Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə62/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   58   59   60   61   62   63   64   65   ...   81

 
184 
edirsiniz? Açıq görsənir ki, ümumi xalq mənafeyi vəzifəli  şəxslərin  
kaprizlərinə, şıltaqlığına, zəif ağlına qurban verilir. Qeyd etməliyəm 
ki, insanların özləri heç də pis adam  deyillər, onları belə  hərəkət 
etməyə yaratdığınız ictimai sistem yönəldir, şərait yaradır, harada ki 
məmurların fəaliyyəti nəzarət olunmur, istədiyini edə bilir, insanlar 
isə etiraz edə bilmir və  eşidilmir. Digər tərəfdən,  bu şərait insanın 
təbii olaraq  şəxsi mənafe güdməsi xassəsilə birləşdikdə həmin ayıb 
hadisələr baş verir. Demək, bu cümlədən siz, istəsəniz, səbəbləri və 
ölkənin səmərələşmə istiqamətlərini başa düşə bilərsiniz.  
Heç nə gizli deyilheç nə gizli qalmır, hər fakt insanların 
yaddaşlarında qalır, danışılır, anekdotlara, hekaylərə,  şerlərə, 
mövqelərə  çevrilir.  Bu kompleks  taktika,  varlanma və özünü 
müdafiə etmək üçün (vəzifədə qalmaq üçün)   sosial baza 
yaratmaqdan ibarət gizli strategiyanı reallaşdırmaq üçündür. Bu 
strategiya eyni zamanda quldarlığın (ailə üçün böyük miqdarda 
nökərlər, xidmətçilər yaradılması); kənddə feodalizmin  (torpaqların 
yeni məmur - feodalların,  əlinə keçirilməsi);  şəhərdə kapitalizmin 
(ağa və proletarların) yaradılmasından ibarətdir. Axırı  nə olsun? 
İctimai rasionallıqdan və  ağıldan imtina etməyin, xudpəsəndlik və 
hər şeyi qamarlamağın, məmur acgözlüyünün və məsuliyyətsizliyinin 
böyük mənfi nəticələri  çox olacaqdır. Artıq bir çoxu vardır: 
torpaqların qəsbi, kasıblıq, işsizlik, didərginlik, mühacirlik və s., 
lakin yeni  növ bəlalar gəlməkdədir. Gənclər avara qalır, əxlaq məhv 
olur. Göstərilən xarakterili idarə mühitində yaşamaq üçün insanların 
yeganə istifadə etdiyi üsullar: dostbazlıq, yeliçilik, qohumbazlıq, 
rüşvət, tanışlıqdır,qeyri-əxlaqi davranışlardır.  Başqa cürə mümkün 
deyildir. Allah Marksa rəhmət etsin. Tam doğru olaraq demişdi ki, 
dövlət bir sinfin başqası üzərində zorakılığıdır.  Əlavə edim ki, 
istismarı, istifadəsidir, onları  zəif hala salmaq, iqtisadi imkanlar 
verməməsidir. Doğrudan da siz düşünürsünüz ki, onlar iqtisadi 
imkanlara malik olsalar, gəlib sizin yerinizi tuta bilərlər. Axı 
hakimiyyət, vəzifələr, deputat olmaq Sovet dövründən fərqli olaraq  
indi pullu olmaqdan asılıdır. Göstərilən bütün eyiblər məhz qrup 
hakimiyyətinin nəticəsidir. Yaratdığınız ictimai sistemin yer üzündə 
analoqu yoxdur, bu sistemin adını  Feokapiqul (feodalizm, 
kapitalizm və quldarlığın yeni sintezi) qoymaq olar. Bu sistem 120-
150 il  əvvəlki   Avropaya oxşayır, o zaman orada da belə idi, lakin 
onlar ağıl yolunu tutdular, Marksın verdiyi izahatları, proqnozları, 
ideyaları diqqətlə öyrəndilər və  xilas oldular. Lakin müəyyən 
müddətə. Tapılmış ictimai sistem yenə  də  ciddi çatışmazlıqlara 


 
185
malikdir və insanlar üçün bu ciddi nayrahatçılıq doğurur. Yalnız 
birbaşa demokratiya idarəsinə keçdikdə-hamının mənafeyi bərabər 
güdüldükdə- bu çatışmazlıqlar həll oluna bilər. 
 
Nəyi etmək lazımdır?: 
Hər yerdə olduqda, vətəndə və yad ölkələrdə bir - birinizi sevin 
və hörmət edin, lazımı kömək edin. Daim biliklərinizi artırın və 
öyrənin.  Öz hərəkətlərinizlə başqasına zərər vurmayın. Təsadüfən 
belə etsəniz, üzr istəyin və onu razı salın. Həqiqəti hər yerdə, harada 
olsanız müdafiə edin və deyin. Düz adamı müdafiə edin. Rasional 
həyat tərzi ilə yaşayın.  Bu həyat tərzi həm rasional qidalanmanı, 
rasional işləməyi,  əxlaqi, aktiv, şən həyatı, ictimai işdə, idarə  və 
qanunvericilikdə  iştirakı, humanizmi,  rasional ədəbli ünsiyyəti, 
nəzakəti, xoş münasibətləri,  əməkdaşlığı  nəzərdə tutur. Köməyə 
ehtiyacı olana kömək edin, maddi yardım edin, məsləhət verin.  
Başqasına da özünüzə istədiyiniz kimi münasibət saxlayın - bu fikir 
bütün bəşəriyyətin tarix ərzində yaratdığı ən böyük müdrik dəyərdir. 
Daha çox ünsiyyətdə olun, ümumi problemləriniz müzakirə edin, 
birllikdə onun həllini axtarın.   
 
Nəyi etmək olmaz?: 
Düz yolla, əxlaqla yaşayıb və çalışıb  irəli getmək istəyənə mane 
olmayın, onun əməyinə özünüzü şərik etməyin. Yad ölkələrdə 
olduqda bir - birinizə  xəyanət etməyin.  Nədən belə yerdə öz 
millətinizdən olan adama rast gəldikdə aldatmaq instiktləriniz işə 
düşür və onun başına oyun açırsınız? Aldatmayın, yalnız öz 
çörəyinizi yeyin, başqasının  əmlakına və ya həyatına gözünüzü 
salmayın. Başqasına öz hərəkətinizlə  zərər vurmayın. Vəzifəlilər, 
rüşvət almayın və tələb də etməyin, öz işinizi görün, xalqın hesabına 
yaşamaqdan imtina edin. Elə yaşayın, işləyin ki, sizin haqda  
deməsinlər: “bu dələduzdur”. Sizin necə  işlədiyinizi, nə etdiyinizi  
cəmiyyət bilir, onu gizlədə bilməzsiniz. Həqiqətən, özünüzə nüfuz və 
hörmət qazanın. Elə idarə edin, insanlarla elə davranın ki, sizi 
görmək, sizinlə söhbət etməyi onlar  xoşbəxtlik saysın, sizi böyük, 
əsil nümunəvi insan hesab etsinlər, sizinlə  fəxr etsinlər. Ehkamları 
qəbul etməyin, hər fikir yalnız öz vaxtında, yerində doğrudur. 
Dəyişməz, universal həqiqətlər yoxdur,onlar öz yeri və zamanı ilə 
sərhədlənirlər. Öz fikrinizi başqasına zorla qəbul etdirməyin. 
 


 
186 
Son söz. Azərbaycan haqda bu araşdırma nəticələrini,  ssenari və 
strategiyaları  məhz xalqın xeyrinə, onun problemlərinin həll 
olunması  və inkişafı üçün humanizm pinsipini rəhbər tutaraq təklif 
edirəm. Təriflər qulaqda yaxşı  səslənsə  də inkişafa kömək etməyən 
metoddur və  səbəbsiz, qərəzsiz olmur. Tülkü də qarğanın gözəl 
mahnı oxumasını  tərifləyərək onun ağzından düşən pendiri alıb 
yemişdi. Ona görə  də  mən bu kitabda səhvlərin, problemlərin 
araşdırılmasına və onların səbəblərinin tapılmasına və düzgün yolu 
göstərməyə çalışdım. Yadınızda saxlayın, inkişafın  əsas yolu yaxşı 
meylləri davam etdirmək,  səhvləri tapıb onları düzəltmək, gələcəyi 
bilmək,  arzu edilən gələcəyi müəyyən edib bu məqsədə  gətirən 
planlar və tədbirlər, fəaliyyət layihələndirib həyata keçirməkdir.  
Burada biz  səhvləri- keçmiş və indiki - hələ az hissəsini - tapdıq, 
gələcəyin təhlükələrini və obrazını  aşkar etdik, sizə isə  səhvləri  
düzəltmək və irəliyə - düzgün məqsədə doğru addımlamaq qalır. 
Rasional qərar qəbulu prosedurlarını  və kriteriyalarını  və 
kollektiv qərar qəbulu metodunu  bütün dövlət idarələrində  qəbul 
etməklə  və  əməl etməklə - ölkə  səhvlərdən xilas olar və sürətlə 
rasional inkişaf edər, hər adam xoşbəxtliyə çatar (bax 
http://rational.sayt.ws).  Burada təqdim edilən hər təklif Azərbaycan 
xalqının bütövlükdə xeyrinə yönəlmişdir və dərhal həyata keçirilməsi 
lazımdır. Ən təxirəsalınmaz addım dövlət neft pulları hesabına çoxlu 
ictimai istehsal müəsisələri tikilməsi, dövlət istehsal sektorunun 
bərpa edilməsi, şəxsi istehsala mane olmadan; azad bazardan imtina 
edilməsi, rasional idarə olunan bazara keçilməsi; yeni təhsili -elmi - 
sənayeni -  mədəniyyəti birləşdirən  ən son dünya biliklərinə uyğun 
bir neçə  yeni  şəhərlərin layihələndirlib tikilməsidir, hər dövlət 
orqanında və ictimai idarə yerlərində (kənd, rayon, şəhər) elmi  
fururoloji  ictimai şuraların  təsis edilməsi,  ictimai təşkilatlara 
dövlətə  nəzarət imkanlarının verilməsi, yeni rasional azərbaycanlı 
yetişdirilməsi  və bir çox digər təkliflərdir.  
Burada hər hansı bir ifadə, fikir kimlərinsə xoşuna gəlməsə, 
demək bu adamların çörəyi yalnız ictimai sistemin nasazlığından, pis 
qurulmuş ictimai  və iqtisadi sistemdən çıxır, hansı ki sistem məhz 
onlara xüsusi privilegiyalar verir, eyni imkanları başqalarına  da 
verməkdən imtina edərək. Burada, habelə  təqdim edilən elmi 
dünyabaxışlar cəmiyyətdə dini fanatizmi  və xurufatı yayanlar, 
cəmiyyəti avam, suever və qula çevirmək istəyənlərin də xoşuna gələ 
bilməz, onların da çörəyi məhz belə fəaliyyətdən çıxır.   


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə