Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə52/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   48   49   50   51   52   53   54   55   ...   81

 
154 
edib  əvəzini ödəmədən ölməklə canını qurtaracağını  və  əldə etdiyi 
xeyiri öz uşaqlarına qoyub gedəcəyini düşünməyəcəklər. 
 
Rasional cəmiyyətdə adlar, əxlaq, ünsiyyət, nəzakət, universal 
dəyərlər. Rəsmi etiket və şəxsi adlar 
 
Cənab, mister, missis, bəy, bəyzadə, ağa, nökər, xanım, 
xanımzada, sözləri  məhz qeyri - rasionalist cəmiyyətlərdə - 
quldarlıq, feodalizm və kapitalizmin maddi quruluşunun yaratdığı 
sözlərdir. Yəni insanlar pulu çox olan və olmayanlar,  gəlir gətirən 
əmlakı, tabeliyində işçiləri olan və olmayanlara  bölünmə əlamətinə 
görə bu  etiket adları yaranmışdır. Pullulara, işçiləri, gəlirli  əmlakı 
olanlara  ağa,  cənab, bəy, qadınlara isə xanım, xanımzadə adı 
vermişlər.  Bizim babalarımız tabeçilikdə olanlara, başqası üçün 
işləyənlərə, gəlirli əmlakı olmayanlara,  kasıblara  bir xüsusi çağırış 
növü  yaratmamışlar, onlara sadəcə adları ilə, gədə, uşaq, nökər, 
peşəkarlara usta, pinəçi, dəllək, aşpaz, dərzi, mehtər  və s. adlar ilə 
müraciət etmişlər. İndi hamıya aid edilən cənab, bəy, xanım  sözləri 
sadəcə anaxronizmdir, keçmişdən gəlmə sözlərdir. Bu sözlər hamıya 
aid edilə bilməz və əgər gerçəkliyi əks etdirmirsə,  nə üçün hamıya 
aid edilməlidir. Hamı belə deyil axı.  
İndiki və gələcək  Azərbaycan  cəmiyyətində hər insan  adı  bilik 
və müdriklik dərəcəsini,  əxlaqilik və xeyirxahlıq dərəcəsini, düzlük 
və  əyrilik dərəcəsini bildirən təxəllüslərə  və  əlavə ifadələrə malik  
ola bilər.  Ərəb və Fars adlarından, xüsusilə dini adlardan getdikcə 
imtina etmək, daha çox qədim türk köklərindən gələn adlar, habelə  
təbiətdən, təbiət hadisələrindən, bitkilərdən və dünya  qanunlarının 
adlarından və elementlərindən, onlara  oxşayan adları yaratmaq, 
böyük tarixi şəxsiyyətlərin, elm, bilik müdriklərinin adlarını qoymaq 
məsləhətdir.  10 yaşına qədər mümkündür ki, müvəqqəti ad 
qoyulsun,10 yaşında yenidən insanın adı ya təsdiqlənsin yaxud 
özünün iştirkı ilə daha çox hansı keyfiyyətə, xarakterə uyğun gəlirsə, 
ona oxşar ad qoyulsun- bu adın heç də indiyədək mövcud olması 
vacib deyil. Ad tək sözdən yaxud iki sözdən, habelə üç sözdən ibarət 
ola bilər.Vacibdir ki, qoyulan ad müəyyən mənanı bildirsin və 
insanın həyat poqramını  əks etdirsin və ya bu proqramı ona təlqin 
etsin. Belə yanaşma,- düzgün ad seçmə- habelə insanlarda müəyyən 
uğursuzluqların, xəstəliklərin qarşısını da almağa kömək edəcəkdir, 
belə ki, bu məsələ adlardan da asılıdır. Bu mövqedən Dədə Qorqud 
dastanındakı adlar  tamamilə düzgün prinsiplə qoyulmuşdur. 


 
155
Məsələn, Dədə Qorqud, Salur Qazan, Arşın oğlu Dirək təkur, Dəli 
Dondar, Soğan Sarı, Dəlivuran, Dönəbilməz, Qaragünə, Baybura, 
Banıçiçək. Göstərilən prinsiplə yeni adlar  da yaratmaq olar ki, bu 
adlar xüsusi mənanı, quş, gül, mineral, bitki, xoşa gələn digər canlı 
adları ola bilər. Məsələn: Pərvaz, Pöhrə, Qayğıkeş,  Kaman, Sərvaxt, 
Ayıq, Xıdırnəbi, Ağlıiti,  Əldənqoymaz, Sarıçiçək, Dəstəgül, Zirək, 
Qoçaq, Sarıtel, Rahat, Heyran, Çaşmaz, Sapmaz, Mahiyyət, Niyyət.     
Hər kəs hansı    təxəllüsə, müraciət formasına,  əlavəyə iddia 
edirsə, onu icmada təklif edir və tələb olunan keyfiyyətlərdə olmağı 
öhdəsinə götürür, müəyyən dövrdə etirazlar olmasa ona həmin adı 
daşımaq üçün şəxsi ad verilmiş sayılır və  sənədlə  təsdiq olunur.  
Məsələn, kimsə özünə  əlavə müəllim adı daşımaq istəyir, o özünü 
belə adlandırır (Əli müəllim) və icmada elan edir. Məsələn, bir il 
ərzində o istənilən adama hər hansı bildiyi sahədə bilik öyrədir, 
məsləhət verir, bu fakta kimsə etiraz etmirsə, o bu adı daşıyır və 
adına müəllim sözü əlavə olunur. Bu fəaliyyəti o bütün həyatı boyu 
icra etməlidir. Eynilə xeyirxah, ağıllı, hörmətli, mərhəmətli və s. 
əlavə adları almaq üçün zəruri davranışda olmaq lazımdır. Hər hansı 
bir peşə, nəzəri bilik verən adama müəllim adıdaşıya bilər, vacib 
deyil ki, onun dövlət tərəfindən verilmiş xüsusi diplomu olsun.  
Rasional Cəmiyyətdə  gələcəkdə hamı bərabər və hörmətli, eyni 
ictimai statuslu olacağı üçün onlara ağa, cənab, xanım demək - 
statuslarda fərq qoymq, yersiz çıxır.  İnsanlar yalnız ağıl, bilik 
səviyyəsi, təcrübə, pul qazanmaq üçün  məşqul olduqları sahə, 
peşələri, xasiyyətləri ilə  fərqlənəcəkdir,onlar arasındaşəxsi tabeçilik 
olmayacaqdır, onlar yalnız ümumi qəbul etdikləri  əxlaqa, planlara, 
qərarlara, strategiyalara və qanunlara tabe olacaqlar. Yeni müraciət 
formaları yaradılmalıdır. Məsələn, mahiyyətinə görə indi belə demək 
olar: müəllim, əməkdaş, həmfikir, hörmətli, alim, böyük insan, gözəl 
insan, dostum, məsləkdaşım; müdrik, ağsaqqal,  məsləhətçi, ekspert, 
böyük usta, böyük müəllim, mərifət sahibi, həkim, yaradıcı, ixtiraçı, 
mərhəmətli, xeyirxah; müəllimlər müəllimi; ustalar ustadı, professor; 
fəlsəfi baxışları da əks etdirmək olar, məsələn:  pessimist, rasionalist, 
hürufi, futurist;  qadınlara  da bu adla müraciət etmək olar, lakin  
əlavə olaraq:  müəllimə, ağbirçək, ana, millət anası,  anamın gəlini, 
alim anası, qəhrəman anası,  ölkə anası,  gözəl,  bacı, nazənın, xoş 
xasiyyət, mələk, mələksima,  incə, xoşəhval, xoşqədəm, unudulmaz, 
gülrahəli,  bilik mücrüsü, xoşrəftar sözləri işlətmək olar. Siz istənilən 
qədər əlavələr edə bilərsiniz. Bu aydındır ki, hamıya bəy, məmurlara 
isə    cənab demək hədsiz mənasız  səslənir.  Əgər məmur xalqın 


 
156 
xidmətçisidirsə, nə üçün ona  cənab deyilsin? Əgər insanın rəsmi bəy 
statusu ( lazımı kriteriyalara uyğunluq) yoxdursa, nə üçün ona bəy 
deyilsin? 
Xanım olmayan qadına, yəni zəruri  ali və ya xüsusi əxlaq
davranış  təhsili, böyük əxlaqı, gözəl rəftarı  və nitqi, xoş xasiyyəti 
olmayan qadına xanım demək yersidir. Qadınlara daha böyük hörmət 
olaraq yalnız savadlı, xeyirxah, mərifətli və gözəl nitqi, xoş  rəftarı 
olan qadınlara xanım adı  əlavə oluna və ya birbaşa bu adla çağrıla 
bilər. Bunu rəsmiləşdirmək və ali təhsili başa vuran və xanım statusu 
haqda kriteriyalara uyğun olması yoxlama və müşahidələrlə 
sınaqlarla sübut olunduqda həmin məzuna öz diplomunda xanım  adı 
verilməsi lazımdır. Yəni lazımı  tələblərə cavab verməyən qadına 
xanım demək yersizdir. Başqa qadınlara isə mürarciətdə yeni  adlar 
tapmaq lazımdır,  xala, dayıqızı,  əmiqızı, gəlin, nişanlı, hörmətli 
qadın və s. adlar daha uyğun səslənir. 
Biznes görüşlərində, tabeçilik və  gəlirli  əmlakı olan adamların 
iclaslarında, görüşlərində və onların şəxsi idarə və firmalaraında  və  
onlarla yazışmalarda  Bəy,  Cənab, Xanım, Bəyim  sözləri sahibkarlar 
üçün; usta,  bənna, dəllək, çilingər, satıcı, işçi, əməkdaş, yoldaş  və s. 
adlar icraçılar üçün işlənməsi məntiqidir. 
Nəticə: Bəy və Xanım adlarının daşınması icmanın və ya 
dövlətin qərarı ilə rəsmiləşdirilməsi məsləhətdir.       
Bu sözlərdən hər hansı bir kombinasiya qurmaq  məsləhətdir. 
Məsələn:  hörmətli əməkdaş, hörmətli  müəllim;  müəllim ana; gözəl 
nazənin;  gözəl qadın; hörmətli qadın.  Yəni hər sözün əvvəlinə 
hörmətli, böyük, gözəl, müdrik, mərhəmətli, xeyirxah, şəfqətli, səbrli, 
xeyir qədəmli, gözü tox, açıq qəlbli, xoşsifət sözlərini artırmaq olar. 
Sonrakı inkişaf nəticəsində məktublaşmada, iclasda çıxış zamanı 
və ya sorğuda, ictimai yerdə, soruşduqda hər kəs öz adının əvvəlinə, 
yaxud sonuna bu adlardan birini əlavə edəcəkdir. Yəni hər kəs özünə 
xoş olan etiket adı qəbul edəcəkdir. Onunla tanınacaqdır. Bununla da 
hər kəs kimlə danışdığını, onun xasiyətini və bilik dərəcəsini, 
sahəsini, peşəsini biləcəkdir və hörmət edəcəkdir, daha aydın 
məqsədlə danışacaqdır. Məsələn:  Əli müəllim, Müəllimə  İradə, 
xoşqədəmli  Zülfiyyə,  hörmətli  ağsaqqal  Həsən, Ustad, Millət anası 
Nəzakət, həkim Sabir, Qəlbi açıq Xatirə, Sona bacı, usta Əli.  
Mənfi və ya qeyri adi – özünə oxşayan, yəni mahiyyətcə onun 
bütün xarakterini, davranışını, xasiyyətini əks etdirən etiket adları da 
kim istəsə özünə  qəbul edə bilər, məsələn:  küskün,  şübhə edən, 
tənqidçi, acıqlı, qoçu, qərib, pessimist, pəhləvan, quşqonmaz, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə