
tarixini bir anda (tarixi) təsəvvür edə bilər və ya yer 
kürəsində(ərazini) nə baş verdiyini tam  müşahidə edə bilər. Belə 
adamlara bəzən prorok; müəllim (Çində); budda, bodhisatva 
(Hindistanda) deyirlər (içində  hər  şeydə olduğu kimi yalançılar da 
olur). Belə adamlar daim hər  əsrdə doğulurlar. Belə güman etmək 
olar ki, intuisiya insanın 6-cı  qabiliyyətidir, bütün heyvanlara və 
insanlara xasdır.  İnsandan danışsaq daim onun özündən asılı 
olmayaraq, beyinin gizli işi nəticəsi kimi formalaşır.  
Rasional fəlsəfə inituisiya ilə münasibətdə  ağılı(idrakı) birinci 
yerdə - həlledici qəbul edir.  Hesab edir ki, intuisiya  müxtəlif 
mənbələrdən gələ bilər, habelə görünməz və bu və ya digər dərəcədə 
yaxşı və pis ruhlardan, emosiyalardan  qaynaqlana bilər. Bu səbəbə 
görə istənilən intuisiya- vəhy adlandırılan xəbər alma ağıl vasitəsilə 
analiz edilməli, ağıla əsasən davranış seçilməlidir.  
Yeni rasionalizm fəlsəfəsi  ağıl (idrak), rasional, -ağıllı, ağla 
uyğun, məntiqi,    səmərəli , kamil,  optimal, məqsədəuyğun, sərfəli,  
ağıl və  məntiq ilə  əsaslandırılmış,  effektiv mənalarında;   
rasionallıq- kamillik, optimallıq , səmərəlilik və oxşar terminləri  ilə 
işləyir, elmi fəaliyyət sahələrini  əhatə edir. Dünyaya, hadisələrə 
rasional baxış formalaşdırır, gerçəkliyin necəliyini və  fəaliyyətini, 
dəyişiliklərini maksimum əks etdirən  həqiqi biliklər yaradır. 
İnsanların həyatını rasional fəlsəfi baxışlar və izahlarla, elm və onun 
tətbiqi olan texnika ; rasionallıq prinsipi,  rasional davranışlar 
vasitəsilə yaxşılaşdırmaq (rasionallaşdırmaq)məqsədi güdür. 
Yeni rasionalizm dünyanı  dərk etməyin ağıl vasitəsilə mümkün 
olduğunu bildirir, lakin bunun fasiləsiz proses olduğunu hesab edir 
və  təbiət və  cəmiyyətin həyatının hər bir sahəsinə aid xüsusi bilik, 


 
207
rəylər formalaşdırır. Fasiləsiz yeni məlumatlar, hisslər, müşahidələr, 
eksperimentlər, müqayisələr, ümumiləşdirmələr, analiz əsasında  
bilikləri rəyləri  dəyişdirir. Biliklərin reallığa uyğun olmasına çalışır. 
İdrakın fəaliyyət nəticəsi elmdir, yaradılmış  nəzəriyyələr, layihələr, 
qərarlar, planlardır, uyğun davranışlardır.  
Dünya haqda elmi, rasional(əqli) baxışlar (yeni rasionalizm 
fəlsəfəsi) gerçəkliyi aşağıdakı iki hissədən ibarət hesab edir:  
1) ieararxik sistemik quruluşa malik obyektiv real material dünya  
2)  şüurlu fəaliyyətin nəticəsi olan və onun bədənlə birgə 
xassələrini əks etdirən görünməz obrazlar dünyası. 
 Bu fikirlər kifayət qədər sübutlara malikdir. Burada, habelə belə 
fərziyyə söyləmək olar ki, bütün qalan canlıların- bitki və 
heyvanların da məhv olduqdan sonra görünməz surətləri qalır, habelə 
onlar haqda məlumat  qalmaqda davam edən  ətraf mühit 
obyektlərində- insan, bitki, divarlar, ağaclarda -qalır.  
Gerçəklik hər bir şəxsə onun öz şüuru vasitəsilə dərk edib qəbul 
etdiyi, yalnız onun şüurunda müəyyən etdiyi spesifik şəxsi maddi 
dünya kimi görünür. Ona görə insanların sayına görə  hədsiz 
miqdarda dünyalar təsəvvür olunur- hər şəxs dünyanın özünəməxsus 
olan obrazına malikdir. Bu görüntü -şəxsi dünya gerçək dünyalar ilə 
az və çox dərəcədə uyğundur. Və onun hamısının deyil, az bir 
hissəsinin təsvirinə - obrazına, həyatı haqda biliklərə malikdir. 
Neorasionalizmin həqiqət haqda mövqeyi belədir. Həqiqətlər 
nisbidir, bütün mühit elementləri dəyişdiyi üçün onları  əks etdirən 
biliklər- həqiqətlər də  dəyişir. Dəişməyən yalnız bir həqiqətdir- 
dünyanın vahidliyi, bütövlüyü, çoxluqdan ibarət olması. Ehkamlar – 
dəyişməz biliklər yoxdur və  qəbul edilmir. Həqiqətlər fərziyyələr 
vasitəsilə öyrənilir. Həqiqət- gerçəkliyin insan fikrində düzgün  əksi 
və  təsfiri yalnız konkret zamana və  məkana aid  olur, bu zonadan 
kənarda həmin bilik həqiqət deyil. 
İnsan Yer planetinin canlı sakinləri içərisində  ən yüksək ağıla 
malik olaraq dünyaya münasibətdə onu dərk etməyə - anlamağa 
çalışan varlıqdır. Onun beynində yaranmış  şüuru, ağlı, psixikası  
konkret dərkedici, qəbuledici, analizedici, idarəedici sistem kimi onu 
kompleks mühitdə (material , obrazlar və şəxsi dünyasında) rasional 
yaşatmaq funksiyasını icra edir. İnsan material və 
obrazlar(görünməyən) dünyasını yalnız  şəxsi dünyası    (hansı ki öz 
beynində onu qurur) vasitəsilə başa düşür və münasibətə girir.  
Material dünya haqda yuxarıda qeyd edilən kitabda, habelə böyük 
miqdarda müxtəlif elmi kitablarda- fizika, biologiya, astronomiyada  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə