Microsoft Word Rasional c?miyy?t? dogru doc


Davranışınızı pis təsirlərdən qoruyun



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə59/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   55   56   57   58   59   60   61   62   ...   81

 
175
Davranışınızı pis təsirlərdən qoruyun. Bunun üçün mənfi 
hərəkətli döyüş  səhnələri, acıqlı sözlər, vəhşilik, qırğın, ölüm, 
düşmənçilik səhnələrinə, kinolarına baxmayın. Belə  məclisdən və 
insanlarla  bir olmaq, yaxınlıq,  əməkdaşlıq etməkdən qaçın, pis 
sözləri eşitməməyə çalışın. Yaxşı davranışda olmaq, yaxşı  əhvalda 
olmaq, yaradıcı  həvəsli olmaq üçün yaxşı adamların məclsində, 
mədəni cəmiyyətdə olun, onlarla ünsiyyətə çalışın. Elmi ideyaların 
müzakirəsinə qulaq asın, texniki ixtiralar haqda söhbərlərə, onların 
necə, hansı şəraitdə edilməsi söhbətlərinə qulaq asın, çalışın, elmi və 
peşəkar diskussiyalarda iştirak edəsiniz. Bunlar sizi gözəl insan 
olmağa, mənfi davranışlardan xilas olmağa, pis hərəkətlər haqda 
düşünməməyə kömək edəcək, siz əsil insan vəzifənizi icra 
edəcəksiniz. Elmi söhbətlər sizdə yaradıcılığa həvəs və dərk etmənizi 
stimullaşdıracaq, sizə yeni həvəs, güc verəcək. Aşağı səviyyəli kiçik 
xidmətçi səviyyəsində sözlərə, söhbətlərə qulaq assanız, sizdə yeni 
heç bir həvəs yaranmayacaqdır, siz ruhdan düşəcəksiniz. Öz 
qulağınızı, gözünüzü səhv, qeyri - insani, pis söz və görüntülərdən 
qoruyun. Qədim mifləri həqiqət kimi sizə  təqdim edənlərdən, dini  
söhbətləri eşitməkdən özünüzü qoruyun, həmin məclisdə olmayın. 
Yalan və uydurmaları eşidərək sizdə həyat haqda təhrif olunmuş rəy 
yarana bilər. Qabaqcıl, ağıllı insanlara oxşamağa çalışın. Kimlə 
dostluq etsəniz, onun kimi olacaqsınız. Burada yamsılama, oxşama,  
psixi təsirlərin, vərdişlərin, xasiyyətlərin  keçməsi,  tez - tez təkrar 
olan söz və davranışların adət yaratması qanunu işləyir.  
Qeyd:  Məsləhət görülən davranış etalonları,  şübhəsiz nisbidir, 
lakin düzgün davranmaq üçün sizə kömək edəcəkdir.Çünki dünyada 
heç bir əbədi reseptlər yoxdur, universal yaxşı və pis yoxdur. Yalnız 
hə bir şeyin, canlının, insanın  şəxsən özü üçün bu və ya digər 
zamanda və mühitdə yaxşı və pis vardır, obyektiv rasional yol, həll 
vardır. Bunu o bilə bilər, yaxud bilməyə bilər- ağıl və bilik 
dərəcəsindən asılı olaraq. Bu məsləhətlər məhz hər insanın və 
icmanın özünə aid pisi və yaxşını müəyyən etməsinə-rasional  yolun 
seçməsinə yalnız köməkdir.  Bu və digər seçimi isə  hər kəs özü 
etməlidir. 
Özünü təlqin üçün Ruhi formula nümunələri (elmi dualar): 
Aşağıdakı formulalara əməl edin və ya oxşar formulalar yaradın 
və hər bir həyat anı üçün bir formula yazın və deyin. Məsələn, səhər 
yuxudan durarkən,  yeməyə başlayarkən, işə gedərkən, işə 
başlayarkən, qurtararkən, sizə qonaq gələrkən, qonaq gedərkən (pis 
təsirlərdən qorunmaq üçün), bir şey yaradarkən, idarəyə gedərkən, 


 
176 
nayrahatçılıq olduqda , əsəbiləşdikdə, kart oynayarkən, idman 
etdikdə, fiziki işə başladıqda, əyləncəli oyun oynadıqda və s. Lakin 
təlqinlərin sınaqdan çıxmış qaydalarına  əməl etmək lazımdır,  əks 
təqdirdə nəticə alınmayacaq. Bu qaydalar, metodlar çox genişdir və 
kitablardan, internetdən tapa bilərsiniz. 
Yuxususzluq zamanı..  Bədənin əzələlərinin bir - bir boşaldın və 
tam rahatlıq alandan sonra  bu forrmuladan və ya buna oxşar formula 
düzəldin və fikrinizdə deyin: “Mən bu gün çox işləmişəm hər işi 
yaşxı etmişəm səhvim yoxdur. Sakitəm, rahat nəfəs alıram, mənə 
xoşdur, ürəyim sakit və rahat vurur, mən 20-yədək sayıb qurtarana 
qədər yuxuda olacam” (hər nəfəs aldıqca bir rəqəm səssiz deyilir). 
Digər çoxlu üsullar mövcuddur, siz onları başqa kitablardan öyrənə 
bilərsiniz. 
Gündəlik  ruhi ritual.  Axşam yatan zaman aşağıdakı ibadəti 
edin. Fikrinizdə dünyanı idarə edən, hər  şeyin yerini forma və 
xasələrini müəyyən edən ümumi qanunlarını özündə daşıyacaq  bir  
anlayış seçin məsələn, tale, müəyən göy cismi, ağac, çay, bitki, 
ərazinizdə olan pir, Tanrı. Bunların hər hansı biri doğrudur, çünki 
dünyanın bütün qanunları onlarda əks olunub. Seçdiyiniz bu qəlb 
dostunuza müraciətlə  aşağıdakı ifadələri fikrinizi mərkəzləşdirərək 
və  dərindən düşünərək deyin. Hər kəs özünə xoş, demək istədiyi 
ifadələr deyə bilər. Lakin çalışın bunlar formaca hər gün eyni olsun 
və fərqli hissəsi də ola bilər: 
“Ey ruhumda (ağlımda) olan  tale məni unutma, mənimlə ol. Bu 
gün mənim ağlım, şüurum, yaddaşım mənimlə oldu, sabah da ağlımı 
məndə saxla. Qoy həyatın bütün qanunları, hər təhlükələr,  Şər və 
Xeyir hər an  mənim ağlımda olsun;  mənə onları unutdurma, ağlımı 
iti saxla, öz yerimi tutmağa, öz çörəyimi yeməyə, başqalarına boyun 
əyməməyə kömək et. Pis gözdən qoru, məni hədləri keçməkdən saxla, 
mənə düz yolu göstər. Mən sənə inanıram, bu gün mənimlə oldun, 
sabah da  mənimlə ol.” 
Xəstəlik, maddi çətinlik, doqmaların itgisi, mənfi emosiyalar 
zamanı:    Ruhun - psixikanın rahatlanması üçün meditasiya, söz və 
fikir gücündən, özünü təlqin metodlarından istifadə et. Əvvəldən 
xüsusi formulalar hazırla və özünü təlqin metodu ilə istifadə et. 
Məsələn,  bu ifadələri ürəyində de: “Hər şey təbiidir, sakit ol, özünü 
ələ al, səni təhrik edən çağırışlara ideyalara, təkliflərə uyma. Sən bu 
çətinliyə qalib gələcəksən. Bu məsələni hökmən həll edəcəksən. Sən 
bu işi görməyə qabilsən, sənin biliyin və qabiliyyətin çatır. Ruhdan 
düşmə, möhkəm dur, çaşma, özünü itirmə.  Hər  şey keçib gedəcək, 


 
177
pis hadisələr unudulacaq, pis günlər keçəcək, yaxşı günlər gələcək, 
dözümlü və səbrli ol, darıxma, ağlınla hərəkət et.” Fikrini dağıtmağa 
çalış, əlini, gözünü, qulağını başqa işlə  məşqul et. 
 Yeməyə başlayarkən   oxuyun: Bu yemək zəhmətlə 
qazanılmışdır, bizim bu çörəyi yeməyə haqqımız var; onun xeyri bizi 
saxlasın, bizə qüvvət versin,  qoy yeməyimiz  həmişə olsun. Ağlımız, 
Bizi başqalarına möhtac etmə. Amin.  
Dəfn zamanı  və vidalaşma - yada salma   mərasimi zamanı. 
Başqa dildə  mənası aydın olmayan dua oxumayın. Yalnız bu duanı 
oxuyun və ya seçdiyiniz fikirləri deyin: Mərhum ( adı)həyatın bütün 
sınaqlarına dözərək və mübarizə apararaq qəhrəman həyat yaşadı. O 
öz nəsli və  cəmiyyət üçün bu yaxşı  işləri görmüşdür (bir- bir 
deyilir).Onun bu işləri aid olduğu adamlar və  cəmiyyət üçün 
qiymətlidir. Onun ruhu qoy rahatlıq tapsın, onun ruhu arxayın olsun, 
bu insan yaxınlarının qəlbində yaşayacaq,  əməlləri, sözləri yada 
salınacaq, ağıllı davranışı və sözləri öyrəniləcək və nəsli və cəmiyyət  
nümunə alacaqdır. Onun  səhv  davranışı və əməlləri bağışlanır,  qoy 
onun ruhu da onu incidənləri bağışlasın, səhv etmək insanın 
xassəsidir. Ondan qaçmaq olmaz, biz də səhvimizi tez anlayaq və onu 
düzəldək, səhv etməməyə çalışaq. Qoy tale bizə  ağıl, inam, güc 
versin. Amin     (mümkündürsə, mərhumun əsərlərindən və ya onlar 
haqda qısa yazılı  məlumat gəlmiş adamlara paylanır)                            
Uğursuzluq olduqda arzuna çatmayanda  sakit özünüzə deyin:  
görən mənim səhvim nədədir, nəyi vaxtında etməmişəm, nəzərə 
almamışam, belə getsə  gələcəkdə 1, 5, 10, 20, 30 ildən sonra  nə 
olacaq, dövlətin siyasəti necədir,  hara aparır,  mənim mənfi 
xarakterim belədir( təsvir edin) mən bunu nəzərə almalıyam,  bu 
mənə  həmişə  zərər verir, uğursuzluğa uğradımsa demək  mən 
planlarımı, məqsədimi,  baxışlarımı  dəyişməliyəm, mən qocalığa 
böyük problemlərlə,  əzilən, yazıq vəziyyətdə gedə bilmərəm, mən 
gələcəyimi nəzərə almalı, qocalıqda yaxşı olmaq üçün planlar 
qurmalıyam,  yaxşı arvadım olmalıdır ki, mənə baxsın; mən uşağa 
indi təhsil, peşə verməliyəm ki, qocalıqda o da mənə baxsın
Tale(tanrı) məni tək qoyma. Plan qurub onu icra edin. 
 
Hər bir Azərbaycanlıya 
 
Tarixdən  bu günədək davam edən despotik idarə sizdə azad 
insan obrazı yaratmamışdır. Siz özünüzü dövlət məmurlarının qulu 
kimi görmüsünüz. Bu xarakteri yaradan, şübhəsiz, dövlət qanunları 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə