Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə58/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   54   55   56   57   58   59   60   61   ...   81

 
172 
nə bilirsə, hamısını uşağın beyninə yığır. Demək, uşaq ailədə qadının 
məhsuludur, ondan gördükləini, eşitdiyini mənimsəyir. 
Beləliklə, insan yetişdirmək üçün rasional cəmiyyətdə  əvvəl 
qadını yetişdirmək lazımdır. Bu qadın intellektual, əxlaq və etik 
qaydalarını bilən, rasional tərbiyə metodunu bilən, ailədə davranış və 
üzvlərlə münasibət qaydalarını, hüquqları, qadınlıq funksiyasını icra 
edə bilən, ailəni dağılmaqdan qoruyub saxlaya bilən olmalıdır. 
Qadından sonra məktəb və ictimai mühit tərbiyəçi rolunu oynayır. 
 
Aşağıdakı qadının hazırlanması proqramı məsləhət görülür: 
-    ümumi orta təhsil 
-    orta məktəbdə tərbiyəçi müəllim  təlim dərsləri , 
-    evdarlıq işləri dərsləri, 
-    tərbiyə və təlimdə pedaqogika dərsləri , 
-    əxlaq və etika, xüsusi etiket qaydaları, bütün yerlərdə əxlaq 
və davranış qaydaları təlimi, 
-    cəmiyyətin quruluşu və qanunları və nəzarət sistemi  təlimi
-    ailə və onun saxlanması adlı ictimai institutlar yaradılır və 
qızlar  ərə getməzdən  əvvəl  (habelə  oğlanlar) burada təlim 
keçirlər. Ailə qurmağa səlahiyyətlilik haqda sertifikat alırlar. 
Burada : hər adam üçün spesifik yoldaş seçmək və ailə qurmaq 
haqda metod, tibbi , xarakter, dəyərlər  haqda məlumatlar, 
tərbiyəsi,  əxlaqı, məqsədləri, qanunlar-məsuliyyətlər , hansı 
xarakterli kişi ilə uyğunluq təyini haqda qiymətləndirmələri 
göstərilir(imtahan və yoxlamadan sonra), 
-    insanlar arası düzgün ünsiyyət təlimi 
Rasional ailə.  Rasional ailə qurmaq iki əks cinsdən olan insan 
xarakteri və  dəyərlərinin, mədəniyyətinin, düşüncə  tərzinin optimal 
kombinasiyasıdır. Ailə qurmağa qədər iki tərəf ailə qurmağın nəzəri 
mərhələsindən keçməli, xüsusi kursda təlim almalıdır. Bundan əvvəl 
hər bir insan rasional insan kimi yetişdirilməlidir. Əvvəldə göstərilən 
qaydada  təlim aldıqdan və optimal parametrləri uyğun seçildikdən 
sonra ailə qurula bilər.  İnsanlar sevməzdən  əvvəl  bu təlim və 
yoxlamadan, sertifikatlaşdırmadan keçməlidirlər.  Əvvəl seçimin 
düzgünlüyü , uyğunluğu və  təhlükələri müəyyən edildikdən sonra 
insanlar sevməyə başlaya, davranışlarına ciddlik verə bilərlər. Ailə 
qurulduqda, göstərildiyi kimi, bu yalnız bütün gələcək ehtimalları, 
təhlükələri, gözlənilməz hadisələri nəzər alan və cavab verən dəqiq 
hazırlanmış müqavilə ilə ola bilər. Ailə qurulduqdan sonra iki il 
ərzində  rəsmi dövlət  ictimai sosial psixoloji və futuroloji xidmət 


 
173
müşahidlər aparır, qonaq gedir, ünsiyyət saxlayır və baş verən 
problem və yanlışlıqları, toqquşmaları öyrənir və ailəni saxlamaq 
üçün  ən optimal məsləhət verir. Uşaqlar olduqda da müşahidə edir, 
tərbiynin düzgünlüyünə, problemlərin olmadığına nəzarət edir.  
Sonralar müəyyən dəqiq müəyyən edilən hallarda - uşaq böyüyüb 
müxtəlif dövrlərə qədəm qoyduqda, əsgərliyə getdikdə , ali təhsil və 
ya peşə aldıqda, işlədikdə dövlət xidməti daim məsləhətçi 
funksiyasını yerinə yetirir. Nəticədə kamil insan yetişdirilir, 
cinayətlərin və kiçik pozuntuların, pis işlərin qarşısı alınır. Və gəncin 
özünə  də yeni ailə qurmaq üçün   təlim vermə başlanır.  
Dinin rolu.  Ailə qurmaq üçün qəti şəkildə dini kəbindən istifadə 
etmək olmaz, bu ancaq zərər verə bilər.Ailə quran hər insana dini 
xürufatdan və mövhumatdan uzaq durmaq, dini dəyərlərdən öz ağlını 
təmizləmək lazımdır. Çünki dini  şüur ağıllı  və möhkəm ailə 
qurmağa kömək etmir, qadını kişinin quluna çevirir və qadın özünü 
qul kimi aparır. Kişi isə dini tələbləri bildiyi üçün qadına qul kimi 
baxır, hər addımın razılaşdırılmasını qəbul etmir, yalnız əmr verməyi 
öz səlahiyyəti sayır.  Yalnız azad insanların qurduğu ailə  ağıllı 
rasional insan yetişdirməyə kömək edir, əks təqdirdə dini olan ailə 
özü kimi yeni  gənc qullar yetişdirir. Belə qullar isə nəticədə ictimai 
inkişafa, icmanın – dövlətin dünyada layiqli yer tutmağına, özünü 
başqa dövlətlərdən qorumağa, azad yaşamğa səbəb olmur. 
Vətəndaşları belə olan  dövlət dünya kapitalist hegemonları 
tərəfindən daim istismar olmağa, ölkədə böyük ədalətsizliyə  səbəb 
olur. Bütün teokratik dövlətlər belədir. 
 
ƏHVALI - RUHIYYƏNIN IDARƏ EDILMƏSI 
 
Öz əhvalınızı yaxşı saxlamaq üçün bu qaydalara əməl edin: 
1. İnsanlara qarşı  xoş ürəkli olun, üzünüzdə təbəssüm olmasına 
çalışın.(Yapon və Çin mədəniyyəti)  
2. Düzgün ünsiyyət qaydalarına  əməl edin: salamlaşın, aşağı 
səslə danışın, gülümsəyin, əmr  formasında danışmayın, məqsədinizi 
və fikrinizi aydın deyin, diqqətlə  və sona qədər dinləyin, başa 
düşmədən cavab verməyin və s. 
3. Pislik etməyə  çalışmayın, sözü elə deyin ki, eşidənin acığı 
gəlməsin. 
4. Xırda məsələlər üçün acıq saxlamayın, sözü eşib sözdən söz 
çıxarmayın, xoş gəlməyən sözə qarşı eşitməmış kimi  davranın; sizi 
əzəni, təhqir edəni, hüquqlarınızı pozanları unuda bilmirsiniz, qəzəb 


 
174 
sizə güc gəlir. Lakin bu məsələdən xilas olmaq üçün həmin 
insanlardan,  ərazidən uzaqlaşın və bu barədə düşünməməyə çalışın. 
Bağışlana bilən insanları - əgər onlar üzr istəyir, səhvlərini başa 
düşüblərsə,  bağışlamağa çalışın. 
5. Danışarkən, söz soruşarkən heç kəs bilə bilməz birinin sözünü 
digəri necə qəbul edəcək, ona görə tez - tez üzr istəyin və öz fikrinizi 
aydın, dəqiq cümlə formasına salın, digərinə zorla qəbul etdirməyə 
çalışmayın. Onun fikri onsuzda fərqlidir. Az danışıb,  eşitməyə 
çalışın.                 
 6.  Doğmalarınızın, sevdiklərinizin itkisi olduqda bunu təbii 
qarşılayın; fikir və  əlinizi məşğul edən digər məşğuliyyət tapın və 
boş qalmayın. Mühitinizi –  yaşayış , iş yerinizi, ətraf insanları 
dəyişin. 
7.Yaxınların xəyanəti, satqınlığı ümumi əmlakın hamısını 
mənimsəməsi , paxıllıq və digərinin yaxşı  həyatını da pisləşdirmək 
arzusu xüsusilə pis təsir edir. Bu məsələlərin həllinə diqqət verilməli, 
toplaşaraq oraya psixiloq və  vəkil məsləhətçilər çağırmaq, fikirləri 
aydın deyilməsi və  əsaslandırılması  və yazılması lazımdır. Adətən,  
insanlar hələ tanışları    içində kimin xəyanətkar olduğunu bilmirlər. 
Xəyanətkar  bütün sözün gizli qalmasını, digər qohumlara, tanışlara 
deməməyi məsləhət görür. Bu sizdən ehtiyatlı olmağı  tələb edir və 
gizlilik  həmin insanın xəbis məqsədi olmasını sübut edir. Bu halda  
öz mövqenizi açıq müdafiə etməniz və üstündə durmanız lazımdır. 
8. Rəhmdil və xoşxasiyyətlilik göstərin. Qaba rəftar etməyin. 
Kimin köməyə ehtiyacı olsa, ona hərtərəfli kömək edin. Kömək 
etməyi özünüzə birinci şərəf sayın. 
 9.  Nayrazı qaldığınız adamdan dava - dalaşla deyil, xoşluqla 
ayrılın, sizə edilmiş pisliyə eyni kəskinliyilə cavab verməyin. Elə 
davranın, xoş üz görsədin ki, həmin adam sonra tez peşman olsun, 
səhvini anlasın, lakin sözlə öz fikrinizi, düşündüyünüzü sakit deyin, 
deməsəniz, sonra peşman olacaqsınız və o sizi axmaq sayacaq. 
Barışmağa yer qoymağı yaddan çıxarmayın.  
10. Paxıllar, xainlər, sizə mane olanlar, sizə qarşı olan bütün 
təbiət, ictimai, insani müqavimət sizin həyatınızın zəruri hissəsidir. 
Onlarsız siz yaşaya bilməzsiniz, onları  təbii, olmalı  şey kimi 
qarşılayın, bundan əhvalınızı pozmayın, onlarla dinc yaşamağı, 
uyğunlaşmağı  və qalib gəlməyi bacarın. Sizin məhz nəticələriniz, 
onlarla mübarizə,  əməkdaşlıq və neytrallıq (əlaqə) nəticəsidir.  İsa 
peyğəmbər təsadüfən demirdi ki, “düşmənlərinizi sevin”, onlar sizə 
düzgün yol seçməyə stimul verir. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə