Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə68/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   64   65   66   67   68   69   70   71   ...   81

 
202 
95.
 
Kiməsə xahiş edirsən, kiməsə  əmr edirsən, kiməsə 
dostsan, kiməsə düşmənsən, kiməsə neytralsan; biri səni sayır, 
hörmət edir, biri saymır; biri nifrət edir, biri sevir. Bu qanundur. 
96.
 
Ətraf mühitdən – təbiətdən, ictimai sistemdən, insanların 
hiylə, tələ , yalan məlumat vermə – xəbərçilik, ayaq altı qazmaq, 
xəyanət, sadəcə paxıllardan, gözü götürməyənlərdən  qorun və 
cavab verməyə hazır ol. Harada yaşadığını yadında saxla. 
97.
 
Qeyri - əxlaqi iş üçün başqalarına vasitə - alət olma. Əgər 
olsan, bu iş sənə qarşı olduqda nə edərsən. Yaxşı iş, yəni əxlaqi iş 
üçün əməkdaşlıq et. 
98.
 
Cəmiyyətdə      rasional  əxlaq və qanunlara əməl et. Əgər 
rəsmi  əxlaq və qanunlar bəşəri və rasional deyilsə,  şübhəsiz,  
qrup hakimiyyətində bu 30% dərəcədə və daha çox belədir - çalış 
uzaq dur, elə  fəaliyyət seç ki, onlarla toqquşmayasan; onların 
qeyri-əxlaqi tələblərini yerinə yetirməli olmayasan, məsələn., 
rüşvət  verməli, baş  əyməli olmayasan. Səhv  əxlaqı, qanunu, 
adətləri, dünyagörüşləri  ifşa etməkdən və daha rasional ədalətli 
fikri deməkdən  çəkinmə.  Ən yaxşı fəaliyyət və ya məşquliyyət - 
istənilən elm  sahəsi, həkim, vəkil, müəllim, məsləhətçi olmaq və 
xüsusi beyin qabiliyyətlərin inkişaf etdirib  istifadə  etməkdir. 
99.
 
 Daxil  olduğun təbii, sosial mühiti və ictimai sistemi 
səmərələşdirənlərlə bir ol. 
100.
 
Vəzifəli  və ya daha yaşlı adamlar, qohumlar qarşısında 
onların  nüfuzuna , statusuna baxıb, utanıb susma, öz fikrini 
gizlətmə və mənafeyini qoru.  Onlar da adi adamlardır, səhv edə, 
allada, yalan danışa bilər, sənin həyatına zərərli, lakin özlərinə 
xeyirli olan hərəkət edə bilərlər. Mələklər yoxdur. Sözlərini 
diqqətlə seç və çox nəzakətlə, arqumentlə danış, müdriklərə 
istinad et. 
101.
 
Çətinlik və  uğursuzluq sonrakı yaxşı  vəziyyətin 
başlanğıcıdır. Onu analiz edib düzgün yol seçməklə xilas 
olacaqsan - uğur qazanacaqsan. Yaxşı  və pis vəziyyət və belə 
emosiyalar həmişə bir -birini əvəz edəcəkdir.  İnsanın vəziyyəti 
sinus xətti üzrə dəyişəndir; qalxma varsa, sonra düşmə olacaqdır 
və cikl təkrar olacaq. Bunu sürətli etmə; çalış yavaş – yavaş, 
qabağa qaçmadan və geri qalmadan, mühitə uyğun səlis edəsən. 
102.
 
Özünün ağıllı olduğunu başqalarına nə  qədər az 
görsətsən, sənə yaxşı olar. 
103.
 
İnsan fəaliyyətinin məhsulu, yazdığı  əsər, dediyi söz, 
düzəltdiyi  əşya və s. iki əks qüvvənin (və ya  qüvvələr 


 
203
cəminin)qarşılıqlı  təsiri nəticəsidir. Biri etmək, digəri etməmək 
istiqamətində  təsir edir. Əks qüvvənin olmadığı  və ya zəiif 
olduğu halda edilən hərəkət, deyilən söz, yazılan əsər də çox zəif, 
səhvlərlə və faydasız olur. Ona görə güclü –dəyərli bir iş görəndə 
əks qüvvəni də güclü seç. Zəiflər, gücsüzlər, azbiliklilər içində şir 
olma; güclülər içində birinci ol, onları ötməyə çalış. 
104.
 
İnsana zərər  ən çox öz yaxınlarından, öz icmasından 
gələr, çünki onlar səni yaxşı tanıyır, zəyif cəhətlərini, səndən 
istifadə imkanlarını yaxşı bilirlər. Bunu nəzərə al. Yadlara isə 
dini, ideoloji, siyasi, düşüncələrinə, dəyərlərinə görə  qəsdən 
pislik etməsən onların sənlə işi yoxdur. Çünki onlar sənin haqda 
zəruri məlumata malik deyillər.  İnsana  qarşı pislik yalnız onun 
əlaqədə olduğu adamlar  dairəsində  olur ki, bu da birinin 
digərindən istifadə etməsi və layiqli qarşılığını verməkdən imtina 
etməsidir 
105.
 
Hiyləgərlərdən, oğrulardan, soyğunçulardan,  
aldatmaqla səndən istifadə edənlərdən,  şirin dillə  səninlə  iş 
görmək istəyənlərdən, səni  ələ salmağa çalışanlardan, səni 
pisləməyə, alçaltmağa çalışanlardan qorun. Həmişə  cəmiyyətdə 
belə adamlar var. Həmişə onları lazımı qarşılamağa, cavab 
verməyə hazır ol. Qeyri -  rasional icmalarda həmin həyatın 
yaratdığı belə adamlar çoxdur 
106.
 
Gəlin, biz dünyaya nümunə olaq, dünya bizə yox. 
Habelə çalış  sən özün başqalarına nümunə olasan. 
107.
 
Öz uğursuzluğunda günahı  həmişə  başqalarında deyil, 
özündə axtar,düşmənlərində günah axtarma . Onlar onlara lazım 
olanı edirlər, sən isə  sənə lazım olanı edirsən, etməlisən, özünü 
qorumalısan, əks hərəkətlərin qabağın almalısan. 
108.
 
Özünü qorumayan, yaşatmağa çalışmayan məhvə 
məhkumdur. Bu universal qanundur. 
109.
 
Insanların ümidini qırma. Bir iş görmək istəyəni ruhdan 
salma, uğur olsun de. Xüsusilə, uşaqların hər bir hərəkətində 
yaxşı  cəhətləri tap, onu daha  güclü həvəsləndir, səhvlərini də 
deməyi unutma. Lakin əvvəl özünün düzgün düşündüyünü, 
nümunə olduğunu müəyyən elə, daim bu məsələnin üzərində 
çalış, özünü ağıllı  mülahizə, davranış etalonlarilə müqayisə elə 
və öyrən. 
110.
 
Qocalıq günahı yumaqçün deyil, qocalıq  əkdiyini 
biçməkdir. 


 
204 
111.
 
Ağıllı adamları ağıllılar tez görür.  Ağıllı, yeni, orijinal 
fikirlər  adətən  əvvəl etinasız qarşılanır, ona görə ki, adamlar 
onlara sırınan mövqelərdə, adətlərdə düşüncə tərzində olurlar və 
yeni ağıllı fikri  görə, qiymətləndirə bilmirlər. Ağıllı ideyanı  
qiymətləndirmək üçün ağıllı olmaq lazımdır. 
112.
 
Yüksək əxlaqi və mədəni insanı yalnız özü kimi əxlaqi 
və mədəni insan tez aşkar edə bilər. 
113.
 
Adətən  yaxşı  işlər, yaxşı davranış gözə görünmür, 
insanlar bunun belə olmalı olduğunu düşünürlər, lakin bir kiçik 
pis iş olanda və ya səhv ediləndə onu insanlar tez görürlər və 
buna görə başqasına qiymət verirlər. 
114.
 
  Yüksək əxlaqi və mədəni insanı yalnız özü kimi əxlaqi 
və mədəni insan tez aşkar edə bilər.  
115.
 
Adətən  yaxşı  işlər, yaxşı davranış gözə görünmür, 
insanlar bunun belə olmalı olduğunu düşünürlər, lakin bir kiçik 
pis iş olanda və ya səhv ediləndə onu insanlar tez görürlər və 
buna görə başqasına qiymət verirlər. 
116.
 
 55  yaşdan sonra insanın adi maddi fəaliyyəti 
zəifləməyə başlayır, fəaliyyətin nəticələrinə, keçmiş  həyata 
qiymət verilməsi – ruhi fəaliyyət - düşünmək  artır.  İnsanı 
nayrahat edən məqamların psixi kompensasiya edilməsi, 
əsaslandırılması ehtiyacı yaranır. Bu zaman hisslərin zəifliyi 
meydana çıxır, özünə inam zəifləyir. Əgər keçmişdə ətraf mühitə 
münasibətdə insanda güclü özünə inam, qalib gəlmə  əhvalı 
olursa, bu dövrdən sonra ətraf mühit qarşısında özünə inamsızlıq, 
iradə  zəifliyi özünü göstərir. Çatışmayan hissləri kompensasiya 
etmək zərurəti yaranır. Bəziləri bu zaman məhz bunu dinə 
qoşulmaqla  əldə etməyə çalışırlar. Daha yaxşı üsul, sağlam, 
möhkəm psixi əhvalı saxlamaq üçün meditasiya etmək; söz-fikir 
formulasından-dualardan tez - tez istifadə etmək, pirlərə getmək,  
səyahət etmək, hekayə, şer yazmaq, rəqs, idman  etmək, dəniz və 
çaylarda, evdə çimmək, özünə yoldaş tapmaq, daha çox ünsiyyət 
saxlamaqdır. 
 
 
 
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə