Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə22/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   18   19   20   21   22   23   24   25   ...   81

 
64 
alıblar”, “əlifbamızı  əlimizdən alıblar”, torpaqlarımızı  qəsb ediblər” 
“Rusiya bizə mane olur”, ”bizim yolumuz qərbədir və yaxud bizə 
müstəqillik lazımdır”.  Bu sözləri nə üçün maraqlı adamlar 1988-ci 
ildən başlayaraq işlətməyə başlamışlar. Maraqlıdır ki, bu ifadələrdə 
xarici mühitə  elmin  məsləhət gördüyü uyğunlaşmaq,  əks təsir 
etmək, özünü qorumaq, özünü saxlamaq və qalib gəlmək ideyası 
deyil,  xarici mühiti pisləmək, onlardan ayrılmaq və qaçmaq ideyası 
və  məqsədi qoyulmuşdur. Yəni SSRİ - dən çıxmaq və Rusiyadan 
uzaqlaşmaq, Qərbə birləşmək. Halbuki belə  məqsəd kökündən 
səhvdir.  Heç bir mühitdən qaçmaqla problem həll oluna bilməz. 
Nyutonun təsir və  əks təsir qanununa görə  hər bir təsir alan obyekt 
ona bərabər  əks təsir etməlidir. Cisim və ya insan nə  qədər yerini 
dəyişsə də, o, təsirə məruz qalacaqdır, istər burada, istər orada. Digər 
tərəfdən, təsir almayan obyekt məhv olmalıdır.  Bu qanunu xalqımız 
(dövlət rəhbərliyi) pozmuşdur və  uğursuz taleyini özü müəyyən 
etmişdir. Yəni xalqımız bütün bəlalarda özü günahkardır. Elm və 
insan tarixi deyir ki, hər bir varlıq və icma yaşamaq üçün mübarizə 
edir və ətraf mühitlə əlaqədə və ətraf mühitin təsirinə məruz qalaraq  
özünə layiqli yer və forma seçir, reaksiya göstərir, yaşayır və inkişaf 
edir. Yəni hər bir varlığın inkişafı onun özündən, öz qabiliyyətindən 
asılıdır. Təbiətdə və kosmosda, insan və heyvan  cəmiyyətində güclü 
qalib gəlir, yaşayır, inkişaf edir qanunu işləyir. Demək, gülünc 
səslənən “bizi əziblər, torpağımızı tutublar, dilimizi alıblar” demək 
əvəzinə deməliyik “biz öz torpağımızı qoruya bilməmişik”, ”bizim 
ağıl və qabiliyyətimiz çatmamışdır”, “bizim idarəetmə strukturumuz 
və qabiliyətimiz lazımı  səviyyədə olmamışdır və deyil ” “Biz öz 
dilimizi qorumamışıq” və s. belə dedikdə nə üçün? sualı yaranır. Bu 
zaman məhz bu sualın cavabını axtardıqda biz öz eyiblərimizi, 
zəifliyimizin səbəbini, qorxaqlığımızı, idarə qabiliyyətimizin 
olmamasını, ağlımızın, prinsiplərimizin, 
əxlaqımızın, milli 
dəyərlərimizin zəif olması  və ya ağıllı  dəyərlərin hamı  tərəfindən 
qəbul edilməməsini görəcəyik. Məhz bu andan biz səmərələşməyə, 
ətraf mühitin tələb etdiyi səviyyəyə, ağıla, idarə sisteminə, düzgün 
qanunlara,  əxlaqa, davranışa, qabiliyyətə çatmaq üçün fəaliyyət 
göstərəcəyik və xilas olacağıq.  Şübhəsiz, axmağı aldadırlar, zəifin 
torpağını tuturlar, pis idarə olunanı, özünü  idarə edə bilməyəni, 
biliyi, qabiliyyəti olmayanı, səhv edəni  əzirlər, istismar edir və 
nökərə çevirirlər.  Sadə bir misal çəkim, nə üçün pələngi əhliləşdirib 
ev heyvanı kimi istifadə etməmilər.  Səbəb odur ki, pələng imkan 
verməmişdir, onu minəsən, özünə tabe edəsən. Habelə qeyd edim ki


 
65
bəs erməniləri və gürcüləri nə  üçün istismar etməmiş, dillərini 
əllərindən almamışdılar,  əlifbasını  dəyişməmişdilər. Onlar  sovet 
dövründə  hər yerdə öz dillərində danışmış, reklam lövhələrini öz 
dillərində yazmış, idarə  işlərini də öz dillərində aparmışlar.  Əgər 
əvvəl yazdığım kimi o dövrdə Moskvadan ayrılan pulu onlar dinamik 
və bütün xalqa və  əraziyə  düzgün planlaşdırır və onu icra 
edirdilərsə, Azərbaycanda bu məsələ    şikəst idi. Rüşvət, etinasızlıq  
və idarə  mənimsəmələri  nəticəsində ayrılan pul bir effektli nəticə 
vermirdi. Məsələn, hələ 1990-cı ildə  mən Kommunist qəzetində 
oxumuşdum ki,  bəs  idmana ayrılan 500 min manat  pul  istifadə 
edilmədiyi üçün  geri ittifaq büdcəsinə qaytarılıb. Tikintilərdə, neft 
qazmasında və  hər bir sahədə çoxlu əliəyrilik müşahidə olunurdu. 
Vicdanlı adamın qəlbini parçalayan hədsiz misallar  var idi. 
Effektiv idarəetmənin digər amili isə dövlət rəhbərlik və idarə 
işçilərinin  periodik olaraq qiymətləndirilməsi, daha səriştəli və 
bilikli, əxlaqi insanlarla əvəzlənməsidir (formal olaraq hər şey edilir).  
Istənilən fiziki sistem – qurğu, insan, cəmiyyət, idarə daim 
təmizlənməli, sazlanmalıdır. Bütün kosmos, bütün kainat daim 
təmizlənir, yeniləşir. Bu postulat əbədi və  əsas qanunlardan biridir. 
Idarənin uzun zaman ərzində 
əvəzlənməməsi, sistemin 
təmizlənməməsi və təkmilləşdirilməməsi   halında  bütün  rəhbərlik 
və idarə icraçıları  bir- birilə  sıx əlaqələrə girirlər və hörümçək toru 
kimi bir -birinə bağlanır və vəzifədə qalmaqlarını, şəxsi mənafelərini 
ümumi mənafelərdən üstün güdməyi, habelə  yalnız özlərinin və 
qohumlarının irəli çəkilməsini təmin edirlər, korrupsiyaya uğrayırlar. 
Nəticədə dövlət nəzarət orqanları daha nəzarət edə bilmirlər, çünki 
əksər idarələrin, aşağı orqanların, şəxsi şirkət və dövlət idarələrinin, 
məmurların müdafiə sistemi yaranır, heç biri digərinə xalq mənafeyi 
üçün təsir edə bilmir, hamısı başını aşağı salıb formal işlə, hesabatlar, 
rəqəmlər, faizlər yaradırlar, xalqın da şikayətinə cavab vermir, icra 
etmirlər.Sistem amerikan sosioloqu Sorokinin sözü ilə deqradasiyaya 
uğrayır və dəhşətli nəticələr verir. Bu səbəb daim yeni çevrilişlər və 
inqilablar doğurur.  Sorokinin tədqiqatlarına görə “Aşağıda xeyli 
qabiliyyətli və bilikli şəxslər, yuxarıda isə  kəmsavadlar və 
rüşvətxorlar toplanır və  aşağıdakıların həmin vəzifələrə  gəlməsinin 
qarşısını kəsirlər”. Belə  sistemin məqsədi ağıllıları, gələcyi görən və 
gələcəyə istiqamətlənmiş ideyalar verən adamları tez aşkar edib 
onları  kənarlaşdırmaq, onların ideya və fikirlərinin yayılmasına 
imkan  verməməkdir. Lakin onların  şəxsi mənafeyinə  və 
ideologiyasına uyğun fikirləri olan   şəxsləri həvəslə  təblğ edirlər, 


 
66 
lakin tənqidin qarşısını  kəsirlər.. Filosof İbn Xaldunun fikrincə,  
beləliklə    idarə çürüməyə  və dağılmağa başlayır. Gülünc və 
cəmiyyətin xoşuna gəlməyən qərarlar, kal ideyalar və ideologiya, 
miflər, yarımçıq və  əksər cəmiyyətə faydalı  iş qabiliyyəti olmayan 
qanun və sərəncamlar xarakterik olur.    
Belə bir sistemdə Andersenin  yazdığı kimi bir dələduz kralı  
aldadaraq ona görünməyən paltar geydirir, cəmiyyət isə beyni daim 
yalanlarla kütləşdirildiyindən kralın çılpaq olmasını görə bilmir. 
Cəmiyyətin gözünü açan  balaca bir uşaq olur ki, qışqırır- “kral 
çılpaqdır”.  Bu uşağın obyektiv fikri, hansı  ki    hələ beyni təbliğ 
edilən yalan və miflərlə, uydurmalarla çirklənməmişdir, nəhayət, 
cəmiyyətin həqiqəti görməyinə kömək edir. 
       
Xarakterin-düşüncə  tərzinin (mentalitet) davranışlara təsiri.   
 
İctimai düşüncə  və ya xarakter ümumi mədəniyyətdə, atalar 
sözlərində, aforizmlərdə əks olunmuşdur. Onlarda deyilir: 
1) “Canın sağ olsun”, yəni vecinə alma, nə olub-olub, düşdüyün 
zərərləri hesaba alma, səbəbini axtarma, ölkənin torpağını tutulubsa, 
qoy olsun, lakin canın sağ olsun.  
2) “Dünya beş günlükdür”, yəni ye, iç kef elə, bu gün üçün yaşa, 
heç nəyi vecinə alma, gələcəyi düşünmə. 
3) “Bacarana can qurban “, yəni  haqq -ədalət axtarma, sən də 
hər yol ilə olur-olsun, yaşamağı bacar və qabağa get. 
4)  “Bizə qalıb? Və ya sənə qalıb?” Yəni vətən dərdi, cəmiyyət 
dərdi, camahatın dərdi çəkmək bizə qalıb(yaxud sənə qalıb)? nə 
işinə, başını sal aşağı, yaşa, qarışma heç bir işə, öz işinlə məşqul ol. 
5) “Dövlətlə dövlətçilik eləməyəcəyik ki”, yəni dövlət nə eləyir-
eləsin, ona tabe olmalıyıq. 
6) “Ağa deyər sür dərəyə, sür dərəyə”, yəni müdirin, məmurun 
sözünü sözsüz yerinə yetir, bu halda sən məsuliyyət daşımırsan. 
7) “Xalq üçün ağlayanın gözü kor olar”, yəni xalq üçün nə qədər 
çalışsan da, qədrin bilinməz, yalnız özün zərərə düşərsən. 
8) “Sağ olsun prezidentimiz” bu son dövrdə yaranmış aforizmin 
mənası odur ki, nə olur olsun, hansı problem var ya yoxdur, rüşvət 
verirsən və ya vermirsən,  həyatın pisdir, dəxli yoxdur, sağ olsun 
prezidentimiz, yəni bu daha yaxşıdır, problemləri, əziyyəti çəkməyə 
hazırıq, başqası öz əsabələrilə  torbaları boş  gəlib onu doldurmaqla 
məşğul olacaqlar, elə bu prezidentimiz yaxşıdır, çünki torbası 
doludur. Doğrudan da,  təzə gələn məmur daha çox qəddar olur, daha 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə