Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə42/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   38   39   40   41   42   43   44   45   ...   81

 
124 
vasitələr, icra planı tutulsun. Prezident olmaq istəyən öz ağlına gələni 
deyil, məhz bu strategiya və planları, məqsədləri, eləcə  də onları 
əvvəldən təyin edildiyi üsul və keyfiyyətlə (keyfiyyət və ölçmə, 
qiymətləndirmə üsul və parametrləri əvvəldən göstərilir) icra etməyi 
öhdəsinə alsa, təyin edilməlidir. Habelə prezident olmaq istəyən bu 
strategiya və planların yaradılmasında bilavasitə  iştirak edən, 
əsaslandıran adamlar içərisindən təyin olunmalıdır. Bundan sonra  
vəzifəni tutan prezidentlə, gələcəkdə isə bu vəzifəni əgər əvəz etsə - 
baş nazir və nazirlər kabineti ilə parlament arasında müqavilə  
bağlanmalıdır. Müqavilədə strategiya və siyasətin təsviri, rəqəmlərlə 
ifadəsi, ümumi icra planı  və metodları, vasitələri, qiymətləndirmə
xalq nəzarəti konkret göstərilməlidir ki, aldatma olmasın. 
34.  Saxtakarlıq imkanı olmayan yeni seçgi maşını yaradılsın. 
İctimaiyyət tərəfindən idarə olunan və idarə orqanlarına ictimayyətin 
nəzarət etdiyi  idarə  sisteminə  keçmək üçün  yeni  elektron və ya 
yarım elektron seçgi maşını yaradılsın. Burada proses elə hazırlansın 
ki, səs vermə, sayma, ümumi nəticə səs vermə anında  məlum olsun; 
insan  əli saymağa və saxtakarlıq etməyə qarışa bilməsin. Məsələn, 
xüsusi proqramla hər kəs evindən və ya məntəqəyə gələrək öz parolu 
ilə pasportunun nömrəsini yığmaqla daxil olub yalnız bir nəfərə səs 
verməsi; iki: biri dövlətin, biri müstəqil seçgi təşkilatının komissiyası 
yaradılsın. Seçgi sədrinin üstün hüquqları  ləğv edilsin. Yarım 
elektron üsulda məlumat yalnız seçginin qutarmasından 10 dəqiqə 
ərzində verilməsi qanuni sayılsın, çünki əllə sayılmayacaq, hər 
namizədin qutusu elektron tərəziyə qoyularaq, çəkiləcək, səslər  
rəngli kartlarda və ya sim kartlarda salınaraq, sayı avtomatik 
oxunacaq və ya pul ölçüsündə olaraq pul sayan maşında sayılacaq, 
vahid bülleten olmayacaq ki, o qarışdırılsın, sonra ayırıb saysınlar. 
Yalan məlumat verənlər isə 10 il həbs olunmalıdır. 
35. Müstəqil dövlət elmi - texniki  TV kanalı yaradılsın və onu 
yalnız elmi texniki şura   idarə etsin.   
36.  İctimai TV – də gündəlik ictimai fikir, problemlərin 
aşkarlanması və müzakirəsi və həlli layihələrinin tapılması mövzusu 
üzrə proqramlar yaradılsın. 
37.  Azərbaycan dilinin izahlı    elektron  lüğətini  və dünya 
alimlərinin iştirakı ilə  Böyük elektron bilik ensiklopediyasını 
yaratmaq və diskdə  cəmiyyətə pulsuz vermək lazımdır.  Məlumat 
texnologiyalarının gündəlik həyata  daxil olmasını təmin etmək üçün  
dövlətin antivirus proqramı yaratması və cəmiyyətə pulsuz verməsi 
lazımdır. 


 
125
38.  Dinə münasibət , cəmiyyət və din münasibətlərinin 
düzgün idarəsi.  Dini təbliğatın artması ilə müxtəlif islam 
təriqətlərinin yaylması  və dindarlığın artması    gələcəkdə xalqın  
parçalanmasına, dini  terrorlara, sünni – şiə toqquşmalarına gətirəcək,  
zorakılıqla dini dövlət qurmaqa cəhdlər olacaqdır. Dinlər xalqları 
ayırır;    biri  digərini kafir sayır. Lakin əslində hamı insandır, kafir 
yoxdur. Quranın özündə çoxlu ziddiyyətlər və bəşəri dəyərlərə zidd 
göstərişlər, habelə onun səhv başa düşülməsi və ondan sui - istifadə 
edilməsi və hökumətin bu məsələ üzrə müxtəlif fanatiklər və 
radikallara qarşı  rasional tədbir görməməsi problemi vardır.  
Məsləhət. Dinin güclü təbliği dövlət və ictimai TV- də, 
qəzetlərdə dayandırılsın. Türkiyə və İrandan dini kitablar gətirilməsi 
dayandırılsın. O kitabları gətirənlərin məqsədləri dinin inkişafı deyil, 
öz biznesləri , pul qazanmaqdır. Dinin təbliği əxlaqi insan deyil, daha 
çox əxlaqı pozan insan yetişməsinə səbəb olmuşdur. Belə olduqda bu 
təbliqat  lazım deyil, o, adamları yalnız müti və sərbəst düşünməkdən 
məhrum edir. Yeni tərbiyə  və düzgün təhsil görmüş ruhanilər 
yetişdirilsin. Türkiyə, İran və Ərəbistanın burada açdıqları məktəblər, 
Gəncliyə yardım pərdəsi ilə maskalanan Türk dini təşkilatı bağlansın. 
Orta məktəb kitablarından dini təbliq edən və düz qələmə verən 
məqalə və fikirlər çıxarılsın. Məktəblərdə (dini məktəblərdən başqa) 
başı bağlı, niqablı, çadralı  qızların oxumasına qadağan qoyulsun. 
Elmi məktəbdən uşaqları ayırıb dini məktəbə qoyanlar 
cəzalandırılsın.  İslam dini əvəzinə elmin və texnikanın, 
humanizmin və ümum bəşəri dəyərlərin, habelə xalis milli və 
ağıla uyğun mədəniyyətin təbliği artırılsın  və belə alim və 
filosofların yaradıcılığı, nəzəriyyələri, fikirləri, həyatı  təbliq edilsin. 
TV və radiolarda hökmən gündəlik belə proqram yaradılsın. 
39.  Hüquqi cəmiyyət yaradılması ideyası  hələ Azərbaycana 
zərərlidir.Gələcəkdə  də faydalı deyil. Çünki bu hüququ xalqın özü 
yaratmır, məmur - varlı sinif yaradır və  şübhəsiz,  əsasən  öz 
mənafeyini güdür, əhalinin 80 % - i olan digər adi insanların isə 
mənafeyi çox zəif hədlərdə  və ya heç güdülmür. Məsələn, 2008 -ci 
ilə  ərzində  şəhərin  əksər  ərazisində  ağacların kəsilib maqazin, ev 
tikilməsi  hamısı şəhər və ya rayon  icra hakimiyyətinin sərəncamı ilə 
edilmişdir. Bu hüquqi cəmiyyətin konkret nəticəsidir. Cəmiyyəti 
məhz səhv, rasionallıqdan,  əxlaqdan uzaq qanun və  qərarlar və ya 
zəruri qanunun olmaması    əzir.  İctimai sistem tam demokratik 
olandan sonra belə prinsip faydalıdır. İstənilən halda hüquqlar qeyri - 
kamil və reallıqın tələblərindən geri qalır və  məmurlara hər bir 


 
126 
səlahiyyəti - həm səhv etməyi, əxlaqı pozmağı, həm də düz işləməyi 
-verir.  
40.  Cəmiyyət qanunlar vasitəsilə deyil,  qəbul olunmuş 
gələcək strategiyalar,  ümumi konkret məqsədlər, prinsiplər 
(bərabərlik, rasionallıq, məqsədəuyğunluq, səmərəlilik, 
başqasına, vətəndaşa, təbiətə  zərər verməmək və s.) vasitəsilə 
idarə olunsun. Hər qərarın prinsiplərə uyğunluğu elmi - futuroloji 
qrup tərəfindən yoxlansın, uyğunlaşdırılandan sonra qəbul edilsin. 
Cəmiyyət daha çox gələcək üçün hazırlanmış a) strategiyalar və 
fəaliyyət planları  və bu zaman tələb olunan b) əxlaq və davranış 
etalonları, c) gəlirin və xeyirin bölünmə qaydaları, d) icraya 
müşahidə  və qiymətləndirmə mexanizmi ilə idarə olunmalıdır. 
Qanunlar isə bir ümumi sərhədlər, müvəqqəti razılıq normaları kimi 
və onların səhv, subyektiv hazırlanması ehtimalının çox olması 
səbəbilə prioritet olaraq strategiya və rasionallıq, bərabərlik, 
diskriminasiyanın olmaması prinsiplərinin həyata üstün tətbiq 
edilməsilə    təkmilləşdirilməlidir.  Yəni qanunlar deyil, prinsiplər
strategiyalar ali rol oynamalıdır.  Əgər qanunlar, habelə cari 
idarəetmə    həmin prinsiplər və  gələcək inkişaf və davranış 
strategiyaları ilə ziddiyyət təşkil edirsə,  prinsip və strategiyalar 
üstün tətbiq olunmalı, qanunlar isə düzəlişə təqdim olunmalıdır
41. Bütün rəsmi vəzifəlilər, ali rəhbərlər, prezident və nazirlər - 
hamısı xalq adından elmi ictimai şura ilə  və özü arasında müqavilə 
bağlamalı, ona təqdim edilən strategiya və planı, nə edəcəyi və necə 
yoxlanacaği, işi necə ölçüləcəyi dəqiq göstərilməlidir. Bunun üçün 
hər idarədə elmi ictimai şura yaradılmalıdır. Bütün strategiyalar, 
planlar isə əvvəldən xüsusi elmi ictimai şuralar tərəfindən və aid olan 
əhali tərəfindən geniş müzakirə olunaraq, yoxlanaraq, 
əsaslandırılaraq qəbul edilməlidir. Bu o deməkdir ki, heç bir rəhbər 
və məmur öz bildiyini edə bilməz. Həmin vəzifəyə gələndə əvvəl işi 
öyrənir, qəbul edir və  həmin işin, planın və  fəaliyyətin 
layihələndirilməsində, hazırlanmasında  əvvəldən hökmən iştirak  
etmiş olmalıdır və bunu sübut etməlidir. Hər vəzifəlinin işi isə 
müqavilədə göstərilmiş zaman və keyfiyyətdə ictimai təşkilatlar və 
ya xüsusi xalq nəzarəti idarəsi  tərəfindən  müşahidə  edilir, 
yoxlanılır və qiymətləndirilir
42. Yeni rasional (kamil, ağılla yaşayan, ağılla idarə olunan) 
cəmiyyətə keçənədək: a) hər idarə pilləsində adi kənd 
bələdiyyəsindən tutmuş prezidentə qədər hər idarədə elmi futuroloji 
və ictimai şura yaradılsın. Hər icraçı  məmur, orqan yalnız bu 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə