Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə19/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   15   16   17   18   19   20   21   22   ...   81

 
55
pisləşdirdilər. Bəziləri kitab, şer   yazmaq üçün sevindilər, bəziləri 
varlanmaq üçün imkan tapdılar. Hərə bir xeyir almağa çalışdı. Bu 
böyük bədbəxtçilkdir. Səhv düşüncə  tərzidir. Xalqı  əhatə edən bu 
ümumi düşüncə  və davranış xarakterindən  təcili xilas olmaq üçün 
proqram yaradılması    və böyük miqdarda pul, fəaliyyət, zəhmətlər 
lazımdır.  Eyni təkrar olunan hadisələrdə Azərbaycan tərəfinin belə 
davranışının səbəbi nə idi?  Nəyə görə həmişə ölkənin başçısı olduğu 
halda o başsız qalır?  Nə edəcəyini bilmir. Hətta gülünc və sağlam 
ağıla uyğun olmayan elə  işlər  görür ki , insanları  dərin quyuya, 
ölkəni isə  bədbəxtliyə salır. Xalqa arxalanmır. Birinci hadisədən 
(1918 ) heç bir dərs alınmamışdı. Hər vəzifəyə gələn böyük səhvlər 
edir, gedir. Bu suallar üzərində düşünmək lazımdır.      Bu  sualların 
cavabı çətin deyil, elmi rasionalist baxış çox asan cavab verir, hansı 
ki bu kitabda verilir.     
Rusların bu günkü dünyada məşhur olan rus xarakterini  Pyotr 
yaratmışdır, məhz Rusiyanın gələcək strategiyasını da o düzgün 
qurmuşdur. Ona görə Rusiya bu strategiyaya əməl edərək irəli 
çıxmışdır. Ruslar bu strategiyanı unutmur, unudan anda onların 
problemi yaranır, çoxlu səhvlərə yol verirlər. Pyotr özünü xalqın bir 
nömrəli nökəri hesab edirdi. Soruşmaq istərdim ki, Azərbaycan 
ölkəsində hansı  rəhbər özünü xalqın xidmətçisi hesab edir?  Əgər 
belə adam tapılsaydı, mən məmnuyyətlə ona nə etməli, necə etməli 
olması haqda  təkliflər verərdim, yol göstərərdim. Bizdə yalnız ağalar 
vardır ki, bütün qalan insanların həyat  şəraiti, kasıblıq və varlılıq, 
olmaq və ölmək, işləmək, biznes imkanları onlardan asılıdır. 
Hanı bizim Pyotrumuz ki, düzgün və etibarlı, qorxmaz, prinsipal, 
sözündən dönməyən azərbaycanlı xarakterinin  əsaslarını yaratsın, 
hanı bizim strategiyamız ki, bizi uğurla irəli aparsın, ermənilərə qarşı  
layiqlə dura,  torpaqları qaytara bilək?  Hər kəs öz həyatında idarənin 
yaratdığı onu nayrahat edən problemlərdən xilas olsun.  
Bizim  Pyotr  necə meydana gələ bilər ki, onun yaranmaması 
üçün hədsiz manelər yaradılmışdır. Bütün mətbuat onun üzünə 
bağlıdır.    
1991-2008 arasında olan böyük bir vaxt itirilmişdir.     
Ermənilərin də strategiyaları var və onu daim əllərində rəhbər tutub 
uyğun addımlar atırlar və məqsədlərinə çatırlar. Lakin  Azərbaycan 
xalqının hələ gələcək üçün, dünyada qalmaq üçün, irəlidə olmaq 
üçün strategiyası yoxdur. (sonrakı başlıqlarda mən bu 
strategiyanmı təklif etmişəm) Yəqin ki olsaydı, bu qədər ərazi qəsb 


 
56 
olunmazdı, insanlar işsiz, köçgün, qaçqın, yazıq vəziyyətdə 
qalmazdı, minlərlə insan xilas olmaq üçün emiqrasiya etməzdi və s.  
Məgər neft strategiyası qurulanda onun məqsədi yalnız böyük 
pul  əldə etmək idi? Məgər bizə    təkcə pul çatmırdı? Pulun olması 
hələ heç nə demək deyil. Böyük pulu xərcləmək üçün də böyük ağıl 
və mənəviyyat lazımdır, xüsusilə biləndə ki, bu pul sənin şəxsi pulun 
deyil - bütün cəmiyyətindir.  Düşünrəm ki, yeni məmur-fantazyorlar 
hətta 50 mərtəbəli öz oxu ətrafında fırlanan binalar da tikdirə, Aya da  
peyk göndərə, dəniz dibində süni muzey,  metro stansiyalarının 
hamısını  rəngbərəng işıqlarla bəzədilmiş parnik formasına sala 
bilərlər. Lakin bu xalqa  lazımdır? Prioritet məsələlərin həlli qaldığı 
halda, ölkənin cırtdan ölkəyə çevrilmə  təhlükəsi qaldığı halda, hər 
insana yaşamaq imkanı yaratması  dövlətin mənəvi borcu  olduğu 
halda, belə sualı  hər bir işi başlayanda vermək lazımdır. Bu məntiqlə 
cəmiyyətə fontanlara aludəçilik, 150 metr hündürlükdə bayraq 
asmaq,  dənizdə  6 milyard manata süni  muzey ada yaratmaq, 3 
milyon manata at almaq, süni şəkildə Bakını böyütmək və olan pulu 
da buraya xərcləmək, tikinti - təmirə aludəçilik, qeyri - harmonik 
inkişaf və  hələ görəcəyimiz müxtəlif gülməli fantaziyalar, lazımlı 
işlərin yada düşməməsi lazım deyil. Sonrakı paraqraflarda mən nə 
lazımdır? sualına aid strategiyaları irəli sürürəm. 
Sasani dövləti  müəyyən etdiyi strategiyasını daim 
yeniləşdirmədiyinə  və  ətraf dövlətlərlə müvazinətin həmişə 
qalacağına ümid edərək özünü müdafiə üçün, texniki təşkilati 
tədbirlər görmədiyi səbəbilə    ərəblər tərəfindən məhv edilmişdir.  
Ərəb imperiyası  dövründə Azərbaycan xalqı mübarizə etmək və 
azad olmaq strategiyası  qəbul etdiyinə görə  ərəbləri nəhayət, 
qovmuşdur. Səfəvilərin  konkret strategiyası  və  nəzəri baxışları- 
ideologiyası (müridlər)olmuşdur və ona görə uzun müddət qala 
bilmişlər. Lakin onlar da səhv etmiş, dövlət həyatını bir şəxsdən – 
şahdan, onun kaprizlərindən, ağıl və emosiyalarından, şəxsi fikrindən 
asılı etmişlər, təkbaşçılığa üstünlük vermişlər; ağıllı adamlar 
kollektivinin məsləhəti ilə effektiv, yaxşı inkişaf etmək deyil, dini 
təbliğata uyaraq dini dəyərləri birinci yerə qoymuş və öz məhvlərinə 
hökm yazmışlar; vaxtlarını türklərlə müharibəyə  həsr  etmişlər və 
qəddar təkbaşçılığın  güclənməsilə  dövlət məhv olmuşdur.  Nadir 
şah  düzgün strategiya seçərək ölkənin ruslar və türklər tərəfindən 
tutulmuş torpaqlarını qaytarmışdır, ölkənin müstəqilliyini bütün 
ərzilərində  bərpa etmişdir. Lakin digər səhvlər  qeyri-optimal və 
qəddar idarə metodu seçmiş, nəticədə öldürülmüşdür. Özündən sonra 


 
57
ağıllı idarə sistemi qoymamışdır.  Bütün qalan dövrlərdə  şəhər-
dövlətlər bir - biri ilə daim müharibə etmişlər. İndiyədək Azərbaycan 
xalqı içərisində bir dövlət lideri əmələ gələrək gələcək üçün düzgün 
strategiya  irəli sürməmişdir. Böyük alimlər- Nizami, Nəsirəddin 
Tusi, Nəsimi-tərəfindən irəli sürülən ideyalar siyasi liderlər 
tərəfindən həyata keçirilməmiş, öyrənilməmiş, başa düşülməmiş, 
davam etdirilməmişdir. Nə üçün? Niyə? suallarını vermək lazımdır. 
Bu  sualların cavabı odur ki,  indiyədək ictimai sistem öz tipik 
xüsusiyyətinə görə müdrik, əxlaqla yaşayan, özünü xalqına, vətəninə 
qurban deyən, yalnız ictimai mənafeni güdən insanları  rəhbər 
vəzifələrə gəlməsinə qarantiya vermir, hətta uzaqlaşdırır.  Bu səbəbə 
görə  də  həmin filosofların fikirlərini  anlayan  şah və ya məmur 
olmamışdır, bu şahlar yalnız özlərini güdmüş, tərifləri sevmişlər, qan 
tökməyi, başqa xalqları,  əraziləri tabe edib daha çox ağalıq etməyi 
özlərinə  əsas dəyər etmişlər. Etbarlı  və daim effektiv işləyən idarə 
sistemi yaratmağı düşünməmişlər. Azərbaycanda başçılara tərif 
qoşma ənənəsinin  dərin kökləri vardır. Ağıllı fikirləri anlamaq üçün 
ağıllı başlar, ağıllı rəhbər lazımdır.  
Camahat niyə yaşamaq və  işləmək üçün Bakıya axışıb gəlir? 
Burada isə  əksər zavodlar məhv edilmiş, yalnız məmurlara məxsus 
şəxsi  ticarət və tikinti çiçəklənir- neft pulları tikintiyə axır. Nə üçün 
Rusiyada və başqa ölkələrdə  vətəndən didərgin düşmüş 3 milyona 
qədər azərbaycanlı var? Nə üçün ölkədə yaşayan 30 % insan vətəni 
tərk etməyə hazırdır (bir sorğunun nəticələrinə görə).    Bu  sualların 
cavabı dövlətin idarə sistemində, milli xarakterin nasaz olmasını,  
lazımı dəyərlərin  olmamasını, bütün  iştirakçı, vəzifəli şəxslərdə və  
ictimai liderlərdə    şəxsi mənafenin ictimai mənafedən üstünlüyünü 
göstərir. Bu məsələni prinsipal həll etmək lazımdır. Hər hansı bir 
məmura bir fikir deyəndə  onların eyni cavabı bu olur: ”bizə  ağıl 
öyrətmə, nə etdiyimizi özümüz yaxşı bilirik”. 
Yuxarıda qeyd etdiyim və etmədiyim çoxlu çatışmazlıqlar (işğal, 
qaçqınlıq) məhz bu “yaxşı bilməyin” nəticəsidir.Məsələn,  indiyədək 
insanların 60%-i  kommunl xərcləri: elektrik, qaz, su və  s.    ödəyə 
bilmirsə, bu o deməkdir ki ölkədə kasıblıq faizi dövlətin səhvən 
hesabladığı kimi  10% deyil, 60% -dir. Bu fakt çox aydın göstərir ki, 
hansı strategiya qurmaq, hansı  tədbirləri həyata keçirmək, hansı 
səhvləri düzəltmək  lazımdır. Heç əhalinin 1% - miqdarında, hətta bir 
adamın da kasıb olmasına yol vermək düz deyil. 
Bəşəriyyətə gətirdiyi İİ dünya müharibəsinə görə insanlar Hitleri 
günahlandırır. Lakin onun idarə qabiliyyəti nümunə götürmək üçün 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə