Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə57/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   53   54   55   56   57   58   59   60   ...   81

 
169
8.
 
Rasional həyat tərzi biliklərini bilmək  və həyatını ona 
uyğun qurmaq 
9.
 
Ailəsi, icma, ölkə, millətlər və dünya birliyi haqda – 
tarixi, coğrafiyası, iqtisadiyyatı, idarə  strukturu  haqda  zəruri 
biliklərə  malik olmaq. 
10.
 
 Ən azı bir, yaxşısı üç, peşəni səlis bilmək və bacarmaq. 
11.
 
 Cəmiyyətin idarə strukturu və  qərar qəbul etmə 
sistemini, qərar qəbulu prosedurları  və  əxlaqi keyfiyyət 
tələblərini, əsas qanunları  bilmək.  
12.
 
 Rasional fəlsəfi dünyagörüşləri bilmək və dərk etmək. 
13.
 
 İnsan və  təbiət haqda bütün bilikləri yüksək ümumi  
səviyyədə bilmək:  İnsan psixologiyasını, tərbiyə metodlarını, 
tarixi, coğrafiya, biologiya, anatomiya, riyaziyyatı, kimyanı, 
fizikanı. 
14.
 
 Ən azı 8 din haqda tam biliklərə malik olmaq. Dinlər 
haqda ümumi rasioanlist nəzəriyyəni bilmək.  
15.
 
 Elm  və texnikanın, mədəniyyətin, ictimai həyatın son 
səviyyəsi haqda məlumatların olması. 
16.
 
 Rasionallıq meyarlarını. 
17.
 
 İnsan və xalqların  əsas hüquqları  və    zəruri həyat  
təmini səviyyəsini  bilmək. 
18.
 
 Dünya bəşəri birliyi sistemini. 
 
Rasional insan aşağıdakı  mənfi keyfiyyətlərə malik ola 
bilməz 
-
 
O yaltaq deyil, o icma, vətən xeyrini, öz şəxsi mənafeyinə 
qurban vermir; məsluliyyətlidir. 
-
 
O, həqiqəti deməkdən qorxmur, o idarə etinasızlığına, 
rüşvərxorluğa, səhv idarəyə, ikiüzlü siyasətə dözmür, o daim 
etiraz edə bilir. O, gördüyü saxtakarlığı, idarə  dələduzluğunu 
gizlətmir, açıq deyir, heç zaman demir “nəyimə lazımdır”. 
Nəticə.  
Rasional insanı xarakterizə edən ümumi amillər: 1) rasional 
həyat tərzi yaşamalı, hansı  ki  rasional  və sağlam həyat qaydalarını, 
yaradıcılığı;  rasional əxlaqa, rasional ictmai davranış normalarına 
əməl etməyi, ictimai işdə iştirakı nəzərdə tutur; 2) rasional insan bilik 
və qabiliyyətlərinə, bacarıqlarına və peşə - bilik və bacarıqlarına  
malik olmalı; 3) beyin qabiliyətlərini inkişaf etdirməli, intuitiv 
anlamağa və  əvvəldən görmə intuisiyasına və azı bir  əvvəldən 
görmə elmi metoduna malik olmalıdır. 


 
170 
Əxlaqi həyat, rasionallığın  əlamətlərindən biridir. 
 
 Rasional insanın yetişdirilməsi və tərbiyəsi 
 
Təkcə  əxlaq normaları rasional həyatı  əks etdirmir, habelə 12 
fəaliyyət sahəsində  ( bax “Həqiqətə  Pəncərə” kitabına)  rasional 
həyat tərzi  , rasional iş, mədəniyyət, idarə, metodlar, prosedurlar, 
kiteriyalar,  nümunələr və s. rasionallıq haqda biliklər rasional insanı 
xarakterizə edir . 
Danışan insan tarixinin başlanğıcından  əxlaq normaları az 
miqdarda meydana çıxır və zamanla getdikcə çoxalır, müxtəlif 
sahələri, insan ailəsindən  çıxıb, qəbilə, icmalar arası, millətlər daxili 
və arası, ümumi bəşəri sistem, BMT, normalaradək genişlənir. 
Məhz buna görə rasional insan təlimində : 
1. Bütöv əxlaq normaları həm universal tərkibdə, həm də hər bir 
fəaliyyət sahəsi üzrə yenidən tərtib edilir. Bunu tək - tək adamlar 
yazıb başqalaına  sırımır, məhz insanlar özləri bunu formulə edib 
təklif edərək, razılaşma yolu ilə qəbul edirlər. 
2. Hər bir normanın zəruriliyi  faktlar və real həyat sübutları ilə  
əsaslandırılır və öyrədilir. Artıq, cənnət - cəhənnəm ideyalarına 
ehtiyac yoxdur, insan uşaq deyil ki, uydurulmuş  qorxular ilə tabe 
edəsən.  İnsan təlimlə tam dərk edir ki, əxlaq norması  ən rasional 
həyat üsuludur və onu  pozmaq  bu dünyada onun üçün və cəmiyyət 
üçün nə ilə nəticələnə bilər.  
3. Təlimdə insanlar əxlaqın bütün ictimai təşkil sistemində, 
müqavilələrdə, konstitusiyada, qanunlarda, davranışlarda necə  əks 
etdirildiyini öyrənirlər. 
Təlimin vəzifəsi budur ki, insan həyatda seçim qarşısında 
qaldıqda, məhz  əxlaqi variantı özü könüllü dərk edərək, ən optimal, 
ən düzgün və zərurət kimi seçsin. 
Rasional insanın hazırlanması üç istiqamətdən, yəni həm 
1)materialist, həm 2)idealist mövqeyindən, həm də  əxlaqın nəzərə 
alınmasına, 3)nəzarət - yönəltmə vasitəsilə birlikdə  aparılır. 
Birinci istiqamət – maddi - real gerçəkliyin  rasionallığının və 
deməli, əxlaqiliyin əldə edilməsi ilə.  Bu necə əldə edilə bilər? 
A) cəmiyyətin ictimai, sosial, ekoloji, iqtisadi strukturunun 
rasional layihələndirilməsi və qurulması. Rasional funksiyaların 
qəbulu.  
B) fəaliyyət üçün  yeni rasional iqtisadi, sosial, idarəetmə 
prinsiplərinin qəbulu.  


 
171
C) cəmyyət işlərində - qanun və qərar hazırlanması - qəbulunda 
hər bir insanın iştirak etmək imkanı və arzu edənlərin iştirakının 
təmini. Bunun üçün lazımi sistemin yaradılması. 
D) qanun və qərarlar üçün kriteriyaların, standartların qəbulu. 
İkinci istiqamət - İdeyaların səmərələşdirilməsi -dəyişdirilməsi, 
yəni yenidən tərbiyə vasitəsilə, daha dəqiqi,  əxlaqi normaları  
formalaşdırıb insanlara öyrətməklə. 
Üçüncü istiqamət – əxlaqın nəzərə alınmasına (icrasına) nəzarət 
–yönəltmə  sistemi ilə edilir. Bu sistem əxlaq pozanları  aşkar 
etməklə,  onları yenidən spesifik sahə üzrə təlim-tərbiyə, əmək, bilik 
və bacarıqlar, peşə, qabiliyyət öyrətmək, prokuror, polis və məhkəmə 
elementlərini daxil edir. Burada tamamilə yeni prinsip var.  Nəzarətin 
məqsədi insanı  əxlaq və qanunu  pozmağa qədər gözləyərək, onu 
cəzalandırmaq deyil - bu halda insan düzəlmir, daha da pisləşir - 
məhz  son həddə qədər gözləmədən insanı dəyişdirib cəmiyyəti razı 
salacaq dərəcədə  kamil adam etməkdir. Buna, habelə birinci 
istiqamət- maddi ictimai sistemin təkmilləşdirilməsi zəruri olaraq 
kömək edir. 
 
 Rasional insan təlimi ibarətdir: 
1) Ümumi elmi savadlılıqın  əldə edilməsi: Riyaziyyat , Fizika, 
Kimya, Biologiya, Tarix, İnsan anatomiyası  və fiziologiyası; 
cəmiyyət və insan arasında  öhdəçilik və münasibətləri, düzgün 
qidalanma, sanitariya - gigiyena təlimi, idman təlimi , düşünmə, 
ünsüyyət qaydaları, yaradıcılıq  metodları  və  əl və ekstrasens 
qabiliyyətlərinin inkişafı , mədəniyyətin öyrədilməsi.   
2) Xüsusi peşə biliklərinin və  təcrübəsinin təlimi: həkim , 
mühəndis , konstruktor, iqtisadçı, musiqi, rəssam, rəqs, futuroloji 
biliklərin təlimi və s.  
Lakin rasional cəmiyyətdə  təlim bununla qurtarmır.  İnsanlar 
ölənə qədər həyatı boyu təlim – tərbiyə ilə əhatə olunurlar. Bu təlim 
1) həm  əxlaq, qanun və  qərarların öyrədilməsi, 2) həm yeni 
biliklərin, qabiliyyətlərin, mədəniyyətin, bədii bilik qabiliyyətlərinin, 
həm həyat, ekoloji, biznes, hüquq, turizm və s. öyrədilməsini  əhatə 
edir. Bunun üçün əlavə məktəblər, mədəniyyət evləri, klublar tikilir. 
Rasional insanın yetişdirilməsi onu yetişlirəcək adamın 
tərbiyəsindən - hazırlanmasından başlayır.  İnsan ailədə meydana 
gəlir, onu qadın doğur və qadının xüsusi instiktiv xasiyyətinə görə 
yalnız qadın uşağın qayğısını çəkir və onu tərbiyə edir. Qadın ona ilk 
davranış qaydalarını öyrədir,  böyüdükcə  tərbiyəni davam etdirir və 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə