Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə70/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   66   67   68   69   70   71   72   73   ...   81

 
208 
və s. geniş məlumat verilmişdir. Aşağıda isə yalnız ruhi dünya haqda 
söhbət aparılır. 
 
Yeni Rasionalist elmi dünyabaxış və teizmin fərqli mövqeləri   
 
Ruhi aləm anlayışı :1. İnsanın şəxsi şüuru və ya ruhu : hissləri 
və düşüncələrini, daim yaddaşında saxladığı  ətraf mühitin obrazını, 
bilik formasında mədəniyyəti, əxlaq və davranış prinsiplərini, dünya 
və öz ətraf mühiti haqda görüşlərini və 2. Obrazlar dünyası, 
görünməyən xəyali surət varlıqları, onların fenomenlərini əhatə edir. 
Şüurlu fəaliyyəti yer üzündə insanlar və yüksək inkişaf etmiş 
heyvanlar icra edirlər. Obrazlar dünyasını  təşkil edən elementlər 
yalnız  şüurların kompleks formada daşıdığı biliklərə, hisslərə, 
məqsədlərə malik olan müəyyən müddətə dayanıqlı olan, bəzən 
görsənən canlı aləm varlıqlarının surətləridir, material bədəni 
olmayan obrazlardır-formalardır. Demək yerinə düşər ki, materializm  
fəlsəfəsi formanın materiyadan  kənarda olmasını qəbul etmir.  
Rasional elmi nəzəriyyə  dünyanın dərk edilə bilən olduğunu
ruhi aləmi aktiv öyrənməyi və insanlara mümkün faydasını müəyyən 
etməyi və ondan istifadə etməyi öz vəzifəsi hesab edir. İnsana 
münasibətdə  həmin ruhi aləm varlıqları  həmin adamın xasiyyət və 
parametrlərindən asılı olaraq müəyyən anlarda aşkar olur və əlaqəyə 
girə bilirlər. Nəticədə bəzən müxtəlif xarakterli görünməz varlıqlarla 
müəyyən uyğun adamlar arasında  əlaqə baş verir. Onların 
məqsədlərini isə dayanıqlı və birmənalı olaraq nə yaxşı, nə pis hesab 
etmək olar. Bunu əlaqədə olan adam bilmək və müəyyən etmək 
qabiliyyətinə malik deyildir. Alınan məlumatlar və ya göstərişlər 
müəyyən yerdə  və zamanda faydalı, digər zamanda isə  zərərli ola 
bilər, habelə bir adama şəxsən xeyirli, digərinə  zərərli ola bilər. 
Bunun səbəbi odur ki, bu məlumat mənbəyi eyni vahid bir mənbə 
deyil. Tanrı anlayışını yaratmış 3 teist dinin öz  terminləri ilə ifadə 
etsək şeytan da, tanrı da insana intuisiya ilə tapşırıq verə bilər, lakin 
insanın bunu hansının dediyini müəyyən etməyə bir metodu yoxdur. 
Teizmin tanrı haqda fərqli  fikri . Teizm tək tanrı anlayışı 
üzərində qurulmuş ilahiyyat nəzəriyyəsidir.  Onun son fikri belədir: 
“dünya dərk edilə bilməz, material dünya ondan kənarda olan və onu 
yaradan ruhi dünya tərəfindən idarə olunur ki, onun da başında Tanrı 
durmuşdur”; ruhi dünya üç hissədən : 1) Tanrıdan və onun 
köməkçiləri - mələklərdən, 2) Şeytandan və onun köməkçiləri 
iblislərdən, cinlərdən 3) insan ruhlarından ibarətdir. 


 
209
Teizm tanrının nə olmasını demədən ona xassələr yazır və onun 
olması barədə 4 sübut -kosmoloji, teleoloji, ontoloji, və əxlaqi -irəli 
sürür. Keşiş Foma Akvinski isə (Xİİİ əsr) onun olması haqda  5 sübut 
irəli sürmüşdür. Lakin tanrının nə olduğunu müəyyən etmədən onun 
olmasından necə danışmaq olar? Teismin müxtəlif cərəyanları tanrını 
səhv etməyən, daha kamil və dünyanı yaradan və idarə edən, 
xüsusilə, insanla əlaqəli olan  ən ağıllı  və  şəxsiyyətə malik ruhi 
varlıq hesab edir. Tanrı haqda müxtəlif filosofların - Anaksaqor, 
Platon, Hegel, Kantın çox halda bir- birinə zidd olan  müxtəlif 
konsepsiyaları vardır. 
Müsbət dini təlimlər insanların bilməməsindən  bu günə  qədər 
sui-istifadə etmiş və öz mənafelərini təmin edən formada ruhi dünya 
haqda nəzəriyyə qurmuşlar. Yəni onlar Tanrı  tərəfindən maddi 
dünyanın və heç anlamadıqları ruhi aləmin idarə edildiyi (şeytandan 
başqa)  və yerdə xüsusi adamlar seçərək onlar vasitəsilə insanları 
idarə etməyini onun adına yazmışlar. Mənfi dini təlim olan şeytanın 
tərəfdarları olan (Satanist)  adamlar isə, dünyanın  şeytan idarə 
etdiyini hesab edir və ona uyğun sitayiş prosesi yaratmışlar. Sonralar 
isə dini təşkilatlar – kilsə, sinaqoq və islam idarəsi yaradaraq bu 
təşkilatın Allahın adından idarə etdiyini  və insanların onlara  xidmət 
göstərməli və tabe olmalı olduğu ideyasını yaymışlar.. Dini təlim 
yaradıcıları, beləliklə, Tanrıdan (şeytançılar isə şeytandan) səlahiyyət 
almalarını sözlə və ya zorakılıqla insanlara qəbul etdirməklə konkret 
məqsədləri güdmüşlər.    Bu  məqsədlərin içərisində özlərinin və 
davamçılarının başqalarının hesabına müftə yaşamaq və hakim 
olmaq  məqsədləri  əsas  yer tutur. Qeyd edilməlidir ki, şeytana 
sitayişin də tarixi ilk danışan insanların  meydana gəlməsindən 
başlayır. Hətta daha ehtimallı belə fərziyyə vardır ki, insanlar əvvəl 
yalnız  şeytanı tanımış  və ona  sitayiş etmişlər. Elmin qarşısında 
hazırda  şeytan haqda da nəzəriyyə yaratmaq ehtiyacı vardır. Çox 
güman ki, tanrı  və  şeytan hər ikisi insanların  şüurunda yalnız psixi 
inam rolunu  oynayaraq baxışların və seçimlərin iki kənar hədlərini 
(yaxşı və pis)  əks etdirir.  Qeyd edirldiyi kimi gerçəklikdə isə onlar 
insan təsəvvüründən fərqlidir. 
 
Yeni Rasionalist  fəlsəfənin Tanrıya baxışları  
 
1. Allahın tarixi mənası 
İlk insan tarixində əvvəl şər qüvvələrin - demonların olmasına və 
onların dünyanı idarə etməsinə inam və onlara sitayiş yaranmışdır. 


 
210 
Sonra isə onlara əks xeyir qüvvəsi –müxtəlif dillərdə anoloqu olan 
Allah ifadəsi ixtira edilmişdir. Allah -Tanrı-Xuda-Boq -God - 
müxtəlif dillərdə olan bu ifadələr ən qədim zamanlarda biliklərin cüzi 
olduğu və elmin ayrıca sahə kimi yaranmadığı dövrdə insanlar 
tərəfindən yaradılmışdır. Bu söz o zaman naməlum olan təbiət 
qüvvəsini, hadisələrin səbəbini işarə etmək ehtiyacından yaranmışdır. 
Təbii evolyusiya prosesində əvvəl Fiziki Tanrı anlayışı yaranmışdır - 
Günəş, Ay və ulduzlar tanrı hesab edilmiş  və onlara  sitayiş 
edilmişdir. Onların Yeri və insanları idarə edən,  ən güclü 
ilahi(fövqaladə qüvvə) olması qəbul olunmuşdur, sonra isə sitayişin 
obyekti  -  material göy cisimləri  Allah, Zevs, Qod , Xuda və s. adı 
ilə əvəz olunmuşdur. Əvvəl ona insani xassələr (görən, eşidən, rəhm 
edən, danışan) aid edilmiş və onu  insan sifətli təsəvvür etmişlər.   
Belə düşüncələrə , digər tərəfdən, hələ ilk insanların gözünə 
görsənən, insana oxşar surətlər də -indiki mənada ruhlar da - səbəb 
olmuşdur. XX əsrdə isə o naməlum, bilinməz elan edilmişdir. 
Düşüncələrin evolyusiyası ilə sonra ona müxtəlif funksiyalar, 
xassələr (millətləri və  bəzi insanları  vəkil seçən, qoruyan, qanun, 
əxlaq yaradan) əlavə etmişlər. Araşdırma göstərmişdir ki, bu xassələr 
kortəbii olmuş, insanlar  əsasən müşahidə edilən reallığı, ailə və icma 
sistemini, arzularını Allah anlayışına  köçürtmüşlər. Ona verilən bir 
çox xassələr ziddiyətli və  səhvdir - subyektiv fikirlərdir, sui - 
istifadə məqsədi daşıyır.  
Onun adından istifadə edilərək  inandırmaq , qorxu və ondan 
hakimiyyət almaq vasitəsilə  cəmiyyətdə qayda yaratmaq və milli  
faydalı strateji məqsədləri, habelə  şəxsi eqoist məqsədləri həyata 
keçirmək üçün istifadə olunmuşdur.  
 
Yeni rasionalist baxışın rasional Tanrı anlayışı 
Qısa ifadə edilsə, Allah mühit, mühiti formalaşdıran müxtəlif 
elementlər onların qanun və qanunauyğunluqları, səbəb - nəticə 
asılılığı, inam, olmaq (существование), sonsuzluq, davamiyyətdir.  
Tanrının formulu sadə formada  
∑Ni  = 0  qəbul oluna bilər. Bu 
o deməkdir ki, dünya müvazinətdə olan və ya müvazintələşməyə 
doğru daim dəyişən çoxluqdur. Onun nəticəsi  abstrakt sıfırdır, 
gerçəklikdə isə 0 +1 və ya 0-1 dir. Yəni dünya ya bir tərəf, ya digər 
tərəf istiqamətində və sonra işarələrini dəyişməklə çoxluqun fasiləsiz 
müvazinətləşmə  prosesidir.  Tanrı iki hissədən ibarət hesab edilə 
bilər 1) dünya material  çoxluğu və bu çoxluğun daim daşıdığı, malik 
olduğu 2) məlumat kompleksi.  Material çoxluq daim fasiləsiz 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə