Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə53/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   49   50   51   52   53   54   55   56   ...   81

 
157
dilbilməz, kəskin,  İtigöz, tezgedən, yorulmaz, ətyeməz, dözümlü, 
dönməz, şilləuran, səbirsiz, ildırım.  
Hər kəs tanımadığı adamlara ümumi formada hörmətli, xeyirxah, 
qardaş, bacı, gözəl qadın, gözəl qız, hörmətli müəllimə müraciəti düz 
olardı.  Ənənəvi olaraq kapitalizmdə  bəy gəlirli mülkiyyəti olana, 
cənab isə üstün siyasi statusa sahib olana (dövlət məmuruna) 
deyirlər.  İşçi tabe olduğu müdirə, sahibkara bəy deyə bilər, 
başqalarına onun bəy olmasının dəxli yoxdur, demək bəy deməyə 
borclu deyil.  Eynilə “xanım, bəyim” hər qadına deyilə bilməz. 
Onların gəlirli mülkiyyəti olmasa belə demək məntiqi deyil. 
İctimai icraçılara, bütün məmurlara yalnız (hər adama qarşı 
tətbiq edilir) hörmətli icraçı, hörmətli dipetçer, hörmətli məmur, 
hörmətli nazir, hörmətli rəis deyilməsi məsləhətdir. Cənab ya ağa  
sözünün  işlənməsinin  əsası yoxdur.  Yəni quldar olmayan 
cəmiyyətdə  rəsmi dövlət məmuru cənab və ya ağa ola bilməz - o 
xalqın xidmətçisidir, ağası deyil; bu gün var, sabah yoxdur. 
 
Etiket və nəzakət qaydaları  
Aşağıda  bəzi vəziyyətlər üçün qısa  Rasional nəzakət, davranış 
və ədəb qaydaları  nümunələri verilmişdir: 
1. Evdə  və qonaqlıqda. Stol arxasında düz oturmalı, yeyərkən 
danışmamalı, burnu qurtlama, ağzını marçıldatma, qabı yalama; 
çörəyə əlini, ağzını silmə; qaşıq, çəngəl və bıçağı yerində düz işlət , 
tez - tez yemə, qonaqlığa vaxtında get, gecikmə, əlləri, ağzı əvvəl və 
sonra  yu, stol arxasında  siqaret çəkmə,  nəfəsini başqasına vermə, 
Böyük çörəyi əl ilə kəsmə, qonağa çiy, bişməmiş  və soyuq yemək
acı xiyar, dəmlənməmiş və ya qaynamış çay, keyfiyyətsiz içki vermə.  
2. Ailədə.  Heç kim başqasını nayrahat etməməli, səs 
salmamalıdır . Evdə  siqaret çəkib tüstünü ailə üzvlərinə vermə, 
birlikdə yeməyə, çaya otur, gecikmə, hər səhər ailə üzvlərilə salamlaş 
və əhvalını soruş, öz arzularını bildir, yatarkən hamıya xoş yuxu arzu 
et, danışarkən çığırma, elə danış ki, səsini ancaq həmin adam eşitsin, 
təmizlik və gigiyena qaydalarına  əməl et, səhərlər, yeməkdən  əvvəl  
axşam yatarkən yuyun, açzını, dişini yu , hər gün  səliqəli, təmiz 
geyin,  yerini özün yığ,  səliqə yarat, kitabları, qəzetləri öz yerinə 
qoy, ailə üzvünün zəhləsini tökmə. 
3. Ailədə, işdə, ictimai yerdə danışarkən.    Nəzakətli ol - yəni, 
“buyurun, bəli , xeyr, baş üstə, zəhmət olmasa, dəyməz, eybi yoxdur, 
nayrahat olmayın, çox xoşdur” kimi sözlərdən istifadə edin; 
danışarkən felin əmr formasından istifadə etməyin, məsələn “al, 


 
158 
götür, ver, danış, cavab ver, apar, tez ol” və s. sözlər işlətmə, bu 
sözləri hökmən nəzakətli sözlərlə birlikdə felin cəm formasında  
işlət, məsələn, zəhmət olmasa deyin, verin.; tanımadığın adamlarla 
sən yox, siz sözündən istifadə edin , üzünüzü turşutmayın, həmişə 
üzünüzdə gülümsəmə işarəsini saxlayın, pis, bədbin emosiya yaradan 
sözlər işlətməyin məsələn “bu çox dəhşətdir, nə pis oldu, vəziyyət 
ağırdır”. Qəti qışqırma, uca səslə danışma, daha yavaşdan danış. 
4. Sevdiyin qıza , qadına münasibət.  Qadına həmişə şirin sözlər 
de, metaforalardan (bənzətmə, oxşatma) istifadə et, oturarkən ona yer 
göstər, stulu rahatla; evə girərkən , maşına minərkən, düşərkən 
birinci onu qabağa burax, əlindən tut; bayramlarda birinci onu təbrik 
et; onun zövqünə uyğun lazımı hədiyyələr al,  ala bilməsən də yenə 
də xoş sözlər de; nişanlı olduqda tez -tez baş çək, hədiyyələr al, bir 
yerdə səyahət et, dincəl, təbiətdə söhbət et. 
 
Rasional əxlaq kodeksi nümunəsi.  
 
1.
 
İcma üzvlərinin ailə üzvləri kimi qarşılıqlı münasibəti 
saxlaması; hər kəsin digərinə qayğı göstərməsi, probleminin 
həllinə yardım etməsi 
2.
 
Rasional ünsiyyət qaydalarına əməl et (ümumi və hər 
bir fəaliyyət sahəsinə aid) 
3.
 
Kömək et –kömək etsinlər  
4.
 
Səmimilik və  aldatmamaq, səhv etdikdə üzr istəyib 
səhvi düzəltmək 
5.
 
Başqalarına özünə istədiyin kimi münasibət saxla 
6.
 
Yoldaşlara və qrup üzvlərinə inanmaq və etibar etmək 
7.
 
Eqoizm və paxıllıq hisslərini başqalarının zərəri 
hesabına təmin etmə  
8.
 
Başqalarına zərər vermə 
9.
 
Başqasına qarşı zorakılığa yol vermə, nəzakətlə 
davran 
10.
 
 Hər kəs cəmiyyətdə özünü başqası ilə  bərabər 
hüquqlu  saymalıdır. 
11.
 
 Birgə  fəaliyyətdə  bərabər iştirakdan  əldə edilənləri 
bölmək qərarı versəniz  bərabər bölgü prinsipinə əməl etməli. 
12.
 
 Humanistlik.  İnsanlara qarşı  rəhmdillik, xeyirxahlıq, 
çətinliyi olanlara kömək et, başqaların səhvlərini bağışla. 


 
159
13.
 
 Ümumi 
əmlaka sərəncamı  rasionallıq 
kriteriyalarından istifadə etməklə verməli və birgə  fəaliyyəti 
bərabər iştirakla icra etməli  
14.
 
Ümumi  əmlak və  təbii sərvətlərin xeyri bərabər 
bölünməlidir, bir hissəsi isə  ümumi ehtiyaclara sərf 
edilməlidir. 
15.
 
 Kollektiv: mənafe, təhlükəsizlik, həyat vasitələri fərdi 
mənafedən üstün təmin olmalıdır. 
16.
 
 Özünə xoş gəlməyən hərəkəti başqasına qarşı etmə. 
17.
 
 Başqaları ilə elə rəftar et ki, sənə də elə rəftar etsinlər. 
18.
 
 Səhv etdikdə, onu anlayandan sonra  hərəkətini 
dayandır, etiraf et və üzr istə, vurduğun zərəri ödə. 
19.
 
 Fiziki  çətinliyi olan adama hərəkət etməkdə kömək 
et. 
20.
 
 Başqa xalqları, etnosları, ölkələri qəsb etmək, 
öldürmək  üçün döyüşə getmə. 
21.
 
 Hər xalqın, millətin, etnosun  və insanın necə 
yaşamağı, hansı  həyat tərzi seçməsi, konstitusiasını necə 
yazması  və hansı dini qəbul etməsi və etməməsi öz işidir. 
Başqalarının bu məsələlərə zorla təsir etməsi və  məcbur 
etməsi yolverilməzdir. 
22.
 
 Özündən zəyifləri sözlə aldadıb  özünə qulluqçu 
etmə, malını, pulunu alma. 
23.
 
 Öz işini özün gör, başqasına buyurma . 
24.
 
 Başqasını istismar etmə.  İstismar  əvəzi ödənilmədən 
və düzgün qiymətləndirilmədən işlətməkdir. 
25.
 
Yaxşılığın və xidmətin  əvəzini yaxşılıqla ödə  və 
unutma. 
26.
 
 İcma qarşısında hər kəs öz borcunu düzgün icra 
etməlidir. 
27.
 
Ümumi mənafeyə aid işləri birlikdə gör və bunu özün 
təşkil et, başqasını gözləmə. 
28.
 
 Oturmaq  istədikdə yeri əvvəlcə özündən yaşlılara 
təklif et. 
29.
 
 Öz yaşına və statusuna uyğun yüksək ağıl və davranış 
nümunəsi ol. 
30.
 
 İnsanların daha rasional davranması yolunu, 
probleminin həllini bilirsənsə de, gizlətmə. 
31.
 
 İcazə verilməyənədək başqasının əmlakından istifadə 
etmə. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə