Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə75/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   71   72   73   74   75   76   77   78   ...   81

 
223
3. Məlumat material deyil, yəni çəkiyə, ölçüyə, maqnit sahəsinə 
və sair. parametrlərə malik deyil, yəni məlumat “heç nədir”- yəni 
maddi deyil. 
4. Bibliyadakı “tanrı dedi: işıq ol, işıq oldu”  cümləsindən 
çıxarılan nəticə:  “Tanrı dünyanı heç nədən yaratdı” ifadəsindəki  
“heç nə” güman ki, məlumat deməkdir. Lakin məlumatın yaratma 
qabiliyyəti başqa sualdır və öyrənilməlidir. “ Dünya qaranlıq idi, 
müqəddəs ruh su üzərində  gəzirdi”. Bu ifadə  də deyilməsi 
səbəbindən asılı olmayaraq gerçəkliyi  axtarmağa kömək edir.     
5. Hər bir maddi cisim, canlı, ağac, bitki digər bir belə  obyekyin 
içində, yanında (heç nə  tək deyil, hər  şeyin qonşusu var) olduqda 
onun məlumat sahəsində olur və  həmin məlumatı sonra daşıyır. 
Məsələn, atı atın yanına bağladıqda onun ya halın, ya xasiyyətini 
götürür. Hər adamın evi, malı, paltarı, heyvanı, arısı, iti, pişiyi  özünə 
oxşayır.  İnsanın  əlaqədə olduğu bütün yaxın qohumları, ev -  eşiyi, 
düşmənləri, dostları haqda məlumat həmin insanda  əks olunur. 
6. Bu məlumatı güman ki, insan beyni oxuya bilir, bu hamıya 
deyil, müəyyən xassəli insanlara aidir. Ağıllı heyvanların ( at, it, 
delfin və başqaları) da bilməsi  çox ehtimaldır.  
7. Hadisələr material obyektlərin özünü yaşatma məqsədilə 
qarşılıqlı  əlaqələri (biri digərini istifadə etməsi, digərinə xidmət 
etməsi) nəticəsidir və ya prosesidir. Bu hadisələr material sistemlərin 
hərəkətləri deməkdir. Hərəkətlər ierarxik səviyyələr üzrə növlərə 
bölünür, hər səviyyədə yalnız bir növ hərəkət olur. Hissəciklərin 
dalğa hərəkəti, atom – molekulların  daxili hərəkəti, canlıların öz 
bədən hərəkətləri, yaşama hərəkətləri,  cisimlərin makrohərəkətləri, 
dünya sisteminin üzvlərinin sistemik cəzb etmə  və itələmə 
nəticəsində hərəkətləri. 
8. Maddi sistemlərin gələcək  vəziyyətləri özü ilə üst sistemlər 
arasındakı    əlaqələri nəticəsində  qanunauyğun baş verir və onların  
həlledici parametrləri  əsasən  əvvəldən məlumdur. Dəyişiliklıər 
trendlər formasında baş verir. (hadisələr, nöqtələr zənciri)  
9. Hər maddi obyektin məlumatını 2 əks mənalı    cütlər 
formasında qruplara ayıra bilərik, yəni müsbət və    mənfi; xeyir və 
şər; pis və yaxşı. Hər bir Tək əhatəsində olan obyektlərə nəzərən bu 
mahiyyətlərdən birini daşıyır və ya belə mahiyyətini aktivləşdirir. 
İnsan da belədir – yaxşısı, ya pisi yoxdur- yalnız müəyyən obyektə 
məsələn, bir müəyyən adama görə o yaxşı və ya pisdir. 
10. Hər bir səs, görüntü, müşahidə, söz, cümlə, hadisə, məntiqi 
asılı  məlumat (kod) formasında ( bunun forması indiki ağlımızla 


 
224 
aydın sözlərlə təsvir edilə bilmir) insan beynində qalır, lakin heç bir 
fiziki  əlamətlərə malik deyil, ona görə  də insan beyninin məlumat 
həcmi yoxdur və hədsizdir.    
11. Güman etmək olar ki, müəyyən hallarda bu məlumat xüsusi 
material daşıyıcılar – külək, maqnit sahəsi, istilik, işıq- vasitəsilə 
yayıla, insan tərəfindən başa düşülə, fikrə çevrilə bilər. Bu fikirlər 
abstrakt, əsassız görünə bilər, lakin olan faktları belə izah etməkdən 
başqa daha hansı izahlar verə bilərik? 
12. Güman etmək olar ki, bütün gerçəklik haqda məlumat itmir.  
Müasir elmdə dünyanın enerji -məlumat kompleksindən  ibarət 
olması haqda fikirlər də vardır. Lakin bu bəs deyil, tam izahat 
lazımdır. 
13. Güman etmək olar ki, dünyanın və ya onun hissələrinin, 
qalaktika və meqaqalaktikaların  siklik məhvi - yəni sinqulyar hala 
düşməsi və yenidən partlama ilə yaranması prosesində  və yaranış 
prosesinin ardıcıl mərhələlərində avtonom məlumat  dumanlıqları, 
küləkləri, sahələri də iştirak edə bilər və yönəldici istiqamətləndirici 
rol oynaya bilər.  (Ölmüş Insan ruhunun açıq göy rəngli işıq küləyi 
formasında burulqanla axması, sonra yox olması müşahidə 
olunmuşdur).  
14.  İnsanın cisim və canlılarda, digər insanda aşkar etdiyi 
məlumat  bütün tarixi və ya bu tarixin  hissəsini əks edə bilər. İntuitiv 
qabiliyyəti olan insan, habelə öncəgörənə bu məlumatı az və çox 
dərəcədə adi danışıq dilinə çevirmək müəyyəsərdir.Yəni bu 
qabiliyyətdən asılı olaraq o məlumatı  düz ya səhv; bu  və ya digər 
mənada çevirə bilər. Buna görə  də  qədim kitablar və dünya haqda 
keçmiş biliklər, öncəgörmələr  bu günün dilində  bəzi  hallarda 
ziddiyyətli, ağlabatmaz görsənir. 
15. İnsan öldükdən sonra onun malik olduğu, beynində topladığı 
və  bədənində  əks edilmiş    məlumat ( və ya ruh formasında) 
fərziyyəyə görə dünya məlumat sahəsinə daxil olur. Sonra  konkret 
insan kimi surəti reallaşıb  canlı insanın gözünə görsənir, onun 
xarakterindən asılı olaraq məsləhət, məlumat verir - lakin dialoq 
olmur. Belə baxış Şərqi Asiya dinlərinin (Buddizm, Hinduizm, Çində 
bəzi dinlər) baxışlarına oxşayır. Məhz onlarda (Ezoterik Buddizm) 
dünya zəkasının olması  və ölənlərin ağlının bu zəkaya qovuşması 
haqda ideyalar mövcuddur. Lakin bu haqda  digər elmi  fərziyyəyə 
görə bütün məsləhət və vəhylər, görüntülər, xəyali surətlər insanın öz 
şüuraltı ağlının gizli fəaliyyəti nəticəsidir.  


 
225
16. Bu iki baxışın hansının düz olmasını  və ya daha düz, daha 
üstün baş verməsini sübut edən  dəqiq faktlar yoxdur. 50 -50 
vəziyyəti mövcuddur. Bu real görsənən faktlara görə iki zidd 
dünyabaxışlar yaranmışdır.  
Biri – idealizm, deyir ki, “dünya naməlum allah tərəfindən 
yaradılmış və yalnız onun tərəfindən idarə olunur, insan dünyanı və 
allahı anlamağa qabil deyil, insan onun işini bilə bilməz” (İslamın 
fikri),  Bu fikri irəli sürərək, din allaha sitayiş  və digər müxtəlif 
xidmətlər uyduraraq  və  aktiv saxlayaraq insanlardan öz mənafeyi, 
biznesi, hakimiyyət  əldə etməsi üçün istifadə edir, insanları 
çalışmaqdan, yaratmaqdan, öz cəmiyyətlərinin ictimai idarə 
quruluşunu yaxşılaşdırmaqdan  çəkindirir.  
Digəri - materializm  isə  dünyanın material qanunlar əsasında  
yarandığını, özü -özünü idarə etdiyini söyləyir və insanın həyatını 
yaxşılaşdırmaq üçün yollar və üsullar təklif edir və bunun üçün 
fəaliyyət  göstərir. Materializmin nəticələri - yaradılan yeni qurğular, 
texnologiya, dərmanlar, tikintilər,  yeni bioloji növlər və  hər  şey–
bütün insan fəaliyyətinin maddi nəticələridir O,  Idealizmi özünə 
baza edən  din ruhanilərini ifşa edərək insanların inkişafına mane 
olmamağa, onları öz cibi və hakimiyyəti üçün istismar etməməyə 
çağırır.  Beləliklə, hər bir fikri qəbul edib etməməyin  əhəmiyyəti 
yoxdur. Lakin bu iki dünyabaxış arasındakı  əsas mübahisənin 
məqsədi  yaşamaq uğrunda  çalışmaqdır ( əməkdaşlıq, mübarizədir).  
Materialist alimlər və mühəndis və menecerlər və əksər insanlar 
ictimai və şəxsi həyatlarını yaxşılaşdırmaq üçün dünyanı öyrənməyi, 
qurub yaratmağı  məşğuliyyət seçir - bu üsulla həyat vasitələrini 
yaxşılaşdırır, pul qazanır, yaşayırlar. 
İdealist baxışları  əhatə edən dini ruhanilər isə insanların dünya 
baxışlarını küt edərək onların öyrənməsi və qurub yaratması əleyhinə 
-  hər  şeyi allah edir - təbliğatını apararaq fövqəltəbii qüvvələrə 
inandırmağa çalışaraq və  həmin qüvvələrin məhz onları- həmin 
ruhaniləri ali rəhbər, məsləhətçi,  rəhbər seçdiyini şüurlara yeridərək 
özlərinin nüfuzu, hakimiyyəti  əlinə alması  və saxlaması  və 
varlanması üçün insanlardan istifadə etməyə çalışırlar.  
17. Vəhylərlə  qəbul edilən məsləhət və  xəbərlər iki mənada: - 
müsbət, mənfi; ictimaiyyət üçün xeyirli və ya zərərli; bir adama 
yaxşı, digərinə  zərərli ola bilir. Bu səbəbə görə hər məlumat yalnız 
ağılla bəşəriyyətin və ya avtonom icmanın mənafeyindən 
qiymətləndirildikdən sonra istifadə edilməlidir. Vəhylərin, yaxud 
elmi dillə deyilsə, intuisiya ilə məlumat almağın iki mənbəsi vardır: 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə