Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə38/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   34   35   36   37   38   39   40   41   ...   81

 
112 
YAXŞI  GƏLƏCƏYIN  55 STRATEGIYASI 
 
1. Siyasi sistemin səmərələşdirilməsi strategiyası.  Cəmiyyət 
üzvlərindən hər bir arzu edənin qanunvericilikdə  və 
qəraryaradıcılığında, idarəetmədə birbaşa iştirakı.  Qanun və 
idarəetmənin səmərələşdirilməsi  prosesində  hər  şəxsin  iştirakına 
imkan verilməsi. Bu böyük problemi həll etmək üçün Siyasi 
sistemin aşağıdkı reforması  təklif edilir. 
İnkişafı bərabər gücdə olan ən azı iki qüvvə təmin edə bilər. Bu 
səbəbə görə Azərbaycan qanunvericiliyində yaxın 5 ilə hakim partiya 
ilə müxalif  partiyaların  bərabər  miqdarlı balansı olan 
nümayəndələrin olması lazımdır. Bunun üçün bütün müxalifət 
partiyaları bir yeni adla birləşməli, bir partiyaya çevrilməli və bir 
qəzet yaratmalıdırlar. Hər bir partiyaya dövlət mətbuatında bərabər 
imkanlar verilməlidir. Habelə digər ictimai təşkilatların, həmkarlar 
təşkilatı, QHT, Biznes təşkilatları, azad vətəndaş  rəyi bərabər 
hüquqlu sayılmalıdır. Mətbuatda daha çox məsələlər müzakirə 
olunmalı, siyasət araşdırlmalı  və qiymət verilməlidir.  İlk  əvvəl  
parlamentdə  İctimai palata yaradılmalı  və oraya arzu edən ictimai 
təşkilatlardan və  hər fəaliyyət sahəsindən püşk atma yolu ilə  400 
nümayəndə daxil edilməlidir.  
Sonrakı illərdə isə  xalq nümayəndəliyi (deputatlıq) və 
seçkilər  ləğv edilməlidir. 
Hər kəsin qanunvericilikdə  və  qəraryaradıcılığında, 
idarəetmədə    birbaşa  iştirakına imkan verilməlidir. Qanunları, 
habelə idarə sərəncam və layihələrini, fərmanlarını isə rasional qərar 
qəbulu prosedurları, kriteriyaları, prinsipləri ilə  qəbul etmək 
lazımdır. Mübahisə olduqda ekspert rolunda xüsusi institurtlar, elmi 
şuralar, alimlər komandası istifadə olunmalıdır. Habelə dövlət 
qulluğuna  istənilən adam  düzgün düşüncə, analitik qabiliyyəti  və 
tipik problemlərin düzgün həllini verən və düzgün strategiya qura 
bilən adamlar yarışma üsulu ilə təyin edilməlidir.  
Dövlət qulluğuna qəbul üçün Test metodu yaramır - o ancaq 
əzbərçilik  yaradır və lazımı qabiliyyətlərin və  əxlaqın olmasını 
müəyyən etmir. Bu barədə Rasional Cəmiyyət nəzəriyyəsində xeyli  
izahat və icra sistemi  verilmişdir. 
Yeni konstitusiyanın əsas prinsipləri .  
Ümumi formada düzgün  və daha rasional ictimai konstruksiya 
belə təklif edilir:  


 
113
a) orada tam söz və fikir azadlığı var, b)orada məmurlar tam, 
hamı kimi məsuliyyət daşıyır və  vəzifəsini pis icra etdikdə    və icra 
etmədikdə hökmən cəza və sanksiyalara məruz qalır; c) məmurlar 
ildə ictimai müşahidə  və iki dəfə qiymətləndirməyə  məruz qalır, 
öhdəçilik götürür,  ictimai şuralarla müqavilə bağlayılar; d) bütün 
idarəetmədə, sərəncam və  qərar hazırlanmasında, qanunvericilikdə 
hər kəsin birbaşa  iştirak imkanları vardır və bu iştiraka görə 
mükafatlandırılır; e) idarəetmə iki yerə bölünür: 1) qərar qəbulu, 
sərəncam, əmr, layihə, müqavilə və s. icra sənədlərinin hazırlanması 
- hansı ki xüsusi institutlar və ictimai şuralar yaradılır və  hər arzu 
edən gəlib işləyə bilər və 2) xalis icra komandası, hansı ki qərar 
qəbulu səlahiyyətləri olmadan, yalnız hazır sərəncam, qərar və 
layihəni müqavilə bağlayaraq həyata keçirir.  
2. Sosial - iqtisadi sistemin yeni forması  - Rasional 
cəmiyyətin yaradılması  təklif edilir:   
Dünya xalqları sosializmin - pulsuz təhsil və səhiyyə, pensiya ilə 
və  işlə təminat , ictimai idarənin üstünlüyü, 60% ictimai mülkiyyətdə 
olan istehsal və xidmətlər, böyük torpaqların, yeraltı, yerüstü 
sərvətlərin  əsasən ictimai mülkiyyətdə qalması, arzu edənlərə  
idarəetmə üçün mümkün optimal olan hədlərdə  bərabər miqdarda 
torpaq verilməsi, xalqın dövlətə  nəzarət və qiymətləndirməsi, 
məmurların təyini və  çıxarılmasında iştirakı, bazarın dəqiq və 
gələcək sosial strategiyalara uyğun idarə olunması  və 
planlaşdırılması və müəyyən hədlərdə şəxsi mülkiyyətin –istehsal və 
xidmətlərin olduğu, qiymətlərin optimal idarə olunduğu, istismarın 
minimuma yendirildiyi sistemə keçməsi labüddür. Çünki belə sistem 
ən yaxşıdır.  Bu sistemin adı rasional sosializm və ya rasional 
cəmiyyətdir. 
3.  Azərbaycanda dövlətin nizamladığı bazar mümkün və 
məqsədəuyğundur ki, kapitalizmin eyiblərini neytallaşdırsın. 
Əhalinin normal həyat  şəraitini təmin etmək üçün neftdən gələn 
gəlirlərdən  əsas malların(un, çörək, yağ,  şəkər, fərdi ev tikintisi və 
həyətlərin qaydaya salınması - çəpər, bağ, ev heyvanları üçün bina) 
qiymətləri kompensasiya edilməlidir. Azərbaycan dövləti üçün 
səhvən qəbul edilən  və  bəzi Avropa filosofları  tərəfindən irəli 
sürülən  nə  “gecə gözətçisi”, nə  də  “arbitr” rolu rasionaldır.   
Azərbaycan üçün  ən səmərəli yol   3-cü yoldur – bu sosializmi və 
kapitalizmi özündə birləşdirməklə, insanın  yaxşı yaşaması 
məqsədinə xidmət edən yoldur. Yəni, ictimai və  şəxsi istehsal 


 
114 
sektorlarını, dövlətin pulsuz təhsil, səhiyyəni, mədəniyyəti, idmanı  
saxlayan sistem daha sərfəlidir.  
Belə yolu seçmiş Çin xalqı böyük inkişaf və insanların yüksək 
fərdi həyat səviyyəsini  əldə etmişdir. Məhz Çindən öyrənmək 
lazımdır. Bu yolun ən yaxşı nümunəsi yuxarıda qeyd edilən rasional 
cəmiyyət – rasional sosializm sistemidir. Dövlətin tarif və 
rüsumları, qiymətlər tam nəzarət olunaraq artması  qəti qadağan 
olunmalıdır. 
4. Xaricilərə verilmiş neft yataqları və neft, qaz kəmərlərini 
milliləşdirmək,  əsrin kontraktını  ləğv etmək, xarici şirkətləri neft 
qaz çıxarılmasından və boru ilə nəqlinin idarəsindən kənarlaşdırmaq 
lazımdır.  
5. Təhsil.   Bütün arzu edənlərə pulsuz ali və istədiyi peşə və ali-
orta təhsil vermək, lazımı yaşayış  şəraiti – su, elektrik ,yol, 
kanalizasiya, mədəniyyət evləri, klub- dövlətin borcu olmalıdır
Dövlət  İnstitut və universitetlərinə  qəbul imtahansız  olmaqla, 
istənilən arzu edən adama lazımi təhsil və bacarıq verməyə qabil 
olmalıdır.  Neft pulları buna tamam imkan verir. Neft pulları daha 
çox bilavasitə insanların ehtiyacına yönəlməlidir; onlara pulsuz 
təhsil, səhiyyə ictimai metodla idarə olunan və xalq mülkiyyətində 
qalacaq  təhsil -elm–istehsalat-mədəniyət birlikləri yaradılmasına 
sərf olunmalıdır.  
Dövlət təhsil müəsisələrində  əlavə ikinci təhsil- ixtisas və peşə 
verən sektorlar açılsın. Mövcud  vəziyyətdə  iş yerləri olan lakin 
uyğun ixtisası olmayan adamlara, habelə yeni ixtisas almaq 
istəyənlərə burada lazımı ixtisas və peşə öyrədilsin, təcrübə verilsin 
və  işlə  təmin olunsun. Yenidən təlim verilməsi dövlət hesabına 
aparılsın.  İstehsal və xidmətin inkişafı, kadr hazırlığı –onların 
daxildə və xarici ölkədə  istifadəsi birlikdə asılı planlaşdırlsın. 
Testlərin sadələşdirilməsi, konkret peşəkarların bilməsi lazım 
olan  suallar çıxarılmalı, çaşdırıcı suallar atılmalıdır.  Ölkədə lazımı 
qədər beynəlxalq diplom və sertifikat verən institut və kursların 
filialları açılsın. Kadrların burada, ya xaricdə  işlə təminini dövlət öz 
öhdəsinə çəksin.  
Çoxlu miqdarda - istənilən arzu edən vətəndaşı institut və 
universitetlərdə      hazırlayıb və  təcrübə verib dünya bazarına 
buraxmaq hədsiz dərəcədə  faydalıdır.    Azərbaycan vətəndaşının 
bekar, avara, alverçi  qalmasındansa, məhz təcili bu tədbirlər 
görülməli və  vətəndaş aktiv fəaliyyətə qoşulmalıdır. Neft pullarını 
mənasız tikintilərə, bağları  və yolları  mərmərlə döşəməkdənsə, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə