Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə10/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   6   7   8   9   10   11   12   13   ...   81

 
29
məsuliyyətsiz, korrupsiyalı idarə, rasional idarənin olmamasını əhatə 
edir. 
2. Əməyin nəticələrinin düzgün bölünməməsində olduğu aşkar 
edilir. Bu problemi həll etmək üçün, demək, düzgün idarəetmə 
konstruksiya edilməli və  əməyə stimulu azaltmadan, onun 
nəticələrinin düzgün bölmə mexanizminin tapılmasından ibarət 
texniki məsələ  həll olunmalıdır.    Bu  isə   düzgün qərar qəbuletmə 
qaydalarının və prinsiplərinin yaradılması deməkdir.  
3.  Üçüncü, lakin hər davranışın  əsası olan səbəb dünya, 
təbiət, cəmiyyət, insan haqda səhv baxışların (habelə mif, 
paradigma, adət, etalon)  olması və ya düzgün formulə edilməməsi 
və ya bir qrupun baxışlarının bütün cəmiyyətə  sırınması  və 
cəmiyyətin baxışları kimi qələmə verilməsi. 
Göstərilən məsələlər aşağıdakı kimi həll olunur. 
1. İdarəni səmərəli etmək məsələsinin həlli. 
Müşahidə  və araşdıma göstəmişdir ki, dövlət idarəsinin həyata 
keçirilməsi  və lazımı qanunların qəbulunun hakim - əsas 
cəmiyyətdən fərqli qrup tərəfindən edilməsi  nəticələr üçün əsas 
müəyyənedici amildir. Digər amillər isə: a) elmi metodların tətbiqi
b) gələcəyin düzgün təsəvvür edilməsi, c) məsələlərin düzgün 
formulə edilməsi və prioritetlərin seçilməsi; d) düzgün starategiya və 
planlar qurulması; e) fəaliyyətin koordinasiya edilməsi  və nəzarətdir. 
Hər hansı qrup hakimiyyətdə olduqda, şübhəsiz, yalnız öz qrupunun 
üstün mənafeyini güdür və ona görə idarə bütün cəmiyyət mənafeyi 
üçün səmərəli olmur. Bu problemi həll etmək üçün a) birbaşa 
demokratiya - cəmiyyətin hər bir üzvünün qərar qəbulu və 
qanunvericilikdə  iştirak etməsi və b) birbaşa hər kəsin idarənin 
icrasında iştirak edə bilməsi təklif olunur.  Bunun üçün məmurların 
illik qiymətləndirilməsi və yenidən postların azad bilik və bacarıq, 
əxlaqi davranış, qərar qəbuletmə, strategiya qurmaq və planlaşdırmaq 
bacarığı yarışı vasitəsilə doldurulması təklif edilir. Belə formada  hər 
etnik qrup, kənd,  şəhər, region üzrə  hər bir vətəndaş  iştirak etmiş 
olur. Bunu həyata keçirmək üçün rasional qərar qəbulu 
prosedurları  və rasionallıq prinsipləri  və bunu istifadə edəcək 
xüsusi komputer proqramı  və ictimai idarəetmə, məlumat və 
ekspertiza institutları yaradılması  təklif edilir. Məhz buraya gələrək 
və ya gəlmədən evində  hər kəs istəsə qeyd olunaraq məlumat 
bazasına girərək ölkə,  şəhər, region, qəsəbə, və  kənd üzrə  qanun 
vericilikdə və strateji, idarə, büdcə, qərarları layihələrində iştirak edə 
bilər. Hər kəsin iştirakı məhz qeyri - bərabərliyi, konfliktləri aradan 


 
30 
qaldırar və    mənafelərin bərabər müdafiəsinə  və rasional qanun və 
qərar qəbuluna səbəb olar. Məmurların qiymətləndirilməsi və  hər 
kəsin idarədə iştirak imkanı - ali rəhbərdən tutmuş aşağı məmuradək- 
rüşvətxorluğun, dələduz adamların idarədə qalmasının, pis idarənin 
qarşısını alır. 
Kommunist sosializmindən  fərqli olaraq rasional cəmiyyətdə 
kommunist  diktatutrası deyil, lap başlanğıcdan kollektiv qanun və 
qərarvericiliyi və ictimai nəzarət olunan və qiymətləndirilən  icra 
tətbiq edilir. Digər tərəfdən, burada təkbaşçılıq deyil, yəni”ağlım 
necə kəsir, elə edirəm” deyil, kollektiv ağılın qoyduğu formada icra 
həyata keçirilir. İcraçının ağlının, mənafeyinin rolu yoxdur. O yalnız 
kollektiv formada hazırlanmış hazır qanun və sərəncamları icra edir. 
Lakin aşağı idarə səviyyələrində icraçının hər hansı bir qərar verməsi 
ona həvalə edilmişsə o öz ağlı ilə deyil, yenə də kollektiv ağılla qəbul 
edilmiş strategiyalarına, rasionallıq, təbii insan, həyat hüquqlarına, 
zərər verməmək prinsiplərinə  uyğun qərar verə bilər və hər bir kəsin 
onun səhv etməsi iddiası ilə onu məhkəməyə, və ya nəzarət, ictimai 
qiymətləndirməyə çəkmək haqqı var. Təklif olunan sistemdə məmur 
istədiyini edə bilməz: diskriminasiya, öz qohumlarına imkan yaradıb, 
başqalarına imkan verməmək, rüşvət almaq, istədiyi yerdə ictimai 
torpağı satmaq, şəhəri mağazaya çevirmək, ictimai əmlak olan 
ağacları qırıb yerində supermarket tikdirmək, yaşıllıqları məhv edib 
orada ev  tikdirmək, öz ailəsi üçün ictimai vasitələrdən istifadə 
etmək, büdcəni mənimsəmək, xalqı aldatmaq, seçkini 
saxtalaşdırmaq, kiminsə cibinə narkotik, qumbara qoymaqla həbs 
etmək, öz funksiyasını icra etməkdən imtina etmək və s.   
Rasional cəmiyyətin xarakterik cəhətlərindən biri odur ki, bu 
cəmiyyət bir konkret başçısı, rəhbəri olan cəmiyyət deyil, tarixdən 
indiyədək olmuş  ağa - qul sistemi  cəmiyyətindən fərqli olaraq. 
Burada səlahiyyətli başçı yoxdur. Yalnız dövrü olaraq (həftədə, ayda 
və s.)dəyişilən sistemə xidmət edən dispetçerlər var . Burada ierarxik 
tabeli məmurlar idarə pilləsi yoxdur. Burada avtonom özünü yalnız 
ümumi qəbul edilmiş strategiyalara, planlara, prinsiplərə uyğun idarə 
edən icmalar var. Fasiləsiz, gecə  və gündüz, hədlər qoyulmadan 
qərar qəbulu, elmi araşdırma, problem həlli prosesi işləyir. Dipetçer 
onun nəticələrinin aşkar edilməsinə  və elan edilməsinə, məlumatı 
yaymağa xidmət edir (elektrik stansiyası, kimya zavodu dispetçeri 
kimi), yüksək fərqli səlahiyyəti qərar qəbulu səlahiyyəti olmadan. 
Hər icma bilavasitə ümumi icmanın –dövlətin üzvüdür. Əvvəl 
icmalar ümumi –dövlət strategiyalarını, planlarını, prinsiplərini 


 
31
hazırlamaqda iştirak edir, sonra ümumi hazır strategiyalara və s. 
uyğun olaraq icma inkişafının strategiya və planlarını, vəzifələrini 
müəyyən edirlər. Idarəyə nəzarəti icma elmi texniki şurası  rəsmən və 
hökmən və hamı - istəsə  nəzarət edir və ümumi qərarlar 
hazırlanmasında isə hamı- istəsə    və  şura - hökmən  iştirak 
edir.Yuxarı pillə -ümumi dövlət icraçıları    aşağıya vacib göstərişlər 
(nəyi necə etmək, kimə vəzifə vermək) verə bilməzlər- yalnız nəzarət 
məlumatları, hansı ki aşağı icma şurasında baxılır və  hər icma 
icraçıları öz icma şuraları  və üzv - vətəndaşlar qarşısında (yalnız 
texniki işləri görmək üçün) məsuliyyət daşıyır. 
2.  Əmək və onun nəticələrinin bölünməsi  məsələsinin həlli.  
İndiki  əməyin təşkili forması  əməyə - çalışmağa güclü stimul 
yaradaraq və saxlayaraq insanları  bərk teylor sistemi ilə  işlədir.  
Lakin bu əməyin nəticələri pula çevrilərək (və ya pulla ölçülərək) 
əmək haqqı , bölmə və yenidən bölmə, ticarət və banklardan keçmə 
prosesi  vasitəsilə yenidən qruplaşmağa başlayır-nəticədə pullar 10 -
20 %  əhalinin əlinə toplanır. 
Bu pulları (nemətləri) yaratmış  əmək, elm, idarə adamları (80-
90% əhali)onlara düşən az miqdarda  pul ilə yaratdıqları və ya iştirak 
etdikləri nemətləri lazımı  qədər  əldə edə bilmirlər. Həmişə ehtiyac 
içindədirlər. Əlinə pul toplamış 10-20 % əhali  və dövlət məmurları 
və varlılar həmin pulla israfçılıq edir, səmərəsiz istifadə edir, 
xərcləməyə yer tapmır, həddən baha hotellərdə qalır, özlərinə 
milyonlarla dollara bina tikir, şəkil alır, toy edir və s. Beləliklə 
yaradılan nemətlər bolluğunun cüzi hissəsi    80  %  əhaliyə xidmət 
edir, çox hissəsi isə daha az 10-20% varlı - hakim sinfə çatır və 
səmərəsiz sərf olunur. Böyük sayda dövlətlərdə isə ictimai  sahəyə 
ayrılan  nemətlərin  çoxu dövlət məmurları , oliqarxlar və onlarla 
birləşmiş transnasional kompaniyalar və daxili monopoliyalar 
 
tərəfindən bu ya digər üsulla mənimsənilir. 
Bu problemi həll etmək üçün  rasional rentabellik normaları, 
pərakəndə satışın dəqiq gəlir faizi normaları,  əmək haqlarının 
istənilən sahədə və ticarətdə stimulları təmin etmək şərtilə qismən və 
rasional bərabərliyi,  əməyin rasional təşkili, təhlükəsizliyi və  iş 
növlərinin unifikasiya olması, bərabər və eyni peşə  əməyinə bərabər 
haqq verilməsi , əmək haqqı və mükafatların rasional təyin edilməsi; 
maaşların  maksimum və minumum hədlərinin  təyin edilməsi,  
hamının  bilavasitə    işləməsinin təşkil edilməsi; hər kəsə  zəruri 
normal həyat səviyyəsi təmin edəcək  əmək haqqı verilməsi, normal 
həyat səviyyəsi standartlarının qəbulu,  habelə azad qiymət 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə