Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə16/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   12   13   14   15   16   17   18   19   ...   81

 
46 
qabiliyyətini itirir. Belə  qılınc nə ola bilərdi? Onu tapmaq 
lazımdır. 
Qeyd etməliyəm ki, həmin dövrdəki belə nayrazılıqların və 
məmurların özbaşınalıqlarının qarşısı xalq nəzarəti, Kommunist 
partiyasının rayon katibləri və digər yuxarı  səviyyəli vəzifəlilər 
tərəfindən müəyyən dərəcədə alınırdı. Xüsusilə ölkədə  ədalət 
tapmayanlar onu Moskva vasitəsilə  əldə edirdilər, bu yaxşı  nəzarət 
və qanunçuluğu qoruyan vasitə idi. Əgər təsəvvür etsək ki, 
Azərbaycan və Ermənistan müstəqil qalmışdı. Bu halda bizdə 
özbaşınalıq, məsuliyyətsizlik daha çox olardı (müstəqillik dövrü 
bunu aşkar görsədir), nəticədə Ermənistan çoxdan Azərbaycanı işğal 
eləyərdi. Məhz SSRİ  tərkibində qalmaq Azərbaycanı  və burada 
qanunçuluğu çox dərəcədə qoruyurdu. Moskva olmasaydı, yerli 
məmurlar xalqın başına olmazın oyunlar açardı. 
 
1991-2008-ci illər.  
 
2008- ci il ilə müqayisədə keçmiş  Sovet dövründə insana hörmət 
edildiyi,  şikayətinə baxıldığı, nəticədə qanunların yerini tutduğunu 
tam əsasla demək olar. Lakin indiki dövrün keçmişin əksi olduğunu  
qəbul etməyə məcburuq.  
Keçən tarixi qiymətləndirmək üçün obyektiv kriteriyalar 
seçməliyik. Bunlar: 
1. Milli təəsübkeşlik xarakteri,  
2. Başqa ölkələr içərisində öz ərazi bütövlüyünü qorumaq ruhu, 
3. Elmdə  və texnikada beynəlxalq mükafatların miqdarı, hansı 
səviyyədə elmi və   texniki inkişafa, yaradılmış qurğu, cihaz, maşın 
metod, proqramlara, nəzəriyyələrə malikdir, patentlərin miqdarı, 
4. Dünyada hörmət edilən, sayılan  xalq statusuna malik olmaq, 
5. Torpağının artması və ya azalması xarakteri, 
6. Dünyadan  nə  qədər xeyir alır (bir başa istismar etməklə, 
sənaye  və kənd təsərüfatı malı satmaqla, turist cəlb etməklə)? 
7. Yaşamaq üçün nə  dərəcədə  əlverişlidir. Yaşayış  səviyyəsi 
necədir? 
8. Hansı  dərəcədə özünü qəsbdən və daxili üsyanlardan qoruya 
bilir? 
9. Hansı keyfiyyətdə  və qabiliyyətdə etik idarə sisteminə 
malikdir? 
10. Hansı  həqiqi  əxlaqi və  həyat dəyərlərinə, prinsiplərinə, 
rəqabətli mədəniyyətə malikdir? 


 
47
Özümüzə qiymət vermək üçün bu kriteriyaların hamısından və 
ya hər birindən istifadə edə bilərik. Lakin burada torpağın azalması – 
onun qəsbi   kriteriyası  ən universaldir.  Məhz bu kriteriya ilə bu 
günə qiymət versək, səhv etmərik.  
Bizim, dövlət quruluşumuz və mədəniyyətimiz, bilik və ağlımız,  
bacarıq və idarə qabiliyyətimiz, elm və texnologiyamız,  əxlaqımız, 
dəyər və prinsiplərimiz, davranışımız, milli xarakterimiz məhz bu 
nəticəyə - ərazimizin azalmasına    gətirmişdir, demək bunlar hamısı 
mənfi qiymətləndirilməlidir. Bu qiymətdən sonra yalnız həmin 
sahələri uyğun olaraq və sürətlə qaydaya salmasaq, ən yüksək 
səviyyəyə çatdırmasaq, biz geriyə getməyi dayandıra bilməyəcəyik, 
habelə torpaqları geri ala bilməyəcəyik, hətta qalan torpaqların da 
əldən çıxmasına səbəb olacayıq.  Əgər hər hansı bir fəaliyyət, hər 
hansı bir iqtisadi rəqəmlər torpağı almağa bir addım da 
yaxınlaşdırmırsa, o heç bir qəpiyə  də  dəymir.  Başqa kriteriyalarla 
ölçsək, eynilə deməliyəm ki, əgər hər hansı bir tikinti -quruculuq işi 
və ya qanun, sərəncam  əksər insanın ümumi və fərdi problemini həll 
etmirsə, rüşvəti kəsmirsə, iş vermirsə, gələcəyin maddi texniki 
bazasını yaratmırsa, heç nəyə dəymir. 
 
Azərbaycanın bu gününü və gələcəyini müəyyən edən  trendlər.  
 
Faydalı trendlər (qısa təsvir) 
1. Komputer və xüsusi texnologiyaların vasitəsilə ünsiyyətin, 
məlumatlılığın artması və birbaşa demokratiyaya imkan yaratması. 
2.Savadlı olanların savadının keyfiyyəti və  dərinliyinin artması 
(ümumi savadsızlığın artması fonunda), müəyyən ziyalılarda 
rasionalist baxışların, analitik görücülüyün meydana gəlməsi.  
3. 1988-2008 il dövründə baş verən dərin ictimai iqtisadi mədəni 
böhranın yaradıcılıqda, dərin ağıllı əsərlərin mədəniyyətdə və ictimai 
fikirdə,  böyük əks sədası  və yeni yaradıcılığa stimul olması  və  
ictimai şüurun artmasına səbəb olması.  
 4. 1993-2003 illərdə baş verən staqnasiyadan sonrakı dövrdə 
iqtisadi sahədə aktivliyin artması; ictimai tikinti quruculuq 
fəaliyyətinin artması.  
5. Beynəlxalq  əlaqələrin genişlənməsi və faydalı  təcrübə  və 
texnologiyaların  ölkəyə gətirilməsi. 
 
 
 


 
48 
Zərərli trendlər 
1. Azərbaycan tarixini araşdıraraq belə müəyyən edirik ki, bütün 
tarixi  ərzində    Azərbaycan xalqının  formalaşdığı  və yaşadığı 
torpaqlar daim azalmağa doğru getmiş, qonşu dövlətlər tərəfindən 
tutulmuşdur.  Son 1988 - 2008 illər arasındakı dövr də yeni böyük bir 
parça torpağın Ermənistan əlinə keçməsi  prosesi olmuşdur.  
2. Ötən 248 il ərzində müstəqil dövlətçiliyin itirilməsilə bərabər  
əsasən ümumi milli dəyərlərin- ümumxalq mənafeyi, ölkənin birliyi, 
ümumi gələcəyin, mədəniyyətin qorunması  - həyat tərzindən , şəxsi 
davranışlardan, adətlərdən, düşüncədən itməsi və  tayfabazlıq,  
qəbiləçilik, yerlibazlıq, qohumbazlıq dəyərlərinin qüvvəyə minməsi. 
3. İslam dininin ölkəyə zorla gətirilməsi ilə bərabər ümum milli 
dəyərlərin, milli mədəniyyətin mənfi təsirə  məruz qalması, milli 
özünə inamın itməsi. Savadsızlığın, xürufatın  yayılması  və qapalı 
düşüncəli cəmiyyətin formalaşması; hər cür yeniliyə, inkişafa, elmə, 
savadlılığa qarşı  müqavimətin meydana gəlməsi.  
4.  İslam dininin gəlişi ilə  bərabər despotik idarə üsulunun 
bərqərar olması ilə insanlarda azadlıq  və  sərbəst yaşamaq hissinin, 
sərbəst düşüncənin itməsi, qul psixologiyasının yaranması. Xüsusilə, 
ruhi aləmlə  məşğuliyyətin, sitayişin və  dini    ibadətlərlə, dinlə 
keçirilən  həyat tərzinin formalaşması.  Dinin tiryək rolunun artması.    
5. Getdikcə əxlaqın pisləşməsi. 
6. Zorla və xüsusi düşünülmüş davranışla kapitalist 
münasibətlərinin yaradılması. Torpaqların varlıların və rüşvətlə 
varlanmış    məmurların  əlinə keçirilməsi, kənddə feodalizmin bərpa 
edilməsi. Məmur - varlı kapitalist təbəqəsinin formalaşdırılması. 
7. Məmurların cəmiyyət tərəfindən qiymətləndirilməsinə  və 
cəmiyyətin bilavasitə idarədə  və  nəzarətdə  iştirakına müxtəlif 
maneələrin yaradılması. Məmurların  təyinatının cəmiyyətin 
fikrindən asılı olmadan aparılması. 
8. Etiraz etməyən, dözümlü, qul psixologiyalı, hüququnu 
qorumaqdan, düzü deməkdən qorxan, rüşvətverən vətəndaşın 
formalaşdırılması. 
9.  İslamın  əsaslarından olan  kafir, küfr və  şeytan 
konsepsiyalarının insanları    və qrupları    əməkdaşlığa deyil, 
düşmənçiliyə, irəli gedənə mane olmağa,  hər vəchlə  öz şəxsi və 
qrup mənafeyinə uyğun olmayanlara kafir adı verməklə öz 
düşmənçilik hərəkətlərinə  mənəvi  əsas tapması; habelə ona mane 
olan həqiqətlərə, ideyalara və fikirlərə küfr adı verməklə onları 
eşitməkdən imtina etməyə; günahları isə  şeytanın adına yazmağa 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə