Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə13/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   9   10   11   12   13   14   15   16   ...   81

 
38 
cərəyanları    gətirmişdir, xalqı müxtəlif qruplara bölmüşdür, sonrakı 
dini müharibələrə səbəb olmuşdur. Məsələn, sünni - şiə müharibələri, 
xüsusilə Türkiyə dövləti ilə  səfəvilər arasındakı müharibənin səbəbi 
sünni və  şiəlik idi, hər biri digərini kafir sayırdı. Mövcud dövrdə 
müşahidə olunan yuxarıda qeyd olunan bu    dəyərlərin yaranmasının 
əsasında məhz a) islamın düşüncələrə  mənfi   təsiri və b) 248 il 
ərzində  milli dövlətin ləğv olunması  dövrü durur. Məhz bu dəyərlər 
millətin zəifliyi və inkişafdan geri qalmasının əsas səbəbləri olaraq, 
onları birləşdirmir, ayırır. Belə dəyərlərlə hakimiyyətə gələn, vəzifə 
alan adamlar, habelə adi insanlar,     şübhəsiz, bu dəyərləri bildikləri 
və onunla yaşadıqları üçün ona uyğun davranış göstərirlər. Bu, 
idarəetmədə, qanunvericilikdə  “özüm, öz ailəm, öz nəslim, öz 
sinfim, öz qrupum, öz partiyam”  şüarlarında  və prinsiplərində əks 
olunur. Bu şüarların  əks tərəfində qalanlara  “Özgə”  adı  verilərək  
onlar diskriminasiya olunmağa, əzilməyə, istismar olunmağa, rüşvət 
alınmağa  layiq hesab edilir. Azərbaycan tarixi, xüsusilə Nadir şahın 
zorakı davranışı, insanlarla hesablaşmaması misalında göstərir ki, 
belə bir idarə  metodu parçalanma və zəifliyin, dövlət çevrilişlərinin, 
sui - qəsdlərin  əsas səbəbləridir. Tarixi araşdırdıqda məlum olur ki, 
tək  hakimiyyət prinsipi və bu  hakimiyyəti əldə etmək  uğrunda 
mübarizə, yerliçilik, tayfaçılıq və  qəddarlıq, zorakılıq,  
başqalarının hesabına yaxşı yaşama,  başqa insanları istismar 
etmək  dəyərləri Azərbaycanda dövlətlərin məhvi və yenilərinin 
yaranmasının, müstəqilliyin itirilməsinin, qəsblərin, nəticədə insan 
həyatının pisləşməsi və müharibələrin səbəbləridir.  Bu    həqiqətləri 
Azərbaycan xalqı unutmamalıdır. Xüsusilə  tək hakimiyyətli 
vəzifələri, hansı ki onları tutmaq üçün daim insanları mübarizəyə, 
döyüşə  və  xəyanətlərə  həvəsləndirmişdir. Məhz tək hakimiyyətə 
sahib olan insan tarixdə  həmişə qeyri - rasional idarə etmiş, böyük 
səhvlərə, zorakılıqlara  yol vermiş, ölkə insanlarını öz mənafeyi üçün 
döyüşlərə göndərmiş, qırdırmış, ölkənin insan və təbii ehtiyatlarından 
özünün yaxşı  həyatını  təmin etmişdir. Cəmiyyətin həyatını isə 
yaxşılaşdırmağı düşünməmişdir. Məhz bu eyiblərini nəzərə alaraq 
müəllifin yaratdığı Rasional Cəmiyyət nəzəriyyəsində  və onun 
konstruksiyasında tək hakimiyyət prinsipi ləğv edilir, onun yerinə 
kollektiv qanun və idarəetmə    yaradılır. Məhz  tək hakimiyyət 
vəzifəsinin özünü ləğv  etmək lazımdır, onun əvəzinə kollektiv 
idarə yaratmaq və qabiliyyəti olan istənilən  şəxsə imkan vermək 
lazımdır ki, öz sözünü, fikrini prosedurlarla desin, elmi teorem və 
qanunlarla sübut etsin və kollektiv qərarlar hazırlansın. Bu yeni 


 
39
sistemdə məhz bütün insanlara real imkan yaradılır və nəticədə arzu 
edən bütün daha ağıllılar ölkənin idarəsində, qanun yaratmaqda 
iştirak edirlər.  Daha hakimiyyəti  ələ keçirmək uğrunda mübarizəyə, 
partiyalara, prezident və baş nazirə və digər üstün vəzifəli adamlara 
ehtiyac olmur.  Onların yerinə  adi  mühəndis və texniki növbətçilər, 
dispetçer, texniki xidmətçi funksiyalarını növbə ilə, qərar qəbulu 
səlahiyyəti olmadan icra edirlər. Bu işləri nəzarət etmək üçünsə heç 
bir seçkiyə ehtiyac yoxdur. Lazımı  məlumatları, texniki idarəetmə 
qabiliyyətləri və komputer proqramlarını bilən adamlar içindən püşk 
atma ilə təyin olunurlar və bütün sutka ərzində texniki sistemə,  hansı 
ki  işin çox hissəsi avtomatik baş verir, nəzarət edirlər. Onlar  daim 
ictimai nəzarət altında qalaraq heç bir pozqunluğa yol verə bilmirlər.  
Yenidən müstəqil dövlətini yaradan Azərbaycan xalqı bundan 
sonra məhz  ümumi vətən, ümumi vətəndaş, ümumi xalq, xoşbəxt 
ümumi gələcək dəyərlərini bərpa etməli və bu prinsiplərlə yaşamalı 
və idarə olunmalıdır.    Bu  dəyərlərin təmin olmasını daim ölçən və 
analiz edən, nizamlayan insanların ictimai həyatda iştirak 
sisteminin yaradılması  zəruridir.  Əks halda, prezident, icra baççısı, 
nazir və    hər məmur öz etdiyinə  və ya etinasizlığına  ümumi xalq 
mənafeyi adı verər və öz bildiyini edər. Məhz dövləti bütöv formada 
əbədi,  daha yaxşı yaşatmaq üçün xalq və onun rəhbərləri  bu 
dəyərləri öyrənməli, gündəlik həyatında adət etməlidir. Adi dilə 
çevirdikdə bu dəyərlərin mənası nədir? Cavab: - bu odur ki, hər kəs 
digərinə  də  bərabərhüquqlu, eyni ölkənin vətəndaşı kimi baxmalı, 
ölkənin bu günü və  gələcəyinin qayğısını  çəkməli, aldatmamalı, 
yaşama haqlarını tanımalı  və  zərər verməməlidir. Cəmiyyətin 
hesabına öz cibini və  mənafeyini güdməməlidir. Idarə edən hamıya 
eyni baxmalı, diskriminasiyaya yol verməməlidir, ağılla və 
cəmiyyətin mənafeyini güdərək rasional, yəni ağla batan və səmərəli 
idarə etməlidir. Göstərilən dəyərləri könüllü icra etmək üçün 
insanlarda dərk edilmiş stimul olmalıdır. Dövlət idarəetməsi 
(qanunvericilik və idarənin icrası) həyatın inkişafında  əsas həlledici 
rol oynadığına görə, birinci növbədə  məmurların həmin dəyərlərə 
əməl etməsi lazımdır.  
Lakin demək lazımdır ki, ictimai sistem, mədəniyyət və cəmiyyət  
bu işi həvəsləndirdikdə bu baş verə bilər. Onları bu işə məcbur edən 
bir qüvvə varmı?  Bu qüvvə dövlət məmuruna nəzarət edən, onun bu 
dəyərləri pozan qanun və  sərəncamlar yazdıqda  əlindən tutub 
saxlayan, belə hərəkətlər etdikdə qarşısını alan, onu məsuliyyətə cəlb 
edən Azərbaycan xalqı ola bilərdi. Lakin  müşahidə göstərir ki, xalq 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə