Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə24/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   20   21   22   23   24   25   26   27   ...   81

 
70 
faydalanır. Bu amil cəmiyyətin  mənafeyi və  ərazi bütövlüyü
təhlükəsizliyi  aspektindən qeyri-rasionaldır.  Budur 2008 il, Bakının 
Nizami rayonu, şəhərin bir çox ərazilərində, habelə Qarayev 
küçəsinin kənarlarında sıx bitmiş  ağaclar kəsilərək böyük 
supermarketlər və s. tikilir, əvvəl  ərazi hasarlanır, sonra ağaclar 
kəsilir, sonra tikirlər. Sakinlər, ziyalılar etiraz edir, lakin onlara 
əhəmiyyət verilmir. Bu ağacların məqsədi yolda hərəkət edən 
nəqliyyatdan çıxan qazları udmaq və oksigenə çevirməkdir və bilə- 
bilə elmin məsləhətləri ilə Sovet dövründə salınmışdır.  Onların 
məhv edilməsi  şəhərin və o küçə boyu yaşayanların çirkli hava 
almasına səbəb olacaqdır, daha orada yaşamaq mənasız olacaqdır. Bu 
fakt çox aydın olaraq göstərir ki, bütün dövlət nazirliklərinin və 
məmurlarının apardığı siyasət və idarəetmənin əsas mahiyyəti   idarə 
olunan  insanların arzularına cavab vermir, məmur sinfinin 
mənafeyini güdür. Ali rəhbərlik bunu  dərindən anlamalı,  xalq və 
gələcəyin naminə Yeni siyasətə başlamalıdır.  
Azərbaycan xalqından seçgilərdə  səs alması (bunun həqiqət 
və ya həqiqət olmamasından asılı olmayaraq) rəhbərə  və 
deputata onun istədiyini etməsinə, etinasızlığına, cəmiyyətin 
etirazlarına məhəl qoymamasına haqq vermir.  
Azərbaycan xalqının effektiv və insan kimi yaşaması üçün  yeni 
konstitusiya, yeni prinsiplər, qanunların rasional hazırlanması  və 
rasional  icrası, qanun pozuntusu və cinayətlərə və cinayətkara yeni 
baxış  və bu məsələlərin fərqli yeni rasional həlli, bütün dövlət 
strukturu, cəmiyyət, biznes, təhsil, səhiyyə, elm sahələrində  yeni 
əxlaq və davranış qaydaları, etnik qruplara yeni baxış, yeni 
ideologiya, yeni dünyagörüş    tələb olunur. Bu baxışların  əsasında 
belə tələblər durmalıdır: 
1. Hər kəsin ləyaqətlə yaşama haqqı vardır və bu haqqın 
təminatını dövlət pisləşdirə bilməz. 2. Hər kəs və  hər icma, etnik 
qrup səmərəli, ədalətli  düzgün idarəolunma haqqına malikdir. 3. Heç 
kəs heç bir icma və etnik qrup səmərəsiz, rüşvətxor, aldatma, 
məsuliyyətsiz idarəedilməyə məruz qoyula bilməz. 4. Əgər hər icma, 
kənd  şəhər  və etnik qrup idarəni  ləyaqətsiz, dələduz,  ədalətsiz və 
ikiüzlü, israfçı, məsuliyyətsiz hesab edirsə, bu idarə fəaliyyəti dərhal 
ləğv edilməli, həmin sistem və 
məmurlar bu işdən 
uzaqlaşdırılmalıdır.  
Xarici dünyaya münasibətdə Azərbaycan idarəsi və müxalifəti 
ABŞ  və Avropa hegemonları  əlində daha çox marionet rolunu 
oynayır, bütün siyasət ABŞ – ın,  Avropa ittifaqı  və qismən 


 
71
Rusiyanın mənafelərinə yönəlmişdir. Bu münasibətlərdə Azərbaycan 
xalqının mənafeyi isə axırıncı yerdədir və ya təmin olunmur. 
Azərbaycan ali rəhbərliyi məhz bu dövlətlərə yaxşı xidmət etdiyi, 
xalqın mənafeyini, torpağını, təbii ehtiyatlarını onlara güzəştə getdiyi 
və onların təchizatçısı olduğu üçün hakimiyyətdə qalır. Xalqın etirazı 
isə qəddarlıqla dağıdılır və o etiraz etməyə gücü olmayan vəziyyətə 
salınmışdır.  
Sovetlərdən gəlmiş Orta sinif  kapitalist sisteminə keçəndən bəri 
fasiləsiz iki qrupa - varlı  və kasıblar qrupuna ayrılır.  Əslində orta 
sinif görünmür, məhz bu sinif hər bir qəti dəyişiliklərin hərəkətverici 
qüvvəsi ola bilərdi, qəti mübarizədə hakimiyyət dəyişiliyini həyata 
keçirə bilərdi. Bu səbəbə görə orta sinfin yaranmasına dövlət xeyli 
maneələr qoymuşdur. Gələcəkdə  orta sinfin yaranması ilə dövlət 
idarəsində reformalar, demokratiya, insan hüquqları, düzgün 
seçkilərin olması güman edilə bilər. Lakin Azərbaycan  şəraitində 
başqa amillər də vardır ki, bu nəticəni heç 100 ilə  də  əldə etməsi 
şübhə yaradır.  Orta sinfi kim yaradacaqdır? Bütün idarəetmə orta 
sinfin yaranmamasına, yalnız  məmurla müdafiə tapan 1) varlıların, 
digər tərəfdən isə,  2) kasıbların yaranmasına kömək edir. Orta sinif, 
demək, müstəqil deyildir, onun orta olması üçün o məmurdan, yəni 
dövlətdən tam asılıdır, bu səbəbə görə buradakı orta siniflə başqa 
ölkənin orta sinfi arasında xeyli fərq var. Onlar etiraz edə, haqlarını 
tələb və müdafiə edə bilər, bunlar yox, bunlar yalnız məmur sinfinə 
xidmət etməklə mövcud ola bilərlər.   
Son 2008 –ci il oktyabr seçgilərində yeni bir trend meydana 
çıxdı- seçgilər düz keçsə də-mən bu seçgiləri müşahidə edirdim- və 
cəmiyyət nə qədər nayrazı olsa da, yenə də əsas səsini 88%  əvvəlki 
prezidentə verdi. Bu hadisə çox dərin analiz və  nəticələr 
çıxarılmasını    tələb edir. Bu yaxşıdır, yoxsa pisdir? Bu suala cavab 
vermək lazımdır. Və artıq həmin ilin dekabrında  İ.  Əliyevi, mənim 
fikrimcə, ona bu maraqlı deyil, müəyyən maraqlı qrup tərəfindən 
əbədi prezident etmək kompaniyası başladı. Bu amil  Azərbaycan 
gələcəyini müəyyən edəcəkdir. Sonrakı  səhifələrdə irəli sürülən 
zəruri dəyişilikləri prezident həyata keçirməsə - ən azı dövlət 
sisteminin təmizlənməsi və yeniləşməsi, kapitalizmlə sosializmin 
birləşdirilməsi  və tam demokratiya olan rasional cəmiyyət iqtisadi 
yolu, rasional  idarə edilən bazar, etik prinsiplərin tətbiqi, Rusiya ilə 
hərbi təhlükəsizlik blokuna daxil olmaq - Azərbaycan, torpaqları 
azalmış cırtdana və gülünc vəziyyətə düşəcəkdir. Ölkənin  merkanitil 


 
72 
(tacir dövlət) obrazı, xidmətçiyə çevrilmiş milli obrazı, elmi 
texnikası hədsiz zəif obrazının formalaşması davam edəcəkdir.    
1990-cı illərdən başlayaraq dövlət  böyük ictimai zavod və 
fabrikləri bağlayaraq, böyük sayda fəhlə kütlələrini  birləşmək və 
etiraz etmək imkanından məhrum edərək, sənayeni və istehsalı 
dayandıraraq, məhv edərək, ölkəni xammal və satış bazarına, 
dükanlara çevirmişdir. Bu strategiyanın məqsədi  yeni kapitalistlər 
yaratmaq idi. Dövlət istehsal müəsisələri qaldıqda, kapitalisti 
yaratmağa imkan vermirdi.  Bu strategiya dövlət ali və orta  
məmurlarının, qismən digər vətəndaşların məhz xaricdən gətirdikləri 
malların ticarətilə varlanması  və torpaqların və  sənayenin 
özəlləşdirilməsi vasitəsilə  həyata keçirildi. Son nəticədə yenə də hər 
bir varidatın ticarət və  torpaq  alveri vasitəsilə  məmur əlinə keçməsi 
təmin olundu.  Lakin bu uğurlu siyasət hesab edilə bilməz. Sənaye 
müəsisələrinin əksəriyyəti tarifləri həddən artıq qaldırmaqla və kredit 
verməməklə dağıdıldı. Torpaqlar bölünərək ondan istifadə etməyə 
kəndlinin imkanı olmadı və torpaq istifadəsiz  qaldı.  Səhvlər böyük 
zərərli nəticələr verdi- işsizlik, büdcə gəlirinin azalması, emiqrasiya, 
kasıblıq. 
 
Əxlaqi etik prinsiplərin vacibliyi.   
Hər bir insanın bu prinsiplərə  əməl etməsi cəmiyyətin mədəni 
səviyyədə, razılıqla, sülh şəraitində yaşaması üçün zəruri şərtdir.  Bu 
prinsiplərə nəinki hər şəxs öz davranışında, habelə dövlət idarələrinin 
məmurları və rəhbər işçiləri əməl etməsi zəruridir. Tarixən cəmiyyət  
zəruri 
əxlaqi etik prinsiplər, məsələn: yaxşı 
əməlin 
mükafatlandırılması, pisliyə  cəza və sanksiyaların tətbiqi, vurulmuş  
mənəvi və maddi zərərin ödənilməsi, səhv və ya qəsdən edilmiş 
davranış  və idarə  hərəkətləri  nəticəsində düçar edilmiş 
məhrumiyyətlərin kompensasiya edilməsi, ayrıseçkiliyin olmaması, 
öhdəçiliklərə, ümumi razılığa  əməl edilməsi, məsuliyyət və idarələr 
və  məmurlar üçün digər xüsusi  tələblər  yaratmışdır.  Ölkə 
idarəsində elə idarəetmə tərzi nümumələri vardır ki, onlar əxlaqi etik 
prinsipləri pozur. Məsələn,  1)özəlləşdirmənin qaydası ilk zaman 
bərabərlik prinsipilə idi, pul tələb olunmurdu. Lakin sonralar  
özəlləşmə qanununu dəyişdirərək dəyərin 30% - ni pulla ödəyənlərə 
üstünlük verildi. Özəlləşdirmə zamanı  əvvəllər hamıya azad imkan 
verilmişdi ki, çekləri aksiyalara dəyişdirsinlər, lakin  sonralar 2000- 
2001-ci illərdə mən iki dəfə  Bakı auksion mərkəzində  cəhd etsəm 
də bunu edə bilmədim. Insanların çek verməyinə böyük 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə