Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə15/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   11   12   13   14   15   16   17   18   ...   81

 
43
rüşvət bəs edirdisə, artıq  polisə 1000 manat rüşvət vermişdi.  Ölkə  
nə  qədər düzəlirdisə, digər tərəfdən başqa fəaliyyət sahələrində 
pisləşmə baş verirdi. Daha sonra Əliyev Moskvaya gedəndən sonra 
respublika ümumi olaraq nəzarətsiz pisləşməyə başladı. Yadımdadır 
ki, işlədiyim konstruktor bürosunda əməkdaş 1990-cı ildə  kənd 
təsərrüfatı nazirliyinə bir məktub aparmışdı ki, müqaviləni təsdiq 
etsinlər. Orada ona demişdilər ki, burada qaydadır, rüşvət verməsən 
heç nə  əldə edə bilməzsən; məktubun içinə böyük miqdarda pul 
qoysun, yoxsa məsələ müsbət həll olunmayacaq. Dostum Petruxinlə 
yaratdığımız bir qurğu neft şirkətində  tətbiq olunurdu və xeyli 
səmərə verirdi. O getmişdi ki, onlar bu faktı  təsdiq edən arayış 
versinlər, lakin onlar xeyli rüşvət tələb edərək vermədilər.    
Bu dövrün analizi göstərir ki, ölkəni idarə etmək üçün təkcə əmr 
- sərəncamlar metodu, şəxsi tələbkarlığa ümid  etibarlı metod 
deyildir.  İnsan həmişə qaydalığı  eyni səviyyədə saxlamaq üçün 
tələbkarlığını eyni saxlaya bilməz. Qaydasızlığı artıran amillərin 
daim əks təsiri ilə o axırı yorular və tələbkarlığını zəiflədər. Lazımdır 
ki, ictimai sistem hamının iştirakı, tələbkarlığı    və  məsuliyyəti  ilə 
könüllü, yaxşı  işləsin, yəni qaydalılığını saxlasın və daha da 
təkmilləşdirsin. Lazımdır ki sistem bir rəhbərdən asılı olmadan və 
yaxud o ideal rəhbər olmadan da öz-özünə yaxşı işləsin. Əgər dövlət 
başçısının şəxsi düşüncəsi və meylləri optimal tələb ediləndən zəif və 
tələbkarlığı yoxdursa, özünü tənqid edə bilmirsə, belə ölkə haraya 
gedib çıxa bilər? Lakin kim özünü tənqid etməyə  həvəslidir? Heç 
kim. Hər kəs, eynilə dövlət rəhbərləri də, məmurlar da özünü tənqid 
etməyə, öz səhvini tapmağa  çox az qabildir. Bu problemin  rasional 
həllinin tapılması çox vacibdir. Çünki özünü tənqid etməsən, yəni 
səhvlərini görməsən, necə effektiv inkişaf edərsən, gələcəyini necə 
yaxşı qura bilərsən? Yaxşı olmazmı elə addım atanda onu elə 
hesablayasan ki, düz olmağına əmin olasan, sonra atasan, səhv edib 
sonra peşman olmayasan?  Gələcək və yaxşı  həyat məhz bu 
məsələnin həllindən asılıdır.  Ictimai sistem axı  həmişə  müdrik və 
özünün  və başqalarının səhvlərini görə bilən  adamın  başçı olmasına 
qarantiya vermir.  Bu başçı yaxşı da ola bilər, pis də, məsuliyyətsiz 
də. Bu son halda ölkənin məhvə getməkdən başqa yolu yoxdur.  
Icmaların tək başçıya - lap o çox yaxşı olsa da - ümid etməsi  düzgün 
həyat yolu deyildir. O başçı öləndən sonra tarixdə  həmişə başqası 
onun yerini tutaraq həmin ölkəni məhvə sürükləmişdir. Deməli, 
ümidi müdrik təkbaşçıya deyil,  ictimai sistemin ağılla, rasional 
qurulması qayğısına qalmaq lazımdır ki, o tək rəhbərlərdən asılı 


 
44 
olmasın, daim düz istiqamətdə ağılla idarə olunsun. Bu ağıl isə yenə 
də  kollektiv ağıldır. 16-cı  əsrdə  Məhəmməd Fizuli də öz “Şikayət 
kitabında” yazırdı ki, “salam verdim, rüşvət deyil deyə, almadılar”. 
Bu fakt da sübut edir ki, rüşvət və digər mənfi qiymətləndirilən 
xarakterik əlamətlər elə keçmişdən gəlir, yəni elə ictimai sistemin öz 
məhsuludur.  Keçmişdən  1991-ci ilə-Sovet dövrünün sonuna qədər  
Azərbaycanın təsvir edilən belə bir vəziyyətinin, çatışmazlıqların 
səbəbləri nə idi?. Burada nə isə böyük, lakin gözə görsənməyən 
səbəb vardır ki, bu məsələ dərin analız tələb edir. Məhz bu səbəbləri 
tapandan sonra Azərbaycan xalqı haqqın yolunu tapa bilər, özünə 
layiqli həyat qura bilər, xalqlar arasında onlarla bir səviyyədə, hətta 
üstün ola bilər. Bunu Azərbaycan xalqı  və xüsusilə daim onun 
rəhbərləri olmağa çalışan  şöhrətpərəst insanları anlamalı  və 
unutmamalıdır. Əvvəl, vəzifə tutmaq istəyənlər fikirləşməlidirlər ki, 
“mən bu işi görməyi bacararammı, mən layiqəmmi”? Axı  işin 
nəticələrini heç cürə gizlətmək olmaz, o gözlə görünəcək, o dillərdə 
qiymət alacaq, danışılacaq, gülünc vəziyyəti başqa xalqlar görüb 
güləcəklər. Necə olur ki, özünü layiq və əxlaqi, düzgün hesab edən 
şəxs vəzifə tutandan sonra ictimai xeyiri qurban verərək, yalnız öz 
xeyrini güdməyə başlayır,  bunun üçün yaxşı şəraitin olduğunu tez 
aşkar edir. Məhz bu şəraiti ondan əvvəlkilər yaratmışlar. Dövlət 
səviyyəsində isə dövlət sisteminin əsası olan konstitusiyanı  məhz 
əvvəlki  vəzifəlilər məmurun diktatı üçün ona lazımı  şəraiti 
yazmışlar: hesabat verməməsi, qiymətləndirilməməsi, 
cəzalanmaması, idarə hərəkətlərini, xərclənən pulları gizlədə bilməsi, 
ictimai  əmlakı  mənimsəyə bilməsi, rüşvət ala bilməsi, ayrıseçgilik 
edə bilməsi. Digər rolları (vətəndaşlar, məhkəmə, parlament, nazirlər 
və s. üçün) isə  əsas aktyorun - məmur və ya  ali rəhbərin roluna 
uyğun təyin etmişlər. Lakin yaxşı  və effektiv işləmək üçün lazımı 
yaxşı şəraiti, icra və qanun mühitini yaratmamışlar.  
Tipik olaraq idarəetmə  aşağıların yuxarılara tabe olması, bütün 
göstərişlərini danışıqsız yerinə yetirməsi və yuxarıların aşağıları ört-
basdır edə bilməsi; yuxarıların xüsusi qrupa məxsus olması 
formasında konstruksiya edilmişdir. Bu diktator konstruksiyasıdır. 
Müasir ağıl və şəxsi məsuliyyətlər dövrünə uyğun deyildir.  
Böyük siyasətçinin fəaliyyətinin nəticələrinə qiymət verilərkən 
qeyd etməliyəm ki, onun təkbaşına məmurun  şəxsi keyfiyyətləri 
və  tələbkarlığına və hegemoniyasına  əsaslanan idarə metodu  
uğursuzluğa düçar oldu. O bu sistemə qalib gələ bilmədi, sistem ona 
qalib gəldi. Onun birinci dövr hakimiyyətinin axırına yaxın və o 


 
45
Moskvaya gedəndən sonra sistem yenə  də  əvvəlki vəziyyətinə 
qayıtdı, məmur məsuliyyətsizliyi və idarə nasazlığı üzə çıxdı. Onun 
özü qayıdandan sonra xəyanətkar məmurların olduğunu gördü. Buna 
baxmayaraq, o, əsas dəyəri - məqsədi sabitlik yaratmaq və yenə  də 
məmur diktatını saxlamaq olan  idarə konstruksiyasını seçdi. 
Konstitusiyanı da məhz belə layihələndirdi. Halbuki bu metod tarixin 
sınağından çıxmamışdı. Bunun səbəblərini tapmaq oxuculara qalır. 
Yuxarıdakı sualın cavabını  tapmaq    və onu həll etmək üçün 
dövlət həqiqətən böyük maliyyə  vəsaiti ayırmalı  və xüsusi tədqiqat 
institutu yaratmalıdır. Bu məsələ kabinetlərdə siyasətin tətbiqi ilə
əmr və  sərəncamlar metodu ilə  deyil, yalnız institutlarda obyektiv 
elmi metodlarla, kollektiv ağılla  həll edilə bilər. Mən bu problemin 
araşdırılması üçün lazım olan ilkin fərziyyələri  göstərmək istərdim: 
-
 
Bu gün baş verənlər keçmişin məntiqi davamıdır, 
təsadüfi,  gözlənilməz  deyil,  demək, keçmişi dərindən analiz 
etməliyik. 
-
 
Islamın gətirdiyi despotik idarə  və qapalı, yəni sərbəst 
düşünməkdən məhrum olan düşüncə  tərzi , əhəmiyyətli rol 
oynayır. Bunun nəticəsində insan dini liderə oxşar olaraq 
(xürufatın və  təbliğatın nəticəsi kimi), rəsmi məmuru ağa, 
onun qarşısında isə özünü  müqavimət göstərən deyil, qul 
hesab edir. Onu keçilməz və  dəyişməz hesab edir. Qanunu 
qanun deyil, məmurun sözünü, təlimatını, davranışını  və 
qərarını qanun hesab edir. 
-
 
Nə üçün başqa  qonşu ölkələrdə olmayan və ya cüzi 
olan mənfi keyfiyyətlər məhz bu ölkədə    və daha çox baş 
verirdi?  Şübhəsiz, milli xarakter, ağıl tipi, fərdi və ümumi 
icma dəyərləri xüsusi rol oynayır. Deməli, onları  dəyişmək 
üçün layihə qurmaq lazımdır.  
-
 
Hər gün davam edən ictimai, iqtisadi, siyasi sistemin 
fəaliyyəti  təsvir edilən mənfi keyfiyyətləri təkrar istehsal 
edir. Yəni bu eyiblərin kökləri sistemdə axtarılmalıdır. 
-
 
Insanlar dünyaya hazır baxışları, düşçüncə  tərzi 
olmadan gəlirlər. Bu keyfiyyətlər sonradan məhz konkret 
idarə və qanunçuluğun yönəltməsi və yetişdirməsi ilə yaranır. 
-
 
Qılınc müsəlmanı kimi xalqın- hər kəsin və məmurun 
başı üzərində daim qılıncın durmağı lazım gəlir ki, burada 
idarə və insanlar düzgün davransınlar və hər kəs öz vəzifəsini 
düz icra etsin.Qılınc olmayanda sistem bütövlüyünü və  iş 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə