Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə35/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   31   32   33   34   35   36   37   38   ...   81

 
103
meşələrini yandırmırlar,  əksinə qurub tikirlər, oraya köçüb 
yaşayırlar, 7 rayon da daxil olmaqla torpaqdan gəlir alırlar. Daha 
danışıqlara da gəlmirlər.  Dövlət rəhbərliyi nə Rusiyaya birləşə bilir- 
bu halda Qərb və ABŞ mane olur, daxili müxalifət səs-küy salır - ona 
təzyiqlər edir, nə də Qərbə(Nato) birləşə bilir- Rusiya öz hərəkəti ilə 
qoymur. Dövlət rəhbərliyi də öz xeyri- hakimiyyətdə uzun müddət, 
əziyyət çəkmədən asan qalmaq üçün belə orta vəziyyəti seçir. Lakin 
bu xalqa böyük ziyandır - torpağın  əbədi germəsinə  şərait yaradır. 
Qərb və Rusiya ölkəni silahlandırır, bununla öz gəlirini artırır, lakin 
bu silahların heç bir mənası yoxdur- heç vaxt onlar düşmənə qarşı 
atəş açmayacaq. Belə - balanslaşdırılmış siyasət adlanan  siyasət 
dövlətin kiçilərək cırtdana çevrilməsinə , xalqın vətənsiz qalmasına 
ehtimaldır. Bu fəlakət siyasəti   yalnız ali dövlət rəhbərliyinə  və 
məmur sinfinə faydalıdır. Ölkəyə xaricdən – Hindistan, Pakistan və 
s. çoxlu işçi qüvvəsi gətirilir və su qiymətinə  işlədilir. Yerli işçilər, 
hansı ki əsasən  qocalar və  xəstələr,  şikəstlər və qabiliyyəti, biliyi 
olmayan adamlardan ibarətdir,  əsasən işsiz  qalır, aşağı maaşlı  işdə 
işləmək istəmir və alverlə  məşqul olur, məmur varlılara nökərçilik 
edirlər. Elm və texnika ölmüşdür, başı olan qaçır, çünki elmə qiymət 
verilmir. Konstitusiya, maraqlı qruplar tərəfindən dəyişdirilərək  
icazə versə  də, eyni adam istədiyi qədər prezident ola bilmir. Buna 
harmoniya qanunları, böyük miqdarda əks enerji, yorğunluq 
nəzəriyyəsi, zəruri dəyişilklər qanunu, tale yazısı yol vermir. Lakin 
yaxşıya doğru deyil, pisləşmə dalğası  yenidən gəlir, təsvir edilə 
bilməyən, gözlənilməyən hadisələr baş verir. Sanki insanlar, bütün 
xalq cəzalandırılır. Lakin hansı günaha görə? Günahın nə sayı, nə 
cəzanın həddi var. Süni olaraq elə bir mühit yaranmışdır ki, hər şey 
bir adamdan asılı edilmişdir və o bir adam yoxdur! Bu adam 
olmadığına görə sistem işləmir və pozulmağa doğru gedir. Həm elmi 
nəzəriyyəyə görə, həm ictimai sistemin  səhv quruluşuna görə. 
Nəzəriyyəyə görə bir adam eqoist və kaprizləri olduğu üçün dövlət 
vəzifəsində onun bütün davranışı kollektiv, icma tərəfindən nəzarət 
edilməlidir və o yalnız icma, kollektiv qərarlarını elan edə bilər, 
qəbul edə bilməz.  İslam  ədaləti adlı partiya yaranmışdır. Dini 
fanatizm və xurufat son hədlərə çatmışdır - buna səbəb dövlətin indi 
apardığı dini müdafiə siyasətidir. Dini uydurmalara gülənlər 
öldürülür, molla və axundlar görünməyən dini diktatura qurmuşlar
müxtəlif mərasimlər, rituallar uyduraraq müsəlman olmuş  gənclərə 
və qadınlara təbliq edirlər. Artıq çox qadınların başına hicab qoymuş, 
çadraya bürümüşlər, ailələr qızları orta məktəbdən uzaqlaşdırır, qara 


 
104 
çadraya bürünməyi və quran  dərslərini öyrənməyə  məcbur edirlər, 
ölkə  İrana oxşamağa başlayır. Dövlət məmurları da ruhanilərdən 
qorxur və onların çaldığı hava ilə oynayır. Müxtəlif təriqət və 
məzhəblər qarşı-qarşıya durur və  bəzən açıq toqquşurlar. Onlar 
Quran, din adı ilə başqasını asanlıqla kafir elan edir və öldürürlər; 
canlı bombalar – kamikadzelər meydana gəlir, elmi adamlara qarşı, 
dinə mane olanlara qarşı dini terrorizm  yayılır. Nə  qədər islam 
gündəlik həyata daxil olursa, o qədər özünə qəbir qazır, insanları bir - 
birinə düşmən edir. Hər kəs digərini məhz islamın yaratdığı öz silahı 
ilə-kafir adlandırmaqla məhv etməyə, qalib gəlməyə çalışır. Molla, 
axund və imamların, məçidlərin gəlirləri hədsizdir və onu 
xeyriyyəçiliyə  sərf etmirlər. Onlar da cəmiyyəti  istismar edən 
istismarçılar siyahısına  əlavə olunmuşlar. Bunlar: ruhanilər, 
tacirlər, sahibkarlar, dövlət məmurlarından ibarətdir. Ruhanilər də  
dini xidmət qiymətlərini qaldımışlar, müxtəlif yeni xidmətlər, 
rituallar yaratmışlar. TV- dindarların  əlinə keçmişdir, elmi fikirləri 
demək qadağandır və terror olunmaq qorxusu var. İnsanlar başa 
düşməyə başlayırlar ki, islamın təbliğatının məqsədi  ruhanilərin 
hakimiyyətə  gəlməsi  və  şəxsi biznes imiş. Dövlət hakimiyyəti də 
Qərbdən əlini üzüb (çünki çox demokratiya, azadlıq, insan hüquqları 
deyirlər), üzünü islam ölkələrinə, dinin köməyinə tutub və onların 
vasitəsilə hakimiyyətdə qalır və əvəzində onlara hər imkanı verir. 
Qarabağın birdəfəlik getməsi, üstəlik 7 rayonun ona cehiz 
verilməsi xalqı yandırır, ürəyindən bir daş olub onu boğur.  Kimdir 
günahkar sualı tez - tez verilir, dövlət hər vəchlə günahı öz 
boynundan atır, Rusiyanı, ABŞ  və  Qərbi və ya keçmiş  rəhbərləri, 
Xalq Cəbhəsini günahlandırır. Keçmiş hadisələr, yazılar, döyüş 
iştirakçılarının, müstəqillik dövrünün gündəlikləri, məktubları, 
qəzetləri, parlament qeydləri araşdırılmağa başlayır.(elə indidən 
lazımdır ki, şahidlər bütün bildiklərini, görüb eşitdiklərini dəftərə 
yazsınlar)  Mümkündür ki, sahibkarlıq nəticəsində varlanmış şəxslər 
tərəfindən maliyyələşən qisasçı qruplar yaransın, daxildə günahkar 
hesab edilən  şəxslərə  və  həmin dövrdə varlanmış, vəzifədə olmuş 
şəxslərə qarşı olsun. Bu hərəkat 19-cu əsrdə olmuş qaçaqlar 
hərəkatının yeni forması ola bilər. Lakin psixi sakitlik də ola bilər ki, 
dövlət açıq və örtülü formada cəmiyyətin beyninə özünün, məsul 
lidelərin, xadimlərin  deyil, hamının günahkar olması ideyasını 
yeridər. Lakin savadlı adamları belə aldatmaq olarmı? Həqiqəti 
görənlər və bilənlər qismən ölüb gedirlər, yeni gələnlər isə bu 


 
105
təbliğata inanır. Təbliğat gipnozu yaxşı işləyir, yavaş-yavaş insanlar 
özlərini günahkar saymağa başlayırlar-dövlətə də elə bu lazımdır. 
Dövlət idarəsi üçün sadə - 70-80% əhalinin mənafeyi yenə  də 
sondadır, ona görə ondan yenə müdafiə görmür, seçkilərdə bu əhali 
dövlətin namizədlərinə  səs vermir, heç müxalifətə  də  səs vermir, 
siyasətlə razı deyil. Dövlət  əhalinin mənafeyini güdsə, gərək  rüşvət 
almaya, diskriminasiyaya, şəxsi kaprizlərinə, xalq malından- 
büdcədən  şəxsi ehtiyacına istifadə etməyə son qoya,  hər insanın 
hüquqlarını  təmin edə-yaşamağa imkan verə, ümumi  milli gəliri 
səmərəli istifadə edə və düz bölə,  hər insanın və icmaların – kənd, 
şəhər - zəruri insani və  mədəni  yaşamaq ehtiyaclarını ödəyə  və  s.   
Hakimiyyəti başqa yeni qruplar da əlinə ala bilər,  hakimiyyət Rusiya 
əleyhinə radikal qrupun-bu indiki müxalifət və dini qruplardır- əlinə 
keçir və onlar da NATO-ya daxil olmağa müraciət edirlər və burada 
baza yaratmasına  icazə verirlər. Lakin bu baş tutmur, güclü vətəndaş 
müharibəsi başlayır ki, nəticədə Talış – Muğan dövləti və  şimalda 
Ləzgi dövləti yaranması prosesi gedir. Ermənilər də hücum edir, 
Rusiya sülh məramlılarını göndərir. Həmin ərazilərin müstəqilliyinin 
tanınması  təzyiqi altında NATO-ya daxil olma baş tutmur. 
Azərbaycanın  ərazisi yalnız Bakıdan və yaxın  şoran torpaqlardan 
ibarət olur, yeni yaranmış avtonomiyalar və ya dövlətlər Bakıya tabe 
olmur – Rusiya onları müdafiə edir. Ölkə  rəhbərliyi öz səhvlərini  
anlaya bilmir - vəziyyət ta dövlət çevrilişi olana qədər belə davam 
edir, nəhayət, çoxlu daxili çevrilişlərdən sonra Rusiya ilə bir hərbi 
bloka daxil olan yeni dövlət yaranır - daxilində milli avtonomiyalarla 
birlikdə.  
 
Azərbaycanın  Arzu Edilən Gələcək Obrazı , Hədəfləri və 
Missiyasi.  
 
Azərbaycanın gələcək obrazı  aşağıdakı səviyyədə təklif olunur. 
1. Hər bir insan, vətəndaş üçün yaşamaq, işləmək, yaratmaq üçün 
ən yaxşı ölkə, insan hüquqlarının, dövlət qayğısının, sosial qayğının 
ən yüksək təmin olunduğu ölkə. 
2.  Ən yüksək rasional idarəedici ictimai təşkilata - rasional 
dövlətə malik olması.  Əhalinin idarəetmədə, qanun yaradıcılığında  
birbaşa iştirakına tam şəraitin yaradılması. 
3.  Təhsil, səhiyyə, elm və texnologiyanın  və istehsalın 
fəaliyyət sahəsində prioritet olması, adambaşına düşən miqdarına 
və keyfiyyətinə görə dünyada ilk beş dövlət sırasında olması. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə