Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə26/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   22   23   24   25   26   27   28   29   ...   81

 
76 
(3 Pribaltika ölkəsindən başqa) qarşısını almağı  nəzərdə tuturdu. 
Ermənistan  haqda isə Azərbaycanın bir parçasını onun tutmasına 
şərait yaratmaqla bu “xidmət” müqabilində onu sonradan hərbi 
meydana çevirmək idi.  Qərblə çox görüşən Qorbaçov və onun 
tərəfdarları sosialist sisteminin perspektivsiz olması  qərarına 
gəlmişdi - əslində bu sistem perspektivsiz deyildi, onu belə  şəklə 
salan  kommunist diktaturası idi. Qorbaçov və digər kommunist 
rəhbərlərə sosializm lazım deyildi- onlara öz rüşvətlə  yığdıqları 
pullarını və qızıllarını sərbəst istifadə etməyə imkan verən kapitalist 
sistemi lazım idi. O, gizli sövdələşmələrdə Amerikanın  SSRİ - nin 
dağılması  və Müstəqil Respublikalar İttifaqı formasına düşməsi 
planını  qəbul etmişdi. Və özü kimi satın alınmış kadrları  ətrafına 
toplayırdı, lakin bunu digər ali rəhbərlər bilmirdi.     Göstərilən bu 
qısa tarixdən bütün xalq və ölkə rəhbərliyi nəticə çıxarmalıdır.   
 
20 yanvar, 1990.  
1990–cı il, 20 Yanvar Bakı qırğını  SSRİ-nin dağılması planı ilə 
deyildi. Habelə Tbilisi qırğını da deyildi, bu hərbi zorakılıqlara 
Qorbaçov hərbi qurumların tələbi ilə razılıq vermişdi ki, əsil 
məqsədini gizlətsin, göstərsin ki, respublikalar özləri ayrılmaq istəyir 
və mərkəzi hakimiyyət bunun qarşısını almağa çalışsa da, heç nə edə 
bilmir. Bu hadisə  hər iki super dövlətin ssenarisinə uyğun idi. 
Azərbaycan tərəfdən isə iştirakçı  tərəf  müxalifət olan Xalq Cəbhəsi 
idi, dövlət rəhbərliyinin isə planlardan xəbəri yox idi, ona görə  nə 
edəcəyini müəyyən edə bilmirdi, neytrallığını saxlayırdı. “Cəbhə” 
hələ 1990, 12-13 Yanvarda böyük mitinqlər keçirərək ermənilərə 
qarşı böyük nifrət yaymış  və  bəzi ermənilərin evləri yandırılmış  və 
bir neçəsi öldürülmüşdü, Erməni evləri talan edilirdi, burada milis 
idarəsi də  iştirak edirdi. (halbuki bu hərəkətlərə ehtiyac yox idi- 
Qarabağı müdafiə etmək üçün praktiki addımlar atılması lazım idi, 
mitinqlərlə Qarabağ qayıtmırdı- gedirdi) Nəticədə 15 yanvarda SSRİ  
Ali soveti Bakıya qoşun yeridilməsi və fövqaladə  vəziyyət elanı 
haqda xəbərdarlıq qərarı vermişdi-bunu Azərbaycan Ali Soveti sədri 
xahiş etmişdi. “Cəbhə” uzun sürən daxili gizli sövdələşmələrdən 
sonra məhz 1990 –cı il 19 yanvarda, axşam saat 7–də müstəqillik 
elan etmək  haqda qərar qəbul etmişdi. Məhz belə  qərarın 
hazırlandığını bilən  Sovet dövləti və  təhlükəsizlik idarəsi Bakıya 
qoşun yeridilməsini sürətləndirdi (3 gün idi ki, Nasosnı, Qala 
aerodromlarına qüvvə daşınırdı),  qəzetlərdə və televiziyada Rostov 
və digər  şəhərlərdə mobilizasiya aparıldığı, xüsusi cəza dəstələrinin 


 
77
komplektləşdirilməsi haqda məlumat verilirdi. lakin “Cəbhə” 
gecikirdi, vəzifələri bölə bilmirdi, onlar istəyirdi ki, elanı sovet cəza 
dəstələri  şəhərə girməmiş etsinlər, lakin bunu bacarmadılar, eqoism 
və vəzifə düşgünlüyü üstün gəldi, vaxt itirildi, gecikdilər. Bunu bilən 
KQB televiziya stansiyasını  həmin gün axşam saat 7-yə az qalmış 
partlatdı, buna imkan vermədi. Lakin elə  əvvəldən “Cəbhə”nin 
yaratdığı milli müdafiə  təşkilatı axmaqcasına qoşunların qarşısını 
almaq üçün insanlardan divar düzəltmək qərarını vermişdi və onu 
icra edirdi. Avtobuslarla iş yerlərindən, yataqxanalardan insanları 
toplayaraq hərbi qüvvələrin qarşısına çıxartdılar. Cəbhə avamları 
müstəqillik elanını edə bilməyəcəklərini artıq axşam saat 7 - də 
bilirdilər, lakin onlar “ya qatıq,  ya  ayran”  deyərək özlərinin təşkil 
etdiyi insandan düzələn “divarın” ayrılıb evlərinə getməli olduqlarını 
demədilər, çox yerlərdə hamıya deyil,  xəlvətdə yalnız cəbhə 
üzvlərinə bildirdilər və qan tökülməsinə  rəvac verdilər. Camahatı 
gətirdikləri kimi dağıtmağa çalışmayaraq vicdansız bir hərəkət 
etdilər.  İşin nə yerdə olduğunu yaxşı bilərək, onlar hətta  qəsdən 
axşam saat 12 – dək yataqxanaları gəzib avtobuslarla adamları ordu  
cəza dəstələrinin qarşısına çıxarmağa davam etdilər. Sanki  qəsdən 
daha çox adamın ölməsini təşkil edirdilər. Yataqxanada olduğum 
üçün bunları mən öz gözümlə gördüm və eşitdim. Axşam saat 11-də 
hələ bir avtobus gəldi və çoxlu emosional çıxışlar edərək, qalmış 
sakinləri yataqxanadan  əsas “müqavimət” yollarına aparmağa cəhd 
edirdilər. Cəbhənin içində müxtəlif məqsədli qruplar var idi, hansı ki 
qara işi onlar görürdü. Aparıcı qüvələrdən biri xüsusilə canfəşanlıq 
edərək, sanki daha çox adamın ölməsini, daha çox qatışıqlıq 
yaranmasını, kimi isə sonradan hakimiyyətə gətirmək üçün işləyirdi.  
Cəbhə daxili bəzi qruplar “türklər bizə silah gətirirlər, dağılmayın, 
bərk durun” deyib insanları aldadaraq və bir çox təxribatlar törədərək 
atışma yaratdılar, özləri isə qaçıb getdilər, 120 insan qətl edildi. 
Onların rəhbərlərindən biri utanmadan demişdi “azadlıq yolunda qan 
tökülməlidir”,  lakin o özünün və  tərəfdarlarının deyil, günahsız 
adamların qanının tökülməsinə yol verdi. Çox şübhəsiz, həmin şəxs 
bu qanın tökülməsini və ölənlərin bir yerdə basırılaraq ruslara nifrət 
obyekti kimi istifadə etməyi planlaşdırmışdı, lakin adi insanlar bu 
nadanın  xain planlarından xəbərsiz idilər. Ölüləri  xiyabanda 
basırandan sonra o demişdi: “indi bizim sitayiş edəcək yerimiz var”, 
həmin “tutar qatıq, tutmaz ayran” planı üzrə ölənlərə şəhid, xiyabana 
isə  şəhidlər xiyabanı adı verərək sonradan burada movzeley 
yaratdılar. Yazıq və “işdən” xəbərsiz insanlar aldadılaraq şəhid edildi 


 
78 
və siyasi məqsəd üçün qurban verildilər. Bu çox axmaq və  ağılsız 
hərəkət oldu.  Bununla  xalqı Rusiyadan  çevirdilər və şüurlarda “nə 
olur olsun, Rusiyadan ayrılmaq” fikri yaratdılar, Qarabağda da 
vəziyyəti daha da pisləşdirdilər. Nə üçün bu fikir lazım idi? Cavab: 
çünki hakimiyyətə  gəlmək üçün hökmən yeni ideyadan istifadə 
etmək lazımdır,  əks halda nə üçün keçmiş hakimiyyətin getməli 
olmasına  səbəb olmur. Rusiyadan vaxtı və yeri gəlməyən ayrılmaq 
fikri isə bir çox siyasətçi üçün  yaxşı bəhanə idi  - başqasını – daha 
yaxşısını tapmağa isə onların başı çatmırdı. Onlar eyni canfəşanlıqla 
Qarabağdakı azərbaycanlıların və rayonların müdafisəini təşkilk edə 
bilərdilər, etmirdilərsə, demək, onlara Qarabağ və oradakı əhali lazım 
deyildi, onlara hakimiyyət lazım idi. Bu hadisə sonrakı 
bədbəxtliklərin  əsası oldu.  Azərbaycana ermənilər hücum edir, 
insanları qovurdular, öldürürdülər, məhz onlara qarşı tədbirlər lazım 
idi. Bunu anlamayan nadanlar xalqın fikrini Rusiyaya qarşı 
yönəltdilər, halbuki iki cəbhədə mübarizə heç cür mümkün deyildi, 
heç bir cəbhəyə - ermənilərə qarşı adekvat mübarizə apara 
bilmirdilər. Bu zaman Rusiyaya qarşı mübarizə etmək və  əks 
zərbələr almaq tam ağılsızlıq idi.  Əsas mübarizə meydanı Erməni 
separatçılarına qarşı olmalı idi, məhz bu sahədə ağılla hərəkət etmək 
və onların bütün hərəkətlərinin qarşısını almaq lazım idi. Mən özüm 
şəxsən bir neçə  dəfə yazılı olaraq Cəbhənin rəhbərliyinə öz 
fikirlərimi çatdırmışdım. Lakin onlar etinasızlıqla gözlərini 
döyürdülər və fikirlərində başqa bir şey tutduqlarını biruzə verirdilər.  
1990 –cı il 20 yanvarından sonrakı günlərdə bir məqalə ilə ( hələ 2 il 
əvvəl onu  yazmışdım, lakin heç kəs onu çap eləmirdi) “Azərbaycan” 
qəzetinin redaksiyasına getdim ki, onu çap eləsinlər, onun redaktoru 
S. Rüstəmxanlı idi – mitinqlərdə çox vətənpərvərlikdən, millətdən 
danışırdı. Məqaləmdə başlanan bu ağır problemi həll etmək üçün ilk 
addım-bütün ağıllı, bilikli adamların  toplaşıb bir yaradıcı qrup 
yaratmasını  və Ermənistan – Qarabağ problemini elmi- texniki 
metodlarla tam həllini hazırlamasını, zəruri addımları müəyyən 
etməli olmasını yazmışdım. Çünki mənasız mitinqlər, boş danışıqlar 
bir xeyir vermirdi, nə etməli? sualına aydın cavab vermirdi, 
ermənilərə qarşı fəaliyyət təşkil etmirdi.  Bu mitinqlər yalnız özünü 
reklam etmək, boş - boş danışmaq, ürəyini boşaltmaq, dövləti ittiham 
etmək, istefaya məcbur etmək üçün rol oynayırdı, başqa heş bir xeyir 
vermədi. Vicdanı düz olan insan üçün erməniyə müqaviməti təşkil 
edib onların qarşısını  kəsmək və  məhv etmək daha ağıllı  iş olardı. 
Lakin mitinqləri təşkil edənlər məhz bu işdən xalqı yayındırır, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə