Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə32/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   28   29   30   31   32   33   34   35   ...   81

 
94 
maaşını qaldırır, başqa insanların isə çox cüzi hissəsinə  cüzi ünvanlı 
yardım edir. Nəticədə bu böyük inflyasiyaya səbəb olur. Çünki  
dövlət  iqtisadi qanunu pozur – bu qanuna görə pensiyalar 
işləyənlərin  (sosial sığorta) hesabına ödənməli,  maaşlar isə istehsal 
olunan malın-hansı ki insanlar özləri iştirak edir-miqdarının 
artmasına uyğun artmalıdır. Neftin hesabına infrastrukturların 
yaradılması da işsizliyi ləğv etmir. Ən yaxşı halda xəstəxana, 
diaqnostika, yol, körpü, olimpiya - idman qurğusuvə s. olsa da, insan 
onlardan hansı pul ilə istifadə etsin?  Olimpiya idman qurğuları 
tikintisinə aludəçilik səhv siyasətdir. Vətəndaş 
şəhər 
qəbiristanlıqında bir ölü yeri üçün tələb edilən 3 min man pulu 
haradan tapsın. İnsanlara fərdi qazanc yeri- iş lazımdır.  
Birinci növbədə, hər evə, kəndə, həyətə içməli və  həyəti 
suvarmaq üçün  su çəkib vermək lazımdır. Neft pulları  hər adamın 
səhiyyə, orta və ali təhsil, elm almasına xərclənməli, ictimai, lakin 
zəruri infrastrukturun yaradılmasına, ictimai pulsuz xidmətlərə  sərf 
edilməlidir. Bütün arzu edən adamlara ali təhsil və peşə 
öyrədilməlidir, lakin dövlət mənasız  test imtahanları təyin edərək və 
instutlarda tələb olduğundan 4 dəfə az yerlər açaraq, dərs 
proqramlarını lazımsız mövzularla dolduraraq hamıya bu imkanı 
vermir. İnsan ya işləməli, ya da təhsil almalı, peşə öyrənməlidir. 
Getdikcə insanlarda apatiya artır, öz haqlarını qoruya bilməyən, 
etiraz etməyən  vətəndaş yetişir.  Əgər xarici ölkələrdə  hər bir pis 
siyasət və  qərar üçün insanlar etiraz edir, tətil, nümayiş edirlərsə, 
Azərbaycanda insanlar susmağı üstün tutur və ya səsin çıxarsa, bu pis 
qurtarır. 
 
AZƏRBAYCAN ÜÇÜN SSENARILƏR.  
 
Ssenari  gələcək ehtimal edilən situasiyanın və yaxud gələcəyin  
son  şəklinin və onunla indini birləşdirən  uyğun  yolun – cığırın  
birlikdə  təsviri deməkdir. Ssenarini qurmaq üçün əsas trendlərdən  
(bax səh 47),  ictimai - ərazi sisteminin analizindən  (bax dövlətin 
sistem analizi) və Avropa birliyinin maarifəndirici təsirindən,  ətraf 
qonşu ölkələrin təsirlərindən istifadə edirik.  Meydanda əsas 
oyunçuların strategiyalarını, yeni konfliktləri və yeni trendləri nəzərə 
alırıq.  Gələcək, istənilən halda, dəyişilən  şərait daxilində  
iştirakçıların öz strategiyalarına uyğun fəaliyyətləri nəticəsində 
yaranan konfliktlərin (ziddiyyətlərin) həlli deməkdir. Beləliklə 


 
95
müəllifin özünün yaratdığı  ən üstün elementlərin aparıcı rollarına 
əsaslanan metodla  aşağıda 3 ssenari təklif edilir.   
 
1. Bu günün davamı olacaq 2050 – ci ilədək ehtimal edilən  
ssenari.   
 Həlledici amillər:  əksər insanlarda və idarə qulluqçularında 
uzun müddət qalacaq məhdud, qeyri-kamil düşüncə tərzi (mentalitet), 
ictimai idarə sistemində  demokratiyaya nifrət, vəzifələrin formal 
icrası, məsuliyyətsizlik hissi, xalq nəzarətinə imkan verilməməsi,  
dövlət vəzifələrini şəxsi mülkiyyəti hesab edən və əldən buraxmayan 
hakim sinif, xürufatçı və radikalist dindarlar, neft gəlirləri.    
Cəmiyyət  bazarın idarəsilə  iki qrupa 1- varlı, məmur və 2- kasıb 
təbəqəyə bölünür. Orta təbəqə çox cüzi olaraq  qalır, ortaya gəlib 
çıxanlar fasiləsiz ya kasıblaşır, ya varlanır. Böyük bizneslər (istehsal, 
xidmət, mağaza) kiçikləri yeyərək rəqabət apararaq sıxışdırır və 
bizneslərin böyüməsi, tək  əllərə  cəmlənməsi – fasiləsiz 
monopoliyalar yaranır. Mövcud trendlərin davamı olaraq əkinə, 
istehsala, turizmə  və dincəlməyə yararlı torpaqlar  hakim – varlı 
sinfin  əlinə keçməsi davam edəcək. Çox kəndli öz  pay torpağını 
varlı - məmur sinfinə satmağa məcbur olacaq və  nəhayət, özü də 
onların xidmətçisi olacaqdır.  
Idarəetmə daim bir qrupun əlində qaldığı üçün məhz onun 
mənafelərini qoruyacaq, başqalarına isə  ən aşağı dözülə bilən 
hədlərdə yaşamağa imkan veriləcək. Ağlamayana “məmə” 
verilməyəcək, lakin ağlamağa da imkan verilməyəcək, yaxud ağlayan 
ürəyində-səssiz ağlamalı olacaq. Bu səbəbə  iqtisadi, siyasi vəzifə 
təyinatında, mükafat və  cəzalandırmada diskriminasiya qalacaqdır, 
rüşvət qalacaq, büdcənin mənimsəmələri, səmərəsiz istifadələr,  
vətəndaşları  ələ salmaq və hüququnu  icra etməmək - məmur 
borcunu, vəzifəsini yarıtmaz icra etmək və ya icra etməkdən imtina
kasıblıq, işsizlik, hüquqsuzluq - qalacaq. Bu amillər nayrazılıq 
mənbələri olacaq. Ölkədə  məmur diktaturası daha kəskin  olacaq, 
parlament və  məhkəmə  yenə  də hökumət strukturundan asılıdır və 
müstəqil deyildir. Adi əhali həmişə aclıqla toxluqun sərhəddində, 
yəni ehtiyacda yaşayacaq və  şükr edəcək. Etirazları, tətil və 
nümayişləri  təşkil edən və  vətəndaşları hüquqi və maddi müdafiə 
edə bilən  Həmkarlar təşkilatları  və  siyasi partiyaların quruca adı 
qalır. Formal olaraq Həmkarlar təşkilatı var, lakin  azad deyil, 
dövlətin müdafiəçisidir və  rəhbərləri onun tərəfindən təyin olunur- 
əvəzində havayı ofis, kurort və sanatoriyalara nəzarət etmək imtiyazı 


 
96 
alır-bunlar da çox yerdə  məmur  əlinə keçmişdir. Orta sinif isə cüzi 
olduğu üçün etiraza cürət etməyəcək. Keçmiş  və indiki siyasətin 
nəticəsi olaraq, dünyada analoqu olmayan müti, qul psixologiyalı, 
etiraz etməyən, haqq tələb edə bilməyən,  daim nədənsə qorxan 
Azərbaycan xalqının formalaşması davam edəcəkdir. Bir iş görmək 
istəyən  insan əvvəl kimə  nə  qədər rüşvət verməli olduğunu 
hesablayacaq və  işi də görməyə gücü çatmadığı üçün fikrindən 
çönəcəkdir. Mətbuatda analitik elmi məlumatlara qəti olaraq yol 
verilməyəcək, bütün radio və televiziya proqramları insanların ağlını 
küt edəcək və yalnız təriflərə  və quru rəqəmlərə yol verəcək.  
İnsanlar dövlətə    və  məmura necə qiymət verməyi bilməyəcəklər, 
onların qulağı elə doldurulacaq, reallıq elə  təqdim ediləcək ki, “öz 
adları da yadından çıxacaq”.  İnfrastuktur layihələri başa çatacaq, 
lakin bu insanlara sevinc gətirməyəcək,  əvvəlki nayrahat edici 
problemlər yenə  də qalacaq. Zahirdə bütün Avropa dövlətləri və 
ABŞ  yaxşı qaz, neft aldıqlarına, dəmir və ipək yoluna görə dövləti 
tərifləyəcək və onun rəhbərlərinə hətta mükafat da verəcəklər. Ölkə 
vətəndaşları xarici ölkələrdə olduqda belə atmacalar eşidəcəklər, 
məsələn, deyəcəklər: “get torpağını al, sonra danış”, “elə ağıllısansa, 
torpağını niyə verdin”, “torpağın tutulanda, sən nə edirdin, yaxud 
sənin atan, baban  nə ilə  məşğul idi?”, “özünüz səs vermisiniz, 
səsiniz çıxmasın”, “özünüz torpağınızı vermisiniz, indi bizdən onu 
qaytarmağı xahiş edirsiniz, heç utanmırsınız?” Bu andan sonra xalq 
yeniləşməyə stimul alacaqdır - inqilab situasiyası yetişəcəkdir. 
2020 ilə artıq  əhalinin 80%-i kapitalizmin nadan və  vəhşi 
olduğunu, daha çox dələduz və əxlaqı pozanlar, alverçilər - tacirlər, 
biznes – kafe, kiçik istehsal, xidmət sahibləri, rüşvətxor məmurlar 
üçün yaxşı olduğunu anlayacaqlar. Bu şüur sosialist dəyərlərinin 
tətbiqinə, sosialist prinsiplərin,  ədalətin təmin olunması  tələblərinə 
səbəb olacaqdır. Lakin dövlət ictimai təsir vasitələrinə,  ictimai 
nəzarətə imkan vermədiyi üçün bu şüur həlledici dəyişiliklərə səbəb 
olmayacaqdır. Cəmiyyətin səsini kəsmək alətləri – polis, həbslər, 
dubinkalar yenə  də yaxşı  işləyəcək. Lakin qəfil, böyük zorakılıqla 
müşahidə olunan ictimai inqilab ehtimaldır - bunu isə əvvəldən gizli 
yaradılmış  və hazırlamış müxtəlif qruplar böyük pulların  hesabına 
təşkil edə bilər.  
Bir çox insan yaxşı  həyat üçün mühacirətə gedəcək. Vaxtında 
qaçanlar xilas olacaq. Lakin şimal və hündür ölkələrə qaçmaq lazım 
olacaqdır, çünki okeanların səviyyəsi qalxacaq, torpaq sahəsi 
azalacaq. Xəzər dənizinin  2 metr yenə qalxması ehtimaldır.  Yaxşı 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə