Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə29/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   25   26   27   28   29   30   31   32   ...   81

 
85
yardımlar, böyük demokratiya, qanunçuluq və s. olmalıdır. Digər 
tərəfdən, bahalı ölkəyə çevrilmə  daim böyük böhranlara, cəmiyyət 
üçün əzablı günlərə gətirir. Buradan belə nəticə çıxır ki, bizə - əksər 
90% xalqa dünya qiymətlərinin olduğu ölkəyə çevrilmək lazım deyil. 
Biz daha ağıllı ictimai iqtisadi sistem qurmalıyıq.  Ən aşağı 
qiymətlər olan ölkə olmalıyıq. Biz dünyaya nümunə olmalıyıq, 
dünya bizə yox.  Məsələn, Çin ucuz mallarla dünya bazarlarını fəth 
etmişdir və onlardan böyük gəlir alır. Bu o deməkdir ki, malın ucuz 
istehsalına baxmadan o başqa ölkələrdə qismən  ilk qiymətindən 
baha satıla bilər və ölkəyə böyük gəlir gətirə bilər. Başqa sözlə, bizə 
süni olaraq tarifləri qaldırmaqla, bahalı mal istehsal etmək lazım 
deyil, ucuz mallarımız bizə  də  şans verir ki, başqa ölkələrdən 
gətiriləcək bahalı mallarla rəqabət aparsın, xalq elə öz  ucuz malımızı 
alsın. Xüsusilə, neft, qazı onlardan alınan məhsulları baha yox, lap 
maya dəyərinə  və xalq mənafeyi tələb edirsə, daha aşağı qiymətə 
ölkə ərazisində satmaq lazımdır. Dövlətin bu nemətləri baha satmaq 
strategiyası gördüyümüz kimi ağıllı iş deyildir. 
Nəzəriyyəyə görə bütün həyat sahələri  harmonik inkişaf 
qanununa uyğun, yəni heç nə geri qalmadan, eyni səviyyədə inkişaf 
etdirilməlidir. Tikinti quruculuq işləri dövlətin icra etdiyi yalnız bir 
funksiyadır, lakin bu işlərin içində  də gülməli, ağılla izah edilə 
bilməyən, prioritet olmayan və qeyri-rasional tikintilər vardır.  
Şübhəsiz, belə  işləri qərar qəbul edənlər öz pulları ilə etsəydilər, 
bunu etməyə razı olmazdılar. Indiki dövrdə aparılan bu işlərin  
müəyyən  faydalı  və  zəruri olanları elə  əvvəldən,  vaxtında 
edilməliydi.  Keçmiş dövrdə bunu etməmişdilərsə, demək, səhvə  yol 
verilmişdi, harmonik inkişaf qanunu pozulmuşdu. Lakin belə 
tikintilərə aludəçilik və digər funksiyaları, xidmətləri və onların 
keyfiyyətini unutmaq da yolverilməzdir. Dövlətin məqsədi insan və 
təbii ehtiyatlardan, ictimai vasitələrdən istifadə edərək insanlara 
kifayət edən səviyyədə  həyat  şəraiti təmin etmək olmalıdır. Bu 
məqsəd konstitusiyada yazılmalıdır. Bütün tikinti - quruculuq adı 
verilən işlər  insanların  işsiz qalmağına, müalicə oluna 
bilməməyimə, rüşvət verməyə,  mühacirətə getməyə məcbur olmağa,  
zorla aztəminatlı edilməyinə, hüquqlarını qoruya bilməməyinə  əsas 
vermir. İnsanlar bu və digər problemlərdən xilas ola bilmir.  Böyük 
miqdarda problem və nayrazılığın həlli bu tikintiləri və bəzən, hətta 
heç pul da tələb etmir. Sadəcə  məmurların- dövlət idarələrinin və 
yerli özünü - idarələrin insaniyyətini,  əxlaqlı davranışını, ayrılan 


 
86 
vəsaitlərin düzgün, təyinatına görə  istifadə edilməsini, məsuliyyətlə 
öz vəzifəsini icra etməsini, rüşvət almamasını  tələb edir.   
Təhsil və test strategiyası. Kökündən səhv qurulmuş və xalqın 
gələcəyinə zidd  bir strategiyadır. Nəticədə təhsil pulluya çevrilmiş, 
təhsil müəsisələrində  yerlər azaldılmışdır, oxumaq 80 % pullu 
edilmiş, insanlar kasıblaşmışdır,  məqsəd daha az adamın təhsil 
alması olmuşdur və    yalnız varlılara imkan yaradılması olmuşdur, 
verilən diplomlar beynəlxalq aləmdə tanınmır, Dövlət Tələbə Qəbulu 
idarəsi özünə test biznesi yaratmışdır. Bu idarənin ləğv edilməsi daha 
yaxşı olardı. Gənclər istədiyi ixtisasa daxil olmaqdan müxtəlif 
manelər qoyularaq məhrum edilmişdir.   1991-ci ildən təhsil 
islahatları başlamış, test üsulu ilə imtahanlar tətbiq edilmişdir. 2008 –
ci ilə yaxşı  dərsliklər yazılmış, bir neçə min məktəb tikilmişdir. 
Məktəblərdə komputerləşmə  aparılmışdır.  Mənfi cəhətlər: yeni 
məktəblər olsa da, onlarda, habelə köhnə  məktəblərdəki təhsil 
səviyyəsi yaxşılaşmamışdır. Təhsil məktəbdən  qeyri - məktəb 
yerlərinə keçmişdir.  Şagirdlərdən pul yığılması, işə girənlərdən pul 
alınması adətləri yayılmışdır. Komputerlər formal xarakter daşıyır, 
bu haqda tam bilik verilmir. Test imtahanı metodunun seçilməsi 
test biznesini yaratmışdır. Təhsil yalnız testlərlə məşğulluğa,  başqa 
sözlə, tapmaca tapmağa çevrilmişdir. 10 -11-ci sinif uşaqları bütün 
günü testlə - tapmaca tapmaqla məşğul olurlar. Testlər isə biliyin 
artmasına kömək etmir. Əzbərçilik yaradır, uşaqların gözü həddən 
çox yorulur və  zəyif görmə, psixi xəstəlik,  əsəbilik  yaranır. Bu 
məsələnin başqa cür həll edilməsi lazımdır, eyiblər düzəldilməlidir.  
Test tapşırıqları xeyli çətinləşdirilmiş, uşaqları çaşdırmaqla az bal 
toplamağa məhkum etmişdir. Peşə təhsili başdan sovdudur və lazımı 
ixtisas və peşə vermir. Bu tədbirlər vətəndaşların azad  və beynəlxalq 
aləmdə tələb olunan səviyyədə təhsil, ixtisas, peşə almağına  zərərli 
olmuşdur. Böyük miqdarda  kasıb və ya ailəsi işləyən gənclər yaxşı 
ixtisas almaqdan məhrum edilmişdir. Ali məktəbləri qurtaranlara 
təyinat verilmir, onların  əksəriyyəti işsizlər ordusunu böyüdürlər və 
ya ixtisas tələb etməyən xidmətçi işlərində, alverdə başlarını qatırlar. 
Test üsulu gənclərə istədiyi ixtisasa düşməyə mane olur. Ali 
məktəblərdə  hər bir yaşda olan insanların, qəbul olmadan azad 
gələrək mühazirələrdə oturub bilik öyrənməsinə  və elmlə  məşğul 
olmasına, elmi iş müdafiə etməsinə  imkan verilmir, habelə ali 
məktəbdə oxumağa, istədiyi ixtisası, peşəni öyrənməyə mane olur. 
Elmlə  məşğul olmaq istəyənlərin qarşısına yerlər məhdud miqdarda 


 
87
ayrılır, ödəmə tələb olunur. Bu sayılan hallar böyük eyiblər və zərərli 
praktikadır. 
Səhiyyə strategiyası.  Səhiyyə  əsasən varlı, məmur sinfi üçün 
əlçatandır. Həddən çox insanlar müalicə oluna bilmədiklərindən 
(diaqnostika, stasionarda yatmaq, cərrahiyyə əməliyyatları, dərmanla 
müalicə, UZİ, rentgen, EKQ, diş, kardioloji xidmət və s. yoxlamalar) 
xəstə vəziyyətdə qalmışlar, əzab çəkirlər və ömürləri qısalır. Müalicə 
olunmaq üçünsə xeyli kasıblaşmaq, evdən məhrum olmaq,  borc 
almaq lazım gəlir. Formal qanun olsa da, icra edilmir. Səhiyyə pulsuz  
elan edilsə də, bütün dövlət səhiyyə sistemi nasazlıq   nümunəsidir - 
bütün xəstələrdən pul qoparılır  və xidmət edənlər məsuliyyət 
daşımırlar. Halbuki bu sistem yüksək iş qabiliyəti ilə, funksiyalarını  
tam keyfiyyətlə icra edə bilmək gücündə yaradıla və idarə oluna 
bilər. 
Turizmin inkişafı strategiyası.  Hökumət Danimarka şirkətinin  
layihəsi ilə Xəzər dənizində Nargin adasında cənnət adası layihəsini 
həyata keçirməyi nzərədə tutur. layihənin qiyməti 6 milyard 
manatdır. Burada Azərbaycan təbiətnin muzeyi, 5 ulduzlu otellər və 
villalar tikilməsi gözlənilir ( 2 fevral 2009 cu il Xəzər TV məlumatı). 
Bu  üsulla turizmi inkişaf etdirmək tamamilə ölkə prioritetlərinə 
ziddir, neft pullarını  səmərəsiz sərf etməkdir. Strategiya təbii və 
maraqlı  ərazi və tarixi obyektlərin istifadəsi  əsasında və  ən az pul 
xərcləməklə  qurula bilərdi. 
Bu qayda ilə istənilən dövlət strategiyasını araşdırsaq, onun 
nasaz olduğunu görərik, Məsələn, kapitalizmə keçid strategiyası - nə 
üçün kapitalizmə keçmək lazımdır? Kimə lazımdır?  Kapitalizmə 
keçid inkişaf deyil, geriyə doğru addımdır. Özəlləşdirmə - Nə üçün 
özəlləşdirmə lazımdır?  Kimə lazımdır?   
Gəlin,bu iki strategiyanı qısa da olsa araşdıraq.  
Kapitalizmə keçid və özəlləşdirmə strategiyası.  Kapitalizm 
yolu Azərbaycana yaramır. Kapitalizm vəhşi istismar, elmi 
tədqiqatların nəticəsinə görə insanları qruplara bölərək kasıblar 
(80%) və varlılar(20%) yaradır; müharibə, gələcəyə ümidsizlik, 
işsizlik, təbiətə  vəhşi münasibət, sərvətlərin tez istifadə edilib pula 
çevrilməsini, gələcək nəsli pis vəziyyətdə qoymaq, böhranlar  və s. 
bəlalar yaradır.    300 yüz il  mövcud olan kapitalizm artıq öz zərərli 
cəhətlərini daha kəskin göstərməyə başlayır və belə nəticə cıxır ki , 
bu yol ancaq kapitala,  yəni daha çox gəlir əldə etməyə xidmət edir. 
Pullar çox əllərdən çıxıb az miqdarda tək  əllərə,  əhalinin  10-20  
faizinin  əlinə keçir. Nəticədə isə insanların maddi vəziyyəti, sosial 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə