Mövzu: 1 İnnovasiya menecmentinin məqsəd və vəzifələri



Yüklə 0,98 Mb.
səhifə49/57
tarix14.05.2023
ölçüsü0,98 Mb.
#110231
1   ...   45   46   47   48   49   50   51   52   ...   57
C fakepathinnovasiya menecmenti mühazir iv 2023

TEXNOPARKIN STRUKTURU
4.1. Texnoparkın strukturu onun qarşısında qoyulan vəzifələrin xarakterindən və məzmunundan asılı olaraq təsisçinin razılığı əsasında müəyyən fəaliyyət müddəti üçün tərtib olunur və zəruri hallarda eyni qaydada strukturda
dəyişikliklər edilir.
4.2. Texnoparkın strukturuna rəhbərlik, idarəetmə apparatı, tədris qurumları, elmi qurumlar, inzibatı - təsərrüfat və istehsalat qurumları daxil ola bilər.
4.3. Rəhbər işçilərin işə qəbul edilməsi və işdən azad edilməsi təsisçinin razılığı ilə həyata keçirilir.
4.4. Struktura daxil olan qurumların ştat cədvəlləri təsisçinin razılığı ilə təsdiq edilir.
4.5. Texnopark fəaliyyətinin bütün sahələri üzrə operativ olaraq müxtəlif işlərin icrasını təmin etmək məqsədilə müvəqqəti yaradıcı kollektivlər təşkil etmək hüququna malikdir.
TEXNOPARKIN FƏALİYYƏTİNİN TƏŞKİLİ
5.1. Texnoparkın tədris, elmi-tədqiqat, layihə-kons-truktor, ekspert-məsləhət və istehsalat fəaliyyətinin təşkili Azərbaycan Respublikasının təhsil haqqında qanunvericilik aktlarının tələblərinə və ali məktəbin Nizamnaməsinə müvafiq həyata keçirilir.
5.2. Dinləyicilərin ixtisasartırmaya, stajkeçməyə və yenidənhazırlanmaya qəbulu hüquqi və fıziki şəxslərləbağlanmış müqavilələr əsasında həyata keçirilir.
5.3. Texnoparkın elmi və istehsalat fəaliyyəti ölkədəki və xaricdəki hüquqi və fıziki şəxslər ilə birbaşa bağlanmış müqavilələr əsasında həyata keçirilir.
5.4. Texnoparkda tədris proqramları ali məktəbin və Nizamnaməsinə müvafıq həyata keçirilir.
Texnoparkda tədris proqramları ali məktəbin və Nizamnaməsinə müvafıq həyata keçirilir.
Texnoparkın idarə olunması Azərbaycan Respubli-kasının qanunvericiliyinə, ali məktəbin Nizamnaməsinə və bu Nizamnaməyə uyğun olaraq vahid rəhbərlik və kolleqiallıq prinsipləri əsasında həyata keçirilir.
Texnoparkın ali kolleqial idarə orqanı Elmi-texniki Şuradır.
Şuranın müstəsna səlahiyyətinə aşağıdakılar aiddir:
Texnoparkın Nizamnaməsini və nizamnamə kapitalının miqdarmı dəyişdirmək;
Texnoparkın idarəetmə orqanlarmı yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək;
Texnoparkın fəaliyyəti haqqında periodik hesabatları dinləmək və təsdiq etmək;
Texnoparkın yenidən təşkili və ləğvi haqqında qərarlar qəbul etmək;
Texnoparkın gəlirlərini bölüşdürmək;
Texnoparka təsisçilərin razılığı ilə ali məktəbin rektorunun əmri ilə təyin edilmiş direktor (bir qayda olaraq daimi Bakıda yaşayan azərbaycan vətəndaşı) rəhbərlik edir. Direktor ali məktəbin daxilində, ölkədə və xaricdə Texnoparkı təmsil edir, rəhbər işçilər (müavinlər ) istisna olmaqla digər əməkdaşların işə qəbul edilməsi və işdən azad olunması, bölmələrin və şöbələrin fəaliyyətinin təşkili ilə bağlı əmrlər və sərəncamlar verir, müqavilələr bağlayır. Direktor Texnoparkın fəaliyyəti haqqında ildə bir dəfə ali məktəbin Elmi Şurası qarşısında hesabat verir.
Elmi-texniki Şuranın iclasları arasında Texnoparkın fəaliyyəti ilə bağlı məsələləri həll etmək üçün İdarə heyəti yaradılır.
Texnoparkın İdarə heyətinə direktor, onun 2 müavini (elmi-tədris işləri və təsərrüfat işləri üzrə) və mühasib daxildir.

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə