Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə73/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   69   70   71   72   73   74   75   76   ...   81

 
217
Moiseyə Allahın  dilindən  yəhudilərə  vəd edilmiş torpaqlar haqda 
rəvayətlər və digər proroka isə xristian və yəhudilərlə dost olmamaq 
vəsiyyəti durur.  Lakin qeyd edilməlidir ki, zorakılıq, qəsbkarlıq və  
düşmənçilik çağırışları Xristianlıq, Buddizm, İnduizm, Konfuçi 
dinlərinin  mənbələrində əsla  yoxdur, burada hamıya - düşmənə də 
sevgi çağırışı vardır.  
 Allah varmı? 
Bu sualın cavabını allahın nə  və ya kim olmasınmı biləndən 
sonra vermək olar. Başqa sözlə, onun hansı parametrlərlə  və 
xassələrlə xarakterizə olunduğunu biləndən sonra  suala cavab 
vermək olar. Yeni  Rasionalist  fəlsəfə  aşağıdakı cavabı verir. 
İnsanların adətən istifadə etdikləri bu söz yalnız psixi inamdır, 
reallıqda allahla əlaqəsi olmayan və onu əks etdirməyən sözdür. 
Qədim tarixi mənasına görə Allah sözü islamdan əvvəl  İl-illah adlı 
Ərəb tanrısının  bir transformasiyasıdır və 329 Ərəb bütpərəstlik 
ilahilərindən birinin və  ən böyüyünün-Ay tanrısının adıdır. Aya 
salavat çəkilməsi, minarələrdə. bayraqda  ay işarəsi qoyulması, 
orucluq və təqvimin ayla hesablanması sübutlardır. Digərləri  günəş 
və ulduzlar və s. iearxik ilahilər strukturu olmuşdur  Biz türk dilli 
xalqlara isə allah deyil, Tanrı sözünü işlətməyimiz daha doğrudur. 
Digər tərəfdən türk dilində Tanrı  həqiqətən böyük və real və insan 
tərəfindən xüsusi xassələr yazılmayan ayrı - seçkilik etməyən tək 
ilahi hesab olunur.  
Rasional fəlsəfənin müəyyən etdiyi mənada Allah vardır. 
Bu Fiziki allahdır. Onu öyrənmək və onun qanunu ilə 
yaşamaq rasionaldır – ağıllı  işdir.    İnsanlar  İnam formasında ona 
inandıqda da səhv etmirlər. Lakin  fiziki (fiziki dünya və onun bütün 
qanunları, habelə  cəmiyyət, insan və onun qanunları  və normaları, 
düşüncəsi) və psixi inam mənasından başqa ona aid edilən  bütün 
mənalar, fikirlər və göstərişlər insanın fərziyyəsi, yaxud 
uydurmasıdır. Məhz bu səbəbə bu son fikirlər real həyatda düz 
çıxmır, aşkar olunmur. 
Allahın fiziki və psixi mənasının ümumi əlamətlərini, görünməz 
dünyanı araşdırdıq. İndi isə Görünməz dünya, və onun  sirlərini daha 
yaxın məsafədən baxaraq (bir neçə qat pərdəni açaraq), onun nə 
olduğunu və onunla əlaqədə tanrının nə ola biləcəyi sualına daha 
konkret cavab axtaracayıq. Qeyd etməliyəm ki, Öncəgörmə elmi 
üzrə professor Soheil İnayatullahın fikrincə,  həqiqət 4 pərdədən 
ibarət qatın altındadır, lakin Buddizmin, Teosofiya və Okkultizm 
nəzəriyyələrinin fikrinə görə həqiqət 7 qatın altındadır. 


 
218 
İnsan tarixini diqqətlə izlədikdə  ən qədim zamanlardan tanrı 
anlayışının ilkin versiyasının yaranmasını və bu anlayışın onun  xalis 
ilahi, müəyyən  təbiət cisim və canlılarının formasında, sonra insan 
formasında və xarakterində  təsəvvür edilməsindən başlayaraq   20-ci 
əsrin ikinci yarısından sonra isə naməlum və dünyadankənar qüvvə 
hesab edilməsinədək  təkamül etdiyini müşahidə edirik. Lakin  yalnız 
bir dində ona verilən və gülüş doğuran subyektiv xassələrdən - 
kimisə özünə  vəkil seçməsi və ona hakimiyyət verməsindən imtina 
edilməməsini də görürük. Demək, dini baxış  elmi dünyabaxışa 
müəyyən qədər yaxınlaşmaq istiqamətində ateist  təzyiqləri altında 
təkamül etmişdir. Lakin məntiq və idrakla sübut oluna bilməyən, 
keçmişdə tanrıdan  şəxsən alət kimi istifadə edən baxış  sistemi 
təkamül etməmişdir. Ziddiyyətli bir vəziyyət (dedlock, тупик) 
yaranmışdır.  İnsan tarixi ərzində insana gələn tapşırıqların bir  
mənbəyi vardır-bu xeyirli və acıqlı ruhlar tərəfindən verilmiş 
məlumatdır.  Əgər bibliya və ya müsəlman prorokları görünməz 
mənbədən göstəriş almışlarsa, bu yalnız ya xeyirxah, ya da acıqlı 
zərərli ruhlar tərəfndən ola bilərdi. Burada allah  olmamışdır. Böyük 
tədqiqatlar göstərmişdir ki allah hesab edilən mənbə yalnız inituisiya 
ilə  məlumat  verir ki, bu məlumatda göstəriş bildirən fellər( elə, get, 
vuruş, öldür, al və s.) yoxdur. Bir daha bu fakt sübut edir ki, tanrı 
məhz dünyanın məlumat - zəka sferası ola bilərdi ki, insan beyni bu 
məlumatı öyrəndiyi terminlər vasitəsilə intuisiya ilə əldə edir.   Lakin 
ruh adlandırılan varlıqların da bu məlumat dünyasından məlumat 
alması və öz uyğun hesab etdiyi və ya öz qohumuna xəbər verməsi 
mümkündür. Bu halda da bu ruh xeyirxah, yaxud acıqlı, zərərli ola 
bilər. Insana yaxşı  və ya pis məsləhət, tapşırıq verə bilər.  Bu 
mülahizələrdən belə nəticə çıxır ki, bütün Bibliya – Yəhudi, Xristian 
və  İslam prorokları tanrı ilə deyil, əsasən müəyyən yaxşı  və ya pis 
ruhlarla (habelə cin, şeytan adlandırılan varlıqlarla), bəzən kontakda 
olmuşlar və onlardan “yaxşı  və pis” göstərişlər almışlar. Və yaxud 
müəyyən hallarda  xəstəlikləri nəticəsində öz eşitdikləri, 
düşündükləri fikirlərin təkrar eşitmə qarabasmasına məruz qalmışlar. 
Bibliyada göstərilən yalnız bir məlumat - dünyanın qəfildən 
yaradılması yalnız intuisiya ilə tanrıdan alınması daha çox 
ehtimaldır, bu hadisədən sonrakı prosesin isə (halbuki təsvir edilən 
ardıcıllığı  səhvdir) öz ağılları ilə fantaziya etdiklərini demək olar. 
Qalan məlumat qəbulu isə qeyri-tanrı varlıqları ilə - yalnız bu ya 
digər məqsədli ruhlar, “şeytan və cinlər” ola bilərdi. Yuxarıda 
deyildiyi kimi, çünki onların sözləri universal tanrı anlayışı  və  


 
219
xeyirxah xassəsi ilə düz gəlmir.  Dindarların bu həqiqəti bilməsi və 
elmə inanması daha çox vacibdir. 
Yeni dini baxışlara görə qeyri – müəyyən, dərkolunmaz və 
dünyadankənar hesab edilən tanrı öz səlahiyyətlərini  necə    yer 
üzərində bir vəkil -hakim seçərək həmin insana verə bilər? Əgər belə 
olsa da belə, sən onu bilməzsən, heç kəs bunu  malik olduğu hiss 
üzvləri, məntiq və ağılla, intuisiya ilə bilə bilməz.  Bilməzsə, deməli, 
belə deyə bilməz.  Şübhəsiz, elmi araşdırmalar tanrının  bir kəsi 
seçməkdə marağı və  belə funksiyası olmasını aşkar etmir.   Çünki  
seçə bilmək  onun funksiyasıdırsa,  tək bir adamın seçilməsi çox pis 
seçimdir, onda xeyirxah  və daha kamil tanrı bir idarəedici kollektivi 
seçməliydi . Ona görə ki, kollektivin qərarı  tək adamın qərarından 
daha ağıllı, müdrikdir. Hələ ki indiyədək insan tarixində    elə bir 
absolyut təkbaşçı olmamıdır ki, onun qurduğu idarə daim yaşasın və 
insanlar razı qalsınlar,  əksinə elə  səhvlər etmişdir ki, həmin ölkələr 
dağılmış,  inqilablar baş vermişdir. 
Təkcə bir dünya aksioması-hər  şeyin keçici olması  və yeni ilə 
inkar olunması prinsipinə görə tanrı heç kəsi  əbədi  nümayəndə 
seçə bilməz.  Hər qalib yeniləcəkdir, hər gələn gedəcəkdir, hər 
nəzəriyyə, hər din  yenisi ilə əvəzlənəcəkdir və ilaxır. Belə dəyişməz 
həqiqətləri kim inkar edə bilər ki.  
Hər kəs ümumi qanunlar daxilində ictimai sistemdə 
boşaldılmış və ya açılmış vakant yeri öz ağlı və fəaliyyəti ilə gəlib 
tutur və həmin rolu oynayır. Sonra getməyə məhkumdur. Kimin 
bu rolu oynaması tanrı üçün əhəmiyyətli deyil, onun oğlu, qızı, 
sevimlisi yoxdur, heç kimin də “dayısı” deyil. Digər tərəfdən,  əgər 
sən dindarsansa  əvvəldən onu qeyri - müəyyən və  dərkolunmaz 
hesab edirsən,  bu məntiq sənə  onun kimisə seçmək, təyinat vermək, 
vəzifəyə təsdiq etmək  qabiliyyəti olduğunu qəbul etməyə yol vermir. 
Cümlənin birinci hissəsindəki təyinat onun belə funksiyalarının 
olmasını insanın bilə bilməyəcəyini sübut edir və belə iddiaların 
uydurma olduğunu  və avamlara ünvanlandığını göstərir. Bu hadisə 
bir neçə teist (teos- latınca ilahi deməkdir) dinlərinin – İudaizm, 
Xristianlıq və İslam - daşıyıcılarında müşahidə edilir. İslamdan başqa 
digər elə bir din yoxdur ki, orada  kimsə özünə ali funksiyalar versin 
və onu tanrıdan alındığı iddiasını irəli sürsün. Əgər səhvən onlar 
hesab edirlərsə ki, tanrı kiməsə funksiya vermişdir, demək bu 
məntiqlə tanrı da həmin funksiyanı geri alır - ümumi dünya 
dəyişgənlik qanunu icra olunur. Hətta falçı  və öncə görənlər, 
rentgen gözlər və xürufatçı ekstrasenslər, seyidlər, kofe ilə baxanlar 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə