Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə54/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   50   51   52   53   54   55   56   57   ...   81

 
160 
32.
 
 Bədbəxt hadisə  və ya yas olduqda baş  çək, mənəvi 
yardım et və imkana görə  maddi yardım et . 
33.
 
Yanılan adamı başa salmaq insanlıq borcudur. 
34.
 
Qaytara bilməyəcəyin borcu alma. 
35.
 
 Heç kimə borclu qalma. 
36.
 
 Başqasının  şəxsiyyətinə  həmişə hörmət et və  səhv 
etdikdə üzr istə. 
37.
 
 Çalış, işi  məhkəməyə çatdırmadan anlaşma ilə  və 
haqları pozmadan həll et. 
38.
 
 Səni narahat edən insandan uzaq ol. 
39.
 
 Cəmiyyətin işinə yara, sənin də işinə yarasınlar. 
40.
 
 İcma üzvləri kimi bir - birinə qarşılıqlı kömək et: 
işsiz olduqda, xəstələndikdə, çətinliyə düşdükdə, problem 
olduqda, kömək istədikdə. 
41.
 
Toy və  şənliklərə icma üzvlərini dəvət et.- onlardan 
pul alma. 
42.
 
 Səhv hərəkət etmiş insanı qanun və  əxlaq 
mövqeyindən başa sal və kömək et. 
43.
 
Əməkdaşlıq et, bu  cəmiyyətdə ən vacibdir . 
44.
 
 İcma üzvlərini aldatma və yalan uydurmalarla iş 
görmə. 
45.
 
 Başqasının malını mənimsəmə. 
46.
 
Ədalətli ol.  
47.
 
 Dözümlü və başqaların həyat tərzinə təbii bax. 
48.
 
 Gələcək nəsillərin qayğısı indidən çəkilməlidir. 
49.
 
Təhsil almaq imkanı fundamental insan hüququdur. 
50.
 
 Başqalarının  əziyyətlərini azaltmaq insanların 
borcudur. 
51.
 
 Qoy sizin faydalı biliklərinizi başqaları da  bilsin! 
52.
 
 Hər işini aid olan adamlarla əməkdaşlıq və razılaşma 
ilə gör. 
53.
 
 İnsan digər  adamların  əmlakını almaq üçün 
 
zorakılıq edə bilməz.  
54.
 
 Səni sevəni sev; sevilmək üçün sev. 
55.
 
 Başqa millətlərə və xalqlara öz icman kimi münasibət 
saxla. 
 
Rasional cəmiyyətdə  torpaq və digər mülkiyyətlər 
 


 
161
1.
 
Bütün yeraltı  və yer üstü sərvətlər, çaylar, göllər və 
bulaqlar bütün cəmiyyətindir, yalnız ictimai istifadədə ola 
bilər 
2.
 
Torpaq, hər bir insanın arzusu ilə onun öz ailəsi ilə 
becərəcəyi hamı üçün eyni, optimal miqdarda (0, 5-1 ha) 
mülkiyyətinə pulsuz verildikdən sonra, qalan bütün torpaqlar 
ictimaidir və icma qərarı ilə ondan istifadə edilməlidir.  
3.
 
Şəhərlər və kəndlərdə yaşayan  bütün cəmiyyət ailələri 
və  tək yaşaya  bilən üzvləri  eyni miqdarda  arzu etdikləri 
sahələrdən insanlara, təbiətə  zərər vurmamaq şərti ilə eyni 
normada becərilə bilən və ya arzu etsələr, əkinə yararsız, su 
çatmayan pulsuz torpaq ala bilərlər. Habelə icmaya qaytarıla 
və istənilən digər zaman yenidən torpaq verilə bilər. 
4.
 
Şəxsi torpaqlar satıla bilməz, yalnız icarəyə verilə 
bilər.  
5.
 
İctimai torpaqlar da satıla bilməz, yalnız onun 
qorunması və başqa insanlara zərər vurmaması şərti ilə  şəxsi 
istehsal və xidmət obyektləri yaratmaq üçün icarəyə verilə 
bilər, həmin pul isə yerli icmaya verilir. 
6.
 
Hər insan istədiyi gəlirli müəsisə yaradıb yerli icma  
tələblərinə və dövlət qanunlarına uyğun istifadə edə bilər. 
 
İcma daxilində Rasional  ünsiyyətin ən ümumi qaydaları 
 
1.
 
Sözə, söhbətə, çıxışa başlayarkən hamıyla 
salamlaşmaq. 
2.
 
Ünsiyyətə başlayarkən: məsələ barədə, gördüyün 
müəyyən etdiyin təsviri , öz rəyini, qiymətini aydın ver.  Nə 
haqda danışacağın haqda  məlumat ver; fikrini aydın bildir. 
3.
 
Ailədə, iş yerində, cəmiyyət içərisində  bərkdən 
danışıb gülmə,  kobud hərəkətlər və zarafatlar etmə. 
4.
 
İnsanlarla danışdıqda düz danış, etdiyini boynuna al. 
5.
 
Ünsiyyət zamanı  məsələnin aid olduğu insanların 
şəxsiyyətinə qiymət verməmək; yalnız onun məhsulu, sözü 
haqda danışmaq. 
6.
 
Nəzakət , davranış və ədəb  qaydalarına əməl etmək. 
7.
 
Dəqiq bilmədiyin məsələ haqda danışma və ya 
danışsan  bunu qeyd et. 
8.
 
Periodik olaraq icma  üzvlərilə görüşüb ünsiyyətdə ol. 


 
162 
9.
 
Söhbət edərkən  axıra qədər dinlə, başa düş, sonra 
cavab ver. 
10.
 
 Müzakirə nəticəsində nəyə razı olduğunu və nəyə razı 
olmadığını de və səbəbini göstər. 
11.
 
 Qaranlıq məqamların qalmasına yol verməmək, bu 
sonradan sizin əksinizə istifadə olunacaqdır. Bunun qarşısını 
almaq üçün  nəyin, nə üçün, necə, nə zaman, harda əldə 
edilməsinə, olmasına razılıq yazılı qeyd olunmalı  və  hər iki 
tərəfdə saxlanmalıdır. 
12.
 
 Müəyyən hallarda - pul, əmlak borc aldıqda, 
verdikdə, saxlanmaya verildikdə, iş görüldükdə - ünsiyyətin 
sonunda əldə edilən son nəticə yazılmalı və imzalanmalıdır. 
13.
 
 Səmimilik və  aldatmamaq, səhv etdikdə üzr istəyib 
səhvi düzəltmək. 
14.
 
 Fikir  bildirərkən hər kəs özünü başqası ilə  bərabər 
hüquqlu  saymalıdır 
15.
 
 Özünə xoş gəlməyən sözü  başqasına  demə. 
16.
 
 Öz icmanda və yad yerdə kimdənsə söz soruşduqda 
əvvəl üzr istə və icazə al..  
17.
 
 Yalandan söz vermə, bacara bilməyəcəyin vəzifəni 
öhdənə alma. 
18.
 
 Sözə başlayarkən icazə al. 
19.
 
 Özün az danış və danışanları dinlə. 
20.
 
 Öz sözünün qiymətini bil. 
21.
 
 Sənin səviyyəndə olmayanlarla mübahisəyə  girmə. 
22.
 
 Məntiqə əməl et, ziddiyyətli söz danışma. 
 
 Universal  etik prinsiplər 
 
     Rasional  cəmiyyət aşağıdakı 2050 –ci illərə  qədər  
ümumbəşəri etik dəyərləri qəbul edir. Bu dəyərlər  müəllifin də 
iştirak etdiyi Millenium project  tədqiqatlarının bütün  ölkələrdən 
iştirak edən mütəfəkkürlər tərəfindən irəli sürülmüş ( 2005-ci il) və 
müdafiə olunmuşdur.  
1.  Həyat əvəzedilməz hədiyyədir. 
2.  Elmi araşdırmalar həqiqətə doğru  daha etibarlı yoldur, nəinki 
dini inam (вера) 
3. Təbiətlə harmoniya daha əhəmiyyətlidir, nəinki iqtisadi 
tərəqqi 
4.  Kollektiv  düşüncə  daha yaxşıdır, nəinki fərdi düşüncə. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə