Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə66/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   62   63   64   65   66   67   68   69   ...   81

 
196 
51.
 
Öz imkanlarına görə yaşa, imkanlarından artıq işi, 
vəzifəni öhdənə götürmə. Yeməkdə, içməkdə, idmanda orta 
vəziyyəti seç və hədləri keçmə. 
52.
 
Cəmiyyətlə,  ətraf insanlarla, ailənlə, fasiləsiz ünsiyyətdə 
ol və ünsiyyət qaydalarına ciddi əməl et. Ünsiyyətdə olmasan, 
geri qalacaqsan, yaddaşın itəcək və özün özünü unudacaqsan. 
53.
 
Təcrübəli insanlarla fikirlərini bölüş. Özünə müdrik 
məsləhətçi seç və həmişə məslhətləş. 
54.
 
Müdrikliyə çatandan sonra özün  xahiş edənlər üçün 
məsləhətçi ol, onlara düz yol göstər. Düz yol seçə bilmədiyinə 
görə insanlar həyatları boyu  hədsiz səhvlər edirlər. 
Ümumiyyətlə, məsləhət xidməti yarat.  İnsanlara  düz məsləhət 
vermək ən düzgün davranış, ən böyük yaxşılıqdır 
55.
 
İnsanların başına bütün bəlalar onların öz hərəkətlərindən 
və ya hərəkətsizliklərindən gəlir. Bu onların ağıl, düşünclərinin 
nəticəsidir. Lakin onlar səhvlərini görə bilmirlər. Ona görə hər bir 
məsələni ağılla gör və səhvlər etməməyə və səhvini tez görməyə  
və düzəltməyə çalış. 
56.
 
 Səhvlərin hamısını insan görməyə qabil deyil. Bir 
hissəsini insan daha tez görə bilər. Bir çox səhvləri çox 
qocalandan sonra (50 yaşdan sonra), bəzilərini heç ölənədək də 
görə bilməz. Ona görə  də  səhvlərini tapmaq üçün insanlarla 
ünsiyyətdə ol, düz strategiyalarla, səmərəli davranış növləri ilə öz 
hərəkətlərini müqayisə et, diqqətlə sənə deyilən sözlərə fikir ver, 
onların içərisində bir həqiqət var. İnsanların əsasən sənin barəndə 
qəsdləri yoxdur,onlar gördüklərini, öz şəxsi müşahidələrini 
deyirlər. Bu yaxşı mənbədir. 
57.
 
İnsanlar mühitlərin müxtəlifliyinə görə müxtəlif növlərə, 
xarakterlərə, yaşamaq üsuluna malikdirlər- aldatmaqla, 
hiləgərliklə, düzlüklə, xəbərçiliklə, ara-qızışdırmaqla, paxıllıqla, 
xəyanətlə, öz əməyi ilə çalışmaqla. Eyni xarakterli xasiyyətlilər 
tez bir - birini tapır, cütlər, qruplar yaranır. Mənfi xarakterli belə 
qruplar  düz adamı  tələyə salmaq, onun hesabına yaşamaq, ona 
mane olmaq istəyirlər. Düz adam həmişə qorunmalıdır ki, onu 
aldatmasınlar, malını  oğurlamasınlar. Hiyləgər,  əxlaqsız adamı 
incitməyə heç kəs cürət etmir. Mühit pisləşdikcə bütün qolu 
zorlular, qaniçənlər, yalançılar, istismarçılar, rüşvətxorlar, 
dələduzlar, xainlər meydana çıxır. Bu təbii qanundur. Bunları 
başa düşərək hər vicdanlı adam özünü qorumalıdır və ya mühiti 
yaxşılaşdırmalıdır. 


 
197
58.
 
 Mühit  yaxşılaşdıqca yaxşı xarakterli, davranışlı,  əxlaqa 
riayət edən adamlar, alicənab, xeyirxah, dostlar, əməkdaşlar 
meydana çıxır. 
59.
 
 Başqalarına qiymət verməyə çalışma, vəzifən tələb 
etmirsə. Onsuz da onlar səndən fərqlidir. Onların necə olmasına 
görə nayrahat olma. Sən, özün kimi ol. Sənin öz səbəbin, onların 
öz səbəbləri var. 
60.
 
Heç vaxt din adamlarını özünə  ağsaqqal - məsləhətçi 
seçmə, o sənə  məsləhət verməyə qabil deyil ;  habelə  əxlaq və   
etikanı gözləməyəni, rüşvət alanı, həkimi, alverçini, aldatmaqla 
yaşayanı həyat məsələlərində özünə məsləhətçi seçmə. 
61.
 
Hər peşənin, hər adamın özünə uyğun peşəsinin, yaşadığı 
mühitin yaratdığı  fərqli düşüncəsi, dəyərləri,  əxlaqı var. 
Adamlara münasibətdə bunu nəzərə al və düşünmə ki, onlar da 
sənin kimi düşünməli və sənin kimi olmalıdırlar. Bu ola bilməz, 
çünki siz müxtəlif mühitdə yaşamış və başqa peşəniz var. 
62.
 
Həyatda, biznesdə ( peşə, iş,  pul qazanmaqda ) 
uğursuzluğa düçar olsan, bunun səbəbini öyrən və ruhdan düşmə, 
yenə çalış. Əgər yenidən uğursuzluğa düşsən bu o deməkdir ki: 1. 
Sənin həyatda əldə etdiyin dəyərlər, biliklər,  dünyagörüş bu işin 
uğuruna gətirə bilməz, demək onu dəyişməlisən; 2.Və ya 
tutduğun məqsəd sənin qabiliyyət-potensialından kənardadır, 
məqsədi dəyiş; 3. Və ya məqsədi və onu əldə etmək planını səhv 
tutmusan,  planı dəyiş. Bu üç məsələnin bir - birinə uyğun olması 
və düzgün olması  uğurun açarıdır.   Yadında saxla, hər bir 
məsələnin həlli var. Lakin uğurlu iş içün  birinci şərt: - etdiyin 
işi rasional bəşəri – ictimai  dəyərlərdən və etikadan kənar 
etməyə haqqın yoxdur, çünki başqası da belə etsə, sənin xoşuna 
gəlməyəcək.  İkinci  şərt: - məqsədi düzgün müəyyən et, bu işin 
50%-ini görməkdir. Və düzgün plan- fəaliyyət addımları təyin et. 
Üçüncü  şərt: - öz gücünə imkanlarına görə özünə  məqsəd, 
fəaliyyət seç. Lakin bilik və qabiliyyətini artırmaqla imkanlarını 
genişləndir. 
63.
 
Varlı olmaq normal və ya kasıb həyat  şəraitinə malik 
olmaqdan yaxşı deyil; hər vəziyyətin öz poblemləri var. İnsanın 
stimul və ya həyat formulası belədir:   Rahatlıq : Nayrahatlıq 
(Problemlər) = K.  Burada K  əmsalı həm varlı, həm kasıb üçün 
həmişə eyni qalır. Bu əmsal nayrahatçılıq-dözməmək  əmsalı 
olaraq fəaliyyət üçün stimul rolunu daşıyır. Sən varlandıqca 
problemlərin azalmır, yeniləri çıxır, səni sıxan hisslərdən qurtara 


 
198 
bilmirsən.Yəni kasıb özünü necə hiss edirsə, varlı da özünü elə 
səviyyədə hiss edir. Ona görə  də artıq var dövlət yığmağa 
çalışma, başına problem açma. 
64.
 
Əhval ruhiyyən, kefinin necəliyi özündən asılıdır. Istəsən, 
onu həmişə yaxşı saxlaya bilərsən, nə baş verməsindən asılı 
olmayaraq. Bunun üçün qəbul et ki: a) “nə baş verirsə  təbii 
qanunauyğun baş verir, nəyin varsa, nəyin yoxsa, yenə  təbiidir, 
belə olmalıdır”, sənin fəaliyyətinin və s. amillərin nəticəsidir.Və 
bunlarla sən razısan; b) xüsusi metodlarla heç nəyin səni özündən 
çıxarmağa imkan vermə,  şən  əhvalı saxla; c) Hesab etsən ki, 
sənin çox şeyin maşının, böyük evin və s. niyə  yoxdur, bu sənə 
əzab verəcək, paxıllıq, xəbislik hissi və  hərəkətləri yaradacaq, 
həyatının sonunda başa düşəcəksən ki, boş yerə  əzab çəkmisən. 
Hesab et ki,  sənin heç nəyin - olanlar da yoxdur, bu sənə rahatlıq 
gətirər. 
65.
 
Tənbəl olma, heç vaxt özünü məşquliyyətsiz qoyma. Hər 
keçən vaxtda bir iş gör. 
66.
 
Ağıl ağıldan üstündür deyiblər, zamana görə bu deməkdir 
ki, indiki zamanın zəkası keçmişdəkindən, gələcəkdəki zəka isə 
indikindən üstün olacaqdır.  İndiki zamanda isə elə  zəka var ki, 
səninkindən üstündür. Elə bilmə ki, sən hamıdan ağıllısan. 
67.
 
Ailədə  daxili məsələləri səsvermə  və ya səs çoxluğu ilə 
həll etmə, burada tam razılıq əldə edilməlidir, lakin zor olmadan, 
könüllü başa düşərək, hər insanın şəxsi haqlarını pozmadan. 
68.
 
Müdrik kişilərin məsləhətinə  əməl et, onlar deyiblər: 
“Qadın nə desə  hə de, lakin öz bildiyin kimi et”. Onlar uzağı 
görmədikləri  və  və yalnız onları razı salan, yaxşı söz eşitmək 
istədikləri üçün bu ən optimal davranışdır. Həm onlar razı qalar, 
həm işin uğurlu olar. 
69.
 
Yadında saxla, sənə pislik və ya xəyanət edənlər, səni ən 
çox tanıyan adamlar içindən olacaq. Ona görə özünü tanıtmağa 
çalışma, tanıtsan həm dostlar, həm düşmənlər çoxalacaq. Sən 
onları düşmən kimi görməsən də, onlar görəcəklər. 
70.
 
Lakin insanların xoşun gəldiklərinlə  də, gəlmədiklərinlə 
də kənar hədlərdə (ən pis və ən yaxşı) münasibət saxlama, hamısı 
ilə ancaq  yaxşı münasibət saxla. Bu günkü dost sabah düşmən
düşmən olan isə sabah dost ola bilər. Bu rollar keçicidir və real 
həyatın nəticəsidir, səndən asılı deyil. 
71.
 
Adamlardan pulsuz, əvəzi ödənilməyən köməyi qəbul 
etmə. Bununla öz azadlığını  məhdudlaşdırarsan. Yeri gələndə 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə