Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə30/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   26   27   28   29   30   31   32   33   ...   81

 
88 
məsələlər sahibkar üçün arxa plana keçir. Kapitalizm istismara 
əsaslanır və əxlaqi dəyərlərlə hesablaşmır. Ona görə də kapitalizmin 
olduğu  qrup demokratiyası ölkələrində  stabillik və asayişi təmin 
etmək üçün  hökmən onu cilovlayan xüsusi qanunlar, həmkarlar 
hərəkatı, tətil, mitinq, etiraz etmək hüquqları və bunu həyata keçirən  
tez- tez olan aksiyalar, sosial fondlar, işsizliyə görə  zəruri 
kompensasiyalar, dövlət yardımları  və s. köməkçi tədbirlər dövlət 
tərəfindən həyata keçirilir.  
Ümumiyyətlə kapitalizm yolu dünyanın heç bir xalqına yaramır. 
Bu yol fasiləsiz 15- 30 ildən bir böyük böhanlar yaradır, onların həlli 
xərci  isə yenə  də  zəhmətkeş insanlardan-adi vergi verənlərdən 
çıxılır. Elə 2008–ci il böyük dünya maliyyə  və iqtisadi böhranı 
sübutdur.  Marksın nəzəriyyəsi yenə  də doğrudur. Azərbaycanda 
kapitalizmə keçid strategiyası belə ifadə olunurdu: İctimai istehsal və 
xidmət mülkiyyətinə kredit verməməklə, onları bankrot etməklə  - 
enerji daşıyıcılarının tariflərini süni olaraq hədsiz qaldırmaqla, 
müxtəlif sərəncamlarla işləməyə qoymamaqla, dayandırmaq və 
özəlləşdirmə adı ilə onları rüşvətxorluqla pul yığmış  məmur 
təbəqəsinin mülkiyyətinə keçirməklə; torpaqları da özəlləşdirmə  və 
paylamaqla onların da yenə  məmur təbəqəsinin  əlinə satma -alma 
yolu ilə yeni kapitalistlər yaratmaq və qiymətləri azad buraxmaq, 
ticarəti azad etməklə  kapitalist iqtisadiyyatına keçmək. Çox aydın 
görünür ki, ictimai mülkiyyət  hiyləgər bir metodla rüşvətxor dövlət 
məmurlarının və qohumlarının  əlinə keçirilmişdir. Adi insanların 
payı isə 1 % -dən də azdır. Soruşmaq lazımdır ki, nə üçün belə 
strategiya qurulmuş  və xalqın razılığı olmadan bu iş görülmüşdür. 
Başqa yol yox idimi? Şübhəsiz, var idi. Bu digər yol özəlləşdirmə 
keçirmədən sosialist ictimai mülkiyyətini, istehsal zavod və 
fabriklərinin işini davam etməsi, onlara da eyni kredit verməklə  və 
işini qəsdən çətinləşdirməməklə, işinə qarışmamaqla ictimai idarə və 
nəzarət olmasını saxlamaq, azad sahibkarlıqla məşqul olmağa 
qanunlar vermək lazım idi. Kimin imkanı, ağlı  və  həvəsi var idisə, 
onlar sahibklar ola bilərdilər. Belə bir strategiyada hamı  işləyər və 
ölkə geri getməzdi, insanlar işsizliyə, didərginliyə, çətinliyə  məruz 
qalmazdı və mühacirətə getməzdi.  Belə yaxşı strategiyanı, şübhəsiz,  
Çin dövləti də qəbul etmişdir və çox uğurla öz insanlarını işlə təmin 
etmiş və yüksək inkişaf etmişdir.  
Gördüyümüz kimi (1993- 2003 illər) ictimai mülkiyyəti məhv 
etməklə, istehsalı dayandırmaqla, işsizlik yaratmaqla, ölkəni 
talkuçkalara, maqazinlərə çevirməklə  kapitalizmə keçid strategiyası 


 
89
məmur sinfinin, bütövlükdə  dövlətin idarə sisteminin,  parlamentin 
və  mülkiyyəti qoruyan və nəzarət edən rəsmi orqanların xalqa qarşı 
böyük zərərli işi  hesab edilməlidir.  
Nə üçün kapitalizmə keçmək lazımdır ? sualına  cavab yoxdur. 
Dövlətin  əlində kapitalizmə keçidin tam planı, layihəsi və hansı  
parametrləri olacaq kapitalizmə keçməsi haqda təsəvvürü yoxdur!  
Hökumət Azərbaycanda liberal bazar prinsipini qəbul etmişdir. 
Liberal bazar  prinsipi  xalqın effektiv balanslı inkişafına zərərdir və 
bazarın hakimiyyəti deməkdir. Reallıqda, azad  bazar - azad 
sahibkarlıq ancaq hakimiyyət və onun yaxınları  və  tələb edilən 
rüşvəti verənlər üçün azaddır. Lakin bu azad bazar hakimiyyəti 
yalnız bəla gətirir, insanların həyatını pisləşdirir.  Çünki istehsalsız 
bazar,  əsasən yalnız xarici ölkəyə-məhsul istehsalçısına  xidmət 
edir.        
Kapitalizmin azad sahibkarlığa imkan verməsi prinsipi çox 
yaxşıdır. Lakin dövlətin bunu ictimai mülkiyyəti böyük özəlləşdirmə 
kələyi ilə  məhz seçilmiş  şəxslərin -dövlət məmurlarının və xarici 
işbazların əlinə keçirməsi  əxlaqdan və mənəviyyatdan uzaq  siyasət 
olmuşdur. Məhz həmin mülkiyyətlərin ictimai qalması xalq üçün 
daha məqsədə uyğun idi, çünki onlar cəmiyyəti işlə təmin edir, əmək 
qanunları  və  təhlükəsizlik normaları  təmin olunur və alınan  əlavə 
gəlir dövlət büdcəsinə keçirdi. Şəxsi olduqda isə bu gəlir müftəxor 
sahibkarın cibinə gedir. Və o hədlərini aşır. Ictimai idarəni 
səmərələşdirmək üçünsə insanların idarədə  iştirakını  və  nəzarətini 
tam təmin edən qanunlar və nəzarət mexanizmini yaratmaq lazım idi.  
Kim sübut edə bilər ki, şəxsi idarə ictimai idarəetmədən yaxşıdır? Bu 
heç vaxt ola bilməz, ona görə ki, kollektiv ağıl tək adamın ağlından 
həmişə üstündür.  Qeyd etməliyəm ki, məhz Yapon kompaniyaları 
kollektiv ağılla idarə olunduqları üçün onlar dünyada aparıcı yeri 
tuturlar. Lakin sovet dövründə  dövlət və partiya vəzifəlilərinin 
sistemin verdiyi imkanlardan istifadə edərək öz diktaturalarını 
yaratması  və istehsala mane olması halları    baş verirdi ki, bu da 
müstəqillik dövründə ictimai nəzarətlə və ağıllı planlaşdırma və idarə 
ilə ləğv edilə bilərdi. Demək, ictimai mülkiyyətin özəlləşdirilməsi və 
əsasən məmurların  əlinə keçirilməsi strategiyası  səhv idi. Və onun 
verdiyi nəticələr də (işsizlik,  əmək və  təhlükəsizlik qanunlarının 
pozulması, ikili mühasibat, ümumi  xalis gəliri  şəxsi məninsəmə, 
inflyasiya, süni qiymət artımı, monopoliyaya çevrilmə) bunu sübut 
edir.  


 
90 
ABŞ öz avtomobil zavodlarının işini müdafiə üçün 2008, dekabr 
ayında 25 Mlrd dollar kömək verdiyi halda, bizim dövlət 1992-2003 
illər ərzində minlərlə zavodu - energetika və neft maşınqayırmasını, 
toxuculuq, tikiş, yeyinti, ipək və s. özü məhv emişdir. Lakin  daha 
ağıllı olaraq, Belorusiya və Özbəkistan öz istehsal zavod və 
fabriklərini və elmi layihələndirmə institutlarını qoruyub saxlamışlar.  
Yerli istehsalı dayandırmaqla,  əvəzində  həmin məmurlar özləri 
xaricdən zəruri malların ticarəti ilə məşqul olaraq varlanmış, daxildə 
isə ola biləcək rəqabəti  xalq istehsal mülkiyyətini məhv etməklə
sıradan çıxarmaqla, öz əlinə keçirməklə aradan qaldırmışlar. 
Topladığı pullara özləri üçün az olsa da bəzi yerlərdə yeni  
müəsisələr açmışlar və  hərdən bir  yenə  tikirlər. Lakin dövlət 
vəzifəsindən sui - istifadə ilə    yaranmış yeni kapitalistlər böyük 
miqdarda istehsal müəsisələri yarada bilməzlər- onlarda o qədər pul 
olmaz, pulun mənbəyi yenə də dövlətdir. Onları gözləsək, gərək 100 
il gözləyək. Nə üçün gözləyək? Yeganə düzgün yol dövlətin özünün 
yenə  də ictimai müəsisələr yaratması, köhnələri - Kondisioner elm 
istehsal birliyini, Azərelektroterm  elm və istehsal birliyini və bir çox 
digər böyük zavodları elmi , layihə, konstruktor bürolarını  bərpa 
etməsi və yenilərini planlaşdırıb tikməsi və rasional ictimai 
idarəetməyə verməsi, özəlləşdirməni dayandırması olardı. Məgər 
dövlət neft şirkəti uğurla işləmir? Başqa zavodlar da işləyə bilərdi. 
Bakı  şəhərinin böyüməsi strategiyası.  Bakının böyük 
meqapolisə çevrilməsi planlaşdırlır.  Lakin bu məqsədəuyğun deyil. 
Bakı küləkli və deməli, havası tozlu, çirkli, isti  şəhərdir. Yaşamaq 
üçün uyğun  ərazi deyil. Şəhərin okean səthindən 28 metr aşağıda 
olmasına görə burada ən çirkli hava yığılır və şəhəri daim bürüyür. 
Hündür yerdən baxdıqda  şəhər tozlu ağır hava içində görsənir. Bu 
çevrilmə  cəmiyyətin arzusu deyil, məhz biznes–məmurların 
mənafeyinə xidmət üçün ediləcəkdir. Onlar məhz Bakıda ajiotaj 
yaratmaqla, sıxlıq və rayonlardan əhalinin köçüb Bakıda yaşamağa 
həvəsləndirməklə qiymətlərin yüksək səviyyəsini əldə edir və tikinti, 
ticarət, digər xidmət bizneslərinin mənafeyini güdürlər. Lakin 
bununla böyük problemlər yaradırlar ki, onları da həll etmək üçün 
yenə də xalqın neft pullarını xərcləyir, bununla yenidən bizneslərinin 
inkişafını - varlanmağı təmin edirlər. Gələcəkdə də şəhərin su altında 
qalma ehtimalı vardır. Keçmiş  və indiki planlaşdırma bərbad və 
müasir elmi tələblərə cavab vermir. Nə qədər çox tikilsə də, o qədər 
pis şəhərə çevrilir- darısqallıq, maşın sıxlığı, kanalizasiya, su, mədəni 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə