Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə23/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   19   20   21   22   23   24   25   26   ...   81

 
67
çox miqdarda  və növdə rüşvət tələb edir. Burada bir məna da vardır 
ki, xalq ümumiyyətlə dövlət məmurundan yaxşı heç nə gözləmir. 
Ona təkcə öz başının salamat olması bəs edir.  Mən sizə olmuş çox 
gülməli təzə hadisələr danışa bilərəm . 
9) “Biz dözümlü xalqıq”, yəni hər şeyə, əzaba dözərik, təki bizə  
sağ qalmağa  imkan versinlər, başqa sözlə biz öz canımızı (sağ 
qalmağı) ləyaqətlə, insan kimi yaşamaqdan üstün tuturuq, yəni  
mübarizə aparmağı lazım bilmirik, sürünə-sürünə yaşamaq bəs edir. 
10) “Camahat necə, sən də elə”.”Palaza bürün el ilə sürün” 
11) “Səs vermisən, səsin çıxmasın” - ən yeni, 2008 –ci ildə  
ictimai fikrin yaradıcılığı məhsuludur.  
Göründüyü kimi bu aforizmlər bütün tarix ərzində  despotik və 
avtoritar idarə dövründə yaranıb və insanlara dövlət işinə 
qarışmamağı, cəmiyyət və dövlət idarəsində  iştirak etməməyi, qul 
kimi yaşamağı, sürünməyi və dözməyi tövsiyyə edir. Məhz belə 
xarakterdən, düşüncə  tərzindən, dünyabaxışlardan imtina 
etməliyik və xilas olmalıyıq,  əks halda bizə  uğur görünmür. Bu 
aforizmlərin hər birinə əks aforizm yaratmaq, öyrənmək və həyatda 
vərdiş etmək lazımdır.  
 
DÖVLƏTIN  ÜMUMI SISTEM ANALIZI. 
 
Elmi  analitik metodlar ölkəmiz haqda nə deyir? Bunu bilmək 
üçün insan ağlının yaratdığı sistem nəzəriyyəsindən istifadə edək.   
 Azərbaycan  ərazisində yerləşmiş insan - təbiət  birliyini 
elementlərə ayıraq:  
1. Dövlət təşkilatı,  2. Cəmiyyət ( işverən və  məmur daxil 
olmadan), 3.  Bazar (işverənlər, sahibkarlar, tacirlər,  şəxsi və 
dövlət mülkiyəti), 4. Təbii mühit   
Dövlət məmurlarının  əsas məqsədi  ictimai funksiyaları icra 
etmək, daha uzun müddət vəzifədə qalmaq və daha çox pul toplamaq 
(vəzifəni istismar etmək),  cəmiyyəti və bazarı yola vermək, lakin az 
əziyyət çəkmək;  
iqtisadi sistemin məqsədi daha çox gəlir almaq;  
cəmiyyətin  məqsədi isə  işləmək,  dinc şəraitdə daha yaxşı 
yaşamaq, təhsil, səhiyyə, su, mənzil, yol  və s. təmin edilməsidir, iş 
qabiliyyətinin tətbiq etmək, yaradıcılıqla məşqul ola bilmək 
imkanıdır. Göründüyü kimi mənafelər,  məqsədlər müxtəlifdir.  
Bu 3 elementin bərabər gücdə 4-cü element - təbii mühitdən 
istifadə etməklə qarşılıqlı əlaqələr nəticəsində rasional proporsiyada  


 
68 
balansı - qanun və idarə  hərəkətləri, prinsip və metodların, 
məqsədlərin  seçilməsi və  tətbiqi ölkənin effektiv inkişafına, hər  
insanın şəxsi xoşbəxtliyinə səbəb olardı.   
Bu təbii qanundur ki, ictimai sistemin tərkib hissələrinin 
fəaliyyətinin   bir –birilə yüksək dərəcədə, xoşluqla razılaşdırılması  
məhz sistemdə inkişafı - normal fəaliyyəti təmin edən amildir.  Lakin 
gerçəklikdə ölkədə  dövlətlə  həm  cəmiyyət, həm də    bazarla  
müvazinət,  yəni məqsəd və fəaliyyət birliyi, daxili stabillik və yaxud 
əlaqələr sərbəst razılıqla  əldə olunmur. Insanların razı olmadığı, 
onların ehtiyacına cavab verməyən işlər görülür. Bu, sosial nayrazılıq 
yaradan və inkişafa mane olan amildir. Burada müvazinət 
mahiyyətcə deyil, formal xarici davranışlarda etirazların olmaması 
görünüşünü yaratmaq metodu ilə  əldə edilir. Bu o deməkdir ki, 
dövlət,  sistemin digər elementlərini fiziki və  mənəvi, hüquqi 
cəhətdən zəif vəziyyətə salaraq neytrallaşdırır. Onları etiraz, 
mübarizə, öz mənafeyini tələb etmək gücündən məhrum edərək və  
səsini çıxaranlara  əhəmiyyət verməyərək və onları  təqib edərək, 
mitinq və nümayişlərin qarşısını alaraq  kənar müşahidəçi üçün hər 
şeyin balansda olduğu, yənu  nayrazılıq olmadığı illuziyası yaradır. 
Buradan belə  nəticə  çıxır ki, dövlət cəmiyyətin  və insanın inkişaf 
məqsədini əslində güdmür və  çox hallarda  cəmiyyətin mənafeyi ilə 
razılaşdırılmamış davranışı ilə özü - özünü və  cəmiyyəti aldadır. 
Yaxın tarixdə belə  işlər çox olmuşdur. Məsələn, insanlar nə üçün 
rüşvət verməlidir?  Əhali  bütün gəlirlərinin  son halda  60%-nin 
əhalinin 10% varlı  və dövlət məmurunu  əhatə edən oliqarxiyaya 
çatması ilə  nə üçün razı olmalıdır? Nə üçün 90 –cı illərdə bütün 
ictimai istehsalı dövlət cəmiyyətlə hesablaşmayaraq  məhv etdi, 
milyonlarla adamı  işsiz, köməksiz qoydu?  Məsələn, Xocalı, 
Gədəbəyin,  Şuşanın işğalı  və digər anlarda cəmiyyət  və döyüşdə 
olan insanlar aktiv mübarizə aparılmasını, kömək göndərilməsini 
tələb edirdi, dövlət rəhbərliyi isə  tədbir gördüyünü, kömək 
göndərəcəyini vəd edirdi və ya göndərdiyini deyirdi. Sonda məlum 
olurdu ki, insanlar aldadılır, məsələn Şuşa işğal olunanda göndərilən 
qoşun gedib Laçında  və Turşsuda durdu, müxbir onun komandiri – 
Daxili  İşlər Nazirindən soruşanda ki, nə üçün oradan irəli  Şuşaya 
kömək etmək üçün getmədiniz, o, demişdi: “yaxşı elədim”(məlumat 
üçün ANS TV –nin arxivinə baxın). Ölkədə istənilən qədər pul, silah, 
insan olduğu halda müdafiəni təşkil edə bilən idarə olmadı.  


 
69
Dövlət onun  işini tənqid edənləri, eyibləri göstərənləri  
dövlətçilik  əleyhinə  fəaliyyətdə ittiham edərək, bir qayda olaraq, 
həbs edir və ya sıxışdırır. 
Vətəni sevmək dəyəri isə hakimiyyətin siyasəti ilə atrofiyaya 
uğrayır. Dövlətin bütün fəaliyyəti nəticələri  - inflyasiya, didərginlik, 
rüşvət, pulsuzluq, qanunsuzluq,öz  hüquqlarını qorumaq imkanlarının  
olmaması, kasıblıq,  əzab- insanların vətənə sevgisini azaldır.. Bu 
səbəbə görə dövlət işqal edilmiş torpaqları döyüşlə almaqa risk etmir
çünki  öz bacarığına inanmır. Torpaqların ermənilər tərəfindən 1988- 
1993 illərdə tutulması  səbəbi -əsgərlərin döyüşə bilməməsi deyil, 
məhz dövlət idarəsinin nasaz olmasının nəticəsi idi.   
Dövlət və İqtisadi sistem əslində birləşərək bir qüvvə kimi 80% 
cəmiyyətin üzərində dominantdır - yəni ondan öz mənafeyi üçün 
istifadə edir, öz istədiyi həyat  şəratində yaşamağa məcbur edir. Bu 
onun əmək hüquqlarının pozulması, əmək müqaviləsi bağlamaması, 
pensiyadan məhrum olması,  daha çox istismar olunması (10-12 
saat),  əmək təhlükəsizliyi qaydalarının pozulması,  cəmiyyətin  
üzvünün dövlət məmuruna hər hansı bir işi düşsə,  rüşvət ödəməsi; 
işsizlik, 45 yaşdan yuxarı adamların işə qəbul edilməməsi, zəif və ya 
gülünc sosial müdafiə və ya etinasızlıq və s. nəticələnir. Bu birlikdə  
iqtisadi sistem əsasən elə dövlət məmurlarının özlərinə  məxsus 
şirkətlər və monopoliyalar və az miqdarda kənar adamlarındır, hansı 
ki məmurlara rüşvət  verməklə  fəaliyyət göstərə bilərlər.  Məmur – 
bazar oliqarxları adlanan bu sinfin əmlakı    -  cəmiyyətdən aldıqları 
rüşvətlər və ictimai əmlakdan ələ keçirdikləri  pul hesabına  banklar, 
firmalar; müəsisələr, xidmət sahələri,  torpaq sahələri, təbii 
ehtiyatlardır. Burada dövlət məmuru olmayan  və onlarla qohumluğu, 
dostluğu olmayan, zəruri rüşvəti verməyən  sahibkarların fəaliyyəti 
ümumi tendensiyaya görə  əsasən sıxışdırılır, dayandırılır, torpaq, 
icazə verilmir.  
Azərbaycan ölkəsində  dövlətin  cəmiyyətdən qeyri - asılılığı  və  
onun bizneslə birləşməsi və  cəmiyyət üzərində dominantlığı 
cəmiyyətin bu günü və gələcəyi üçün  əsas həlledici amildir və çox 
zərərlidir , belə ki, onun problemlərinin həlli  hədsiz uzun müddətə 
uzadıla bilər; yeni problemlərə salına bilər və salınır, əhalinin maddi 
vəziyyəti pis qalar; neft, qaz qurtara bilər, qəsb olunmuş torpaqları 
həmişəlik  erməni əlində qala bilər. Neft nə qədər çox çıxarılsa da , 
sadə insanlara çox az xeyri olacaq  və ya olmayacaq,  2007-2008 - ci 
illərdə olduğu kimi bu yalnız inflyasiya və həyat səviyysininn əksər 
əhali üçün pisləşməsi ilə  nəticələnir.  Yalnız  məmur -  varlı sinif 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə