Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə20/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   16   17   18   19   20   21   22   23   ...   81

 
58 
yaxşı  mənbədir. O 6 ildə neft olmadan böyük iqtisadi böhran 
keçirmiş dövləti və müəsisələri bankrot olmuş ölkədə köhnə 
avadanlıqla böyük inkişafa nail oldu və 6 il də müharibə apardı.  
Digər misallar da çoxdur, məsələn, Yaponiyanın  İİ Dünya 
müharibəsindən sonra sürətli inkişafı. Lakin Azərbaycan 1991-ci 
ildən müstəqildir və böyük neft gəlirlərinə malikdir. Lakin həmin 
dövrdən ölkədə böyük miqdarda kadrlar, mütəxəssilər və istehsal 
vasitələri, elm texnika institutları olsa da arzu olunan  səviyyədə 
inkişafa nail olmamışdır. Bu məsələnin də  səbəblərini  hökumət və 
menecerlərə öyrənmək və  nəticə  çıxarmaq lazımdır. Burada  80% 
səbəb,  şübhəsiz, mənim müşahidəmə görə, ermənilərdən asılı 
olmayan  daxili səbəblərdir.  
Mən ölkə həyatını analiz edərkən üç aforizm formulə etdim. Bu 
aforizmlər yalnız məmurlara aiddir. 1. “O qanun və ya qərar qəbul 
edilir, elan edilir ki, o hakim sinfə, məmura lazımdır. 
2. Qanun  o zaman işləyir ki, o hakim sinfə, məmura  
lazımdır.  
3. O qanun, sənəd pozulur ki, o hakim sinfə, məmura  
lazımdır.” 
Bəzən, mən gördüklərimlə orta əsrlər absolyut monarxiyalı 
Fransanın müəyyən dərəcədə oxşar olduğunu aşkar edirəm. Həmin 
dövrdə orada XİV Lüdovikin əmri ilə bütün dövlət vəzifələri 
satılırdı, məmurlar təşəbbüs göstərməyə, kamilləşməyə maraqlı 
deyildilər, məhz satın aldıqları  vəzifələri istismar etməklə  məşğul 
idilər. O deyirdi: “Dövlət mənəm”. O, təntənələri çox sevirdi. 
Mən oxucuların diqqətini bir məsələyə  cəlb etmək istərdim. Bu 
belə bir psixoloji qanundur ki, insanlar həmişə özlərini ağıllı sayarlar, 
düz hərəkət etdiklərini düşünərlər. Şübhəsiz, bu hadisənin dərin elmi 
izahı vardır. Adi insan üçün bu hadisənin cəmiyyətə təsiri azdır, uzaq 
başı bu insan etdiyi səhvlərə görə pis həyat yaşamağa məcbur 
olacaqdır. Lakin ictimai vəzifə tutan şəxslərdə bu psixi prinsip çox 
zərərli nəticələr verə bilər. Bu prinsip özünü belə biruzə verir ki, 
vəzifəlilər də  şübhəsiz, özünü ağıllı sayır, yəni  heç kəslə 
məsləhətləşməyə ehtiyac görmür  və yaxşı yolu tapmağa özünü 
borclu saymır; öyrənmək və kamilləşmək istəmir. Dövlət vəzifəsində 
işləyən adam bu mənfi amili tarazlaşdırmaq üçün özünü - tənqiddən 
istifadə etməlidir.  Lakin ən yaxşısı, bilikli, müdrik tənqidçilərə  
malik  olmalıdır. Hətta özü ən kəskin tənqidçiləri axtarmalı  və 
onlardan səhvlərini və düz yolu soruşmalıdır.  Bütün icra, məhkəmə 
vəzifəliləri, parlament deputatları hökmən kəskin  tənqidçilər 


 
59
tapmalı,  ən kənar  tənqidləri eşitməli və  qərarlarını eyib olmadan  
hazırlamalıdırlar. Çünki bunu onlardan ictimai vəzifə tələb edir. Belə 
vəzifə tutursa,  insan  hökmən ən ağıllı, effektiv, səmərəli, son elmi 
biliklərə uyğun, az zərər verən, rasionallıq prinsipinə uyğun qərar 
qəbul etməlidir. 
Dövlət idarələrində, rəhbərlərdə azad söz və fikirlərə, tənqidə  
belə tipik bir yanaşma vardır ki, onlar  çox zaman başqa insanların, 
ictimai təşkilatların sözünə düşmən gözü ilə baxmağa çalışır  və 
onları təxribatçı, bədxah,  hesab edirlər. Xüsusilə bu baxış, 2003-cü 
ilə qədər   siyasi hakimiyyətin  sevimli terminologiyası olmuşdur. Bu 
dövrdə  hər bir etiraz edənə, siyasətdən nayrazı adama təxribatçı 
damğası vurulurdu. Sonrakı dövrdə isə heç bir yazılı cavab 
verməmək üsulu dəbdədir. Yəni “çax-çax baş  ağrıdır, dəyirman öz 
işindədir”. Siz hər hansı bir problemin ən düzgün və zəruri həllərini,  
metodları, layihələri təklif edə bilərsiniz, lakin onlar  qəbul edilib
icra edilməyəcək. Dövlət rəhbərliyində  cəmiyyətdən və  fərdi 
adamlardan  gələn hər hansı bir təklifə pis allergiya var və məhz bu 
səbəbə görə onu oxumayacaq, qəbul etməyəcəklər. Mən bu vəziyyəti 
öz təcrübəmdə müəyyən etmişəm.  Məsələn, tarixə baxdıqda məhz 7 
rayonun erməni separatçıları    tərəfindən tutulması; zavod və 
fabrikləri, elmi, konstruktor idarələrini məhv edərkən, xalq didərgin 
və işsiz qalarkən edilən təklifləri dövlət ali və orta  məmurları qəbul 
etməmişdilər. Məsələn, 1994-1998 illər arasında Kondisioner zavodu 
rəhbərliyi  dövlət rəhbərliyindən cəmi 5 milyon dollar kredit 
verilməsini xahiş etmişdi, pulun olduğuna baxmayaraq, o pulu 
vermədilər ki, zavod yeni kondisioner modelini işə buraxsın. Əksinə, 
dövlət zavodun məhv edilməsinə  gətirən addımlar atdı  və ya 
etinasızlıq nümayiş etdirdi. Göründüyü kimi belə davranış    çox 
zərərli  və erməni aqressiyasından da ağır bir bəladır, hansı ki  ağır 
nəticələrini məhz xalqın özü çəkməli olur. 
Amerika Birləşmiş  Ştatlarının  ən böyük gücü orada tətbiq  və 
hörmət edilən, müdafiə edilən azad söz və fikirlərdir, ideyalardır. 
Amerikan siyasəti məhz azad fikirlərdən, azad düşüncə  və 
davranışlardan qaynaqlanır, siyasət məhz azad fikirlərin nəzərə 
alınması  nəticəsidir və bu onu   dünyada ən güclü dövlətə,  ictimai 
rifah  dövlətinə çevirmişdir. Bu başlanğıcı  hələ Corc Vaşinqton, 
Tomas Cefferson və Amerikan dövlətini digər yaradanlar 
 
qoymuşdur. Belə bir təcrübədən imtina Azərbaycan rəhbərliyi üçün 
ən böyük  ağılsızlıq olardı. 


 
60 
Qeyd etməliyəm ki, effektiv inkişaf ali rəhbərlər üçün  düzgün 
strategiya və prioritetlərin seçilməsi;  Gələcəyi nəzərə almaq, seçilən 
strategiyanın və  qərarın gələcək nəticələrini  əvvəldən görmək, 
icraçılar üçünsə hansı effektiv metod və vasitələrdən, idarənin dəqiq 
məqsədlərindən və texniki alətlərin istifadə edilməsi amillərindən 
asılıdır.Bu gün qabaqcıl dünya Gələcək Araşdırmaları –Futurologiya 
elmindən qərar qəbulunda, problem həllində, analizdə çox uğurla 
istifadə edir. Bu təcrübə Azərbaycan üçün də çox faydalı olardı. Mən 
bu elmin tədris edilməsinə, təlim mərkəzi yaradılmasına çox cəhd 
etmişəm. Lakin məmur etinasızlığı ilə  qarşılaşmışam. 
Bütün həyatı  və idarəni qanunlardan asılı etmək də  zərərlidir. 
Çünki qanunlar gec dəyişdirilən  və daha az mütəhərrikdir və daim az 
və çox dərəcədə nasazlığa malikdir.  
Azərbaycanda  dövlət ilə biznesin birləşməsi və  cəmiyyətin və 
insanın təklənməsi müşahidə olunur. Yəni dövlət məmurlarının sui - 
istifadə edərək bütün böyük biznesləri öz və ya tayfalarının əllərinə 
(mətbuat 12 tayfanın  əlində olmasını  xəbər verir)  keçirməsi dövlət 
siyasətinin məhz həmin bizneslərin mənafeyinə tabe edilməsi 
deməkdir. Siyasətin  əsas mahiyyəti də  məhz həmin bizneslərin 
inkişafı üçün uyğun qanunlar, sərəncamlar yazmaq, şərait yaratmaq, 
torpaq ayırmaq, kredit vermək və s. fəaliyyətdir. Özgələrin biznesi 
yenə də özgədir, onların qayğısı  əsasən çəkilmir, qanunların onlara 
da  azad tətbiqi üçün xüsusi şərtlər tələb olunur. 
Insanlarda və vəzifəlilərdə müəyyən  səhv və qeyri - etik:  dünya 
baxışları, şəxsi dəyərləri və mədəniyyətin hər vətəndaş üçün xoşbəxt 
həyatın əldə edilməsi üçün böyük mənfi təsiri vardır. Bu mədəniyyət 
və baxışlar onu optimal və ağıllı- rasional idarə etməyə, düzgün ağıllı 
qərar  və qanun hazırlamağa  imkan vermir. Məsələn, rüşvətlə gəlmiş 
və yüksək mədəniyyəti olmayan, düzgün idarə görməmiş    məmur  
necə yaxşı, ağıllı idarə edə bilər? Onun bütün fəaliyyəti yarımçıq, 
gülünc, başdansovdu olar. Gerçəklikdə  də bunu görürük. Yaradılan 
bütün dövlət idarələri, xidmətlər bu səbəblərə görə  əvvəldən 
müəyyən qədər  şikəst yaradılır – bunu tez- tez qəbul edilən  və 
dəyişdirilən qanunlar və  sərəncamlar təsdiq edir. İşçi rüşvət almaq 
məcburiyyəti qarşısında qalır. O yuxarı  məmura  şəxsən xidmət 
etməyə məcbur olur, çünki onu obyektiv qiymətləndirən və vəzifədə 
qalmasını qoruyan mexanizm yoxdur. Dövlət  bazar prinsiplərini 
anlamadan, onları bütün dövlətin funksiyalarına tətbiq edir, hansı ki 
ağıl və  məntiq qəti olaraq buna yol vermir. Məsələn, bazar 
prinsiplərinə zorakılıqla keçmiş dövlət (xalq buna etiraz edir) sosial 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə