Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə25/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   21   22   23   24   25   26   27   28   ...   81

 
73
məhdudiyyətlər qoyulmuşdu, praktiki olaraq gündə növbələrdə 
gözləyərək bir neçəsini istisna etsək, bu adi adamlara mümkün 
deyildi. Müşahidə  nəticələrini xüsusi məktub və  təkliflərlə dövlət 
rəhbərliyinə müraciət etsəm də  tədbir görülmədi və cavab da 
verilmədi. Xüsusi siyasətlə  iş elə quruldu ki, cəmiyyət 1 %-dən az 
aksiya əldə edə bildi, əksəri dövlətlə əlaqəsi olan  xüsusi adamların 
əlinə keçdi. Məsələn, Azərsun şirkətində belədir. Bu fakt əxlaqi  etik 
prinsipin pozulmasını aşkar edir.  
2) 1992-2003 illər  ərzində dövlət müəsisələrində istehsalın  
dövlət siyasətilə dayandırılması  və insanların məcburi işsiz edilməsi 
və bütün müddət  ərzində yaşamaq vəsaiti ilə  təmin edilməməsi 
faktını da digər böyük əxlaq pozuntusu kimi qiymətləndirmək olar.  
3) Işğal nəticəsində qaçqın və köçgünlər yarandı, onlar şəhərdə  
boş qalan və təzə tikilən mənzilləri tutdular, onların həqiqi sahibləri 
mənzildən məhrum edildi. Bu məsələdə də dövlət öz günahı üzündən  
həmin qaçqın və didərginləri öz hesabına mənzillə təmin etməyərək 
bu problemi cəmiyyətin əziyyəti hesabına həll etməyi seçdi. Halbuki 
dövlətin böyük imkanları vardır, necə ola bilər ki, o, fontanlar, 
heykəllər, hündür qüllədə bayraq və s. tikir, xarici at alır,  lakin öz 
səhvlərini düzəltmək,  əxlaqı  və etikanı gözləmək yadına düşmür? 
Budur 2007 və 2008–ci illərdə Bakıda üç böyük mehmanxana 
sökülür, məgər onları qaçqınlara vermək olmazdımı?  
4) hazırda ayda minlərlə manat gəliri olan müğənnilərə, 
artistlərə, bəzi şair və yazıçılara xüsusi dövlət təqaüdü verilir. Onlar, 
şübhəsiz, öz əməkləri nəticəsində kifayət qədər pul qazanırlar, xalq 
pulu onlara əlavə təqaüd kimi verilə bilməz  Lakin alimin, dünyada 
böyük kəşvi olan adamın konfransa getməyə, yaratdığı  kəşvi 
hazırlamağa və  sınaqdan çıxarmağa  pulu yoxdur, o özünü xalqa 
qurban demişdir, xalq da onun əməyini qiymətləndirməli, ona 
imkanlar yaratmalıdır. Elm və texnika xalqın gücünü göstərir və o 
daha prioritet  hesab edilməlidir. Müdafiə görmədiyindən beyinlər 
xaricə getmiş və həmin xalqların elm və texnikasını inkişaf etdirirlər. 
Bu paradoksal fakt da dövlətdə idarə etikasının pozulmasını göstərir. 
Mən dövlətdən soruşmaq istərdim ki, Lütfüzadənin Lütfüzadə olması 
üçün siz nə etmisiniz? Nə üçün hər bir talant böyük əziyyətlər və 
dövlət sisteminin yaratdığı maneçilikləri dəf edib böyük alimə 
çevriləndən sonra  o yadınıza düşür. Həmin Cabbarlı və ya Hüseyn 
Cavid üçün sələfləriniz yaxşı  nə etmişdi, indi heykəl qoymusunuz., 
lakin  əməldə görürəm ki, onların ideyalarının  əksinə siyasət 
aparıırsınız. Və yaxud hazırda bir çox ölkə insanları dahi olmaq, 


 
74 
Pifaqoru, Eynşteyini Nyutonu, Kantı, Nostradamusu, Pyotru keçmək  
yolundadır, onlara siz hansı köməyi edirsiniz?  
Əxlaq və etik prinsiplərin məmurların və  rəhbərlərin 
davranışında, qərarlarında xüsusilə  əməl edilməsi zəruridir. Bu 
prinsiplərin pozulması haqqında  saysız faktlar vardır. Lazımdır ki, 
bu prinsiplərin təmin olunması üçün xüsusi proqram (təlim, təcrübə, 
müşahidə, mükafat və  cəza) və icra sistemi yaradılsın. Ölkənin bu 
günkü və  gələcək həyatına,  olum ya ölüm  məsələsinin həllinə  ən 
böyük zərəri məhz əxlaqi etik pozğuntular vurur. 
 
Ermənistandan azərbaycanlıların qovulması.   
Qarabağın ayrılma tarixinin səbəbləri.   
 
Məmbələr 1896 –cı ildən sonra ermənilərin Böyük Ermənistan 
yaratmaq haqda strategiyaları  olduğunu xəbər verir. Bu strategiya 
onların arzu etdiyi ərazilərdə başqa millətlərin olmamaısını, yəni 
onların zorla çıxarılması və ya öldürülməsini  və oranı zorla tutmağı 
nəzərdə tutur. Ermənistandan azərbaycanlıların son qovulma siyasəti 
1987-ci  ilin noyabr ayında başladı. Rusiyada bir erməni alimi 
Qarabağ Muxtar vilayətinin zəif inkişafı ideyasını ortaya ataraq, 
onun Ermənistana birləşməsi fikrini irəli sürdü. Bu ideya  SSRİ -nin 
dağılması planının hissəsi idi. Sonra davamlı olaraq  zorakılıqla 
Ermənistandan və  Qarabağdan azərbaycanlıların qovulması başladı. 
Hələ 1988-ci ilin Mart ayında mən bu problemin həlli üçün Tərəqqi 
cəmiyyətinin yaradılması üçün nazirlər kabinetinə 1932-ci il qanunu 
əsasında nizamnamə  təqdim etdim.(Bu ideyanı  hələ 1987-ci ildə 
məqalə formasında İzvestiya qəzetinə çap etmək üçün göndərmişdim 
və mümkün olmadığı haqda cavab almışdım). Məni qəbul edən elm 
şöbəsinin məsul işçisi İsmayılov familiyalı bir adamla söhbət etdim. 
Mən ona vəziyyətin hədsiz ciddi olmasını, ermənilərin 
azərbaycanlıları tam çıxarmaq məqsədləri olduğunu, Ermənistanda 
azərbaycanlılara kömək edilməsi, Qarabağda ciddi və təcili tədbirlər 
görülməsi zərurəti haqda nə  qədər danışsam da, onu  inandıra 
bilmədim. O dedi: “xeyr, hökumət tədbirlər görür, ermənilər 
ortadadır, onlar heç nə edə bilməzlər”. Onun kimi bütün dövlət və 
hökumət məmurları, parlament belə düşünürdü. Lakin heç bir tədbir 
görmürdülər.  Şübhəsiz, kəşviyyat orqanları da həqiqəti rəhbərliyə 
çatdırırdı. Onlar özləri də bu məsələni  ermənilərin konkret 
məqsədləri olduğunu dərindən bilməli idilər, onların  əksəriyyəti 
tarixçi idi.  Ölkəmizdəki alimlərin də bu məsələni vaxtında anlayıb 


 
75
dövlət rəhbərliyinə məktubla müraciətləri olmuşdur. Məsələn, 1987-
ci ilin noyabrında Aspirantlar yataqxanasında raykom katibi ilə 
görüşdə  mən də  təsadüfən oturub qulaq asırdım. Alimlər çox ciddi 
olaraq məsələni katibə başa salırdılar və xüsusi məktubla ölkənin 
birinci katibinə  və raykom katibinə müraciət qəbul etdilər. Lakin  
sadə  həqiqəti ölkə  rəhbərləri, mərkəzi komitə katibləri və üzvləri, 
şöbə rəisləri, parlament  anlamağa ağılları çatmırdı.  Ona görə də bir 
tədbir görmədilər - əksinə azərbaycanlılardan silahları  yığdılar. Elə 
indiyədək bütün sistem səriştəsiz, uzağı görməyən, təşəbbüskar 
olmayan işçilərlə doludur. Ağıllılar isə bayırda, işsiz, öz xalqına 
xidmət etmək imkanından kənarda qalmılşlar.  Mətbuatın son illər 
verdiyi məlumatlara görə  ermənilər elə sovet dövründə də periodik 
olaraq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli 
sürürmüşlər və çoxlu qanunsuzluqlar törədir, azərbaycanlıları 
sıxışdırırmışlar. 1965 –ci ildə    Qaradağlı  kənd adamlarına divan 
tutmuşlar, 3 nəfərini yandırmışlar. Görünür ki, elə 1988-ci ilədək də 
Azərbaycan rəhbərliyi qorxaqlıq  və ermənilərə yumşaqlıq göstərmiş 
və ya etnisızlıq göstərərək onların millətçilik və qanunsuz 
hərəkətlərinə imkan vermişdir. Öz xalqı qarşısında sonrakı faciələrə 
gətirən böyük günah işlətmişdir. 1988-ci il ərzində bütün azərilər 
Ermənistandan, 1993-cü  ilədək isə Qarabağdan qovuldu. Görünür,  
SSRİ-nin dağılacağını  rəhbərlik - Qorbaçev bilirmiş, ona görə  də 
Ermənistana bu işdə kömək edirdilər ki, ayrılmaq olduqda Qarabağı 
da ona birləşdirib sonra bu olkə ilə yeni birlik yaratsınlar. Bu dövrdə 
hadisələr, mənim fikrimcə, ABŞ-ın ssenarisi əsasında baş verirdi. 
Ssenari  İngilis – Amerikan hegemonizminə SSRİ-ni dağıtmaq, 
sərhədlərdə konfliktlər yaratmaq, parçalanmış ölkələri öz təsiri altına  
almağa və özünün mənafeyinə xidmət etməyə, ucuz xammal və satış 
bazarlarına çevirməyi nəzərdə tuturdu. Amerikan ssenarisi 
 
respublikalarda Rusiyaya, Rusiyada isə onlara nifrət yaradılması 
şüurunun yetişdirlilməsi, bu əsasla onları ayırmağı  nəzərdə tuturdu. 
Burada, habelə  İnsan hüquqları  və demokratiya ideyalarını yaymaq 
və tətbiq etmək hərəkatı da vasitə kimi istifadə edilirdi, lakin əslində 
əsas məqsəd deyildi. ABŞ SSRİ -nin dağılmasını, Rusiya 
torpaqlarının azalmasını, gücünün zəyifləməsi ssenarisini qurmuşdu.  
Rusiya isə bu ssenaridən gələcəkdə özü üçün istifadə etmək 
ssenarisini qurmuşdu. Elə ssenari ki, SSRİ dağılsa da  formaca yeni 
asılılıq bağları ilə respublikalar ondan ayrılmasınlar, müstəqil olub, 
hərbi ittifaqda birləşsinlər. Ssenari  konfliktlərə yol verərək onlardan 
istifadə edib çıxanları özündən asılı etmək, NATO-ya birləşməsinin 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə