Mövzu: 1 İnnovasiya menecmentinin məqsəd və vəzifələri



Yüklə 0,98 Mb.
səhifə1/57
tarix14.05.2023
ölçüsü0,98 Mb.
#110231
  1   2   3   4   5   6   7   8   9   ...   57
C fakepathinnovasiya menecmenti mühazir iv 2023


MÖVZU: 1 İnnovasiya menecmentinin məqsəd və vəzifələri.
PLAN

    1. İnnovasiya anlayışı, mahiyyəti və zəruriliyi, məqsəd və vəzifələri.

    2. İnnovasiya menecmentinin prinsipləri.

    3. İnnovasiyanın təşəkkülü və inkişafı

    4. FNA –innovasiya fəaliyyətinin əsası kimi

    5. Yeni məhsulun yaradılması prosesində elmi-texniki və konstruktor işlərinin əhəmiyyəti.

1.1.İnnovasiya (yenilik gətirmə)- yeniləşdirmə prosesinin son məhsulu kimi istehlak bazarına çıxarılan yeni, yaxud mükəmməlləşdirilmiş məhsul və ya praktikada istifadə olunan yeni və mükəmməlləşdirilmiş texnoloji prosesdir.
İnnovasiya prosesi (fəaliyyəti)- innovasiya xarakterli dəyişikliklərin hazırlanmasından və həyata keçirilməsindən ibarət olaraq qarşılıqlı əlaqədə olan fazaları vahid və bütöv kompleksdə birləşdirir.
İnnovasiya fəaliyyəti:
– prinsipial cəhətdən yeni və ya yeni istehlak xüsusiy-yətlərinə malik məhsulun (malların, işlərin, xidmətlərin) istehsalının yaradılmasına və təşkilinə;
– məhsulun istehsalının yeni texnologiyasının yara-dılmasına və ya mövcud texnologiyaların mükəmməlləşdiril-məsinə, onların yayılmasına və istifadəsinə;
– yeni məhsulun (malların, işlərin, xidmətlərin) istehsalında xərclərin azaldılmasını təmin edən və bunun üçün şərait yaradan struktur, maliyyə-iqtisadi, kadr, innovasiya və digər xarakterli yeniliklərin tətbiqinə istiqamətlənmiş işlərin yerinə yetirilməsi və ya xidmətlərin göstərilməsidir.
İnnovasiya məhsulu innovasiya fəaliyyətinin bazarda realizə etmək üçün yaradılmış nəticəsidir (mallar, işlər, xidmətlər).
İnnovasiya sistemi işlərini dövlətin innovasiyaların inkişafı sahəsində apardığı proqram çərçivəsində quran, innovasiyalı məhsulun yaradılmasında və realizə edilməsində birgə fəaliyyət göstərən subyektlərini və obyektlərini özündə ehtiva edir.
İnnovasiya sisteminin infrastrukturu innovasiya məhsullarının yaradılması və realizə edilməsi üçün xidmətlərin göstərilməsi də daxil olmaqla innovasiya fəaliyyətinin həyata keçirilməsini təmin edən innovasiya fəaliyyəti subyektlərinin toplusudur.
Bu struktura innovasiya texnologiyaların transfer mərkəzləri, innovasiyalı-texnoloji mərkəzlər, texnoparklar, biznes-inkubatorları, innovasiya fəaliyyəti üçün kadr hazırlığı mərkəzləri, vençur fondları və s. aiddirlər.
İnnovasiya menecmenti innovasiya proseslərini, innovasiya fəaliyyətini, fəaliyyətlə məşğul olan təşkilatları və onların işçilərini idarə etmək üçün istifadə edilən prinsiplərin, metodların və idarəetmə formalarının toplusudur.
İnnovasiyalar aşağıdakı əlamətlərinə görə təsnifatlaşdırılırlar:

  • Meydana gəlmə mənbəyinə görə elm və texnikanın inkişafından, istehsalatın tələblərindən və bazarın tələblə-rindən irəli gələn innovasiyalar mövcuddur.

  • Sistemdə (şirkətdə, firmada) yerinə görə şirkətin giri-şindəki (xammal, avadanlıq, informasiya və s.), onun çıxışın-dakı (məmulatlar, xidmətlər, texnologiya və s.) və müəs-sisənin sistem strukturunun (idarə etmə, istehsal və s.) innovasiyaları mövcuddur.

  • Daxil edilən dəyişikliklərin dərinliyinə görə iri ixtira-ları həyata keçirən və texnikanın yeni istiqamətlərini inkişaf etdirən radikal (baza), xırda ixtiraları həyata keçirən, bir fazada özünü göstərən və elmi-texniki tsiklin stabil inkişafına töhfə verən yaxşılaşdırıcı və texnika və texnologiyanın köh-nəlmiş nəsillərinin işini hissəcə yaxşılaşdırmağa yönəldilmiş modifikasiya (fərdi) innovasiyaları mövcdur.

İnnovasiyaların mahiyyəti (məzmunu) dəyişikliklərdən, innovasiya fəaliyyətinin əsas komponenti “dəyişiklik funksiyası”ndan ibarət olur.
Y.Şumpeter dəyişikliklərin beş tipini fərqləndirir:

  • yeni texnikanın, yeni texnoloji proseslərin istifadə olunması;

  • yeni xassələrə malik məhsulun tətbiqi;

  • yeni xammaldan istifadə olunması;

  • istehsalın təşkil edilməsində və onun maddi-texniki təchizatında dəyişikliklər;

  • yeni satış bazarlarının meydana gəlməsi.

İstehsalda və digər fəaliyyət sahələrində dəyişikliklər innovasiya xarakterli ola və olmaya da bilərlər.
İnnovasiyalar aşağıdakı bir sıra xassələrə malik olmalıdırlar, bu xassəlıər innovasiya prosesi ilə qırılmaz şəkildə təyin edilməlidir:
– innovasiyanın elmi-texniki (təşkilati-iqtisadi ) yeniliyi;
– innovasiyanın istehsalatda istifadə (tətbiq) oluna bilməsi;
– kommersiya baxımından realizə edilə bilməsi.
Texnoloji innovasiyaların yazılışı 1992-ci ildə Norveçin paytaxtı Oslo şəhərində qəbul edilmiş və “Oslo Rəhbərliyi” adlandırılmış beynəlxalq standartlara aid tövsiyələr əsasında həyata keçirilir. Dəyişikliklərin əksəriyyəti öz mahiyyətinə görə innovasiya xarakterli deyildirlər:
Məhsul və texnoloji aspektlərinə görə aşağıdakılar innovasiya xarakterli deyildirlər:
– məhsullarda estetik dəyişikliklər;
– az əhəmiyyətli qeyri-prinsipial dəyişikliklər;
– məhsulun nomenklaturasının (siyahısının) genişləndirilməsi
– kəşf mahiyyətinə görə təmənna güdməyən fəaliyyətdir, innovasiyanın məqsədi isə gəlir əldə etməkdir;
– kəşf təsadüfi olaraq da baş verə bilər, innovasiya isə məqsədyönlü fəaliyyətin nəticəsidir.
İnnovasiya xarakterli işləri qısaca belə xarakterizə etmək olar.
İnnovasiya fəaliyyəti:
– prinsipial cəhətdən yeni və ya yeni istehlak xüsusiy-yətlərinə malik məhsulun (malların, işlərin, xidmətlərin) istehsalının yaradılmasına və təşkilinə;
– məhsulun istehsalının yeni texnologiyasının yara-dılmasına və ya mövcud texnologiyaların mükəmməlləşdiril-məsinə, onların yayılmasına və istifadəsinə;
– yeni məhsulun (malların, işlərin, xidmətlərin) istehsalında xərclərin azaldılmasını təmin edən və bunun üçün şərait yaradan struktur, maliyyə-iqtisadi, kadr, innovasiya və digər xarakterli yeniliklərin tətbiqinə istiqamətlənmiş işlərin yerinə yetirilməsi və ya xidmətlərin göstərilməsidir.
İnnovasiya məhsulu innovasiya fəaliyyətinin bazarda realizə etmək üçün yaradılmış nəticəsidir (mallar, işlər, xidmətlər).
İnnovasiya sistemi işlərini dövlətin innovasiyaların inkişafı sahəsində apardığı proqram çərçivəsində quran, innovasiyalı məhsulun yaradılmasında və realizə edilməsində birgə fəaliyyət göstərən subyektlərini və obyektlərini özündə ehtiva edir.
İnnovasiya sisteminin infrastrukturu innovasiya məhsullarının yaradılması və realizə edilməsi üçün xidmətlərin göstərilməsi də daxil olmaqla innovasiya fəaliyyətinin həyata keçirilməsini təmin edən innovasiya fəaliyyəti subyektlərinin toplusudur.
Bu struktura innovasiya texnologiyaların transfer mərkəzləri, innovasiyalı-texnoloji mərkəzlər, texnoparklar, biznes-inkubatorları, innovasiya fəaliyyəti üçün kadr hazırlığı mərkəzləri, vençur fondları və s. aiddirlər.
İnnovasiya menecmenti innovasiya proseslərini, innovasiya fəaliyyətini, fəaliyyətlə məşğul olan təşkilatları və onların işçilərini idarə etmək üçün istifadə edilən prinsiplərin, metodların və idarəetmə formalarının toplusudur.
İnnovasiyalar aşağıdakı əlamətlərinə görə təsnifatlaş-dırılırlar:
Meydana gəlmə mənbəyinə görə elm və texnikanın inkişafından, istehsalatın tələblərindən və bazarın tələblə-rindən irəli gələn innovasiyalar mövcuddur.
Sistemdə (şirkətdə, firmada) yerinə görə şirkətin giri-şindəki (xammal, avadanlıq, informasiya və s.), onun çıxışın-dakı (məmulatlar, xidmətlər, texnologiya və s.) və müəs-sisənin sistem strukturunun (idarə etmə, istehsal və s.) innovasiyaları mövcuddur.
Daxil edilən dəyişikliklərin dərinliyinə görə iri ixtira-ları həyata keçirən və texnikanın yeni istiqamətlərini inkişaf etdirən radikal (baza), xırda ixtiraları həyata keçirən, bir fazada özünü göstərən və elmi-texniki tsiklin stabil inkişafına töhfə verən yaxşılaşdırıcı və texnika və texnologiyanın köh-nəlmiş nəsillərinin işini hissəcə yaxşılaşdırmağa yönəldilmiş modifikasiya (fərdi) innovasiyaları mövcud-dur.
İnnovasiyaların mahiyyəti (məzmunu) dəyişikliklərdən, innovasiya fəaliyyətinin əsas komponenti “dəyişiklik funk-siyası”ndan ibarət olur.
Dəyişikliklərin beş tipik növü mövcuddur:
– yeni texnikanın, yeni texnoloji proseslərin və ya istehsalın yeni bazar təminatının istifadə olunması;
– yeni xassələrə malik məhsulun tətbiqi;
– yeni xammaldan istifadə olunması;
– istehsalın təşkil edilməsində və onun maddi-texniki təchizatında dəyişikliklər;
– yeni satış bazarlarının meydana gəlməsi.
İstehsalda və digər fəaliyyət sahələrində dəyişikliklər innovasiya xarakterli ola və olmaya da bilərlər.
İnnovasiyalar aşağıdakı bir sıra xassələrə malik olmalıdırlar, bu xassəlıər innovasiya prosesi ilə qırılmaz şəkildə təyin edilməlidir:
– innovasiyanın elmi-texniki (təşkilati-iqtisadi ) yeniliyi;
– innovasiyanın istehsalatda istifadə (tətbiq) oluna bilməsi;
– kommersiya baxımından realizə edilə bilməsi.
Texnoloji innovasiyaların yazılışı 1992-ci ildə Norveçin paytaxtı Oslo şəhərində qəbul edilmiş və “Oslo Rəhbərliyi” adlandırılmış beynəlxalq standartlara aid tövsiyələr əsasında həyata keçirilir.
Dəyişikliklərin əksəriyyəti öz mahiyyətinə görə innovasiya xarakterli deyildirlər:
Məhsul və texnoloji aspektlərinə görə aşağıdakılar innovasiya xarakterli deyildirlər:
– məhsullarda estetik dəyişikliklər;
– azəhəmiyyətli qeyri-prinsipial dəyişikliklər;
– məhsulun nomenklaturasının (siyahısının) genişləndiril-məsi
İxtira- xalq təsərrüfatının istənilən sahəsində, sosial-mədəni quruculuqda və ya ölkənin müdafiəsində texniki məsələnin həlli üçün təklif edilən və müsbət effekt verən yeni və ya əhəmiyyətli üstünlüyə malik təklifdir.
Sənaye nümunəsi sənaye və ya kustar-sənət istehsalı məmulatının xarici görünüşünü müəyyən edən bədii-konstruktiv həlldir.
Əgər sənaye nümunəsi əsas əlamətlərinə görə yeni və orijinaldırsa, o hüquqi cəhətdən qorunur.
Sənaye nümunəsinin əsas əlamətlərinə onun xarici görünüşünün estetik, erqonomik xüsusiyyətləri, xüsusi halda forması, konfiqurasiyası, ornamenti və rənglərin vəhdəti aid edilir.
Faydalı model qurğuya aid texniki həlldir. Əgər o yenidirsə və sənayedə tətbiq oluna bilirsə, hüquqi cəhətdən qorunur.
“Kəşf”, “ixtira” və innovasiya anlayışları biri-birindən aşağıdakı kimi fərqlənirlər:
– kəşflər və ixtiralar bir qayda olaraq fundamental səviyyədə, innovasiyalar isə tətbiqi səviyyədə meydana gətirilir;
– kəşf və ixtiralar tək bir nəfər tərəfindən ortaya çıxarıla bilər, innovasiya isə bir qayda olaraq kompleks laboratoriyalar tərəfindən işlənib hazırlanır;
– kəşf mahiyyətinə görə təmənna güdməyən fəaliyyətdir, innovasiyanın məqsədi isə gəlir əldə etməkdir;
– kəşf təsadüfi olaraq da baş verə bilər, innovasiya isə məqsədyönlü fəaliyyətin nəticəsidir.
İnnovasiyalı sahibkarlıq prosesi ideyadan başlanır. İnnovasiyalı ideyanın ortaya çıxmasına təkan verən biliklər, şəxsi və peşəkarlıq təcrübəsi və real şəraitdə onu təbliğ etmək qabiliyyətidir.
İdeyanın formalaşdırılması mərhələsində aşağıdakı əsas suallara cavab verilməlidir:
– ideya (məhsul, mal, xidmət) konkret olaraq nədən ibarətdir?
– ideyanın yeniliyi nədən ibarətdir?
– innovasiya prosesinin nəticəsinin istifadəçisi (alıcısı) kim olacaqdır?
– ideyanı həyata keçirməyə başlamaq üçün nə (hansı ehtiyatlar) lazımdır?
– ideyanın həyata keçirilməsinə nə mane ola bilər?
İnnovasiya prosesinin inkişafı mürəkkəb və ardıcıl proseslərdən ibarətdir.
İnnovasiyanın idarə edilməsi prosesini öyrənməzdən əvvəl, innovasiyaların mahiyyətini şərh edək. İnnovasiya ingilis sözü olub, mənası “yeniliketmə” deməkdir. İqtisadi ədəbiyyatlarda göstərilir ki, innovasiya-yeniliketmə və ya yeniliklərin tətbiqi üzrə istehsalın əsas fondları vasitəsilə texniki parametrlərin təkmilləşdirilməsi üzrə reallaşan tədbirlərdir. Bu təkmilləşdirmələr qarşılıqlı sürətdə vəhdət təşkil edən iki istiqamətdə həyata keçirilir.
1. Texnoloji təkmilləşdirmələr üzrə yeniliketmə. Yəni, istehsalın texnologiyasını təkmilləşdirmək, texnikanı yeni texnoloji istehsal üsuluna uyğunlaşdırmaq, tətbiq etmək tədbirləri və investisiyanın yeniliketmək cəhdləri başa düşülür.
2. Yeni məhsulun istehsalı üzrə yenilik etmə. Bu istiqamət keyfiyyətcə yeni, bazarın tələbinə cavab verən məhsul istehsalı üzrə yeniliketmə olub, texnoloji yenilik etmə ilə qarşılıqlı sürətdə əlaqəlidir.
Digər ədəbiyyatlarda isə, innovasiya dedikdə aşağıdakı yeniliklər başa düşülür:
• Yeni əmtəənin istehsalı və ya tətbiqi;
• İstehsal və əməyin təşkilinin yeni üsullarının tətbiqi;
• Yeni bazarın kəşfi;
• Yeni xammal mənbələrinin aşkar edilməsi;
• Yeni maşın və avadanlıqlar.
İnnovasiya menecmentinin öyrənilməsinə hər şeydən əvvəl onun bir sıra ümumi cəhətlərini nəzərdən keçirməkdən başlamaq lazımdır. Dünya iqtisadi ədəbiyyatında «innovasiya» potensial elmi-texniki tərəqqinin yeni məhsul və texnologiyalarda öz əksini tapması kimi şərh olunur. Müxtəlif alimlər «innovasiya» anlayışını öz tədqiqat obyekti və predmetlərindən asılı olaraq təhlil edirlər.
Y.P.Morozov geniş mənada innovasiya dedikdə, yeni məhsullar, istehsal, maliyyə, kommersiya xarakterli yeniliklərdən mənfəətli, yeni səmərəli istifadəni nəzərdə tutur.
A.İ.Priqojin hesab edir ki, yeniliklər texnika və texnologiyanın inkişafı, onların yaranması, mənimsənilməsi və digər obyektlərə diffuziyasının idarə edilməsi şəklinə düşür.
M.Xuçek qeyd edir ki, «Polşa dilinin lüğətində» innovasiya nəsə yeni bir şeyin, yeniliyin islahatın tətbiqini göstərir.
«Elmi-Texniki Tərəqqi» lüğətində innovasiya yeni məmulat növlərinin, texnalogiyaların, yeni təşkilati formalarının tətbiqinin və s. işlənib hazırlanmasına, yaradılmasına yönəldilmiş yaradıcılıq fəaliyyətini ifadə edir.
İnnovasiya-ixtiranın və ya ideyanın iqtisadi məzmun aldığı prosesdir.(B.Tviss).
İnnovasiya-bazarda yeni və təkmilləşdirilmiş istehsal proseslərinin və avadanlıqların meydana gəlməsinə gətirib çıxaran texniki, istehsal və kommersiya tədbirləri toplusudur.(F.Nikson).
Beynəlxalq standartlara uyğun olaraq innovasiya bazara daxil olaraq bazara daxil edilmiş təcrübi-praktiki fəaliyyətdə istifadə olunan yeni və yaxud təkmilləşdirilmiş proses və ya sosial xidmətlərə yeni yanaşma, yeni və yaxud mütərəqqiləşdirilmiş məhsul şəklini alan fəaliyyətinin son nəticəsi kimi müəyyən olunur.
İnnovasiyanın dərk edilməsinə müxtəlif yanaşmaların təhlili belə bir qənaətə gəlməyə imkan verir ki, innovasiyanın məxsusi məzmunu dəyişikliklərdən ibarətdir və innovasiya fəaliyyətinin və innovasiya menecmentinin əsas funksiyası isə dəyişiklikləri optimal idarə etməkdir.
Müvafiq olaraq, innovasiya menecmenti dedikdə, biz «əmək məhsullarında, istehsal vasitələrində, xidmətlər sahəsində əsaslı dəyişiklikləri»n elmi idarəedilməsi bacarığı kimi başa düşürük.
Elmi-texniki innovasiya aşağıdakıları təmin etməyə borcludur:
- yeniliyə malik olmağa;
- bazar tələbini ödəməyə;
- istehsalçıya mənfəət gətirməyə;
Müasir dövrdə innovasiya sahibkarlığı yeni idarəetmə düşüncəsi ilə, səmərəli təsərrüfatçılıq haqqında ənənəvi təsəvvürləri aşılamaqla və böyük bazar orientasiyası ilə bağlıdır. Məhz yeniləşdirmə bacarığı hesabına dünyanın ən yaxşı şirkətləri uğura nail olurlar və «öz sahələrinin digər şirkətlərinə əziyyət verən böhranlara üstün gələrək hər dəfə güclü olurlar»
Yeniliyin yaradılması prosesi daima bərpa olunandır və qeyri-sabit xüsusiyyətlərə malik bazara istiqamətlənir:

  • bu birincisi, yeni elmi ideyaların və perespektivli məhsulların işlənib hazırlanması axtarışının daima dəstəklənməsini

  • ikincisi isə inteqrasiya əlaqələrini saxlamaqla idarəetmə səlahiyyətlərinin maksimum qeyri-mərkəzləşdirilməsinin səmərəli və çevik şəkildə idarə edilməsini özündə ifadə edir.

Bu gün menecmentin nəzəriyyəçiləri və praktikləri belə qənaətə gəlirlər ki, bazarda yeni məhsulların çeşidinin və sayının çoxaldılması, həmçinin onların artırılması üçün onların həyat tsiklini ixtisarı ilə əlaqədar olaraq firmada novator ideyaların yüksək sıxlığı vacibdir.
İdarəetmənin innovasiya üslubunun tərəfdarları hesab edirlər ki, yaxşı yenilikçilik mühitinin yaradılması üçün həll edici rola firmaların müxtəlif bölmələrində qabaqcıl təcrübənin həvəsləndirilməsi, entuziastlara onların ideyalarının reallaşdırılması imkanlarının yaradılması zəruridir. Bununla yanaşı qeyd etmək lazımdır ki, innovasiyaların yayılması elə bir prosesdir ki onun forması və surəti komunikasiya kanallarının güclü olmasından, informasiyanın təsərrüfat subyektləri tərəfindən qavranılması xüsusiyyətlərindən və s-dən asılıdır. İnnovasiyanın nüfuz etməsi isə yeniliyin kommunikasiya kanalları ilə müəyyən zaman çərçivəsində sosial sistemin üzvləri arasında ötürülməsi prosesidir.
Bazar iqtisadiyyatı şəraitində ən başlıca məsələ innovasiyanın milli iqtisadiyyatla qovuşması, dünya standartlarına və makroiqtisadi tələblərə uyğun gəlməsidir. Bəzən isə, bir sıra tətbiqi xarakterli layihələr, tədqiqatlar, məhsulun sənayecə mənimsənilməsi və s. geniş planda baxılmağı tələb edir. İnnovasiya meneceri məhz belə yanaşma əsasında özünün idarəçilik fəaliyyətini qurmalıdır.
İnnovasiyalarla bağlı strateji idarəetmənin məqsəd və vəzifələrini araşdıraq.
Deməli, innovasiya bazar iqtisadiyyatına uyğun elm və texnikanın nailiyyətləri əsasında istehlakçıların tələbatını ödəmək məqsədi ilə əmək məhsullarını təklif etmək üzrə tədbirlər olub, investisiyasının keyfiyyət tərəfini xarakterizə edir.
İnnovasiya menecmenti yeni məhsul bazarının tədqiqini, həmin məhsulların istehsalı üzrə fəaliyyətin təşkili və proqnozlaşdırılmasını, patentlərin lisenziyaların alınmasını, yeni məhsul üzrə istehsal həcminin, satış qiymətlərinin kompleks təhlilini, satışın formalarının təşkilini və s. məsələləri əhatə edir.
İnnovasiya menecmenti müəssisəsinin istehsalat və ya sosial mühitində, sahibkarlıqda innovasiya layihələrinin planlaşdırılması və həyata keçirilməsi məsələlərini həll edir.
Funksional menecment çərçivəsində innovasiya siyasətinin ayrı-ayrı fəaliyyət sferası və innovasiya ilə bağlı şəxsi strateji məsələlər işlənir və həyata keçirilir (marketinq, satış, istehsal, kadrlar, maliyyə, innovasiya bazarı və s.).
İnnovasiya siyasətinin (İS) işlənməsi onun potensial imkanlarının qiymətləndirilməsi və uyğun resursla təchiz edilməsi onun uzaq və yaxın inkişaf perspektivlərinin strategiyası və məqsədlərinin müəyyən olunmasını təklif edir. İstənilən İS-nin fəaliyyət dövründə nisbi statistika və nisbi dinamikanın vəziyyəti dəqiq tədqiq olunur. Hər bir şey bütün mərhələlərin qarşısında duran məqsədlərin məzmunundan asılıdır.
İnnovasiyaların strateji idarə edilməsi daha geniş anlayışa malikdir. O, istehsalat və sahibkarlığın maliyyə amillərinin bütün disproporsiyalarına təsir edəcək vəziyyət və proqnozları daxil edir. O cümlədən, bura xarici (məhsullar, bazarlar, tədarükçü, patent və lisenziyalar) və daxili (yeni texnologiyalar, maliyyələşdirmə, istehsal gücü, işçilərin tərkibi, texniki səviyyə); ETTKİ-nin (Elmi-Tədqiqat, Təcrübə-Konstruktor İşləri) potensial dairəsi; idarəetmə sistemi; onun təşkilatçılıq formaları; sahibkarlığın etika və mədəniyyəti (sahibkar siyasəti) daxildir.
İS fəaliyyətinin onu əhatə edən mühitin xüsusi şəraitinə uyğunlaşması istənilən strateji planlaşma orqanının məxsusi prinsipindən ibarətdir.
Xarici mühitin bir qədər labüd şəraiti və onların göstərilən dəyişiklikləri haqqındakı informasiyalar, strateji qərarlar üçün özünə məxsus “xammal”dır.
İS-nin fəaliyyəti dövründə müvəffəqiyyətin dərəcəsini xarakterizə edən ümumi qəbul olunan göstəricilər də istifadə edilir: gəlir, məhsulun rentabelliyi, əsas kapitalın rentabelliyi, şəxsi kapitalın rentabelliyi, əsas fəaliyyətin rentabelliyi, şəxsi kapitalın alıcılıq dövrü.
Elm tutumlu texnologiyalardan istifadə edilməsi iqtisadi inkişafın yeni bir istiqamətinin “İnnovasiya yönümlü iqtisadi inkişafının” yaranmasına səbəb oldu.
XX əsrin son onilliklərindən hal-hazıradək insan cəmiyyətində çox sürətli dəyişikliklər getmişdir. Bütün bu dəyişikliklərin əsası innovasiya ilə əlaqədardır.
Elektronika, radiofizika, optoelektronika, lazer texnologiyaları, müasir materialşünaslıq, kimya və kataliz, müasir aviasiya və kosmonavtika sahələrində müəyyən edilən, bir sıra texnoloji və fundamental ixtiralar və kəşflər, müasir informasiya texnologiyalarından istifadə edilməsi, mikro və makroelektronika sahələrindəki alınmış nəticələr, habelə, nanotexnologiyalarelm tutumlu məhsulların yaranmasına səbəb oldu. Belə məhsulların alınmasını təmin edən texnologiyalar elmtutumlu texnologiyalar adlandırıldı.
Elm tutumlu texnologiyalardan istifadə edilməsi iqtisadi inkişafın yeni bir istiqamətinin “İnnovasiya yönümlü iqtisadi inkişafının” yaranmasına səbəb oldu.
İnnovasiya yönümlü iqtisadi inkişaf modeli öz yüksək səmərəliliyini dünyanın inkişaf etmiş ölkələrinin timsalında sübuta yetirdi.
Odur ki, innovasiyanın sürətləndirilməsi son onilliklərdə bir sıra yeni xüsusiyyətlər kəsb etdi. Bu keyfiyyət dəyişiklikləri elm – texnika və istehsalın qarşılıqlı təsiri sferasında yaranmağa başladı. İlk növbədə bu özünü elmi ixtiraların və kəşflərin istehsala tətbiqi müddətinin kəskin sürətdə azalmasında göstərdi. Belə ki, elmi kəşflərin və ixtiraların istehsala tətbiqinin orta müddəti 1885-1919-cu illərdə -37 il, 1920-1944-cü illərdə-24 il, 1945-1964-cü illərdə -14 il, ən perspektivli yeniliklər isə müasir dövrdə 3-4 il təşkil edir. Beləliklə, elmi yeniliklərin istehsala tətbiqi müddəti iri istehsal komplekslərinin tikilməsi müddətinədək azalmışdır. Qeyd edilənlər nəticəsində elmlə istehsalın qarşılıqlı təsiri sayəsində yeni rəqabət forması yaranmağa başladı. Hal-hazırda yeni elmtutumlu texnologiyaları istehsalda mənimsəməyən müəssisələr dünya bazarlarında rəqabət apara bilməz.
Deməli, müəssisələrin inkişaf strategiyasının işlənilməsində nəzərə alınacaq ən vacib şərt – elmi yeniliklərin və elmtutumlu texnologiyaların istehsala tətbiqi olmalıdır. Yeri gəlmişkən onu da qeyd edək ki, strategiyanın seçimi çox riskli bir işdir. Bu sahədə buraxılan cüzi səhv çox böyük uğursuzluqlara səbəb ola bilər. Odur ki, alimlərin və mütəxəssislərin bu işlərə cəlb edilməsi zəruriyyəti yaranmışdır.
İqtisadiyyatın innovasiya yönümlü inkişafı ilə yaxından tanış olmaq üçün: innovasiya, onun sürətləndirilməsində xüsusi rol oynayan elmi parklar (texniki parklar, kiçik biznes inkubatorları, texnopolislər), “fundamental elmi – tətbiqi, elm – istehsal əlaqələrinin müasir təşkili formaları və başqa bu kimi anlayışlarla və məfhumlarla tanış olmağı vacib hesab edirik.
1.2. İnnovasiya menecmentinin prinsipləri aşağıdakılardan ibarətdir:

  • Əvvəllər istifadə olunmuş elmi prinsiplərdən, yanaşmalardan, funksiyalardan, metodlardan istifadə olunmaqla qarşıya qoyulan məsələlərin həll edilməsində istifadə etmək və idarəetmə qərarlarının pasional layihələndirilməsi və sistemləşdirilməsi.

  • İnnovasiya fəaliyyətinin insan kapitalının artırılmasına istiqamətlənməsi: elmi-tədqiqat və təcrübə layihə işləri özünsə aşağıdakı işləri və mərhələləri birləşdirir:

  • Fundamental tədqiqatların aparılması

  • Tətbiqi tədqiqatların aparılması

  • Təcrübi-konstruktor layihələri

  • Əvvəl qeyd olunan fazalar da daxil olmaqla təcrübi işlərin aparılması

Elmi-tədqiqat və təcrübə-layihə işlərinin məqsədi yeni əmtəə və xidmətlərin yaradılmasından ibarətdir ki, müəssisə öz gələcək fəaliyyətində bunlardan istifadə edəcəkdir.
Belə elmi-tədqiqat işlərinin aparılamasında, infrastrkturun, texnoloji səviyyəsinin, müəssisənin ənənələrinin, istehsal mədəniyyətinin, kadr potensialının və digər amillərinin nəzərə alınması vacibdir.
Eyni zamanda belə layihələrin işlənməsində firmanın gələcək strateji planınını da nəzərə alınması vacib amillərdəndir. Təbiidir ki, strategiya o vaxt yerinə yetirilə bilir ki, onun layihələndirilməsində real imkanlar nəzərdə tutulsun.
1.3. Müasir dövr üçün tipik şəkildə elm maşınlı istehsalın inkişafı şəraitində - təqribən XVIII əsrin axırlarından başlayan sənaye çevrilişi dövründə formalaşmışdır. Bu mərhələdə təcrübə və ya eksperiment nəzəri biliyin həqiqiliyinin müəyyən edilməsi yollarından biri idi. Bu halda təcrübə yeni anlayışlar yaratmır, yalnız onların doğruluğunu təsdiq edirdi. Elmi bilik maddi istehsalın nəzəri əsasına çevrilmişdi. Bununla əlaqədar, elm cəmiyyətin bilavasitə məhsuldar qüvvəsinə çevrilmişdir. Elmin texniki təchizat səviyyəsi də artmışdır, çünki tədqiqatların aparılması üçün zəruri olan, yüksək cərəyanla işləyən müasir cihazlar və mürəkkəb aparatlar olmasa elmin inkişafı mümkün deyil.
Başqa bir misal. Nanotexnologiyanı mənimsəmək üçün yüksək temperaturların (mənfi və müsbət) alınması və belə mühitdə maddələrin malekulyar quruluşuna nüfuz edə biləcək ölçü cihazlarının olması zəruridir. İlk dəfə belə cihazlar 1982-ci ildə ABŞ-da hazırlanmışdır. Alimlərin və mühəndis – texniki işçilərin intellektual töhfəsi istehsal edilən məhsulun elmtutumluluğunu və onun rəqabətlilik qabiliyyətini tədricən artırırdı. Elmi biliklər maddi istehsalın nəzəri əsasına çevrilmişdir. Odur ki, inkişaf etmiş ölkələrin hamısında fundamental nəzəri araşdırmalara (FNA) və axtarış xarakterli elmi-tədqiqat işlərinə diqqət artırılır. Məhz belə işlər innovasiya fəaliyyəti üçün bilik potensialını yaradır.
Bir qayda olaraq, bütün FNA elmi problemin qoyuluşundan başlanır. Bu problemi həll etmək üçün zəruri olan əlavə məlumatlar dəqiq bilik formasında faktlar şəklində seçilir. Alim qarşısına qoyduğu məqsədi əsas götürərək faktları seçir və təhlil edir. Faktlar həm elmi hipotez irəli sürmək üçün, həm də onu əsaslandırmaq üçün zəruridir. Bir və ya bir qrup hipotezin irəli sürülməsi idrakın yeni nəticələrə doğru hərəkət yoludur. Alim çoxsaylı hipotezlər arasında ən çox ehtimal ediləni seçir və onu hərtərəfli tədqiq edir. Əgər hipotez həqiqi biliyə müvafiqdirsə və onun formal – məntiqi ziddiyyətləri yoxdursa, o, nəzəri cəhətdən işlənmiş biliyə, gerçəkliyin nəzəri təsvir vasitəsinə çevrilir, bəzi hallarda isə yeni ixtira və kəşflərə gətirib çıxarır.
Alim FNA-nın nəticələrinə öz məqsədləri mövqeyindən yanaşdığı üçün yeni elmi bilikdən cəmiyyətin tələbatının təmin edilməsi üzrə praktiki baxımdan istifadə etməyə çalışır. Axtarış xarakterli elmi - tədqiqat işi (ETİ) aparılarkən problemin qoyuluşu nəzəri biliyin maddiləşdirilməsi haqqında elmi-texniki ideya irəli sürülməsilə eyniləşdirilir. Axtarış xarakterli ETİ-nin mühüm nəticəsi nəzəri biliklərin və kəşflərin praktikada istifadə edilməsi, ictimai istehsalda elmi – texniki potensialın artırılması metodlarının köməyilə elmi cəhətdən əsaslandırılmasıdır. 1 saylı cədvəldə elmi biliyin təkamülünün nəzəri və praktiki əhəmiyyəti meyarları verilmişdir.
FNA və axtarış xarakterli ETİ-nin aparılmasının nəticələrinə əsasən elmi biliklərin potensialı öz xüsusiyyətlərinə görə mühüm intellektual məhsuldur.

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə