178
və idarə sistemidir. Belə xarakter ictimai işdə iştirak etməyi, vəzifə
tutduqda düz işləməyə imkan vermir. Bir - birinizi sevməyə,
icmanın, vahid xalqın mənafeyini üstün tutmağa, ədaləti üstün
tutmağa imkan vermir. Daim siz müxtəlif seçimlər qarşısında
qalırsınız: əxlaqla yaşamaq, yaxud əyri yolla yaşamaq, rüşvət
vermək, mühacirət etmək. Bəzən vəzifə aldıqda, bunu əsasən
qohumluq və dostluq və ya rüşvətlə alırsınız, siz rüşvət almağa və
yuxarıya da verməyə məcbur olursunuz. Bu, əlbəttə zəiflərə,
biliksizlərə xoşdur, lakin biliklilərə və bacarıqlılara xoş deyil. Sizin
bütün davranışınız məhz dövlətin qanunu və idarəsi ilə yaratdığı
məhsuldur. Siz rejimin məhsulusunuz. Bu ən böyük bəladır. Və
gələcəyə ümid vermir.
Sizin insanlararası davranışın kökündə əsrlərcə formalaşmış
yaxşı milli xarakter nümunələri də vardır. Bu: qonaqpərvərlik,
humanistlik, böyüyə, qadına hörmət və kömək, öz zəhmətilə
yaşamaq, öz genlərinizdən gələn Zərdüştlük inanclarını qorumaq və
əməl etmək, düzlüklə yaşamaq, həqiqəti demək və digər
keyfiyyətlərdir. Bu keyfiyyətlər tarixin çətin zamanlarından keçib
gəlmişdir və itirilməmişdir. Bu xasiyyətlərə bir - birini zorla devirmiş
və hakim qrupa xidmət edən dövlətlər, xanlıqlar, zorla qəbul
etdirilmiş islam dini bir çox zərərli təsir etmişdir. Ona yad
xarakterlər, zorakılıq, öldürmək, oğurlamaq, aldatmaq kimi davranış
etalonları, nümunələri və bir çox idarə sistemlərinin yaratdığı nadan
davranış təcrübələrini gətirmişdir. İslam bəşəriyyəti iki zidd qrupa -
düzgün hesab etdiyi müsəlmanlara və kafirlərə bölmüşdür. Bunu
etməklə özü-özünə qəbir qazmış, özünü hissələrə parçalamışdır,
özünü dünyaya qarşı qoymuşdur. Nadan ideologiyaya qarşı Seyid
Əzim Şirvani çox düzgün demişdir:
“ Demə bu müsəlman, ol kafirdir,
Hər kəsin elmi var, o insandır”
Bu obrazdan çıxmaqa yenə də maariflənmə, düz insani
keyfiyyətlər, düz idarə sistemi, əxlaqi həyat haqda, rasional düşüncə
və rasional ictimai quruluş haqda, rasional qanun yaratma və qərar
qəbulu metodu haqda biliklər və onların öyrənilməsi və tətbiqi
kömək edərdi. Yuxarıdan isə Avropa şurasının məcburi reforma
təklifləri, hansı ki dövlət tərəfindən əsasən formal hala salınır, düz
qavranılıb icra edilsə, kömək edə bilər.
Sizin xilasınız yalnız əsil demokratiya – rasional idarə prinsipləri
hakim olandan sonra mümkündür. Sizin xilasınız: 1) zərərli davranış
etalonlarından, hakimiyyətin yaratdığı qeyri - etik hərəkətlərdən
179
imtina etmək, öz sarsılmaz və düzgün və əsil milli davranış və
xarakteri yada salmaq və dərk etməklə, öyrənməklə ona sahib
olmaqdadır; habelə rasional əxlaq, davranış, nəzakət normalarına
əməl etməkdir;
2) rasional prinsiplər
əsasında ictimai sistemin
demokratikləşməsi, ictimai – hamının iştirakına imkan verən qanun
vermə və qərar hazırlama sistemini qəbul etməkdir;
3) həyat tərzinizi dəyişmək- rasional həyat tərzi ilə yaşamaq ,
mədəniyyəti rasional etmək, zərərli adət və mərasimlərdən, dini
xurufatdan imtina etməkdir.
Yadınızda saxlayın, heç vaxt şəxsi diktatura rejimi və ya
seçkili demokratiya sistemi sizi xilas etməyəcəkdir. Azərbaycan
balaca saylı xalq olduğu üçün burada məmur tərəfindən idarə olunan
seçkili demokratiya həmişə (20 - 50 il) bir qrupa xidmət edəcəkdir
və istədiyini hakimiyyətə gətirəcəkdir. Çünki: 1) demokratiyanın
olması üçün bərabər güclü insanlar və qrupların olması lazımdır,
azsaylı xalqda bir qrup digərini asanlıqla əzir və dominant olur; 2)
digər tərəfdən, keçmiş rəhbərlər qeyri - kollektivçilik, yerlibazlıq,
tayfaçılıq, üstün haqlar əxlaqını yaratamışlar. Başqa sözlə, hər qrup
yalnız özünün üstün olmasını, başqasının zərər çəkməsini istəyir. Nə
vaxt başqasının da yaşamağa, təhsilə, səhiyyəyə, əmlaka, təbii
ehtiyatlara, torpağa, suya bərabər haqqı olduğunu hamı qəbul etsə,
onda demokratiya olacaqdır. Yəni demokratiya bərabər haqları qəbul
edəndən sonra və bu şərtlə icrimai idarədir, dövlət təşkilatı
formasında idarədir, daha doğrusu idarə alətidir. Yəni demokratiya
idarə forması kimi hüquqların, mənafelərin bərabərliyini qəbul
etməklə hər adamın, qrupun birlikdə razılaşmaqla ümumi qanun və
idarə sərəncamları hazırlaması, bərabər haqla və imkanla icra
vəzifəsi tutması və məsuliyyət daşımasıdır və vaxtında könüllü öz
yerini daha yaxşı adama verməsidir. Bu gün bu Azərbaycanda
varmı? – Xeyr, burada avtoritar idarə rejimidir, başqa qrup və
insanları əzmək, əzab vermək, onları rüşvətlə soymaq, öz qrupu üçün
çalışmaqdır. Hər bir məsələdə, hər kənddə, şəhərdə, icmada, ölkə
idarəsində yalnız kollektiv qərar qəbulu sizi xilas edə bilər.
Azərbaycanın xilası yeni rasional azərbaycanlı yetişdirilməsilə
mümkündür. Yeni insan bu kitabı, rasional həyat tərzini, rasional
ictimai quruluşu öyrənməklə və belə həyatı yaşamaqla, öz
təcrübəsilə yetişə bilər. Insanlara “belə otur, belə dur, belə hərəkət
et” deməklə onlar onu icra etməz. Onlara imkan və ağılla yaradılmış
ictimai - iqtisadi sistem vermək lazımdır ki, məhz öz təcrübələrilə
180
sınasınlar, özləri sistemin yönəltdiyi daha məqsədyönlü rasional
davranışlar və fəaliyyət seçsinlər. Onlara imkan vermək lazımdır ki,
özləri vasitəçi, dəllal olmadan həmin sistemi yaratsınlar. Məhz bunun
qarşısında varlı siyasi qruplar dayanmışlar və imkan vermirlər.
Mövcud Azərbaycan dövləti kapitalizmin ən pis modelini tətbiq
və əks etdirir. Bu sistem bütün dünyada olduğu kimi ən çoxu 20 %
əhalinin varlı olmasını, 80% -in isə kasıb olmasına və birinci qrupa
xidmət etməsinə, istismar olunmasına gətirəcəkdir. Belə
kapitalizmdən imtina edin, bu sizin mənafeyinizə uyğun deyil,
rasional cəmiyyət formasını, yəni rasional sosializmin əsas
prinsiplərini qəbul edin. Burada həm şəxsi sahibkarlıq və mülkiyyət,
həm də ictimai sahibkarlıq, ictimai mülikiyyət, ictimai istehsal,
xidmət vardır. Ictimai sahibkarlıq və mülkiyyət daha böyük
həcmdə və inkişaf səviyyəsində saxlanılır. Dünyada Çin, Norveç,
İsveç anoloji ictimai sistemlərdir, hansı ki bərabərlər, sosial rifah
cəmiyyətinə yaxındır, lakin bu kitabda təklif edilən rasional cəmiyyət
sistemi daha qabaqcıl və kamil sistemdir. Burada ictimai sistemin
verdiyi imkanlarla daha yaxşı yaşaya, müdafiə oluna, qabiliyyətinizi
tətbiq edə bilərsiniz, istəsəniz şəxsi biznes yaradıb yaşaya bilərsiniz.
Deputatlar, məmurlar və dövlət rəhbərləri
Sizin seçdiyiniz kapitalist sistemi ədalətsiz və bütün xalq üçün
uğursuz sistemdir. Gərək ki, siz özünüzə sərfəli bu sistemə keçəndə
heç xalqdan soruşmadınız və hansı nəticələr əldə etməli olduğunuzu
da bilmirsiniz. Ən yüksək inkişaf etmiş kapitalist ölkəsi ABŞ- da
1996 –cı il məlumatına görə 35 milyon (12%) kasıb olmuşdur, indi
daha çoxdur.(bax Future Vision. World Future Society. Maryland,
U.S.A.1996) Bundan başqa ortabab adlandırılan 65% əhalinin də
gəlirləri ancaq güclə onları ödəyir, hansı ki bir neçə işdə gərgin
işləyirlər, yalnız 20% əhali varlıdır və bütün qiymətli kağızlar onların
əlində toplanmışdır. Siz nə qədər ağıllı olsanız da, Amerikan
rəhbərlərinin ağlını və təcrübəsini keçə bilməzsiniz, deməli, sizin
yaradacağınız kapitalist dövləti və xalqının vəziyyəti daha aşağı və
gülünc parametrlərə malik olacaqdır. Tutaq ki, böyük göydələnlər,
heykəllər, beton yollar, 5-ulduzlu hotellər, körpülər, əyləncə yerləri,
məktəblər, olimpiya idman kompleksləri tikmisiniz, bağlara, yollara
mərmər döşəmisiniz, hələ bunların hər birinin adi insan üçün
(əhalinin 80%-i ) əhəmiyyəti, vacibliyi, şübhəlidir. Məsələn,
məktəbin təzə olub olmamasının, əgər o lazımı səviyyədə təhsil və
bacarıq, dünyagörüş, əxlaqi insan vermirsə, əhəmiyyəti yoxdur. Son
Dostları ilə paylaş: |