Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə49/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   45   46   47   48   49   50   51   52   ...   81

 
145
başqa xalqların dəyərli adətləri və mərasimləri də öyrənilərək qəbul 
edilə bilər. Dünya müdriklik xəzinəsindən faydalanmaq çox yaxşı 
olardı. Mərasimərin aşağıdakı siyahısı təklif olunur. Lakin bu siyahı  
insan həyatını, ünsiyyəti yaxşılaşdıran,  şənlik gətirən mərasimlərlə 
artırıla bilər. 
1.
 
Dövlət bayramları. ( ictimai formada və ailələrdə 
keçirilir) 
2.
 
Evlənmək üçün şənliklər- toylar. ( ictimai formada və 
ailələrdə keçirilir)  ; evliliyin 10, 20, 30, 40, 50 illiklərinin 
keçirilməsi - ailədə keçirilir 
3.
 
Ad günləri.  Evlərdə keçirilir. 
4.
 
Uşaqlıq(3-9) dövründən yeniyetməlik dövrünə(10-19); 
yeniyetmə dövründən gənclik dövrünə(20-29); gənclik 
dövründən cavanlıq dövrünə(30-39); cavanlıq dövründən  
tam  məsuliyyətli orta yaşlı dövrünə(40-60) və müdriklik 
dövrünə (yaş 50olduqda) qədəm qoyma tarixlərinin  ailədə və 
qohumların və icmanın  iştirakı ilə təntənəli keçirilməsi   
5.
 
Novruz bayramı və ondan əvvəlki cərşənbələr(ictimai 
formada və ailələrdə keçirilir) 
6.
 
Novruzdan qabaq ölülərin yad edilməsi mərasimi. 
7.
 
Bilik, elm günləri  (ildə 12 dəfə ictimai formada və 
ailələrdə keçirilir) 
8.
 
Ağıl bayramı (ildə 4 dəfə keçirilir; ictimai formada və 
ailələrdə) 
9.
 
Dəfn mərasimi  
Aşağıda bəzi mərasim və adətlərin təsviri verilir.Lakin bütün 
zəruri bayram və  mərasimlərin ssenarisi və  tərkibinin  xalqın öz 
iştirakı ilə  hazırlanması lazımdır. 
 
Ailənin qurulması və toy mərasiminin təsviri.   
 
Nişan. 
Prinsip. Nişan ancaq  azı 6 ay tanışlıqdan sonra əmin olduqda 
verilə bilər. Sağlamlığın və psixi uyğunluğun təmin edilməsi üçün 
bütün yoxlamaların keçilməsi və arayışlarla təsdiq olunması 
məsləhətdir. 
Bir - birini sevən adamlar nişan qoymaq qərarına birlikdə 
gəlirlər. Bunun üçün hər tərəf digər tərəfə nişan üzüyü, bir dəst paltar 
və ailə üzvlərinin hər birinə bir hədiyyə hazırlayır və  qız evində 
toplaşırlar. Qədim xına yaxma – şənliklə birgə  icra edilir. Oğlan evi 


 
146 
qız evinə  əlavə heç bir xərc vermir. Qonaqlığın təşkilini ev sahibi 
özü çəkir. 
  
Toy mərasimi  
 
Pprinsiplər: 1. Hər tərəf özü üçün toy mərasimi keçirir və ya 
birlikdə edirlər. 1.Yalnız həqiqi dostlar və qohumlar dəvət olunur. 
2.Nə  qədər çox adam çağırılsa, o qədər  xeyirlidir prinsipi ləğv 
edilir. 3. Formallıqdan imtina edilir. 4.Ailənin qurulması üçün oğlan 
evi qız evinə başlıq və ya xüsusi əlavə pul verməyə borclu deyildir.  
5. Ailə yalnız rasional qaydada və müqavilə bağlanması ilə qarşılıqlı 
öhdəçiliklər; ayrıldıqda uşağın taleyi və saxlanmasına,  əmlakla 
cavabdehlik göstərilməklə, bir tərəf digərini aldatdıqda, 
vəzifələrindən imtina etdikdə, artıq şeylər istədikdə  və daha yüksək 
həyat tələb etdiyi halda məsuliyyət və atılacaq addımlar  
göstərilməklə qurulmuş sayılır. 
 
Proses.  
Rasional qidalanma qaydalarına və yemək növlərinə  əməl 
olunur. Menyu: bitki, toyuq, balıq və salat, mal əti , dolma bozbaş, 
plovn, duru yeməklər- sup, borş, çay, meyvələr,  şirələr, təmiz sərin 
su, çay, kofe hazırlanır, lakin hamısı vacib deyildir.  Hər kəs öz şəxsi 
imkan  və  zövqünə görə. İki növ proses tətbiq edilir.  Toyda çoxlu 
yemək vermək və çox yemək, çox içmək adəti aradan qalxacaqdır, 
çünki toy sahibi hər  şeyin pulunu özü verdiyi üçün artıq xərcə yol 
verməyəcək. Hər kəsə qida menyusu və arzusu üzrə  yemək, su, çay, 
meyvə,  pirojna,  salat   verilir. Daha yaxşı halda bu yeməklər ya 
ayrıca paylanma  yerində qazanlarda qoyulur və xidmətçi hər kəsin 
istədiyi yeməyi, təyin edilən porsiyada onun qabına qoyur. Və yaxud 
menyu üzrə xidmətçi vasitəsilə sifariş edilir);  Hər toya gələn 
standard ən çoxu iki növ yeməkdən (porsiyaları dəqiq hesablanır) və 
əlavə salat və turşu, göy, su, çay, ya kofe  istifadə edir. Ət 
yeməyənlər və  bərk yemək yeməyənlər üçün tərəvəz və duru 
yeməklər  hazırlanır. 
A)Yerin geniş olduğu halda. Yeməklər paylanma stolu üzərinə 
qoyulur; hər kəs istədiyi yeməyi seçir və qabına qoyub aparır (və ya 
yemək bölən xidmətçi porsiyanı qoyur), kim ilə xoşdusa stol 
arxasında oturub yeyir; musiqi səs ucaldan olmadan çalır; arzu edən 
oynayır; düzgün hazırlanmış araq və ya çaxır varsa, ancaq araq  100 
qram, çaxır içən üçünsə 200 qram həddində padnoslarda paylanır. 


 
147
Özü ilə araq və digər içki gətirmək və istənilən qədər içmək 
qadağandır.  
B) Yerin az olduğu halda. Stolun üstünə yeməklərin menyusu 
qoyulur. Ümumi stola  xidmətçi qulluq edir, fərdi sifariş alır və 
gətirir, stola qoyub gedir. Hər kəs özü istədiyi və menyuda olan  
yeməyi, ya sifariş verir, ya ümumi böyük qabdan qaşıqla alıb öz 
qabına  qoyur və yeyir. Yeməkdən sonra çay və ya kofe təqdim 
edilir. Stolları xidmətçilər təmizləyir, lakin onlar qonaqlara 
 
çağrılmadan yaxınlaşmır və  zəhləsini tökmür.  Nə  qədər çox 
yeməklər verilsə  və yeyilsə yaxşıdır  prinsipi ləqv edilir. Yemək 
zamanı yeməyin miqdarını  və ardıcıllığını, birinin digərinə 
uyğunluğunu gözləməklə  və rasional hədlərdə yemək məsləhət 
görülür.  Toyun müddəti 2-3 saatla məhdudlaşır.  
Toya çağırılan şəxs siyahı üzrə  pul vermir, yalnız bəylə gəlinə 
müəyyən hədiyyə verə bilər. 
Musiqi. Toyda toy sahibi istədiyi musiqini təşkil edə bilər: saz, 
zurna, konsert ansablı, yaxud tək alətdə çalınan müsiqi, 
müğənni.Lakin musiqi səs ucaldan olmadan təşkil edilməsi 
məsləhətdir.  
 
Bəylə gəlinə hədiyyələr. 
 Bu hədiyyələri heç kim kağıza yazmır. Hər kəs fikrində tutduğu 
hədiyyəni - hər hansı bir maddi neməti - şəkil, paltar, bəzək əşyası, 
kitab və s. paketdə bağlı formada, adını yazmaqla  bəyin yanında 
qoyulmuş üstündə bəyin hədiyyəsi yazılmış qutuya qoyur.  Hədiyyə 
və ya pul vermək hər kəs üçün vacib  sayılmır. İmkanı olmayanların 
hədiyyə verməməsi eyib deyildir. Yalnız  şəxsən bunu istəyənlər 
hədiyyə verirlər. Pul və verilən maddi hədiyyələr toyun xərcini 
çəkmək məqsədi daşımır. Toyun xərci bəy evinin və ya qız ayrıca toy 
edirsə, qız evinin hesabına ödənilir və yaxud hansının imkanları 
böyükdürsə, razılığa görə o çəkir. Bəyin imkanı yoxsa, qohumları  
könüllü toplaşıb xərci öz aralarında bölüb çəkirlər. Bu mümkün 
deyilsə, sadə formada  evdə, kafedə, həyətdə mərasimi keçirirlər, çay 
və pirojna, tort ilə. Yəni toyun çətinliyinə görə evlənməkdən imtina 
olmur, toyda sərf olunacaq məhsulların miqdarı  hər kəsin öz şəxsi 
imkanına görə müəyyən edilir.  Pul verilməsi ləğv edilir. Çünki 
qonaqlar kim çox pul verər yarışına qoşulur, sonra imkan olmayanda 
borcla toya getməli olurlar. Bəziləri çox pul verməklə özlərinin 
böyüklüyünü göstərmək istəyirlər. Bəyin və ya gəlinin isə adamları 
gələcəkdə qonaq gedəndə ona bərabər pul verməyə  məcbur olur və 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə