Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə11/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   7   8   9   10   11   12   13   14   ...   81

 
32 
siyasətinin ləğvi aparılmalı, dövlətin rüsum və həddən artıq vergi  və 
tarif qoymaqla süni qiymət artımına yol verməsi dayandırılmalıdır. 
Elə edilməlidir ki, istehsalda və onu adamlara çatdıran, iştirak edən 
və xidmət edən  bütün adamlar qismən bərabər  əmək haqqı alsın, 
fərdi və ya ictimai sektorda iqtisadi obyektin inkişafı  təmin edilsin,  
heç kəs süni qiymət artırmaqla və əlavə istismar etməklə artıq pul ala 
bilməsin. Bütün qiymətlər asan kalkulyasiya edilsin və  əmək haqqı 
hissəsi dəqiq göstərilsin. Nəzəriyyədə azad qiymətlər və azad bazar 
ləğv edilir, yerinə rasional əsaslandıılmış stabil - düzgün qiymətlər 
və rasional idarə olunan bazar  təklif edilir. Həm ictimai sektorun 
(dövlət - ictimai idarə edilən), həm  də şəxsi sektorun olması  qəbul 
edilir. Rasional cəmiyyətdə əmək və mükafatlandırma sahəsində qısa 
ifadə etsək, belə prinsip qəbul edilir:  
Hər bir şəxs və ya kollektiv, təşkilat yaratdığı  məhsul, xidmət 
müqabilində optimal və digər  əmək növləri ilə rasional 
balanslaşdırılmış  olaraq öz həyatı və inkişafına (sağlamlığı, istirahət, 
ailə) tələb olunan bərabər miqdarda eyni ölçmə üsulları  və 
qiymətləndirmə metodu vasitəsilə hesablanan  mükafat almalıdır.  Bu 
prinsip istehsal və xidmət edəniin – satanın, təmir edənin  artıq 
qiymətlər qoymamasına qarantiya verir. Və qiymətlərin sabit 
qalmasını  təmin edir.istehsal qiymətləri maya dəyəri və yaşayış, 
inkişaf faizini və vergini əlavə etməklə  müəyyən edilir, sonra topdan 
satış  dəqiq rasional faizlə, daha sonra bir pilləli  pərakəndə satış 
qiyməti rasional  dəqiq faizlə icra edilir. Daha sonrakı alıb satma 
qadağandır və malın istehsal, topdan və  pərakəndə satış qiymətləri 
üstündəki birkada  göstərilərək sonrakı  əllərə keçərək   qiymət 
artmasına qadağan qoyulur və  cəzalandırılır.  Əgər qiymət artırsa, 
demək, kimsə  əsas prinsipi pozmuşdur. Bu rasional prinsip vəhşi 
kapitalizmin əsas nizamlama prinsipi olan  tələb və təklif prinsipini 
ləğv edir. Məhz tələb və təklif prinsipi  az miqdarda yüksək varlılar 
və çox miqdarda kasıblar yetişdirir və plansız idarəetmə, krizislər, 
istismar yaradır; qiymətlərin fasiləsiz qalxmasını, bahalı ölkələrin, 
şəhərlərin yaranmasına səbəb olur. Nəticədə  bəşəriyyətin böyük 
əksəriyyəti bahalığa görə maddi nemətlədən istifadə edə bilmir, 
halbuki bütün nemətlər hamının yaşamasına çatır, hətta artıq da 
qalır. Lakin insanların zəhməti və  effektiv texnikanın köməyi ilə 
yaradılmış nemətin böyük hissəsi a) dövlətlər tərəfindən hərbə, 
silahlanmaya, səmərəsiz istifadəyə, məmurların mənimsəməsinə 
gedir  b)kapitalistlərin  əlinə keçir,onlarda həmin gəlirlərin insanlara 
çatmasının, istehlakının qarşısını alır toplayır, işsiz saxlayırlar. 


 
33
Nəticədə  bəşəriyyətin  beşdə biri ac yaşayır. Ümumi gəlirlərin belə 
bölümü və istifadəsi həm kapitalist, həm sosialist ölkələrində baş 
verir. Dünyada qiymət artımı tendensiyası davam edir və ucuz 
ölkələr də buna qoşulmağa məcbur olur. Bu, kapitalizmin və 
kapitalistlərin  idarəni öz əlinə almasınin, sosializmdə isə bir qrupun 
monopolist qərar qəbulu hüququnun vəhşi nəticələrindən biridir. 
Rasional cəmiyyətdə isə istehsal olunan mal və xidmətlərin alıcısı 
əvvəldən planlaşdırılır - dünyanın bu yerində, yaxud başqa yerində. 
Burada kapitalizmin yaratdığı eyiblər olmur, olacağı halda isə 
rasional kollektiv düşüncənin tətbiqi ilə məsələ həll olunur. 
3. Baxışların düzgün olmaması  və ya səhv qəbul edilməsi 
məsələsinin həlli.  
Bu səbəb, yəni baxışlar - ətraf dünya (dünya və yerli mühit- 
sosial, mədəniyyət, həyat tərzi, idarə xarakteri, əxlaq  və s.) haqda 
görüşlər, fəlsəfi baxışlar hər bir davranışın, idarənin, fəaliyyətin
nəzəriyyənin əsasıdır. Təkcə baxışları dəyişməklə cəmiyyət və dövlət 
idarəsinin bütün sahələri kökündən dəyişilə - yaxşılaşdırıla bilər. 
Baxışlar inkişaf və xoşbəxtliyə, rasionallığa uyğun olsa, həmin 
cəmiyyət yaxşı yaşayacaqdır.  
Hər cəmiyyətdə qüvvədə olan hakim baxışlar mövcudur və bu 
onların həyat səviyyəsinin, inkişafın göstəricisidir. Məsələn, hakim 
qrupun baxışları-öz qrupuna üstünlük verməsi, bütün cəmiyyət 
mənafeyini ikinci dərəcəli sayması  həmin cəmiyyətin bütün 
bədbəxtliklərinin səbəbidir. 
Xüsusilə, a) hamının iştirakı  və  mənafeyinə uyğun; b) dünya 
bəşəriyyətinin topladığı  ən son ağıla və  təcrübəyə uyğun  rasional 
baxışlar yaratmaqla  cəmiyyət həddən artıq səmərələşə bilər. 
Məsələn, 1) mövcud qanunların təminatı  və asayiş  cəza vermə 
üsulu(həbs) ilə  təmin edilir. Bu nəticədə ona səbəb olur ki, insan 
qanunu pozanda polis, prokuror, məhkəmə sevinir, həbsxanalar 
qanun pozanlarla doldurulur və insanlar daha pis vəziyyətə salınır. 
Halbuki, belə metod  qanun pozanların sayını azaltmır, insanlar təbii 
olaraq qanun və qaydaları pozmağa meyllidirlər, bu onların 
xassəsidir. 2) Əgər başqa baxış  tətbiq etsək, məsələn, qanun və 
asayişin pozulmalarının baş verməzdən qabaq qarşısını almaq, belə 
meylli və meylli olmayan insanlara zəruri  təlimlər, izahatlar və 
yaşamaq, işləmək, yaratmaq imkanları vermək. Bu halda başqa idarə 
sistemi və sosial, iqtisaditədbilər tədris institutları, müalicəxanalar 
yaratmaq lazım gələcək insanları həbs etməyə ehtiyac olmayacaq.  


 
34 
Sülh və xoşbəxtliyin əldə edilməsi məsələsi  sadəcə “gəlin sülhdə 
yaşayaq və xoşbəxt olaq” deməklə  qazanıla bilməz.Yuxarıda 
göstərildiyi kimi bu nəticələr üçün konkret və  tələb olunan kimi 
davranmaq, təşkil və idarə strukturunu bu nətəcəyə  gətirəcək 
formada rasional qurmaq lazımdır. Yəni insanlar bir - birinə düz 
münasibət saxlamalı, başqasının haqqını pozmamalı, birgə  əmək və 
təbii ehtiyatların nəticələrni hər kəsə bərabər çatmasını təmin etməli, 
düzgün idarə olunmalı, hər kəs öz borcunu tam və  məsuliyyətlə 
yerinə yetirməlidir. Xüsusilə, bu dövlətlər daxilində və arasında ciddi 
əməl olunmalıdır. Bu məsələdə də  ümumi baxışlar əsas rol oynayır. 
Müşahidə olunur ki, dövlət daxilində sülh göstərilən qaydada əldə 
olunmursa, həmin xalqın böyük problemləri olur- parçalanma və 
xaricdən aqressiya, xarici zorakılıq və dağıdıcı  təsir, ölkədə 
hakimiyyətin diktaturası, azadlığın pozulması, demokratiyanın 
kəsilməsi, diskriminasiya və korrupsiya idarəsi – qarantiyadır. 
 
Yeni rasional - kamil cəmiyyətdə dinlərin rolu 
 
Yeni rasional sivilizasiyada insanlara faydalı olmaq üçün, 
millətləri və xalqları bir- birindən ayırmağa son qoymaq üçün 
dinlərin, xüsusilə, islamın reforma olunması ehtiyacı  daha kəskin 
meydana çıxır. Xristianlıq isə xeyli reforma olmuşdur. Ona yenə 
reforma lazımdır.Teist dinlərinin əsas istinad mənbəyi olan Tanrının 
məna və mahiyyəti, nə olması; görünməz dünya - mələk, cin, ruhlar 
elmi formada öyrənilməli və burada olan yanlışlıqlar və səhv mənalar 
aşkar edilməlidir. Bu sahədə olan həqiqəti demək və yazmaq 
qadağanları  ləğv edilməlidir. Bu qadağanlar güman ki, bütün 
dövlətlərdə vardır. Dinlər,  şübhəsiz, bu günkü formada kamil 
cəmiyyətə uyğun deyil və onları birdən ləğv etmək mümkün deyildir. 
Ona görə onları reforma etmək və xalqlara və bütövlükdə bəşəriyyətə 
faydalı formaya salmaq, zərərli cəhətlərini ləğv etmək; daha yaxşısı, 
onları birləşdirib vahid bir elmi - din yaratmaq lazımdır, hansı ki əsas 
funksiyası fövqaladə qüvvələrə qorxu yaymaq və onlara sitayiş deyil, 
cəmiyyətin üzvü kimi onun işlərində, səmərələşməsində, 
problemlərinin həllində aktiv iştirak;  əxlaqın təbliği, humanist, 
psixoloji, sosial  xidmətlər, elmi meditasiya  olmalıdır. 
Təklif edilən rasional cəmiyyət nəzəriyyəsində,  şübhəsiz, dinlər 
araşdırılmış Tanrı  və digər görünməz varlıqlar müəyyən qədər 
öyrənilmiş və məntiqi nəticələr   əldə edilmişdir. Müəyyən edilmişdir 
ki tək tanrıya sitayiş dinlərinin ruhaniləri:  İslam və  İudaizm tanrıya 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə