Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə76/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   73   74   75   76   77   78   79   80   81

 
226 
1) ölmüş adamların ruhları- astral və mental varlıqlar; 2) dünya bilik 
mənbəsi - sikllərin və dəyişiliklərin, qanunauyğunluqların daim ətraf 
mühitdə  əks olunması  və beynin gizli işi nəticəsində intuitiv hiss 
etmə və kodların danışıq dilinə çevrilməsi. 
18. Güman ki, məhz dünyanın özü, daha dəqiq desək, onun 
məlumat hissəsi tanrı hesab edilə bilər. Bu məlumat dünyanın, əşya 
və canlıların olma qaydasını, canını, mahiyyətini  əks etdirir. Bu 
məlumatda istənilən istiqamətdə  dəyişiliyin necə olması, imkanlar 
həmişə  məlumdur və avtomatik müəyyən edilir. Yəni Bibliyada 
deyildiyi kimi “ tanrı  nəyisə edir, sonra fikirləşir, baxır ki, bu 
yaxşıdır ya yox, sonra digər addım atır”, və yaxud Quranda deyildiyi 
kimi “Allah  istədiyini edir - yəni nə istəsə, onu edir” və s. təsvirlər  
həqiqət deyildir, keşişlərin və mollaların, özünü seçilmiş sayan bəzi 
adamların  öz fantaziyalarıdır. Gerçək həyatda avtomatik idarə baş 
verir. Hər hadisənin hara istiqamət alması, gələcəkdə  nəyin olacağı 
dəqiq müəyyəndir. Dağdan buraxılan daş  və ya təkər hansı bucaq 
altında maneyəyə  dəyərsə, hansı bucaq altda  istiqamət alacağı, nə 
qədər vaxtdan sonra dayanacağı avtomatik məlumdur. Habelə hansı 
şəraitdə hansı maddənin yaranacağı, konkret  hadisə  hansı şərtlərdə 
ola bilər- məsələsi tam  məlumdur. Yəni Tanrının  Bibliyada 
deyildiyi kimi “fikirləşmir, edir, sonra peşman olur” xarakteristikası 
səhvdir. Bu dəqiq asılılıq , səbəb nəticə  və xaos qanunlarına görə 
peyklər gedib Aya çıxır və oradan geri qayıdır.  Sadəcə, müxtəlif 
hadisələr  insana məlum deyil, lakin bəzən və müəyyən hallarda bu 
məlum ola bilir. Əvvəlki sitata qayıdaraq onu dəqiq deyə bilərəm və 
sübut edərəm ki, istənilən hadisə istənilən yerdə baş verə bilməz. Hər 
bir hadisə, hərəkət yalnız müəyyən konkret vaxtda və yerdə yalnız 
onun olmasını gerçəkləşdirən zəruri miqdarda amillərin,  şərt və 
şəraitlərin bir yerdə  təsiri olandan sonra ola bilər. Dünya qaydası 
belədir. Bu baxış teist dini baxışlarının - “tanrının nə istəsə, onu edə 
biləcəyinin” səhv olduğunu istənilən qədər sübut edir. Hətta Tanrı 
hesab elədiyiniz həmin  anlayış  hər “ağlına gələni” istəyə bilməz, 
habelə onun ağlına, həvəsinə ola bilməyən işi, yeri gəlməyən işi 
görmək də gəlməz.  
19. Bütün mülahizələrdən belə nəticə çıxır ki, tanrı məhz ümumi  
dünyadır -daxilində  həmin obyekt olan çoxluqdur. Lakin insan 
şüurunda onun qəbul  etdiyi ona kömək edəcəyini, müxtəlif 
xassələrinin olduğunu güman etdiyi, lakin 
 
zehnində(şüurunda)konkret təsəvvür etmədiyi bir addır. Daha 
yaxından baxdıqda  və dünyanı isə iki elementdən - fiziki və 


 
227
məlumat dünyası - ibarət olmasını qəbul etsək, onda deməliyəm ki
fiziki dünya üst sistem rolunda alt sistemləri,  habelə insanı da idarə 
edir. Lakin alt sistemlər öz potensiallarına görə az və çox dərəcədə 
bu və digər növlü idarəedici təsirlər alırlar və ona uyğun forma 
(konstruksiya) və  həyat yolu seçirlər(özləri-könüllü). Yəni hər alt 
sistem – hər obyekt müxtəlif – fərqli idarəedici təsirlər alırlar və 
müxtəlif ona uyğun hərəkətlər(reaksiyalar) edir, forma, quruluş 
alırlar. Lakin məlumat dünyası, avtonom olaraq və fiziki dünya ilə 
əlaqədə  və onun mahiyyətini, imkanlarını, dəyişmə trendlərini  əks 
etdirir; fiziki dünyada hadisələr baş verməmişdən  əvvəl məlumat 
dünyasında bu addım məlumdur. Yəni hadisə baş verməmişdən 
qabaq onun olacağı və necə olacağı məlumat dünyasında məlumdur. 
Belə ki, hadisə təsadüf və istənilən formalı ola biləcək hadisə deyil. 
O, konkret mühitdə konkret trendlərin, səbəblərin qarşılıqlı 
təsirlərinin konkret ümumi nəticəsidir. O, keçmişin (dünənin, 
srağagünün, bir ayın, bir ilin, milyard illər əvvəlin və s.) doğurduğu 
və  həmin andakı naxışa (pattern) və ümumi siklə uyğun yeni 
vəziyyətdir. 
20. Tanrının digər əlaməti onun idrakla, ağılla əlaqəli olmasıdır 
ki,  şüurlu insan onu məhz  şüuru, ağlı ilə  dərk edir, onunla 
informasiya mübadiləsində olur. Müqəddəs Zərdüşt  eradan 700 il 
əvvəl məhz bu keyfiyyəti aşkar edib, onu keçici fikir - ağıl  
adlandırmışdı. Qeyd edilməlidir ki, İslam səhvən faktlar və məntiqə 
baxmadan tanrının dərk olunmaz, başa düşülməz olduğunu iddia 
edir. Lakin Yeni rasionalist nəzəriyyə, Bibliya və Üç Tripitak - 
buddizmin müqəddəs kitabları onun dərk olunan olduğunu  bildirir. 
Belə məntiqə görə tanrının Dünya Zəkası olması fikri daha çox əsaslı 
görünür  və bütün gerçək faktlarla sübut olunur, nəinki onun dərk 
olunmaz, naməlum olması fikri. Axırıncı fikri qəbul edərək, İslamın 
tanrıya öz mənafeyinə uyğun keyfiyyətlər yazması - onun kimlərisə 
hakim seçməsi, karvan soymaq, torpaqları, qəsb etmək, 
mədəniyyətləri dağıtmaq, müstəqil düşünən, öz ağlı  və ya baxışları 
ilə heç kimə  zərər vurmayan qadın, kişi, uşaqları  məhv etmək, 
şəhərləri və  kəndləri dağıtmaq və varvarlıq etməyə haqq verməsi; 
kimlərisə qul, nökər, kasıb, tabe olan seçməsi və birincilərə xidmət 
etməyə borclu olması; istədiyini edə bilməsi fikri həqiqətdən uzaqdır. 
Oxşar olaraq klassik İudaizm və Xristianlıq da (daha az dərəcədə) 
tanrıya xassələr yazaraq cəmiyyət quruluşunun, ağa - nökər 
sisteminin və    əxlaq normalarının onun tərəfindən təyin edildiyi 
ideyasını müdafiə edir. Lakin yeni rasionalist nəzəriyyə  və bir çox 


 
228 
fəlsəfi məktəblər bu fikirləri rədd edərək, tam sübutlarla ictimai 
sistemin təbii zəruri hadisə olduğunu və  ən kamil cəmiyyətə doğru 
səmərələşdiyini,  əxlaqı isə  cəmiyyətin özünün yaratdığını    və daim 
səmərələşdirdiyini bildirir.  
21. Öncəgörmə. Deməli, belə baxışı  qəbul etsək, gələcəyin 
öncədən görülməsi – daha dəqiqi, gələcəyin intuitiv öncəgörülməsi  
izah olunur. Öncə görmə üçün əsas postulatlardan biri “ bu günün, 
bu günkü material obyektin, hadisənin, keçmişlə gələcəyi birləşdirən 
bənd olması”  mülahizəsidir . Yəni bu gün hər bir şeydə keçmiş və 
gələcək birləşir, gələcəyin sifəti bu günkü şeydə  əks olunmuşdur. 
Öncəgörmə varsa, bu, şübhəsiz, o deməkdir ki, hər  şey ardıcıl, 
qanunauyğun baş verir və  əvvəldən müəyyəndir və bu məlumat 
dünya sistemində var. Bu proses, şübhəsiz, kor - koranə deyil, 
istiqamətlənmiş    və söz işlətmədən  məlumatı alma prosesidir və 
zəruri olaraq bu işdə determinant adlanan ilkin  giriş 
məlumatlarından istifadə edilir. Məsələn, insan haqda öncəgörmə 
prosesində onun adı,  ana- atasının adı, şəkli və ya canlı sifəti və ya 
onun şəxsi bir əşyası, tükü, habelə hər hansı bir paltarı istifadə oluna 
bilər. Vanqa, məsələn, əlavə olaraq  insan yatdıqda gecə başı altına 
qoyduğu qənddən vasitə kimi istifadə edirdi. Bunlar hamısı  həmin 
adam haqda məlumata malikdir.  Alınan məlumatlar kodlarından 
sözlərə çevrilir  və cümlə formasında elan edilir. Bu böyük qabiliyyət 
tələb edir. Bu mərhələdə  hətta təcrübəli öncəgörənlər də  səhv edə 
bilirlər. Lakin nisbətən, bu və ya digər hadisənin olub – olmayacağı, 
məsələn, futbolda oyunun neçə qurtaracağını, imtahana hansı nömrəli 
biletin düşəcəyi, və ya hansı sualın düşəcəyini, sizə kimin qonaq 
gələcəyini demək isə daha sadə  işdir. Burada HƏ –YOX qaydası 
istifadə edilir.  Buni izah edirəm. 
1978 –ci ildə “Gələcəyi necə demək olar” adlı  məqaləmdə bu 
məsələni izah etmişdim və indi də həmin fikirdə qalmışam. Bundan 
başqa, digər bütün eşitdiyim, oxuduğum müdriklər eyni fikri deyirlər.  
İzah : a) axtarılan naməlum hadisənin müxtəliv   alternativləri 
təsəvvürə  gətirilir və bir - bir olub olmayacağı fikirdə soruşulur, 
cavab fikirdə xüsusi fiziki kimyəvi formada və dad bildirən bir hisslə 
alınır -  olduqda bir cürə,  Yox olduqda başqa cürə; b) hadisənin 
necə olacağı fikirdə soruşulur və beyində müəyyən dad bildirən 
müxtəlif hisslərin biri - birini əvəzləməsindən sonra cavab müəyyən 
konkret hisslə(məlumat kodu ilə) alınır, həmin hiss sözə (rəqəmə və 
s.) çevrilir. Bu cavabdır. (Öncəgörmənin növləri: peyğəmbərlik, 
astrologiya, gələcək araşdırmaları(elmi), falçılıq və intuisiya) 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə