Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə27/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   23   24   25   26   27   28   29   30   ...   81

 
79
özlərini reklam edirdilər, xalqa böyük zərər vururdular.. Bu onların 
böyük günahı idi. Lakin Rüstəmxanlı məqaləni çap etməkdən və bu 
təklifi həyata keçirmək üçün öz tanışlığı  və nüfuzundan istifadə 
etməkdən qəti imtina etdi. Koridorda uzun, arıq bir şəxslə tanış 
oldum, bu adam qəzetin  əməkdaşı, indiki deputat Cümçüd Nuriyev 
idi. Ona dedim ki, niyə belə oldu, belə axmaqlığı etməyə niyə yol 
verdiniz. O dedi:” Biz Bəyə  (Əbülfəz  Əliyevə) nə  qədər dediksə, 
yola gətirə bilmədik, bizə dedi ki, bəlkə XXXX (saqqallı) düz deyir”. 
Bu həmin saqqallı idi ki, məhz camahatı təşkil edərək  barrikadaların 
düzəldilməsinə rəhbərlik etmişdi və oraya toplaşanlara “bərk durun, 
türklər bizə silah gətirir” deyən idi. Sonra da həmin saqqallını azadlıq 
meydanında dəfn mərasimindən əvvəl böyük mitinq zamanı gördüm. 
Şeyx sonda “qaldırın meyidləri, gedək” deyəndən və camahat 
hərəkətə başlamaq istərkən, o adam tribunada irəli çıxdı və əlində bir 
kağız tutaraq Salyan kazarmasında rusların azərbaycanlı, tatar, qazax 
və s. müsəlmanları  qırdığını dedi və bir- bir onların sayını oxudu. 
Nəhayət, dedi ki,  camahat, oraya gedək, onları xilas edək”. Lakin 
camahat deyəsən cana doymuşdu, heç kəs reaksiya vermədi. Axşam 
məlum oldu ki, heç belə hadisə olmayıb. Beləliklə adamların ölüləri 
basdırmağa başları qatışdı və həmin şəxsin yeni qurbanlar verilməsi 
planı boşa çıxdı. Həmin “saqqallı” və qrupu deyəsən bərk 
canfəşanlıq edirdi, bir ağıllı adam yox idi,  bu işdən baş açsın və 
ağlın göstərdiyi yolu seçsin. Maraqlıdır ki, bu “saqqallının” 
xidmətləri unudulmadı, ona  ali dövlət vəzifəsi, yəni “yemək stolu” 
arxasında yer verdilər, yeyib doyandan sonra “indi də get, həzm elə” 
deyib çıxartdılar. O xidmətinin  əvəzini aldı.  İndi yenidən həmin 
səhnələri təsəvür edirəm və görürəm ki, 20 yanvar siyasi məqsədlə 
təşkil edilmişdi, “cəbhənin” həmin saqqallının qrupu ilə  əlbir işi 
nəticəsi idi. Ssenarini yazan Amerikan kəşviyyatı, icraçılar isə 
“Cəbhə” və Sovet qoşunları idi. (Həmin CİA məhz Türkiyə kadrları 
vasitəsilə  işləyirdi, sonralar da H. Əliyevə- Rusiyaya yaxınlaşdığı 
üçün bir neçə  dəfə  qəsd təşkil edilməsi bunu sübut edir). Savadlı 
adamlar kəmsavad bir fəhlənin oynadığı oyuna tabe olmuşdular, 
Əsas məqsəd, şübhəsiz, o idi ki, daha çox ara qarışsın, insan qırılsın,  
ali rəhbər yeri boşaldılsın, kimsə  rəhbərə çevrilsin; Rusiya ilə ara 
vurulsun”, SSRİ dağılsın, ölkə ABŞ və NATO – ya (görünür,  xarici 
kəşviyyat  yaxşı  işləyirdi) tərəf dönsün. Əgər insanlar aldadılaraq 
məqsədli şəkildə gecə yollara doldurulmasaydı və döyüş imitasiyası 
yaradılmasaydı, heç bir qırğın və sonrakı  mənfi nəticələr 
olmayacaqdı,  şahidlər hələki sağdırlar. Ermənilər praktiki olaraq 


 
80 
hücum edir, ərazini tutur və insanları öldürür və qovurdular, “cəbhə” 
isə mitinqlə cavab verirdi. Lakin separatçı Krunk təşkilatının əksinə 
yaradılmış “Xalq cəbhəsi” bu erməni təşkilatına bərabər  qabiliyyət 
və  ağılı göstərə bilmədi. Çünki burada “cəbhə”  əsas diqqətini 
ermənilərdən fərqli olaraq, hakimiyyəti  əlinə almağa və SSRİ-dən 
çıxmağa yönəltmişdi və  vəziyyətin daha da pisləşməsi və mitinqlər 
vasitəsilə bunu edirdi. Halbuki mitinqlərə ehtiyac yox idi, torpağı 
qorumaq istəyən gedib qoruya bilərdi. ”Cəbhə” daxilində  bəzi 
qruplar yerli özünü müdafiə dəstələrinə-sərhəd rayonlarına müəyyən 
yardımlar edirdi, lakin burada elə xəbis məqsədli rəhbərlər və onlara 
sadiq dəstələr  var idi ki, sonralar dəstə düzəldib yerli adamlara 
kömək  adı ilə  getsələr də, vəziyyətdən baş açmayıb  öz ağalarının 
göstərişi ilə  döyüşü və  kəndləri buraxıb tərk edərək (məsələn, 
Şuşanı, Laçını, Qubadlını, Qarabağda Sürət Hüseynovun cəbhəni boş 
qoyub qoşunları geri çəkməsi, Xocalı hadisəsi zamanı  və s.) həmin 
ərazilərin erməni əlinə keçməsinə səbəb olmuşdular. Sonralar məlum 
olmuşdu ki, bu hərəkətlər təxribatçılıq olmuş  və onları hakimiyyətə 
gəlmək üçün edirmişlər.  
...1991-ci il 6 dekabr gəldi. SSRİ  ləğv edildi, ayrılmağı dinc 
aparmaq üçün MDB təşkilatı yaradıldı. Həmin “cəbhə” liderləri  
hakimiyyət uğrunda mübarizəni davam etdirərək, yenə ölkədə 
vəziyyəti kəskinləşdirməyə,  90-cı il hadisəsindən sonra hakimiyyətə 
gəlmiş prezident Mütəllibovun sərəncam və göstərişlərini sabotaj 
etməklə onu axmaq vəziyyətə  saldılar. Onların təsirində olan  hərbi 
dəstələr 1992 –ci il 26 fevraldan əvvəl  Xocalını xilas etmək üçün 
qurulmuş planı pozaraq  hücum etməkdən imtina etdilər, hər dəstə 
dağılıb bir yerə getdi, bununla onun məhv edilməsinə    imkan 
verdilər, günahı da Mütəllibovun üstünə yıxaraq onu istefa verməyə 
məcbur etdilər(ANS TV arxivi). Demək olar ki, Mütəllibovun özü də 
nə baş verdiyindən, Amerikan və Rusiya planlarından xəbərsiz idi. 
Elə bilirdi ki, Rusiya bu məsələləri özü nizamlayacaq, o isə yalnız 
əmrləri icra edəcəkdir. Məntiqə görə o düz fikirləşirdi - Rusiyanın 
ağla uyğun hərəkəti SSRİ- ni dağılmaqdan qorumaq,  daha yaxşı 
siyasət yeridərək respublikalar arasında nayrazılığa, separatizmə 
imkan verməmək olardı (onlar bu fikrə xeyli sonra, Putin 
hakimiyyətə  gələndən sonra gəldilər). Lakin həmin dövrdə  məhz 
Amerikan kəşviyyatının işi və radiolarının dağıdıcı  təbliğatı  böyük 
rol oynayırdı.  
 
 


 
81
Düzgün  strategiyalar  uğurun açarıdır. 
 
Azərbaycanda  dövlət strategiyalarının qəbulu  dünyada anoloqu 
olmayan çox orijinal üsulla edilir. Cəmiyyətdə ehtiyaclar, 
problemlər, çətinliklər haqda tədqiqat aparmadan, gələcəyin necə 
olacağı haqda proqnozlar hazırlamadan, müxtəlif təkliflər, tapşırıqlar, 
nazirlər kabinetinə, prezident aparatına verilir. Müşahidə edirəm ki, 
ölkədə idarəetmənin məqsədi elmin göstərdiyi üsulla gələcəyin dəqiq 
müəyyən edilmiş  hədəflərinə deyil, son dəqiq məqsədi  olmayan 
idarə  nəticəsində yaranan problemlərin həllinə yönəlmişdir. Bunun 
özü də  səmərəsiz, keyfiyyətsiz və kompleks yanaşma və kompleks 
həllərin  əldə edilməsi məqsədi qoyulmadan edilir. Ali rəhbərlik ilk 
ağlına gələn istənilən ideya ortaya ata və onun icrasına başlaya bilər 
və  buna strategiya adı verə bilərlər. Bütün cəmiyyətin mənafeyi 
mövqesindən belə idarə,  şübhəsiz, faydalı deyildir.  Tədqiqatları  və 
ictimai ehtiyacları, yüksək elmi ağlı nəzərə almayan belə tapşırıqlar, 
şübhəsiz, öz şəxsi  düşüncə və kaprizlərə və qrup mənafeyinə xidmət 
edən məqsədləri seçir. Neft starategiyası, Qarabağ probleminin həlli 
strategiyası, təhsil strategiyası, körpü strategiyası, həbs etmə - həbsdə 
saxlama strategiyası, idarəetmə strategiyası, kapitalizmə keçid, 
özəlləşdirmə, qiymətləri  və tarifləri artırma və sonra maaş  və 
pensiyaları qaldırma yarışı,  şəhərin maqazin və bazara, talkuçkalara 
çevrilmə strategiyaları; bağ  və  uşaq oyun sahələrinin, maşın 
dayanacaqlarını, yaşıllıqları, ağacları    ləğv edilib bina, maqazin 
tikmə; torpaqların satılma; olimpiya idman kompleksi strategiyaları 
və s. belə yaranmışdır. Belə üsulla qəbul edilmiş strategiyalar xalqın 
mənafeyi mövqeyindən elm və  ağılla  əsaslandırıla bilmir və xalqın 
inkişafına xeyli zərərlər vurur.         
Gerçəklikdə, qurulan bütün strategiyaların məqsədi azad
müstəqil deyil,  siyasi kapitalist yaratmaq- özü də bu kapitalistlərin 
əksəriyyəti yalnız məmurlar və qohumları, dostları ola bilər- ölkəni 
ağalar və qullar ölkəsinə çevirmək, ölkəninin idarəsini  pul və bazar 
hegemonlarına tapşırmaqdır. Yəni hakimiyyətdə olanlar belə üsulla 
özləri özlərinə rəhbər və idarə vəzifələri verirlər. Bu prosesdə xalqın 
iştirakı isə bir teatr oyunudur. Dünya kapitalist dövlət sistemi 
ümumiyyətlə belədir. Belə sistem kitabın əvvəlində göstərdiyim kimi 
daim böhranlar, inflyasiya, qiymətlərin və tariflərin daim qaldırmaq, 
insanları daim ehtiyac içində saxlamaqla onları çörək üçün həddən 
artıq işləməyə vadar edən istismar və  işsizlik yaradır.  Belə növ 
idarəetməyə bir rəhbər şəxsin ağlı ilə idarəetmə adı verə bilərik. Əgər 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə