Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə79/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   73   74   75   76   77   78   79   80   81

 
235
qazanıram, satıram, alıram” Bu zaman ikinci tərəfin iştirakını 
görmürsünüz. Lakin onsuz siz heç nə edə bilməzsiniz.  Bu məntiqlə 
siz qazandığınızı  təkbaşına yeyə bilməzsiniz. Məgər tək 
qazanmısınız? 
Düzdür, görünməz varlıqlar-ruhlar və  digər statuslu anoloji 
varlıqlar(cinlər,  şeytanlar və  mələklər)  tez -tez real dünyaya təsir 
etmirlər. Lakin onlar müşahidə edirlər. Insana bir təhlükə olacağı 
təqdirdə  gərgin emosional hallar keçirtdikdə onlar qayğı göstərib 
xəbər verirlər. Belə ki, bütün insanlar və ruhların ümumi humanizmi 
– öz insan növünə sevgisi vardır. Yaxşılar yaxşını, pislər pisi sevir. 
Eynilə məlumat dünyasının bizim real dünyaya təsiri vardır.  Bu təsir 
söz və söz formulaları vasitəsilə-maqiya, gipnoz və özünü təlqinlə, 
göz dəymə, lənətləmə, mənfi, müsbət energetik məlumat vasitəsilə, 
müsböət və ya mənfi fikir kodu ilə doydurulmuş talismanlar, dualar, 
cadular vasitəsilə    baş verir. Məlumat dünyasının  ən böyük xeyiri 
intuisiya vasitəsilə olur. Ağıllı adamlarda intuisiya daha güclü olur.  
Məsələn, insanlarda səbəbi məlum olmayan xəstəlik,  ailədə 
toqquşmalar,  daim bədbəxtliyin insanı izləməsi, bəxtin gətirməsi, 
yüngül ayaq adam, ağır ayaq adam, gözün dəyməsi- hamısı  
məlumatın  təsiri ilə baş verir. Ona görə də lazımdır ki, insanlar öz 
problemlərini həm material dünya üsulları ilə  həkimlər, alimlər, 
məsləhətçilər, psixoloq, futuroloq, həm də görünməz dünya üzrə 
mütəxəssislərilə (ekstrasens və yüksək bilikli psixoloq, gipnozçu, 
ruhi dünya üzrə alimlərlə həll etsinlər. Deməliyəm ki, burada bir sirr, 
möcüzə yoxdur, tarixən insanlar  gözə, pis əlamətə, caduya, pis ruha  
qarşı lazımı üsullar, sözlər, prosedurlar, adətlər yaratmışlar ki, onları 
toplayıb nəşr etmək və istifadə etmək lazımdır. 
2009 –cu il yanvar ayında Azərbaycanda  Lider televiziyası 
ekstrahiss layihəsini təşkil etmişdir və elm üçün maraqlı  əvvəldən 
hissetmə, ruhlarla kontakt faktları bir daha aşkar olunmuşdur.  Həmin 
faktların ümumi mahiyyəti belə   izah olunur. Bu kitabda yazdığım 
kimi bu faktlar ümumi dünya məlumat konsepsiyasını təsdiq edirlər.  
Aşkar olunur ki, dünya qanunauyğun dəyişmədədir, bu dəyişmə 
xarakteri haqda məlumat  əvvəldən dünya məlumat bazasında 
məlumdur. Məsələn, istənilən normal halda 2 hidrogen, 1 oksigen 
atomu birləşib su əmələ  gətirəcəkdir. Yəni qaydalar, təsirlər 
(səbəbər) və  nəticələr məlumat dünyasında həmişə  əvvəldən 
məlumdur. Lakin insana məlum deyil, hansı ki onu öyrənə bilər.  
Material dünyadan başqa digər - ruhi dünya (məlumat dünyası ilə 
bərabər) vardır, burada  struktura və ierarxiyaya malik ruhlar 


 
236 
kompleksi vardır. İnsanların  müəyyən hallarda bəzi xəstəliklərininin
uğursuzluqlarının səbəbi ruhların  təsiri, mənfi informasiyalı fikirlər, 
sözlər, nəzərlər, dualar və  belə mahiyyətlə hopdurulmuş cadulardır.  
Lakin yalnız öz şəxsi inamında, dünyabaxışında (istənilən elmi, ya 
dini inam qanunidir) zəif adamlar ruhların, caduların təsirinə məruz 
qalır. Hər bir insanda öz tarixi primatlar dövrü genlərindən gələn  
intuitiv hiss etmə qabiliyyəti vardır, hansı ki onu effektiv məşq 
etdirsə, çox güclü ekstrasensə çevrilə bilər. TV verilişi bir daha 
təsdiq edir ki, burada heç bir sirr və möcüzə yoxdur. Bu faktları isə 
mistikləşdirməyə  və sui- istifadəyə ehtiyac yoxdur. Yəni tanrı    və 
ruhi dünya üzərində qurulmuş dinlər  sadəcə mistifikasiya və insan 
şüurundan dini liderlərin  öz şəxsi mənafeyi üçün sui -istifadədəir, 
Amerikan filosofu Tomas Peynin sözlərilə desək, dinlər  biznes 
monopolilyasıdır.   
Qeyd:  gerçəklik insanın onu dərk etməsindən həmişə  fərqlidir.   
Xəstəlikləri və davranışı, pis təsirləri və gözdəymələri, caduları  
müalicə etdikdə və yaxud ruhi səbəblərdən yaranan problemləri həll 
etdikdə  həmin insanın öz inandığı  ruhi - fəlsəfi baxışları  əsasdır. 
Yəni hər bir konkret baxışlı adamın onun inandığı dünyabaxışlı 
metodla problemini həll etmək lazımdır. Teist,  şəxsi fikrində 
təsəvvür etdiyi Tanrıya inanan, İslam, ateist, satanist, buddist, 
hinduist, hürufi, rasionalist, xristian, elmi dünyabaxışlı, Yəhudi dini 
belə müxtəlif baxışlara nümunələrdir.  Hər biri eyni qüvvəli inamdır, 
inamın bir - birindən üstünlüyü yoxdur. Biri ilə alınan nəticəni digər 
inam sahibi də ona uyğun metodla eyni nəticəni ala bilər. Biri düz, 
digəri səhv deyil. Yəni islam ruhanilərinin və kitablarının özlərini 
düz mömin, başqalarını isə kafir adlandırması sadəcə kəmsavadlıq və 
həqiqətdən uzaq fikirdir.  Hər insanın öz inandığı ruhi fəlsəfi 
baxışları onun üçün düzdür və qiymətlidir.  Belə olduğu üçün bir 
kəsin digərinə öz baxışlarını zorla qəbul etdirməsi  gülünc bir 
nadanlıqdır. 
ÜMUMI NƏTICƏLƏR 
 
Rasionlist fəlsəfə  Tanrını  mühit, çoxluq hesab edir Tanrının 
formulu sadə formada  
∑Ni    =  0    ±A  qəbul oluna bilər. Bu o 
deməkdir ki, dünya müvazinətdə olan və ya müvazintələşməyə doğru 
daim dəyişən çoxluqdur. Onun nəticəsi  abstrakt sıfır və davamiyyəti 
əks etdirən A əlavə edilmiş yaxud azalmış elementidir, qüvvəsidir , 
potensialıdır və s. Yəni dünya ya bir tərəf, ya digər tərəf 
istiqamətində  və sonra işarələrini dəyişməklə çoxluqun fasiləsiz 


 
237
müvazinətləşmə  prosesidir.  Tanrı iki hissədən ibarət hesab edilə 
bilər 1) dünya material  çoxluğu və bu çoxluğun daim daşıdığı, malik 
olduğu, mahiyyətini əks etdirdiyi 2) məlumat kompleksi   
Okkultizm və ezoterik buddist təliminə görə tanrı dünya ağlı və 
ya  şüurudur. Materiyanın  əmələ  gəldiyi ilkin zərrəciklər isə ruhi 
zərrəciklərdir. Hər  şey  tanrının hissələridir. O ruhi dünyadan 
material dünyaya çevrilir və  əksinə. Bəzi cərəyanların təsdiq 
etməsinə görə tanrı alovdur, bəzilərinə görə  ən yüksək səviyyələrdə 
emosiya və günahlardan, eqoizmdən təmizlənmiş ali insan ruhudur. 
Başqa sözlə, belə ruhların birləşərək yaratdığı bir bütöv  Müqəddəs 
ruhdur. Təsəvvür edin ki, yerdə bir- birilə daim mübarizə aparan və 
dil tapmayan adamların ruhları öləndən sonra birləşir, təmizlənir, 
müdrik ruhu yaradır. Bu necə ola bilər? Bu mövqeyə görə ruhi 
dünyadan bu sikl üzrə material dünyalar ardıcıl olaraq yaranır və bir - 
birini əvəz edir, sonda yenə ruhi dünyaya çevrilir:  material (mineral 
dünya) – bitki - heyvan – insan -tanrı . İnsan öləndən sonra onun 
ruhu göylərə tanrının yanına qayıdır və bir çox pillələrdə 
təmizlənərək ali ruha - allaha  çevrilir.   
Əgər  oxa sancılmış  əqrəbi fırladaraq qabaqdan baxdıqda onun 
sağa fırlandığını  görürüksə, arxa tərəfdən baxdıqda sola fırlandığını 
görərik. Demək, baxış nöqtələrinin yerindən asılı olaraq şeylər, 
hadisələr fərqli görülə bilər. 
Taleyin  əvvəldən müəyyən edilməsi.   Yeni rasionalist 
nəzəriyyə  bildirir ki, dünyada təsadüflər yoxdur və  hər  şey zəruri 
olaraq baş verir. Biz nə edirkisə, azad etdiyimizi düşünür və edirik. 
Lakin biz məhz yeni heç bir şey etmirik, biz dünya planında, 
çertyojunda olan işi edirik.  İnsan davranışının və ya taleyinin 
əvvəldən məlum olması.maraqlı  məqamlardan biridir. İnsan  ətraf 
mühitlə  əlaqədə yerləşdiyi nöqtədə bu  işə aid naxış –traeyektoriya 
ilə  hərəkət edir, davranır . Səbəb –nəticə, çoxluq içərisində yaşama 
qanunları, güclülərin irəli çıxması, üstün olması, tez sürətli, tez 
düşünənin, ağlı, biliyi çox olanın udması; zəiflərin uğursuzluğu- geri 
qalması, məhv olması, müvazinət- balansın formalaşması, qızıl orta  
qanunları altında insan (habelə hər şey) özünün şəxsi trend naxışı və 
mühitin trend naxışı boyu dəyişiliklərə məruz qalır(hərəkət – inkişaf 
edir, yaşayır). Başına həmin xətt boyu olacaq işlər gəlir, zəruri 
mərhələlərdən keçir. 
Dünyanın  bütün zamanları və məkanı əhatə edən ümumi fokus 
nöqtəsindən baxdıqda biz bütün dəyişiliklər xətlərini, trendləri, 
formaların dəyişmə ardıcıllığını, prinsipləri görərik. Məsələn, hər 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə