Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə56/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   52   53   54   55   56   57   58   59   ...   81

 
166 
qalmaqal etməməsi, ümumi razılaşmaya görə  çılpaq olmaması  və 
özlərinin razılaşdıqları hərəkətlər çərçivəsində yaşamasıdır. 
8) Valideinlər uşaqlarını tam böyüdüb rasional və ümumbəşəri 
əxlaqı və davranış qaydalarını tərbiyə etməli, düzgün nümunə olmalı, 
oxutmalı və peşə qazanıb ilk əmək haqqı alana qədər saxlamalıdrlar.  
9) Ailənin funksiyası təkcə uşaqlar istehsal edib sərbəst yaşama 
halına çatdırmaq deyil. Ailənin mahiyyəti və funksiyaları habelə: 
birgə yaşayış icmasıdır  ki, yaşama ehtiyac və problemlərinin 
həllində hər bir üzv gücünə görə iştirak etməli; əməkdaşlıq kollektivi 
olmaq, yəni ehtiyacların ödənməsində  məsləhətləşib birgə  iştirak 
qaydalarını müəyyən etmək; xarici təhlükələrdən birgə qorunmaq; 
gələcək üçün  birgə tədbirlər görməkdir. 
10) Uşaqlar ailənin yaşama ehtiyaclarının ödənməsində 
valideynlərə kömək etməli, hər məsələdə mümkün iştirak 
etməlidirlər. Lakin uşağların təhsil və ixtisas, peşə öyrənməyi ailənin 
başqa ehtiyaclarına qurban verilə bilməz. 
11) Ailə üzvləri bütün həyatı boyu əlaqə saxlamalı və hər birinin 
yaxşı və çətin günlərində iştirak etməli və kömək etməlidir. 
12) Qadın özü kişiyə qarşı  nəzakətli olmalı  və  uşaqları da belə 
tərbiyə etməli, onların yanında kişinin səhv etdiyini, qanmaz olduğu, 
bilmədiyini deməməlidir. 
13)  Qadın kişinin evinə ərə getdiyi və kişi evin ümumi rəhbəri, 
məsuliyyət daşıyanı olduğu üçün kişinin həmişə  əksinə getməməli, 
hər sözündə kişiyə  əks olaraq özünün düz dediyini söyləməyə  cəhd 
etməməlidir.  Əgər edirsə, demək onlar bir- birini tanımadan 
evlənərək səhv etmişlər. Əgər belə davam edərsə, bu qadının vərdişi 
olarsa, onlar hökmən ayrılmalıdırlar, əks halda əzab çəkəcəklər. 
14) Qadın uşaqları kişinin  əksinə  hərəkət etməyə  həvəsləndirib 
onu saymamağı, onun üstünə qışqırmağı, onu ələ salmağı təbliq edə 
bilməz. 
15) Kişi, qadın və uşaqlar onları narahat edən istədikləri məsələ 
barədə məsləhət etmələri lazımdır. 
16) Valideinlər zorakılıq (cəza, maddi təsir, evdən, mirasdan 
məhrum etmə, məlumat almaqdan məhdudlaşdırmaq) yolu ilə 
uşaqları razı olmadığı  işi görməyə  məcbur etsələr, tam məsuliyyət 
daşıyırlar. Bu məsuliyyət vurduğu zərəri ödəmək, normal vəziyyəti 
bərpa etmək, günahının bağışlanmasını xahiş etməkdir. 
17) Ailədə tabeçilik prinsipi qəbul edilmir, yəni kiçik uşaqlar 
böyüklərə, qızlar oğlanlara, bütün uşaqlar isə valideynlərə tabe deyil. 
Burada qul - ağa münasibətləri-  böyüklərin kiçiklərə  əmr etməsi, 


 
167
kiçiklərin danışıqsız icra etməsi- qəbul edilmir. Kiçiklərin böyüklərə 
hörmət etməsi - ünsiyyətdə, davranışda; məsləhət alması; səhvini 
tapmaqda kömək alması, lazım olsa hər bir işində kömək etməsi. 
Böyüklərin isə kiçiklərə öz bildiyini, anladığını başa salması, 
yaşamaq üçün öz təcrübəsini, biliyini onunla bölüşməsi, Bütün ailə 
üzvlərinin isə bir - birinə qayğı göstərməsi, bütün həyat boyu yaddan 
çıxarmaması –əlaqə saxlaması ünsiyyətdə olması  lazımdır. 
18) Uşaqlar valideynlərinin qulu deyil. 
19) Ailədə  hər bir üzv ümumi yaşayış  və ailə daxili hörmət, 
davranış qaydalarına  əməl etməlidirlər. Razılıq  əldə edənə  qədər 
məsləhət edilməli və düzgün addım tapılmalıdır. Düzgün addımı 
tapmaq üçün çətinlik olsa, ailə  ictimai məsləhət xidmətindən  
istifadə etməlidir və ya müdriklərlə məsləhətləşməlidir. 
20) Valideinlər uşaqların peşə, elm, iş, həyat yoldaşı, yaşamaq 
tərzi, dünyagörüş seçmək, dinə qulluq etmək və ya  etməmək  
məsələlərində    zorakılıq edə bilməzlər, ancaq məsləhət və sübutlar 
yolu ilə  uşaqlara sərbəst seçim etməyə imkan yaratmalıdırlar.  Son 
seçimi isə uşaqlar özləri edir, validein isə bu seçim ilə razılaşmalı və 
hörmət etməlidir və mane ola bilməz.  
21) Valideynlərin uşaqlara hər hansı bir dini üstün olaraq təbliq 
və  əməl etdirməyə haqları yoxdur. Bu şəxsiyyətin fomalaşmasında 
zorakılıqdır və sui - istifadədir. Dinlər haqda və yalnız azı 10 din 
haqda məlumatları  uşaqlar 18 yaşı keçəndən sonra öyrənmələri 
məsləhətdir. Gənclər və  uşaqlar üçün ən düzgün həyat yolu dindən 
uzaq olub elmi rasional əxlaqi həyat tərzi seçmələridir. 
22)  Şübhəsiz, öz sərbəst seçimlərində  uşaqlar özləri məsuliyyət 
daşıyır və valideynləri günahlandıra bilməzlər.  
23) Valideinlər qocalıb  əmək qabiliyyətini itirdikdə  uşaqlar 
onların qayğısını çəkir, maddi ehtiyaclarını ödəyirlər, öləndə də onu 
basırırlar. Dəfn mərasimini hər ailə öz ağlı ilə, lakin digər elmi 
tələblərə  əməl etməklə müəyyən edir. Dini qaydalara və ya adətə 
çevrilmiş qaydalara əməl etmək zəruri deyil, onlar ağıl və 
məqsəduyğunluğun nəticəsi deyil.  
24) Əgər validein qocalıb ağlını, yaddaşını itirsə, onun əxlaq və 
etikaya, gigiyena və sanitariya zidd hərəkətlərinin ailə üzvlərinin 
sağlamlığına və rahatlığına  zərərli təsirini ləğv etmək üçün  onun 
xüsusi həkim və tibbi nəzarət olunan daha yaxşı xidmət və  şəraitlə 
təmin olunmuş evlərə, müəsisələrə verilməsi məsləhətdir.  
Qoy hər bir insan bunu dərk edib öz qocalığı dövründə belə 
vəziyyətə düşəcəyi hal üçün əvvəldən - qocalığı gözləmədən öz 


 
168 
razılıq öhdəçiliyini və tapşırığını  imzalayıb uşaqlarına versin. Bu 
olmasa da, yaşlı ailə üzvü belə dözülməz vəziyyətə düşdükdə ailə 
üzvləri toplaşıb qərar verməlidirlər. Başqa cəmiyyət üzvləri bu işə 
qarışa bilməz. Burada əsas prinsip: sağlam, daha cavan ailə 
üzvlərinin psixi və fiziki sağlamlıqlarını qorumaq və yaşlının isə 
daha yaxşı  təşkil edilmiş  və xidmət göstərilən  şəraitdə yaşaya 
bilməsidir. 
 
 Rasional insan haqda anlayış 
 
Rasional insan nə deməkdir? -  Rasional insan çox  idraklı, 
yüksək intellekti , qabiliyyət və peşəsi olan, yaxşı  və pisi tez analiz 
edə bilən, hadisələri başa düşmək üçün düzgün başlanğıc, yanaşma 
seçən, təmkinli, fitri istedadları olan əxlaq və ədalət biliklərinə malik 
və seçim qarşısında qaldıqda  əxlaq prinsiplərini pozmadan düzgün 
yolu seçən, rasional davranan, səhvini tapa bilən və səhv etdikdə onu  
etiraf edən, düzəldən, üzr istəyən bir insandır. 
Rasional insanın bilik və qabiliyyətləri parametrləri : 
Rasional insan ümumi  biliklərə  və  hər bir ixtisas və peşədə 
dərəcələr üzrə  əlavə spesifik biliklərə  və qabiliyyətlərə malik 
olmalıdır. Bu bilik və qabiliyyətlərin növ və hədlərini cəmiyyət, elm 
və  fəaliyyət sahələri mütəxəssisləri ictimai müzakirə vasitəsilə 
fasiləsiz müəyyən edirlər. 
 Rasional  insanın ümumi bilik və qabiliyyətləri, psixoloji 
xarakteri haqda parametrləri aşağıda  təklif edilir.(Bunların konkret 
cəmiyyətdə müzakirə  vasitəsilə  və prosedurlara uyğun müzakirədən 
və hazırlanmadan keçməsi lazımdır): 
1.
 
Xüsusi analiz və yaradıcılıq - ixtiraçılıq, 
rasionallaşdırma  metodlarını bilmək. 
2.
 
Şəkil çəkmə, rəssamlıq, heykəl yonma, ağacdan 
incəsənət əsəri yaratma, bədii metal, plasmas tökmə, şer, povest 
yazma, musiqi alətində çalma (ən azı 2 qabiliyyət) 
3.
 
Mədəniyyətin səviyyəsini, nümunələrini bilmək. 
4.
 
Bir neçə idman və oyun növünü bilmək və bacarmaq. 
5.
 
Ən azı iki xarici dil öyrənmə, komputer və internet 
biliklərini bilmək. 
6.
 
Rasional  Ictimai əxlaq və davranış qaydalarını bilmək 
və əməl etmək. 
7.
 
Rasional  ünsiyyət, etiket, nəzakət qaydalarını  və 
nümunələrini bilmək və əməl etmək.  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə