Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə55/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   51   52   53   54   55   56   57   58   ...   81

 
163
5. Kollektiv təhlükəsizlik daha əhəmiyyətlidir, nəinki fərdi 
azadlıq. 
6.  İnsan həyatı –yaşaya bilməsi, bir canlı növü kimi  ən birinci 
prioritetdir. 
7.  Ədalətli olmaq üçün dərin hissiyatlı- rəhmli olmaq lazımdır 
(özünü həmin varlığın yerində hiss etməlisən). 
8.  İnsanlar öz hərəkətləri və  hərəkətsizlikləri üçün məsuliyyət 
daşımalıdır. 
9.  Gözəl həyat - ən uğurlu tədbirlərlə ola bilər. 
10. Dözümsüzlük nifrətə və ayrılmağa aparır. 
11. Şüurlu həyatın hər hansı bir süni formasına onun tələb etdiyi  
hüquqları verməli və onlarla da insan kimi davranmaq lazımdır. 
12.  İnsan hüquqları başqa canlı  və cansızların hüquqlarından 
üstün olmalıdır. 
13. İnsanın kosmik məkanda miqrasiyası insan təkamülünün bir 
hissəsidir. 
14.  Elə  qərar qəbul et ki, o zərərləri azaltsın və ya zərər 
vurmasın. 
15. Genetik evolyusiyanın tələ  və  qəddarlığının qarşısını almaq 
üçün  cəmiyyət bu işə qarışmalıdır. 
16.  Elm və texnologiya, biliklərin artması  məqsədindən daha 
çox, cəmiyyətə xidmət  etməlidir.  
17.  İnsan həyatının mənəvi tərəfi daha əhəmiyyətlidir, nəinki 
material tərəfi. 
18. Gələcək nəsillərin qayğısı bu günki fəaliyyətlərin mərkəzində 
daha çox yer tutmalıdır. 
19.  İqtisadi tərəqqi insan xoşbəxtliyinə aparan daha etibarlı 
yoldur. 
20. Bərabərlik (yaradılmış yeni məhsulların  bölünməsi) prinsipi 
qərar-qəbulunda vacibdir. 
21. Dünya mənafeyi  milli mənafedən üstün olmalıdır 
22. Ailə hər bir forması ilə sosial dəyərlərin bünövrəsidir. 
23.  Ətraf mühiti və biomüxtəlifliyi qorumaq  hər bir qərarda 
nəzərə alınmalıdır. 
24. Sağlam cəmiyyətdə qadın və  uşaqların hüquqlarının 
pozulmazlığı  əsasdır.  
25. Təhsil almaq imkanı fundamental insan hüququdur 
26. Başqalar ilə elə rəftar et ki, sənə də elə rəftar etsinlər 
27. Kollektiv ehtiyaclar- zərurətlər  fərdi rifahdan üstündür, elə iş 
gör ki, daha çox adama daha çox xeyir verəsən. 


 
164 
28. Başqalarının əziyyətlərini azaltmaq insanların borcudur 
29.  Ənənələrə  əməl etmək və  ənənələri pozmaq da eynilə 
əhəmiyyətlidir. 
30.  Elə qərar ver ki, hər yerdə tətbiq oluna bilsin. 
 
 Rasional cəmiyyətdə  əlavə  dəyərlər 
 
Rasional cəmiyyətdə  əxlaq kodeksi, etik davranışlar, ünsiyyət 
qaydaları  cəmiyyətin təşkili, sosial, iqtisadi  prinsipləri, qanun və 
qərar qəbulunda iştirak mexanizmi, prosedurlar və kriterityalar, 
rasional həyat tərzi - cəmiyyətin ümumi dəyərlərini  əks etdirir. 
Aşağıda  əlavə olaraq baxışlarda, həyatda əlavə dəyərlər verilir: 
1. Öz əməyinlə yaşa. 
2. Əxlaqla yaşamaq üçün öz yaşadığın dövləti, icmanı, kollektivi 
əxlaqi et. 
3. Ölən, əziyyət çəkən, zəif - özü günahkardır. 
4. Allah təbiətdən kənar naməlum varlıq deyil. 
5. Allah - olmağın təbii qanunudur, mühitdir, əbədi mövcudiyyət 
- davamiyyət, çevrilmə, dəyişiliklər qanunudur.  
6. Təbiət, mühit özü – özünü yaradan, yaradılandır.  
7. Allaha, cinə, şeytana, mələklərə  inanmaq  və inanmamaq hər 
kəsin şəxsi  işidir. 
8. Allahın vəkili yoxdur. O xüsusi formalı bir varlıq deyildir. O 
heç kəsi seçmir, heç kəsə üstünlük vermir. Onun daxilində hər kəs öz 
iştirakı ilə - potensialına görə ona ayrılmış yeri –statusu qəbul edir 
9. Allahın sitayişə, ibadətə ehtiyacı yoxdur və ona ibadət vacib 
deyildir. 
9. Meditasiya insanlara ruhunu rahatlamaq üçün lazımdır. 
10. Allahı mistikləşdirənlər, onun vasitəsilə öz ciblərini, nüfuz 
əldə etməyi, insanlardan sui - istifadəni  güdürlər.  
11.Cəmiyyətin yaşadığı ərazidə bütün təbii sərvətlərdən  və onun 
iştirakı ilə yaranan ümumi gəlir hamıya bərabər çatmalıdır. 
12. Cəmiyyət-icma  ərazisində, ona məxsus təbii ehtiyatlarla və 
icmanın iştirakı ilə  əldə edilən  xalis gəlirin bir nəfər və qrup 
tərəfindən mənimsənilməsi qeyri – etikdir. 
13. Nəyə  və necə sitayiş etmək və etməmək  hər kəsin  şəxsi 
hüququdur, heç kəs buna qarışa və zor işlədə bilməz. 
14. Öz taleyini özün müəyyən et, öz həyatını özün qur, özünə 
güvən. 


 
165
15. Öz ağlınla yaşa. Lakin kollektiv ağıldan öz ağlına əlavə et - 
ağlını artır. 
16. Başqasının sənin xeyrini güdəcəyinə inanma, şübhə et. 
17. Əməkdaşlıq ilə yaşa. 
18. Əxlaq və mənəviyyatı unutma. 
19. Deputata, prezidentə, nazirə, məmura  inanıb gözləmə, özünə 
güvən. 
20. Yaxşı qurulmuş maşından yaxşı iş gözlə. 
21. Yaxşı qurulmuş cəmiyyətdən yaxşılıq, yaxşı iş, ədalət, əxlaq 
gözlə 
22. Səhvlərin, problemlərin tapılıb düzəldilməsi və  gələcəyin 
düzgün strategiyası inkişaf yoludur. 
23. Özün düşün, özün qərar ver, özün elə, özün nəzarət elə, özün 
məsul ol. 
24.Düzgün anla, düzgün fikirləş, düzgün fikir söylə, düzgün 
qərar ver.  
25.  Ən yaxşı davranış, qərar – səhv etməmək, problem 
yaratmamaqdır və ya ən az problemə yol verməkdir. 
 
Ailədə davranış və birgəyaşayış qaydaları 
 
 1) Ailənin uğurlu yaşaması üçün onun idarə edilməsi 
məsuliyyətini kişi daşıyır. Əgər qadın bunu ərə gələndən sonra qəbul 
etmirsə və özü idarə etmək və məsuliyyətini çəkmək istəyirsə, lakin  
kişi razı deyilsə, bu halda qoy onlar ayrılsınlar. 
2) Ailənin rasional yaşaması yolu-hər bir məsələdə 
məsləhətləşmə, ağıl, elm, düzgün davranışlar və  təcrübələrdən, 
düzgün ünsiyyətdən, problemlərin həllinin sınanmış üsullarından 
isifadə etməkdir. 
3) Kişinin razılığı ilə qadın ailənin idarəsini öz üzərinə götürə 
bilər;  
4)  Ailədə kişi, qadın və uşaqlar hamı bir-birinə hörmət etməlidir.  
5) Ailədə kişi və qadın arasında vəzifə bölgüsünü onlar şəxsi 
razılıq ilə özləri edir.   
6) Ailədə heç bir üzv digərinə  əziyyət (səs salmaq, bərkdən 
danışmaq, pintilik etmək, işinə,  şəxsi məşquliyyətinə  mane olmaq) 
verməməlidir. Kimin köməyə ehtiyacı varsa, ona kömək edilməlidir. 
7)Ailədə əsas davranış prinsipi heç kəsin digərinə zorakılıq, xoşu 
gəlməyən hərəkəti etməməsi; qəbul edəcəyi formada davranması və 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə