Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə51/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   47   48   49   50   51   52   53   54   ...   81

 
151
Bir məşğuliyyət oldu bu həyat  mənə
Hər şey necə mənasız, boş əyləncəymiş, 
Həyat kimə əzab, kimə məzəymiş 
Əgər aclar yoxsa, müharibə yoxsa, 
Məndən sonra siz ehsan verməyin, 
Mənimçün məmura rüşvət verməyin, 
Ağlamayın sizlər, görsün camahət, 
Şivəni özünə etsin bir adət
Məni yad etməyə gələn insana, 
Çay verin, yanında çörəklə halva, 
Bunlar əgər sizə asan, məqbulsa, 
Deyin nə etmişəm gələnə məndən, 
Mənim yaratdığım, qurduğum işdən, 
Saxta adətlərə əməl etməyin, 
Mənasız  dualara lüzum verməyin, 
Yad edib oxuyun ağıldan, elmdən,  
Ağılın yaratdığı müdrik sözlərdən, 
Ərşin mənasından, mükəmməl sözdən
Rasional cəmiyyətdən, Tofiq Mehdidən,  
Məni taxta tabutda torpağa qoyun, 
Mənim yaxşı işlərimi davam etdirin. 
Səhvlərimdən isə  bilik yaradın, 
Ki nəyi etmək olmaz, nəyçün, niyə! 
Nəyi etmək lazım əbədi sizə! 
 
Dəfn duası  (ölünü qəbirə qoyana qədər dövrdə oxuyurlar
Ruhlar və dirilər. 
Bu gün hamı üçün vardır, unutmayın, hamının öz vaxtı 
gələcəkdir. Həyatınıza ağıl qatın, dirilər, son günü fikirləşin, 
alicənab, xeyirxah olun. Yeni dünyaya bir nemət aparıla bilməz, 
maddi nemətlər üçün siz mübarizə edirsiniz, vuruşub, qazanıb,tikib, 
qurursunuz. Bu dünyada qalmaq üçün, nəslinizə kömək etmək üçün. 
O dünyada bunlar lazım deyildir, yalnız  şüur, bilik ora yollanar. 
Biz bilmirik orada qayda necədir, kim kimə ağadır, kim kimə quldur. 
Orada vardır biz bilirik ki, hər növ insandan qopan sahə,  şüurlar, 
ruhlar, həyatdan doymayan, rahatlıq tapmayan qəzəbli, nifrətli, paxıl, 
gözü ac, xain, bilikli, ağıllı, məsləhət verən, nurlu xeyirxah, gözü tox 
müxtəlif ruhlar. 
Orada vardır həm də keçmiş krallar, gözü doymayan rəislər, 
məkrli çarlar, lap işıqlı dünyadakı insanlar  kimi. Bəlkə bunlar hamısı 


 
152 
bir  əfsanədir? Orada tam azadlıq, tam əksinədir? Ruhlar nə xeyir 
alacaqlar biri -birindən, maddi dünyada olmadan belə. Orada xeyir 
yox, onu alasan. Ruhlar bədənlə    yaşayıb yetişən nəticədir. Maddi 
həyatla  əlaqələri var. O ruhlar  özləri gəzən fikir, arzudur. By 
dünyada qazanılan gərgin həyatın son nəticəsi olan  şüur, fikirdir. 
Bəzisi çatmışdır tam kamilliyə, bəzisi yetməmiş, nadan qalmışdır. 
Onların adları yalnız  hisslər adıdır:  Qəzəb, xoş, qəddar,  müdrik, 
xeyirxah, məkr, qatil ...Onlar bir müddət  ruhi  dünyada yaşayar. 
Yalnız canlı dünya ilə  əlaqələrilə öz fikir və hisslərini yerinə 
yetirməklə, diri insanlar vasitəsilə  məqsədinə çatar. Doymayan 
ehtirasını dirilərlə söndürər, öz fikirlərini,  əxlaqını davam edəcək 
insan ararlar, onlara yaxınlaşıb, onları öz arzu, məqsədlərinə  təhrik 
edərlər. Qoymazlar bu dünyanın canlı insanı  ağılla yaşasın, pisdən 
qurtarsın, yeni icma qursun, xoşbəxt yaşasın. Onların yarısı  əgər 
pisdirsə, yarısı  xoşdur, bəzən özü kimisinə qəzəb, acıqlar yuxuda, ya 
aşkarda hücum çəkərlər. Qəfil görsənməklə qorxu yaradar, pisliyə 
yönəldən göstəriş verər. Ya xeyirxah ruh  xeyirli yolu göstərər. Bəzi 
adamlar ayılıb  özünü peyğəmbər  sayar, hamıdan zorla  itaət, xərac 
alar. Bəzən müdrik bir nurani qoca- ruh yuxuda, ya aşkarda özün 
göstərib insana lazımı  məsləhət verər, onun probleminin həllini 
verər. 
Bu dünya olmasa ruhlar qalammaz, gücünü   yenidən bərpa 
edəmməz. Onlar özləri sahə olub yalnız bilikləri, xəbərləri, hiss, 
həyəcanları daşıyar, bütün kainatdan dünya haqda bizdən də zirək 
məlumat alarlar. Keçmişdən, indidən və gələcəkdən. 
 
Mərhuma müraciət- vida duası.  
(bir nəfər oxuyur) 
 
Bu gün vidalaşır sənlə  ey  insan,  (ölənin adını deyirlər
Səni yola salıb yaşayan  insan, 
Sənin oğul  - uşağın, həyat yoldaşın, 
Sənin ata – anan; bacın, qardaşın, 
Yaxşılıq etdiyin yaxın dostların, 
Ruhun ayrılmışdır, o seyr eyləyir, 
Sənə özü  baxır, fikir eyləyir,  
Görən necə yaşamısan həyatını sən, 
Öz oğul qızına nələr etmisən, 
Bəlkə bəzən azca diqqət  vermisən, 
Borcunu etməyib öznü güdmüsən? 


 
153
Nəyi etməmisən vaxtında bircə, 
Sirrini də apardın özünlə tezcə, 
Səfərə çıxmısan, yolun uzaqdır, 
Arzular dalınca həyat  qaçmaqdır, 
Arzuya çatmısan, çoxundan artıq, 
Sən indi rahat yat düşünmə artıq, 
Düşünməyin artıq faydası yoxdur, 
Peşman olmağın  da mənası yoxdur, 
Anlamısanmı heç  acı səhvləri, 
      Düzəltmək mümkünsüz, olan səhvləri. 
Incitdiyin şəxslərdən  üzr almısan? 
Kasıb insanlara əl uzatmısan, 
Qalmasın kin, qəzəb canlı insanda, 
İndi ruhi dünyada sakin olmusan
 
Eşit bizi  ey, dünyadan gedən, 
Salamlar apar sən ruhi dünyaya, 
Qayıtmasın bizim gözəl dünyaya, 
Qəzəbdən alışan acıqlı ruhlar. 
Yalnız xeyirli,  ağıllı ruhlar, 
Qoy qonaq olsunlar bizim dünyaya. 
Müharibələrdən biz yorulmuşuq, 
Yalan,  paxıllıqdan cana doymuşuq, 
Düzlüklə  yaşamağı arzulayarıq. 
Özümüz  düzlüyü  daim  pozarıq 
Sən də gözlə orada o qədər zaman, 
Nifrətdən, qəzəbdən xilas olasan, 
Xeyirli xəbər üçün qonaq gələsən. 
----------------------- 
Qeyd: qəbirə qoyandan və üstünü örtəndən sonra  hər kəs yaxın 
gəlir və deyir:  
“Rahat ol,  yaxşı yol”.  “Sən vicdanla yaşadın, sən yaxşı adam 
idin” və s. Sonra isə öz fikrini – qiymətini deyir. Yaxşılıq görmüşsə 
yaxşılığını, pislik görmüşsə, pisliyini deyir. Hər kəs öz fikrincə 
“bağışlayıram” və ya “bağışlamıram” deyir. Bu sözləri hamı  eşidir. 
Və  hər bir insan bundn sonra öz həyatını elə qurmağa çalışır ki, 
öləndə “bağışlamıram” deyən olmasın. Mərhumun qohumları isə öz 
vicdanları  və  ləyaqətləri  əsasında bu adam qarşısında vurulmuş 
mənəvi zərərin əvəzini ödəməyə çalışırlar. Bu qayda ona gətirəcəkdir 
ki, insanlar zorakılıq və xəyanətlə başqasına zərər vurub və istifadə 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə