Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə45/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   41   42   43   44   45   46   47   48   ...   81

 
133
hakimiyyətində, Cəbhə hakimiyyətində  və sonrakı dövrdə xarici və 
daxili siyasət məsələlərində  rəsmi katib, məsləhətçi  və s. vəzifələr 
tutmuş özünü   alim sayan və lazımı biliyi olmayan çoxlu şəxslər 
mənfi rol oynamışlar. Nəticədə  səhv proqnozlara baxaraq dövlət 
rəhbərliyi və parlament ermənilərə qarşı mübarizəni Rusiyaya qarşı 
mübarizə ilə  əvəz etmiş,  problemin daha asan həllindən imtina 
etmişdir. Onların zərərli təsirilə ilə dövlət və parlament ermənilərin 
1994 –cü ildə avtonomiyanı  bərpa etmək və müharibəni qurtarmaq 
təklifini rədd etmişdir (bax: V. Quluzadənin Azadlıq radiosunda, 
2008 , şəxsi etirafı). Belə  səhvlər nəticəsində xalq xeyli zərərlər 
çəkmiş, qaçqınlıq və didərginlik dövrü uzanmışdır və sonu 
görünmür. Hazırda Natodan  imtina edib yenidən Rusiya ilə (üst 
sistem rolunda) yeni  strateji hərbi, iqtisadi və s. müqavilə 
bağlanması lazımdır. Bu  Qarabağ probleminin də tez həllinə səbəb 
olacaqdır. Demək, Azərbaycan təcili Rusiya ilə ittifaqa (hərbi, 
iqtisadi və s.)girməli, BP-ni, amerikan şirkətlərini buradan qovmalı, 
onların əlindən neftə şərikli olmaq  kontraktlarını, Bakı Ceyhan boru 
xəttinin operatorluğunu, Platforma tikintisi, boru xətləri  
kontraktlarını almalıdır,  Əsrin kontraktını  və digər kontraktları  ləğv 
etməli, neftin də satışından tam gəlirini  özü almalıdır. 1990, 20 
yanvar hadisəsinin də böyük tədbirlə  keçirməyin  heç bir faydası 
yoxdur. Bu hadisədən ağıllanmaq  əvəzinə, xalq və dövlət daha da 
ağlını azaltmış    və  səhv yol tutmuşdur.  Ümumi dünya qanununa 
görə  hər kəs, hər icma, dövlət özü bilavasitə  öz    hərəkətlərində, 
başına gələnlərdə  günahkardır. Başqa sözlə, hər kəs, hər dövlət ətraf 
mühitə zəruri əks təsir və müqavimət göstərməlidir.  
Sadə  fəlsəfi mahiyyətinə görə  təkə qarşı bütün çoxluq (təklər) 
ondan istifadə etməyi, onun üzərində dominant olmağı məqsəd seçir. 
Belə mühitdə  hər tək özünü qorumalı,  əks təsir etməlidir, özünü 
yaşatmaq üçün lazımı davranışlar seçməlidir. 1988-ci ildən 
başlayaraq hər bir halda habelə 20 yanvarda Azərbaycan məhz bunu 
etməmişdir. Yeri gəlməyən məqsədlər seçərək  hakimiyyəti öz əlinə 
almaq üçün bir qrupun təşkil etdiyi  avantüra, xalqı  öz şəxsi 
siyasətinə qurban vermək idi. Bu situasiya yenə  də qalmaqdadır. 
Əgər ermənilər SSRİ-dən çıxmaq məsələsini qoymadan, məhz elə 
onun daxilində qalaraq Ermənistandan Azərilərin çıxarılması  və 
Qarabağın ayrılaraq Ermənistana birləşdirilməsi məsələsini həll 
edirdilərsə, Azərbaycan “qüvvələri” buna adekvat müdafiə  və  əks 
tədbirlər görmək  əvəzinə, digər məsələni -SSRİ-dən çıxmaq və 
hakimiyyəti öz əlinə almaq məsələsini həll edirdilər. Göründüyü kimi 


 
134 
hər tərəf müxtəlif məsələni həll etməyə çalışırdı. Burada səhv edən 
yalnız Azərbaycan qüvvələri idi - hakimiyyət və “Cəbhə”, ona görə 
də  uğursuzluğa düçar oldu. Bir anlığa təsəvvür edək ki, hadisələr 
həmin aktyorların fikrinə uyğun inkişaf edərək  Azərbaycan 1990-cı 
il yanvarın 19 –da SSRİ-dən çıxmasını elan edəcəkdi. Bu nə 
verəcəkdi, yenə  də ermənilər artıq açıq  şəkildə Rusiyanın köməyilə  
yenə  də hücum edib həmin torpaqları, hətta bütün ölkəni tutacaqdı, 
(sonralar etdiyi qaydada).  Ermənilər öz məqsədlərini  əldə etmək 
üçün ağılla qurduqları planı effektiv icra etdilər. Azərbaycan isə 
erməni ağlına layiq ağıl irəli sürüb ona qarşı dura bilmədi, yalnız ona 
lazım olmayan, əhəmiyyəti olmayan özgə  dəyirmanına - ABŞ-ın 
məqsədinə(mərkəzi kəşviyyat idarəsinin planına)  – SSRİ-nin 
dağılmasına işlədi. Halbuki onun iştirakı olmadan da o, dağılmağa 
doğru gedirdi. Azərbaycan xalqına müstəqillik deyil, torpaqların əldə 
saxlanması birinci məsələ olmalı idi. Nəticədə kim nə  əldə etdi?  
Ermənilər bütöv Ermənistanı  və Qarabağı,  əlavə 7 cehiz rayonu; 
Azərbaycan isə nadanların şəxsi eqoist məqsədlə hakimiyyət uğrunda 
oyunları  nəticəsində bunları itirdi. Lakin səbəb müstəqilliyin 
olmaması (məhz  ermənilər müstəqil olmadan qələbə qazandılar) və 
ya SSRİ-nin olması deyildi. Insanları  və millətləri nayrahat edən 
Kommunist diktaturası idi. Lakin diktatura ləğv olmadı, bütün 
respublikalarda həmin kommunist diktatuta  başqa adlı diktaturalarla 
əvəz olundu.  Demək, düzgün məntiqi nəticə budur ki, 1990 –cı ildə 
Azərbaycanın yalançı  siyasi diletantlarının SSRİ-dən çıxmaq 
uğrunda işi xalqa zidd olmuşdur.  Ən düzgün davranış  məhz 
bilavasitə erməni aqressiaına qarşı adekvat tədbirlərin görülməsi, 
bütün xalqın fəaliyyətini birləşdirib  dişi və  cırnağı ilə  vətəni 
qorumaq, ermənilərin məqsədini pozmaq idi, hətta rus hərbi 
qüvvələrindən istifadə idi. Dövlət və siyasətçilər bu səhvlərdən nəticə 
çıxarmalıdır.  Bütün xalqlar məhz diktaturaya qarşı olmalı, onun ləğv 
edilməsinə çalışmalıdırlar. Müstəqillik anlayışı isə çoxdan köhnəlmiş 
ideologiyadır, ona alternativ qarşılıqlı asılılıq prinsipidir. Başqa cürə 
mümkün deyildir. Hələki dünyada ən inkişaf etmiş Avropa  birliyi 
məhz bu prinsiplə qurulmuşdur. Yenidən aşkar edirik ki, Azərbaycan 
tərəfi-dövləti, deputatları, nazirləri, rəsmi şəxsləri, ictimai liderləri nə 
qədər böyük səhvlər etmişlər və bu günə qədər səhv etməkdə davam 
edirlər. Tarix hələ dərs olmamışdır. 
Azərbaycan, nefti və  qazı kimə satmaq qayğısı ilə nayrahat 
olmamalıdır. Və Avropanın neftsiz və qazsız qalmasını da vecinə 
almamalıdır. Böyük miqdarda neft, qaz çıxarıb satmağa ehtiyac 


 
135
yoxdur. Qoy, Avropa yalvarsın. Daha yaxşısı, çıxarılan neft və qazı 
tam istehsal edib dünyaya onlardan alınan və hazır daha ucuz və 
keyfiyyətli  300 adda məhsullar  satmaq lazımdır.  
Demək, o dövlətlər neftin əvəzində Azərbaycanı müdafiə 
etməyib torpaqları qaytarmağa kömək etmədilərsə, nə üçün bundan 
sonra böyük miqdarda  nefti və yeni qaz müqaviləsilə qazı onlara 
bağışlamaq lazımdır? Heç bir səbəb yoxdur. Ermənistanı - nefti, qazı 
olmadan - bütün dünya müdafiə edir və yardım edir. Lakin 
Azərbaycan dövləti səhvən güman edir ki, neft, qazla- yəni rüşvətlə 
özünə  dünya dövlətləri içərisindən tərəfdarlar tapacaq, onlar da 
torpağı qaytaracaq. Səhv və uydurma xəyaldır.  
Problemin digər həlli Azərbaycanın nə Natoya, nə Rusiya ilə 
hərbi bloka girməməsi haqda 3 tərəfli müqavilə ola bilərdi ki, bundan 
sonra 7 rayon qaytarıla və Qarabağın statusu sonra müəyyən edilə 
bilərdi. Lakin bu az ehtimaldır, buna Rusiya inanmaz , çünki sonra 7 
rayon qaytarılsa və Qarabağ Azərbaycan  ərazisi sayıldıqdan sonra 
Azərbaycan  şərtlərdən imtina edib natoya  daxil olsa, Rusiya təsir 
imkanını itirmiş olar. Bunu nəzərə alaraq Rusiya belə işə razı olmaz, 
yəni yalnız Rusiya ilə  hərbi bloka girəndən və  ərazisində baza 
yaradandan sonra  7 rayon qaytarıla  və Qarabağ  məsələsi tam həll 
olunar (ona formal müstəqillik verilməsilə).  
Deməliyəm ki, problemin digər zorakılıq olmadan həlli olmuşdur 
ki, bunu da anlamaq üçün  yerli idarə sistemi imkan verməmişdir. 
Əsasən təkbaşına göstərişlər və  sərəncamlar verilməsi üsulu ilə 
işləyən  rəhbərlik Qarabağ və Ermənistan -Azərbaycan münasibətləri 
üzrə nə parlament qrupu, nə hökumət komissiyası, nə elmi - texniki 
Think tank - Ağıl dağarcığı qrupu yaratmışdır ki, problemin həllini 
hazırlasın və  həyata keçirsin. Dövlət səhvən güman etmişdir ki, bu 
sahədə problemi həll edən müqavilə adi biznes müqaviləsidir və 
lazımı  əsaslar hazırlamamışdır. Bu, şübhəsiz, müsbət nəticəyə 
gətirməmişdir və belə  nəticəyə  gətirə bilməzdi.  Aşağıdakı 
amillərdən istifadə edilsəydi, problem çoxdan həll edilmişdi: 
1)  Beynəlxalq aləmdə    sözlə deyil, işlə müdafiə edənlərin 
qarantiyası  (olmamışdır) 
2) Ermənistan daxilində erməni xalqı, təşkilatları və rəhbərləri ilə 
lazımı  iş, habelə xarici erməni diasporası ilə lazımı  iş (olmamışdır, 
bu ən optimaldır). 
3) Düzgün xarici siyasət – Rusiya ilə  təhlükəsizlik blokuna daxil 
olmaq  ( olmamışdır) 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə