Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə77/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   73   74   75   76   77   78   79   80   81

 
229
22. Yuxu, kofe ilə, daşlarla, kartla və s. üsullarla baxma təbii 
dünya uyğunluq, asılılıq və analogiya qanununa   əsaslanır. Nəinki 
Quran, Bibliya, Kabbala, hətta istənilən daha dolğun, dərin mənalı və 
müxtəlifliyə malik kitab falaçma vasitəsi rolu oynaya bilər. 
Mütəxəssisin qabiliyyətindən asılı olaraq böyük ehtimalla hadisələr 
əvvəldən  düzgün deyilə bilər.  Eyni qanunla astroloqlar işləyir; 
ulduz bürclərinin duruşuna uyğun olaraq insan xarakteri və taleyi 
əvvəldən  böyük dərəcədə müəyyəndir. Bu o demək deyildir ki, məhz 
ulduzlar insan xarakterini müəyyən edir – sadəcə, ulduzlar bizim 
üçün onu bilmək üçün, müəyyənetmə aləti rolu oynayır. Başqa belə 
aydın alətlər və ya vasitələr də tapıla və istifadə edilə bilər. Bu ona 
görə mümkün və düzdür ki, dünya və onun hissələri eyni taktda, 
oxşar prinsiplə, dalğalar, sikllər formasında dəyişir. Ulduzların  
hərəkəti eyni qalır və  həmişə göydə müşahidə edirik. Qalan 
xırdalıqlar isə həmin obyektin öz tarixi ərzində yazılır - özü ilə mühit 
əlaqələri nəticəsi olaraq.  Bir əfsanədə deyilən “bir yerdə atın 
kişnəməsi digər yerdəki dişi atın  hamilə qalıb bala doğmağı “ 
tamamilə  mümkün hadisədir və s. 
Yuxu gördükdə səhər durub onu kağıza yazın və sonra baş verən 
hadisələri  də kağıza yazın, nəhayət, siz hökmən müəyyən asılılıq, 
öncəgörmə  aşkar edəcəksiniz. Beləliklə, yuxunuz sizin gələcəyi 
bilmək üçün vasitə ola bilər. Mövcud psixologiya elminin izahı 
burada düz çıxmır; bu elm deyir ki, yuxu beyində olan bəzi 
məkanların oyaq qalması olaraq, həmin sahələrdəki məlumatların 
canlanması, tam təsadüfi  hadisələr,  şəkillər kompleksidir. Lakin 
gerçəklikdə yuxu gerçək həyatın yuxuda davamıdır, şüurumuz  bizim 
hiss etmədiyimiz  əlaqə vasitəsilə dünya məlumat bazası ilə daim 
əlaqədədir və  gələcəkdə olacaq hadisələr haqda təsvirləri  yuxuda 
beynimiz  alır (və yaxud hesablayır),  yuxuda isə bu oxşar obraz və 
ifadələrlə  təkrarlanır (hadisələr qanunauyğun asılılıqla davam edir), 
ayıq vaxtı isə bu intuisiya, görüntü , düşünmə ilə  aşkarlana bilər. 
Yuxu qeyd etdiyim kimi sizin real falınız - öncədəngörməniz ola 
bilər. Və gördüyünüzə diqqət verin və yaxşı anlamağa və istifadə 
etməyə çalışın,  əhəmiyyət verməsəniz qarşınıza çıxan imkanlardan 
məhrum olarsınız.  Xüsusilə  eşq- məhəbbət sahəsində yuxuda 
gördüyünüzə inanın, əks təqdirdə real həyatda qarşınıza çıxan həmin, 
yaxud oxşar insanı  əldən buraxar, sonra xeyli axtarar, lakin 
tapmazsınız. Yuxu  süjeti  oyanmağa az qalmış  1 dəqiqəyədək  
zamanda insan yaddaşında qala bilir. Hansı zamanda oyanmaqdan və 
necə şəraitdə yatmaqdan asılı olaraq yuxu falını izah etmək lazımdır. 


 
230 
Yuxu və kartla, daşla falaçma eyni oxşar prinsiplə edilir və ümumi 
uyğunluq, oxşarlıq , dünyanın eyni taktda dəyişməsi, oxşar naxışlar 
və asılılıq qanununa tabedir. Burada kartın (daşın, kofenin və s.) 
düşməsi  kombinasiyası  və yuxunun görülməsi həyat prosesinin 
modelidir və xaos nəzəriyyəsinə görə çox yaxşı izah olunur. Bu 
nəzəriyyə- hansı ki 20-ci əsrin  ən böyük kəşvlərindən biridir- deyir 
ki,  kiçik masştabda baş verənlər böyük masştabda oxşar naxışla 
təkrar olunur. (Əlavə: Bir obyektin  başına gələnlər o biri obyektin də 
başına gələ bilər. Hər şey eyni taleni müxtəlif əyrilərdə, naxışlarda, 
zaman uzunluğunda  yaşayır - doğulur -böyüyür –qocalır- ölür. Hər 
şey, dünya da daim təzədir, onun  ümumi kütləsi – məlumat həcmi 
eyni qalır. 
Hər şey, (canlılar, nəzəriyyələr, dinlər) bu ya digər vasitə ilə ötüb 
keçməlidir, yenisi ilə inkar olunmalıdır, əvəz olunmalıdır. Bədənimiz 
qocalır, ruhumuz isə sanki indicə oyanmışdır və həmişə eyni – cavan 
qalır. Səbəb nədir? Buna siz cavab verin.  
Teosofiya. Bütün qədim dinlər, misteriya, okkultizm və ezoterik, 
habelə ekzoterik buddism, kabbalistika, teosofiya üç teist dininin –
İslam, Xristianlıq və  İudaizmin qəbul etdiyi antropomorfik şəxsi 
allah anlayışını qəbul etmir, bu baxışları uydurma və küfr sayır. Bu 
fikirləri E. Blavatskaya öz kitabında  bildirir 
Mövzunu daha dərindən izah etmək üçün Blavatskayanın  1888 
ildə yazdığı öz Taynaya Doktrina (1997(1937) икф  Сталкер 
nəşriyyatı) kitabındakı  əsas fikirlərini aşağıda qeyd edirəm. Bu 
xanım Teosofiya (ilahi müdriklik ) nəzəriyyəsini - Buddizm, 
xristianlıq, iudaizm və okkultizm biliklərini  birləşdirən yeni sintezi - 
yaratmışdır . O  belə  izah edir: 
1. Dünya fasiləsiz yaranış və məhv olma , yenidən doğulmadan 
ibarətdir. Bu çoxluq- bütün dünya, kosmos, dux və materiya, onların 
çevrilmələri hamısı bir yerdə ümumi allahdır. Yəni tək şəxsi konkret 
allah yoxdur. Yalnız çoxlüq, bütövlük cəm halda ilahidir,  yəni 
allahlar çoxluğu kollektiv ilahidir, dünya zəkasıdır, başqa bir fikrə 
görə Allah idrak deyil, lakin idrakın olması səbəbidir. 
2. Hər atom ruha malikdir. Hər atom 7 olma formasına malikdir. 
Yaranışda elementar dux hissəcikləri və materiya hissəcikləri 
birləşərək dux və materiyanı  əmələ  gətirirlər. Duxlar saysız olaraq 
böyük siniflərə və kateqoriyalara bölünürlər, hansı ki heç bir şüura, 
şəxsiyyətə malik deyillər. Onlar insanlara daxil olaraq insanı 
yaratdıqdan sonra onun bədəni vasitəsilə  həyat təcrübəsi toplayır, 
müdrikləşirlər.  İnsan öləndən sonra yenidən göyə qalxır və duxlar 


 
231
dünyasına  qarışır, allah ruhuna çevrilirlər. Orada uyğun pillələrdə 
yerləşirlər və yer astral xassələrindən  təmizlənməyə başlayırlar. 
Nəhayət,  təmizlənərək və ya yerdə böyük şəxsiyyətlərin bədəni ilə 
yüksək müdrikliyə çatmışlarsa  ən yüksək pilləyə qalxaraq ilahi 
dünyada yerləşirlər. Bu isə astral xassələrdən - emosiya və qərəzdən 
xilas olmuş,  lakin ağılı ifadə edən  sahədir. Mövcud teologiyanın 
fikrinə görə duxlar iki (dvoynik) kimi mövcud olurlar, əsas dux 
göydə ilahi dünyada qalır, onun gölgəsi - surəti isə yerə qayıdaraq 
insanlara - material dünyaya  daxil olur. Məhz bu yerdəki hissə 
pisliyin  əsasıdır,  şeytanı ifadə edir. Habelə ali ruhlar, hansı ki 
Arxangel (Mələk) adlanır, onların da əksi – dvoyniki  yerdə şeytan – 
Arxont adlanır. Lakin okkultizm hesab edir ki, allah  və  demon 
ayrıca fərqli fəaliyyət göstərmirlər. Onlar ikisi bir bütöv halda 
olurlar, hər ikisi bir medalın iki üzüdür. (Istənilən halda okkult 
nəzəriyyəsi allahı şəxsi və tək hesab etmir, o həmişə çoxluqdur, isim 
deyil, mövcudluğun prosesidir.) Teologiya bu baxışı ilə insanı 
mələklə müqayisədə daha çox materiyaya daxil olduğuna görə 
şeytana bənzədir. Lakin okkultizm, hansı ki bu nəzəriyyə ilə 
müqayisədə daha obyektiv olmasını müşahidə edirik, insanları  
şeytana oxşatmağın düz olmadığını bildirir. Habelə deyir ki, hər 
insanın göylərdə, ruhi sferada prototipi var. Heç bir insan, heyvan, 
bitki və mineralın formasını heç kim yaratmayıb, onlar özləri 
yetişiblər(stanovlenie). Bizim insan formamız  əbədidiyyətdə astral, 
efir prototiplər kimi olmuşdur. Bu nümunələr üzrə Ruhi Məxluqlar 
öz mahiyyətindən bu gələcək Eqoların protoplazmalarını    aşkar 
etmişlər (istehsal etmişlər). Sonra bu insani formalar hazır olanda 
Təbiətin Yer Qüvvələri bu  superhissiyatlı formalar üzərində işləmiş, 
bu formalarda öz elementlərindən başqa Yerin  keçmiş bitki və 
gələcək heyvan formaları da daxil olmuşdur. Yəni  əvvəl bitki və 
heyvan qabıqları kimi olmuş, sonra  onlardan  insan surəti 
yaranmışdır. 
Insan əsasən Ay ilahi varlıqlarından yaranmışdır. Üç dilli Alovun  
ilahi  mahiyyətli olması irəli sürülür. Alov ilahi ruhdur, yaradıcı 
əsasdır. Sonra su, hava və torpaq digər əsasları əmələ gətirir. 
Dünyada hər  şey, kosmik cisimlər, planetlər, ulduzlar  7 növ 
olur. Hər birinin evolyusiyası 7 pillədə-formada olur,  və siklik 
olaraq  formalarının dəyişməsi baş verir. Yer planeti də oxşar 7 
planetdən biridir və 7 mərhələni keçərək sikl yenidən təkrar 
olmalıdır. (Qeyd etməliyəm ki, qədim dinlərin və teosofiyanın bu 
fikri yalnız bəzi hallarda özünü doğruldur) Birinci 3 mərhələdə o 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə