Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə78/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   73   74   75   76   77   78   79   80   81

 
232 
formalaşır və bərkiyir. Sonrakı 4 pillədə o səlis olaraq ilk vəziyyətinə 
qayıtmağa başlayır, yəni ilahiləşməyə doğru gedir. Ruha çevrilir. 
Birinci 3 pillədə insan müxtəlif formalardan keçir və onun əsas 
forması formalaşmağa başlayır,  əvvəl mineral forma, sonra bitki, 
sonra heyvan formalarını qəbul edir. (Qeyd: bəzi insanların möcüzə 
hesab edərək quş, ilan və qurbağanın insanın müəyyən anlarında onu 
anlayıb yol göstərməsi və ya onun olduğu yerdə yaşamağa çalışması 
və ya oturub daim insana baxması  faktları bu fərziyyənin sübutu 
kimi hesab edilə bilər- lakin hələ faktlar və izahatlar azdır) 4-cü , 
indiki bizim olduğumuz pillədə irqlərin  və həyat sikllərinin olduğu 
bu pillədə insan tam formada  meydana gəlir, sonrakı 3 pillədə yer 
planeti kimi insanlıq da öz ilkin formasını  qəbul etməyə doğru 
istiqamət alır.Yəni insan və hər bir atom kainatda allah insana-allaha 
çevrilməyə can atır. Başqa sözlə ilk əvvəl Göy insanı allahın hissəsi 
ruh formasında (monada) yerə daxil olur, burada əvvəl mineral, sonra 
bitki, sonra heyvan stadiyalarını- oboloçkalarını keçir, sonra insan 
formasını alır. Yerdə  həyat sikli 7 irq formasından ibarətdir. Onlar 
efir stadiyasından başlayır, ruhi stadiyada qurtarırlar. Göyadamları 
ierarxik qrupa ayrılır. Belə izahat verəndən sonra Blavatskaya deyir: 
4-cü pillədən sonra yerdə 5, 6, 7- ci pillə adamları meydana gələcək. 
Budda , Platon, Konfuçi  5-ci pillə adamları olmuşlar. İndi dünyada 
ruhi, idrak, ağıl dövrü başlayır ki, bütün bəşəriyyət bu pilləyə 
keçəcək. 5- ci pillədə adamlar həm biliklə, psixoloji , ağıl və 
müdrikliklə, həm də ruhu olaraq Platon, Konfuçi, Budda kimi 
olacaqlar.Yerdə insan monadaları saysız miqdarda  yenidən çevrilmə 
(perevoploşenie) və Karmasına uyğun öz mənbəyinə Absolyut 
İlahiyə qayıdır.  Monadalar öz qabiliyyət, evolyusiya stadiyaları  və 
şüur səviyyələrinə görə 7 iearaxik sinifə bölünür və bütün zəncir üzrə 
pillələrini-siniflərini dəyişirlər. Ona görə yerdə  hər növ (ağıl və 
xasiyyətli,  şüurlu) insan mövcud olur. Ən çox inkişaf etmiş 
monadalar(insanlar)  ay ilahiləri  və ya ruhları adlanır, yalnız onlar 
insan adlanır. Gecikənlər tam insana çevrilə bilmirlər. Yerdəki 
insanlar ayda öz 7 pilləsini keçmiş və yerə gəlmiş insan-monadaların 
davamıdır. Indiki 4 –cü pillə  və yerin 4-cü pilləsindən sonra artıq 
yeni  monadalar yerə gəlmir. Sikl və müvazinət əldə edilmişdir. Yeni 
ruhlar-canlar yaranmır, əks halda yeni ruhlara can tapılmazdı. Bizim 
günəş sistemi, material dünya illuziyadır, ruhli aləm isə reallıqdır. 
Blavatskayanın bu izahatına qoy, hər kəs öz bildiyi kimi 
münasibət bildirsin. 
 


 
233
Dünyanı - tanrını dərk edərək  insan necə davranmalıdır? 
 
 Nəticə olaraq və  əsaslı olaraq tanrını bütövlük, ümumi mühit,  
material formalarda reallaşmış   məlumat dünyası və yaxud  hər şeyin 
qanunu və ağlı  hesab etsək, biz öz həyatımız üçün lazım olan vacib 
nəticələr çıxararıq: 
Onu yalnız ağlımızla anlaya bilərik, onun bizə açdığı imkanları 
və qarşımıza qoyduğu məhdudiyyətləri anlayaraq biz həyatımızı 
yaxşılaşdıra bilərik. Yəni biz hara yol açıqsa, oraya gedirik. Açıq 
yolu isə peyğəmbər və mollalardan, keşişlərdən deyil, hökmən öz 
ağlımızla və  daha yaxşısı kollektiv ağlımızla  kəşv etməliyik
Onların göstərdiyi hökmən qərəzli və şəxsi eqoist məqsədlərə xidmət 
edir. Dünya məhz  son teist dinlər yaranandan və insanlar özlərinə 
tanrıdan alınmış xüsusi rollar yazandan sonra müharibələrə, 
parçalanmaya  daha çox məruz qalmış  və inkişafdan qalmış,  elm 
zəifləmiş, azad düşüncə boğulmuş, həyat pisləşmişdir; a) dövlət , b) 
sahibkar-ağa istismarına, c) ruhani istismarı əlavə olunmuşdur.  
Lakin çox zaman bizim arzu etdiyimiz yerinə yetmir. Bəzən 
gözləmədiyimiz imkanlar yaranır.  Biz istədiyimizi etməyə qadir 
deyilik, edə bilmərik, çünki  dünya bütöv çoxluqdur, çoxluğun 
məlum qanunları daxilindəyik.  Biz hər birimiz və icmamız  hər bir 
an  zəruri trendlərin, dəyişilik naxışlarının (pattern) , habelə 
qrafikinin, sinus və ya digər formalı naxışın konkret nöqtəsindəyik, 
gələcəyimiz məhz həmin naxışda yerləşdiyimiz nöqtədən sonrakı 
nöqtədir. Bu naxışlar isə ümumi dünya dəyişilik –həyat ritmi və 
naxışları içərisində  zəruri olaraq yalnız belə formada mövcudur. 
Bizim olduğumuz kordinatlar isə səbəb - nəticə, təsir - əks təsir, hər 
obyektin (bütövlüyünün) spesifik-proporsiyaların balansı, dünya 
fiziki, bioloji və s. qanunları, yaşamaq uğrunda, yarış, mübarizə  
qanunları altında  müəyyənləşmişdir. Həmin naxışlar da, qrafiklər də 
bu qanunların konkret nöqtəsi(nəticəsi) olaraq formalaşmışdır. Biz, 
demək,  icraçıyıq - bir tərəfdən baxdıqda, digər tərəfdən 
baxdıqda biz özümüz aparıcıyıq, qurucuyuq (həyatımızı).  Bu 
tale, demək, bir bərabərlik tənliyi, sol tərəfi sağ  tərəfə  bərabər olan 
tənliyin  əldə edilməsi prosesidir. (Məhz gələcəyimiz bu xətdə, 
(naxışda, sxemdə, yolda) duran növbəti nöqtədir, nə etsək də, 
xoşumuz gəlsə də gəlməsə də, məhz o nöqtə olacaqdır. Lakin bunu 
biz adətən bilmirik, elə bilirik ki, biz özümüz bu nəticəni aldıq, tam 
sübut və faktlarla. Lakin ruhi dünya haqda  təlim deyir ki, biz bizə 
yazılanı etmişik. Bu hər iki fikir doğrudur. Biz çaşmamaq və 


 
234 
özümüzü itirməmək üçün bir ölçü sistemi ilə işləməliyik. Maddi ölçü 
sistemi ilə, ruhi dünya ölçülərini eyni zamanda tətbiq etmək olmaz, 
burada hökmən ziddiyyət alınacaq.  İinsanlar, hər biri özünü doğru 
sayb bir- birlərinə güləcək. Daha məsləhətdir ki, biz material 
nemətlərlə      yaşadığımız üçün maddi ölçülərdən və  nəzəriyyədən 
istifadə edək, lakin maddi və ruhi olanın düzgün balansını saxlayaq. 
Lakin bu rolumuzu yaxşı, yalnız ağlımızla tanrını- bütün dünyanı, 
mühiti  düzgün dərk edəndən sonra oynaya bilərik. Bizim vəzifəmiz 
bu dünyanı, olduğumuz naxışları, üzvü və  iştirakçısı olduğumuz 
trendləri, mühiti dərindən dərk edib öyrənmək və dünyanın ümumi  
daha bir qanunu ilə - güclülərin irəli çıxması, zəiflərin daha tez məhv 
olması - yaxşı  həyat qurmaqdır, qabaqda olmaqdır.  Əgər biz 
ağlımızdan istifadə etməsək və düzgün yolu - hansı ki bizim 
qarşımızda daim açılır- görə bilməsək, biz zəif qalacaq, uğursuzluğa 
düçar olacaq və tez də məhv olacaq, başqalarına yem olacağıq. Çünki 
düzgün yolu, sxemləri, naxışları, trendləri heç kəs yazıb bizə hazır 
vermir (biliklər, amillər, normalar, tələblər daim çoxalır və “hər kəs 
özü üçün, tanrı hamı üçün” prinsipini də yaddan çıxarmayaq). Onları 
yalnız özümüz tapmalıyıq, bunun üçün  daim öyrənməliyik.  Əgər 
bizim çalışmağımız nəticə vermirsə, demək, biz  səhv hərəkət edirik; 
biz  başqa yol, daha səmərəli, ağıllı yolu tapmalıyıq. Yəni ümumi 
sistemdə  hər kəs, hər varlıq öz rolunu layiqli oynamalıdır. 
Oynamasaq, sistem bizi kənara atacaq, tez məhvə gedəcəyik. Hər  
sistemdə yalnız  onun məxsusi tələb etdiyi potensialı , keyfiyyəti  
olan elementlər ola bilər.  
 
Məlumat, material və ruhi  dünyaların insan həyatında rolu . 
 
Əvvəldə qeyd etdiyim kimi material və məlumat dünyasını, hansı 
ki ayırmaq, ayrı baxmaq mümkün deyildir, ikisini də eyni zamanda 
və ya ayrılıqda tanrı hesab etmək olar. Həqiqətən ətraf mühit rolunu 
oynayaraq material dünya ( çoxluq) ona daxil olanhər bir şeyin 
varlığın cismin formalaşması  və  həyatnda vacib idarəedici rol 
oynayır. Bu məsələdə  şübhə yoxdur. Adi həyat praktikasında biz 
məlumat dünyasının və burada iştirak edən görünməz varlıqların 
bilavasitə  təsirini görməyə adət etməmişik və yaxud onların təsirilə 
baş verən hadisələri təsadüf, gözlənilməz, möcüzə hesab edirik. 
Lakin heç nə səbəbsiz və təkcə öz fəaliyyyəti ilə baş vermir( bu vacib 
postulatdır). İkinci iştirakçı tərəf mühitdir və ya başqa, sözlə tanrıdır. 
Demək olmaz ki, “mən edirəm, tikirəm, yaradıram, öyrənirəm, pul 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə