Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə12/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   8   9   10   11   12   13   14   15   ...   81

 
35
antropomorfik – insani xassələr özlərindən uyduraraq səhv tanrı 
anlayışı yaratmış  və ondan biznes və hakimiyyət məqsədi üçün 
istifadə edən dini sinif yaratmışlar. Xristianlıq isə zaman - zaman 
ilkin nəzəriyyəsində  və köklərində olmasa da  kilsələr tərəfindən 
hakimiyyət və biznes vasitəsi, insanlığa sərbəst düşüncə imkanı 
verməyən  alətə çevrilmişdir. 
Keçmiş dini Tanrı anlayışlarının  əsasən səhv olması  dəlillər və 
məntiqlə  əsaslandırılır. Bu səhv anlayış  və izahların bəşəriyyətə 
gətirdiyi qırğınlar və insan qrupları arası, millətlər arası düşmənçilik 
və bəlalar aşkar edilmişdir. 
İİ BÖLMƏ. 
AZƏRBAYCANIN YAXŞI GƏLƏCƏYINİN AXTARIŞI. 
RASIONALLAŞMA ÜÇÜN SƏBƏBLƏR. 
 
Giriş. Universal həyat qanuna uyğun olaraq gələcəyin necə 
olacağını bilmək və ona hazırlaşmaq üçün keçmişə  və bu günə 
qiymət verməliyik. Dünyanın  dəyişilikləri daxilində Azərbaycan 
necə olacaqdır və ona keçmiş və bu günün siyasəti hansı təhlükələri, 
problemləri qoymuşdur  və ya yaratmaqdadır? Gələcəkdə faydalı 
olacaq hansı maddi əsaslar yaradılmışdır? Dövlətin apardığı siyasət 
ağıl və  məntiqə uyğundurmu? Onun yaxşı  və pis cəhətlərini, icra 
formasını, sürətini, yerini, vaxtını, çəkilən cərc və  nəticələrin 
uyğunluğunu,  əhəmiyyətini  nəzərə alaraq  necə qiymətləndirmək 
lazımdır? Özümüzə, dövlətə, keçmişə, indiyə, gələcəyə necə qiymət 
verək, hansı kriteriyalar düzgündür? Iqtisadiyyatda, idarədə, 
siyasətdə, mədəniyyətdə hansı tendensiyalar baş verir? Bəli, yalnız 
bu suallara cavab verəndən sonra biz arzu edilən gələcəyimizi 
planlaşdırıb həyata keçirə bilərik.   
Qeyd edim ki, bu bölmənin analz və  tənqid hissəsi senzorun  
qadağan tələbləri nəticəsində 20 səhifə ixtisar edilmişdir. Lakin bu 
səbəbə görə kitabın strategiyalar hissəsində  həmin strateji təkliflər, 
hansı ictimai siyasi proseslərin, səhvlərin, idarənin nəticəsi olduğu 
tam göstərilməsə  də, başa düşən üçün böyük əhəmiyyətə malikdir. 
Həmin strategiyalar və konstitusiyaya dəyişiliklər təklifi, mənim 
fikrimcə, gələcək inkişaf etmiş  mədəni və qabaqcıl Azərbaycan 
xalqının yeganə  düzgün yoludur. 
  
Keçmişə qısa baxış. Tarixi hadisələr. 
Tarix kitablarına  əsasən Azərbaycan  ərazilərində vahid Sasani 
İran dövləti 226  - 651 illərdə (425 il)  olmuşdur. Ərəb işğalından - 


 
36 
651-ci ildən sonra  861-ci ilə qədər (210 il) ölkə Ərəb imperiyasına 
qatılmış  və milli özünü dərk dəyəri, mədəniyyəti, dili və  əlifbası 
assimlyasiyaya məruz qalmışdır. Məhz  ərəb qəsbləri nəticəsində 
qədim türk əlifbası istifadə edilib təkmilləşdirilməmişdir. Türk 
qohumlu xalqlar bu gün milli əlifbasız qalmışlar, özgə-latın əlifbasını 
qəbul etmişlər. Ölkədə  ərəb islam ruhaniləri tərəfindən xalqa zidd 
ərəbləşdirmə  və islamlaşdırma siyasəti aparılmışdır, tarixi 
mədəniyyət və elmi biliklər, kitablar, kitabxanalar tam və ya qismən 
məhv edilmişdir. Avesta kitabı yandırılmışdır.  Ərəb qoşunlarının, 
habelə indiki Azərbaycan ərazisində yerləşən Albaniyanı 705-ci ildə 
qəsbi də burada yaşayan xalqlara xeyli zərər vermişdir. Alban 
xalqının və 425 il olmuş Sasani dövlətinin, hansı ki daxilində 
Azərbaycan əyaləti (Atropatena) olmuşdur, müvazinəti pozulmuşdur. 
Bu  ərazilərə  İslam ruhaniləri və  əmirləri tərəfindən hakimiyyət 
uğrunda mübarizənin müxtəlif yeni xəyanət və zorakılıq üsulları 
gətirilmiş, xalqı  ağır istismar edən və nayrazı salan idarə sistemi 
qurulmuşdur. Tarixən xalqların nəinki gündəlik  əməkdaşlıq və 
ünsiyyət, hətta düşmənçilik, döyüş, mübarizə  halları üçün də etik 
prinsipləri olmuşdur. Lakin islam rəhbərləri elə başlanğıcdan bu 
normaları pozmuş, müxtəlif mübarizə  və  cəza üsullarını ixtira  
etmişlər. Məsələn, elə ilk dəfə onlar Məkkə karvanınını qarət edib 2 
nəfəri öldürmüşdülər. Öz davranışlarında  pis əxlaq nümunələri:  
başqasının malını zorla almaq, kafir adı verərək öldürmək və ya artıq 
vergi almaq, siyasi oyunlar quraraq hakimiyyəti  ələ almaq, 
despotizm gətirmişdir. Antihumanist cəza üsulları-insan əzalarının – 
qol, qıç, qulaq, əl, barmaq - kəsilməsi, axtalamaq, boynun vurulması, 
asılma, qəddarlıqla öldürmə, daşqalaq edilmə, din adı ilə kafir elan 
etmə  bəhanəsilə insana zülm edilməsi,  soyqunçuluq, qul edilmə, 
insanı öldürmək və arvad və qızlarını özünə kəniz etmə davranışları, 
gözün çıxarılması, dərinin soyulması,diri-diri yandırma və s. əsasən 
islamın ixtiralarıdır. Koroğlu dastanında islam ruhanisinin məsləhəti 
ilə Alı kişinin gözünün çıxarılması, islam şeyxinin tələbi ilə 
Nəsiminin dərisinin soyulması, islam əmirinin Kəlilə  və Dimnə 
kitabının  ərəb dilinə    tərcüməçisi alim Müqəffanın tikə - tikə 
doğrayıb təndirdə yandırılması  və digər çoxlu sayda faktlar vardır.  
Bu pis nümunələr islamın yayıldığı xalqlarda tipik davranış növünə 
çevrilmişdir. Məsələn, Teymurləng Hindistanı tutanda hindlilərin 
əzalarını  kəsərək onların üstündə  mıxça vurulmuş taxta düzmüş  və 
yemək məclisi açmışdır-eynilə abbasilərin  əməvilərin üstündə 
düzəltdiyi  məclis kimi. 


 
37
Babək, Cavanşır və digər qəhrəmanların başçılığı ilə xalq 
istilaçılara qarşı 100 il döyüşdü, üsyanlar etdi, buna görə  də islam 
imperiyası tez dağıldı. Bütün bu əxlaqı, sakit həyatı pozan islam 
idarəsi sonrakı Azərbaycan xalqının bədbəxtliklərinə, hakimiyyət 
uğrunda mübarizəsinə, birlik dəyərinin itirilməsinə  səbəb oldu. 
Zərdüşt təliminin  əsası olan Avestada insanı öldürmək haqda  bir 
cümlə də yoxdur, insanları düzlərə, kafirlərə bölmə və sonra kafirləri 
məhv etmə, torpağını,  əmlakını  qəsb etmə ideyaları  yoxdur. 
Məlumdur ki, belə ideyalar məhz aqressiyanın, müharibənin, digər 
xalqlara qarşı nifrətin, daimi düşmənçiliyin ideologiyasıdır, hansı ki 
İslam öz əlində yaranışından rəhbər tutur. Beləliklə, islamlaşma 
qapalı düşüncə  tərzinin, antihumanist davranışların və  səhv dünya 
baxışların yaranmasına və yayılmasına səbəb olmuşdur. Tarix 
ərzində çox ağır həyat nəticəsində  məhz Azərbaycan xalqının 
Muğam mahnı janrı yaranmışdır. 
861- ci ildən Kür çayından şimala Xəzər sahilində Azərbaycanın 
bir hissəsində  1538-ci ilədək (677 il) Şirvanşahlar dövləti  olmuşdur. 
Bu dövrlərdə bu və yaxın  ərazilərdə, habelə bir - birini əvəz edən 
Sacilər, Salarilər, Rəvvadilər,  Şəddadilər, Eldənizlər, Hülakülər, 
Cəlarilər, Qaraqoyunlu, Ağqoyunlu adlı dövlətlər olmuşdur. Hər bir 
halda hər yeni qrup hakimiyyəti zorla ələ keçirmişdir və öz tayfasının 
adı ilə dövlət adlanmışdır. 1501 - 1736 illərdə (235 il) Səfəvi  vahid 
dövləti yaranmış və süqut etmişdir.  Nadir şah həmin dövlətdə 11 il  
hakimiyyətdə olmuş və  vergiləri 5 dəfə artırması, qəddar siyasəti və 
dövlətin zorakılığa  əsaslanması  səbəbilə  1747-ci ildə sui - qəsdlə 
öldürülmüşdür. 1743-cü ildən ilk xanlığın (Şəki) yaranması ilə ölkə 
parçalanmağa doğru getmiş  və digər çoxlu xanlıqlar yaranmışdır; 
yeni dövr - xanlıqlar dövrü  başlamışdır. Bu parçalanmadan Rusiya 
ağılla istifadə edərək onları, 1827-ci ildə    isə axırıncı  xanlığı  ləğv 
edərək Rusiya İmperiyasına qatmışdır. Bu xronologiyada demək,  
son 248 ildir ki, Azərbaycan xalqı öz milli  dövlətini itirmiş, onunla 
bərabər ümum dövlətçilik, ümumi millilik dəyərlərini də itirmişdir, 
bu dəyərlərin yerinə  tayfabazlıq,  qəbiləçilik, yerlibazlııq  dəyərləri  
yaranmış  və bütün milləti  əhatə etmişdir. Milli bütövlük  dəyərinin 
itirilməsində  ərəblərin alət kimi istifadə etdiyi islam dini  xüsusilə  
mənfi rol oynamışdır və bu gün də bütün xalqın həyatında 
müəyyənedici (determinant)  mənfi amildir. Bu ideologiya altında 
ölkə istismar olunmuş; var dövləti,  əməyin nəticələri daşınıb  ərəb 
ruhanilərinin və şəhərlərinin varlanmasına sərf edilmişdir. İslam dini 
ölkəyə  gəlməklə özü ilə  təriqətləri, məzhəbləri və müxtəlif dini 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə