Mövzu: 1 İnnovasiya menecmentinin məqsəd və vəzifələri


Texnologiyanın transferi (ötürülməsi)



Yüklə 0,98 Mb.
səhifə57/57
tarix14.05.2023
ölçüsü0,98 Mb.
#110231
1   ...   49   50   51   52   53   54   55   56   57
C fakepathinnovasiya menecmenti mühazir iv 2023

Texnologiyanın transferi (ötürülməsi) texnologiyanın sahibi olan şəxsin öz qərarı ilə onun müqavilə və ya başqa sövdələşmə ilə, eləcə də hüquqdan imtina müqaviləsi ilə, lisenziya müqaviləsi ilə və ya digər müqavilə ilə tam və ya hissəcə digər şəxsə verilməsidir.
Texnologiyaların transferi elmi işləmələrin kommer-siyalaşdırılması, daha doğrusu yeni texnologiyanın (innova-siyanın) kommersiya məqsədilə istifadəyə verilməsindən, eləcə də mövcud texnologiyaların yayılmasından ibarətdir.
Transfer prosesində texnologiyaların sahibləri, alıcıları, dəllallar və məsləhətçi iştirak edir, onların hüquqi vəziyyəti müvafiq qanunlarla müəyyən edilir.
Texnologiyaların transferinin xüsusi iştirakçısı texnologiyanın verilməsi (ötürülməsi) haqqında müqavilələri qeydiyyatdan keçirən dövlət orqanıdır. Bir qayda olaraq bu vəzifəni ölkənin patent orqanı yerinə yetirir.
Texnologiyanın transferi aşağıdakı mərhələlərdən ibarətdir:
– texnologiyaya ehtiyacın müəyyən edilməsi;
– texnologiyanın istifadəsi üçün tələb olunan xərclərin qiymətləndirilməsi;
– informasiya axtarışı;
– danışıqların aparılması;
– müqavilənin bağlanması və texnologiyanın verilməsi;
– texnologiyanın istifadə olunması.
Ölkələrin qanunvericiliyində bu mərhələlər öz əksini normativ aktlarda əks olunur.
Dövlətin innovasiva siyasətinin əsas prinsipləri;

  • yerli elmi potensiala istinad;

  • elmi yaradıcılıq azadlığı, elmi sferanın ardıcıl demokratlaşdmlması, elmi siyasətin formalaşdırılmasında açıqlıq və aşkarlıq;

  • əsaslı elmi tədqiqatların inkişafinın stimullaşdrılması;

  • yerli aparıcı elmi məktəblərin qorunması və inkişafi;

  • elm və texnika sferasında sağlam rəqabət və sahibkarlıq üçün şəraitin yaradılması, innovasiya fəaliyyətinin stimullaşdırılması və himayə edilməsi;

  • ölkənin lazımi milli təhlükəsizliyi və müdafiə qabiliyyətinin təmin edilməsi məqsədi ilə elmi tədqiqatlar və işlənilmələr üçün şəraitin yaradılması;

  • elm və təhsilin inteqrasiyası, bütün. səviyyələrdə peşəkar elmi kadrların hazırlaşdınlmasının bütöv sisteminin inkişaf etdirilməsi;

  • tədqiqatlarin, təşkilat və dövlətin intellektual mülkiyyət hüquqlarının qorunması;

  • açıq informasiyaya maneəsiz daxil olma və onunla sərbəst bölüşmə hüququnun təmin edilməsi;

  • müxtəlif mülkiyyət formalı elmi-tədqiqat və təcrübi- konstruktor təşkilatlarının inkişafi, kiçik innovasiya sahibkarlığımn himayə edilməsi;

  • elmi nailiyyətlərdən geniş istifadə edilməsi üçün iqtisadi şaraitin formalaşdırılması, ölkə iqtisadiyyatı üçün məlum elmi- texniki nailiyyətlərin geniş yayılmasına köməklik göstərmək;

  • elmi işin nüfuzunun yüksəldilməsi, alim və mütəxəssislərin həyatı və işi üçün lazımi şəraitin yaradılması;

  • elmin müasir nailiyyətlərinin ölkənin gələcəyi üçün əhəmiyyətli olmasının təbliği.

Innovasiya siyasətinin əsaslan ölkədə real iqtisadiyyata, sosial və siyasi vəziyyətə uyğun olan qanunvericilik aktlarının külliyyatının qəbulu yolu ilə qoyulur. Məhz, bu normativ hüquqi sənədlərdə idarəetmənin subyekt və obyektləri, onların hüququ, vəzifələri və məsuliyyəti təyin edilir.
Dövlət səviyyəsində innovasiya fəaliyyətinin stimullaşdırılması

İnnovasiya fəaliyyətinin stimullaşdırılması üsulu

Xüsusiyyətlər

Elmi--tədqiqat və sınaq layihə işlərini dövlətin birbaşa stimullaşdırılması

Dövlət elmi prioritetləri struktu- rundan asılı olaraq dövlət resurs- larının (sifarişlərin, qrant və kreditlərin) müxtəlif elmi-tədqiqat və işlənilmə sferaları arasında paylaşdırılması

Elmin dolayı yolla dövlət tərəfindən stimullaşdırması

Vergi, amortizasiya, antiinhisar? palent, xarici ticarət siyasətinin köməkliyi və xüsusilə kiçik biznesin saxlanması yolu ilə dövlət və xüsusi təsərrüfat sektorlarında elmi nailiyyətlərin mənimsənilməsi fondları vasitəsilə



Bundan əlavə, dövlət tərəfindən innovasiya fəaliyyətinin stimullaşdırılmasında iqtisadiyyat, tədqiqatlar və işlənilmələrin təminat infrastrukturunda əlverişli innovasiya mühitinin formalaşdırılması mühüm rol oynayır. Bura milli elmi-texniki informasiya xidmətləri, patentləşdirmə və lisenziyalaşdırma, standartlaşdırma, sertfikatlaşdırma, statistika, xarici təcrübəni öyrənən analitik mərkəzlər, elmi-texniki inkişaf proqnozlarını hazırlanması və onlarm əsasında milli elmi prioritetlərin formalaşdırılması və qərar qəbul edən şəxslərin informasiya ilə təmin edilməsi, innovasiyaların neqativ nəticələrinin qiymətləndirilməsi daxildir.


Müasir sənaye sahəsində inkişaf etmiş ölkələrdə dövlətin elm və sənayenin qarşılıqlı əlaqələrini həyata keçirmək üçün dövlət məqsədlərinin reallaşdrılmasında üç əsas vasitə tətbiq cdilir.
Bunlardan birincisi-dövlət müqaviləsidir. Bu onda tətbiq edilir ki dövlətin tabeliyində olan elmi-tədqiqat, sınaq-layihə və digər işlənilmələri yerinə yetirən subyektlərin aldığı nəticələr dövlətə bilavasitə fayda və ya xeyir gətirir. Bu zaman alınan məhsulun üçüncü tərəfə ötürülməsi situasiyası istisna olunmur. Müqavilənin bağlanması zamanı, xüsusi qeyd edilən situasiyalar nəzərə alınır. Müqavilə üzrə iş prosesində dövlət təmsilçisi, işlərin yerinə yetirilməsi prosesinə nəzarət və düzəlişlər etmək hüququna malikdir. Bizim ölkənin qanunvericiliyində müqavilənin elm sferasının iştirakçısı ilə dövlət təmsilçisinin I qarşılıqlı əlaqəli münasibətlərinə dair dəqiq müəyyənlik yoxdur.
İkinci, ən geniş yayılmış vasitə -qrantdır. O, dövlət və elmi-tədqiqat sektoru arasında başqa münasibət formasının leqallaşdrır, yəni maliyyə, mülkiyyət, xidmət və ya başqa dəyərli elmi tədqiqatların və işlənilmələrin dövlət tərəfindən saxlanması və ya stimulaşdırılmasını təmin edir. Eyni zamanda, nəzərdə tutulur ki, qrant üzrə ışlərin bitməsinə qədər dövlətin bunlara nəzarət və müdaxilə etmək hüququ yoxdur. Işlərin yerinə yetirilməsi xüsusi razılaşmada qeyd edilir. Qrant xüsusilə tez-tez tədqiqatlar və işləmələrin dövlət tərəfındən saxlanması üçün o zaman tətbiq edilir ki, işlərin nəticələri müəyyən deyildir və yaxud yaxın gələcəkdə birbaşa xeyir və ya fayda gətirə bilməyə- cək.
Üçüncü çox vacib institusioal vasitə-kooperativ razılaşmasıdır. Qrantdan fəqli olaraq burada əvvəlcədən sərt verilmiş və dərhal faydalı nəticə tələb olunmur, ancaq burada dövlətin işlərin gedişinə nəzarət etmə hüququ var və saziş iştirakçılarının hüquqları və qoyuluşları dəqiq surətdə bölüşdürülür. Kooperativ saziş dövlət və xüsusi sektorlar arasında kooperativ proseslərin təşkilinin vacib mexanizmidir və birgə investisiya və alınmış nəticənin bölgüsü formasmı təyin etməyə imkan verir. Bu üsullar geniş yayılmışdır və aşağıdakılardan ibarətdir:

  • vergi ödənişinin aşağı olması;

  • endirilmiş kredit ödənişləri ilə borclann verilməsi;

  • dövlət elmi-tədqiqat təşkilatlanrın və ali tədris məktəblərinin lisenziyalaşdırılması proseslərinin maliyyə saxlanılması.

Beləliklə, elmi-texniki sektorun problem istiqaməti üçün ölkənin innovasiya məsələlərinin həlli aşağıdakıları zəruri edir:
1. İşlərin yerinə yetirilməsinin təşkilati formalarının diversifikasiyası: dövlətin tədqiqat və işlənilmələrin investisiyalaşdırma və reyeinvestisiyalaşdınlmasında dövlət kontraktları, qrant və kooperasiya razılaşmaların tətbiqinin hüquqi və institusional bazasının işlənməsi; layihə statusundan asılı olaraq müxtəlif institusional mexanizmlərin sərhədlərinin təyini; müstəqil elmi ekspertiza standartlanın işlənilməsi və onlann hüquqi norma kimi qəbul edilməsi.
2. Dövlətin ənənəvi məsuliyyət zonalarında proqramlaşdırmanın bu yollarla islahatı: dövlətin sosial rolunun məqsəd və vəzifələrinin digər dövlət innovasiya və texnoloji siyasət məqsədləri ilə maksimal korreiyasiya prinsipinin reallaşdırlması; elm, sənaye və hökumət təmsilçiləri ilə interaktiv ünsiyyət proseduralarına əsaslanan proqramların açıq prosedurların formalaşdınlmasının işlənilməsi;
3. “Mülki təyinatlı elmin və texnikanın inkişafının prioritet istiqamətləri ” üzrə tədqiqat və işlənilmələr” məqsədli dövlət proqramlarının dəyişdırilməsi; xüsusi interaktiv prosedurlar əsasında dövlətin, dövlət və qeyri-dövlət strukturlu elmi təşkilatlar arasında sıx qarşılıqlı əlaqələr yaratmaqla, elmi-texnikl inkişafın və kritik texnologiyaların prioritet istiqamətlərini formalaşdırılması;
4.Dövlət elmi təşkilatlarının maliyyələşdirilməsi sisteminin onların həyata keçirdikləri real fəaliyyətinə müvafiq şəkld salınması; elmi fəaliyyətin baza maliyyələşdirilməsindən, təşkililatın elmi layihələrdə iştirak etməsinə əsaslanan maliyyələşdirilməsinə dəyişdirilməsi; təsərrüfat fəaliyyətində maliyyə şəfflığının (təsisçilər üçün) təmin edilməsi və təşkilat fəaliyyətindən alınan gəlirlərin bölüşdürülməsinin dəqiq reqlamentləşdirilməsi.
5. Elmin dövlət sektorunun icraçıları və onların strukturunun reformasiyası təşkilatlanın fəaliyyətinin qiymətləndirmə prosedurlarının inkişafı. Təşkilatına elmi-tədqiqat fəaliyyəti keyfiyyətinin qıymətləndirilməsi iki meyarı nəzərə alaraq keçiril- məlidir-aparılan işlənilmələrin keyfiyyəti və onların təşkilatın problemi istiqamətinə müvafiq oIması.Relevant təşkil edən tə kilatın dövlət məsuliyyəti zonalarında məsələlərin həllinə qoyuluşunun qiymətləndirilməsinə görə (o cümlədən qrant və kontraktlann maliyyələşdirilmə həcmi) və ya onun dövlətin rəqabətlilik qabiliyyətinin yüksəldilməsi üçün qoyuluşuna görə müəyyən edilir (patent və lisenziya fəaliyyəti, sənaye ilə kooperasiyası və s.)
İnnovasiya proseslərinin dövləti tənzimləməsinin iqtisadi əhəmiyyəti başqa bir faktorla da təsdiq edilir. Bir tərəfdən bu tələbatı yaxşı ödəməyə, sifarişlərin yerinə yetirilməsini sürətləndirməyə şərait yaratdığına görə daha çox gəlir yaradır. Digər tərəfdən isə alınmış elmi-texniki nəticələri heç də həmişə realizə etmək mümkün olmur.
Dövlət qarşısında innovasiya proseslərinə dövlətin mənafeyi tələb etdiyi strateji məqsədləri yerinə yetirmək kimi mühüm problemlər durur. İnnovasiya proseslərini bir-biri ilə əlaqələndirmək və birgə fəaliyyətini təmin etmək üçün dövlət orqanları vahid texnoloji mühit yaradır.
Aktual məsələlər zaman etibarilə və mal cəhətdən koordinasiya olunur. Buraya rəqabəti gücləndirmək, həmçinin müxtəlif güzəştlər, mükafatlar və digər həvəsləndirici vasitələr daxildir. İnnovasiya risklərinin dövlət və xüsusi orqanlar tərəfindən sığorta olunması stimullaşma məsələlərində xüsusi önəm yaradır.
İnnovasiya prosesləri ekologiyada bəzi neqativ hallar yaradır. Bu neqativ halların aradan qaldırılmasında dövlətin rolu çox böyükdür. Dövlət innovasiyadan səmərəli istifadəni tənzimləyərək, vergi sisteminə yeniliklər gətirir və böyük miqyasda inkişaf proseslərinə təsir göstərir.
Dövlətin innovasiyası siyasəti dedikdə kompleks məqsədlər, metodlar başa düşülür. Onların vasitəsilə dövlət strukturları, cəmiyyətin inkişaf proseslərinin iqtisadi və sosial cəhətdən effektliyinə təsir göstərir. İnnovasiya prosesində dövlət siyasətinin tədbirlərini iki qrupa bölmək olar:

  1. innovasiya üçün əlverişli sosial-iqtisadi mühitin yaradılmasına

  2. bilavasitə innovasiya proseslərinin tənzimlənməsinə

Dövlətin innovasiya siyasəti innovasia ilə məşğul olan təşkilatlar arasında rəqabətin güclənməsinə yönəldilir. Bu məqsəd üçün müxtəlif normativ hüquqi sənədlər hazırlanır və həyata keçirilir.
Beynəlxalq innovasiyanın tənzimlənməsində birbaşa və dolayı yollardan istifadə olunur. Birbaşa metodlara aşağıdakılar aiddir. Dövlət büdcə vəsaitlərindən iki tərəfli və daha çox tərəfli innovasiya layihələrini və proqramlarını, beynəlxalq innovasiya təşkilatlarının fəaliyyətini maliyyələşdirə bilər.
Dolayı tənzimlənmə metodlarına misal olaraq iqtisadi amilləri göstərmək olar. (vergiləri, krediti və gömrük xidmətlərini)
Beynəlxalq elmi-texniki innovasiyanın tənzimlənməsi kimi dövlətin aşağıdakı tədbirlərini göstərmək olar:

  1. Əməkdaşlığın prioritet istiqamətlərini seçmək, və reallaşdırmaq

  2. Kadrlar mübadiləsini maliyyələşdirmək

  3. Ölkədə normalardan istifadə etməklə ümumdünya texnoloji sistemə daxil olmaq

  4. Kiçik və orta innovasiya biznesini beynəlxalq arenaya çıxarmaq

  5. Xarici investorları innovasiya sahəsində müdafiə etmək və stimullaşdırmaq


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə