Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə21/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   17   18   19   20   21   22   23   24   ...   81

 
61
xidmətləri pulsuz və keyfiyyətli görməyi deyil,  hər  şeydən və 
xidmətdən  pul qoparmağı və  ya qənaət etməyi nəzərdə tutur. Gəliri 
artırmaq naminə  işçiləri ixtisar etməyə  qərar verir. Halbuki dövlət 
müəsisələrində  zəruri funksiya icra edən insanları  gəlir naminə  
ixtisar etmək olmaz. Dövlətin insanların maddi vəziyyətini 
pisləşdirən, işsizlik yaradan fəaliyyət göstərməyə, sərəncam və qanun 
verməyə  mənəvi haqqı yoxdur. Bunu konstitusiyada da yazmaq 
lazımdır. Dövlət və onun istehsal zavodları  və idarələri  daha çox 
adamın işləməsini təmin etməlidir. Lakin konstitusiya məmur 
hegemoniyasına, ona  əxlaq və  mənəvi normaları pozmağa, insan 
mənafeyini pisləşdirməyə imkan verir. Bir misal. Rüşvət adlanan hər 
bir hörməti dövlət idarəsi  artıq qanuniləşdirərək rüsum formasında 
qiymətlər qoyur- pasport alarkən, arayış alarkən, torpaq alarkən və s. 
Bu taktika rüşvəti kəsmir, daha da artırır – indi insanlar həm rüsum 
ödəməli, həm  əlavə rüşvət verməlidirlər. Lakin dövlət  hər insana 
yaxşı  həyat səviyyəsi yaratmaq borcunu keyfiyyətsiz edir. Və 
toplanan pulların da böyük hissəsini  əsasən insan ehtiyaclarına lazım 
olmayan uydurma layihə və ideyalarına,  yaratdığı problemlərin guya 
həllinə sərf edir, hündür bayraq qurğusu tikmək, fontanlar, heykəllər, 
dənizdə muzey - ada tikmək, yerə  mərmər döşəmək, binaların 
üzlərini qaşımaq və s. Lakin burada da  gülünc işlər görür. Məsələn, 
dövlət 1995-ci ildən 2008-ci il mart ayına qədər səhiyyəni pullu 
etmiş və əhalinin sağlamlığına böyük zərər vurmuşdur, yüzlərlə insan 
həkimə verməyə pulu olmadığıdan əzab çəkmiş və bir çoxları özünü 
asmışdır. Lakin bu qərar ləğv edilsə də, səhiyyə faktiki olaraq pullu 
olaraq qalmışdır. Digər misal, xarici pasport almaq üçün 2008 
Oktyabr ayına qədər elə  iş rejimi qoymuş ki, insanlar rüşvət 
verməklə bu işi görməyə  məcbur olmuşlar.  Yaxşı idarəetmə üçün 
məmura, birinci, dünyaya və xalqa baxışlarını  və  dəyərlərini 
dəyişmək lazımdır.  Daha yaxşısı,  yeni rasional məmur 
yetişdirmək lazımdır.  İdarəetmədə bütün nayrazılıqların səbəbi 
rəhbərliyin daşıdığı  dünya görüşlərdə, xalqı, dövləti və dünyanı, 
dünya siyasi mühitini səhv dərk etməkdə  və  onu səhv 
qiymətləndirməkdə, gələcəyi görməməkdə, səhv dəyərlər 
seçməkdədir. Məsələn, yaxşı inkişaf etmiş ölkələrdə - Finlandiya  və 
İsveçdə  vəzifəyə  gələnlər xalqa xidmət etmək üçün gəlir, 
Azərbaycanda isə    əsasən varlanmaq, vəzifədən sui -istifadə etmək 
üçün gəlir. Bunu məmurların hələ 1995 –ci ildən başlayan villalara 
bahalı maşınlara malik olması sübut edir. Onların ki, pulu bunları 
almağa imkan vermir. Niyə hamı məmur olmaq istəyir? Çünki hamı 


 
62 
üçün  yaşamaq, oxumaq, elmlə, texniki, bədii yaradıcılıqla, bizneslə 
məşğul olmaq, inkişaf etmək üçün normal  və azad imkanlar, təkmil 
qanun və icra  yoxdur. Bu imkanlar defisitdir və ona görə hamının 
əli çatmır. Bu imkanları yalnız məmur vəzifəsinə  gələn(zənglərlə, 
təzyiq göstərməklə,dostluqla, rüşvətlə, tapşırmaqla) və  hədsiz varlı 
adam  əldə edə bilir. Habelə yerliçilik, qohumbazlıq, tanışlıq və 
rüşvətin səbəbi də  məhz imkanların defisit (əlçatmaz) olmasıdır. 
Məhz bu gerçəklik Azərbaycanın gələcək səmərələşməsi üçün bizə  
nəyi etməli? sualına cavab verir.  Göstərdiyim səhv dəyərlərin digər 
kökü məhz dindən, keçmiş  anarxiya və  məsuliyyətsiz idarə 
dövrlərindən, həmişə  inzibati pozquntuya və  hədsiz rüşvətorluq və 
süründürməçiliyə görə  cəza və digər sanksiyaların  tətbiq 
edilməməsi, məmurların və 
vətəndaşların obyektiv 
qiymətləndirilməməsindən gəlir.  
Qeyd etməliyəm ki, Azərbaycanda ümumxalq dövləti deyil, qrup 
demokratiyası dövləti yaradılmışdır.  Belə ki, belə dövlətdə adətən 
dövlətə  nəzarət və onun səhvlrərinin qarşıını almaq üçün xalqa və 
ictimai təşkilatlara imkan verilmir. Məsələn, 1994-cü ildə parlament 
Xalq nəzarəti orqanını ləğv etmişdir ki, bu da hökumətə meydanda 
tək oyunçu və  nəzarətsiz olmağa  imkan verən amillərdən biri 
olmuşdur. Digər amillər: həmkarlar hərəkatının passiv olması  və 
işçilərin hüquqlarının qorumaq gücündə olmaması, nümayiş  və 
tətillərin, etiraz mitinqlərinin qarşısının zorla alınması, aşkarlığın 
cüzi və dozalaşdırılmılş olması,  ictimai müzakirələrin keçirilməməsi 
və ictimai fikrin öyrənilməməsi və siyasətin ictimai fikirdən asılı 
olmadan tam avtonom aparılmasıdır. Bunu böyük miqdarda 
 
nümumələri olan gerçəklik təsdiq edir.    
Elmi postulatlara əsasən cəmiyyət həyatında hər bir yaxşı və ya 
pis görünən vəziyyətin  əsas səbəbi məhz idarə sisteminin 
konstruksiyasıdır.  Idarə sistemi isə hələki, siyasi mahiyyət  daşıyır, 
yəni yalnız bir güclü qrupa məxsusdur, dediyim kimi ümumxalq 
idarəsi  deyil.  Bu  səbəbə görə bütün qanun və idarə yalnız həmin 
qrupun üstün mənafelərinə yönəlmişdir və qalan xalq üçün çoxlu 
mənfi nəticələrə  səbəb olmuşdur. Başqa nəticə gözləmək burada 
sadəlövhlük olardı.  
Fəlsəfi mahiyyətinə görə ibtidai icma dövründən bəri qrup 
demokratiyası  bəşəriyyətin  əsas idarə sistemi olmuşdur. O vaxtdan 
bəri  bütün dünya tarixi müəyyən qrupların formalaşması, hakimiyyət 
uğrunda mübarizəsi və onu ələ alması, öz mənafelərini üstün təmin 
etməsi, digər  qalan cəmiyyətdən istifadə etməsi, onları dözülə bilən 


 
63
ən aşağı hədlərdə saxlaması tarixi olmuşdur. Ümumi xalq mənafeləri, 
hamının  xoşbəxt gələcəyi və həyatı qrup demokratiya sistemi üçün, 
şübhəsiz, ikinci dərəcəli olmuşdur. Bunu inkar etmək bütün dünya 
qanunlarına zidd getmək, tarixi gerçəkliyi danmaq deməkldir. 
Şübhəsiz, istənilən qrup ölkədə əks tərəfin təsirini ləğv etdikdə yalnız 
öz mənafelərini güdə bilər, çünki onu hamının bərabər mənafelərini 
güdməyə, effektiv idarə etməyə  məcbur edən təsir qüvvəsi yoxdur. 
Burada şəxsən heç kəs - əzən də, əzilən də rüşvət verən də, alan da 
günahkar deyil - hər kəs sistemin ona verdiyi rolu oynayır. Onları 
belə yaxşı  və ya pis davranmağa məcbur edən ictimai sistem 
quruluşudur. Aktual əxlaq da məhz bu quruluşun  məhsuludur.(Tofiq 
Mehdi, “Həqiqətə  Pəncərə”, 2008) Demək, Azərbaycan xalqının və 
hər bir vətəndaşın xoşbəxtliyi  və problemlərinin həlli  və yenilərinin  
yaranmaması üçün ictimai sistemin düzgün konstruksiya  edilməsi 
lazımdır. Bu konstruksiya, qrup demokratiyası deyil, yalnız 
ümumxalq demokratiyası ola bilərdı. 
Düzgün  və daha rasional ictimai konstruksiya odur ki: a) orada 
tam söz və fikir azadlığı var; b)orada məmurlar tam, hamı kimi 
məsuliyyət daşıyır və  vəzifəsini pis icra etdikdə    və icra etmədikdə 
hökmən cəza və sanksiyalara məruz qalır; c) məmurlar il boyu 
ictimai müşahidə və iki dəfə qiymətləndirməyə məruz qalır, konkret 
öhdəçiliklər götürür, xalq icmaları  şurası ilə müqavilə bağlayır; d) 
bütün idarəetmədə, sərəncam və 
qərar hazırlanmasında, 
qanunvericilikdə  hər vətəndaşın  iştirak imkanları vardır və bu 
iştiraka görə mükafatlandırılır; e) idarəetmənin özü  iki yerə bölünür: 
1) qərar qəbulu, sərəncam,  əmr, layihə, müqavilə  və s. icra 
sənədlərinin hazırlanması  və 2) xalis icra - qərar qəbulu 
səlahiyyətləri olmadan.  
Keçmiş  səhvlərin təkrar edilməsi və onlardan lazımı bilik dərsi 
alınmaması, onların ağır nəticələrini görməmək, tərəfdaşın və ya  əks 
tərəfin kiçik və emosional  davranış epizodlarını əsas qəbul edərək, 
səhv strateji  seçimlər etmək xüsusilə  zərərli idarə  və davranış 
metodudur. Bu haqda da böyük miqdarda misallar vardır. 
Ictimai  davranışlarda insanların  və güclü qrupların daim vəzifə 
tutmağa, ölkə başçısı olmağa və ya belə vəzifəni uzun müddət əlində 
saxlamağa böyük həvəsi olduğu müşahidə edilir. Mən onların  bir 
metodunu  göstərmək istərdim. Bunun adı  miflərdən istifadədir. Bu 
metodla onlar  insanları  düz olmayan ideyalarla aldadıb miflər 
yaratmaqla hakimiyyətə sahib olmağa cəhd edirlər . Məsələn, son 
tarixə baxsaq,  belə  ideyalar deyilirdi : “ bizim dilimizi əlimizdən 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə